Facebook Twitter WhatsApp

Peyğəmbər əfəndimizə tabe olmaq

Sual: Rəsulullaha tabe olmağın önəmi nədir, tabe olmaq üçün nə etmək lazımdır?
CAVAB
Muhamməd əleyhissalama tam və qüsursuz tabe ola bilmək üçün, Onu tam və qüsursuz sevmək lazımdır. Bunun əlaməti də, Onun düşmənlərini düşmən bilmək, Onu bəyənməyənləri sevməməkdir. Məhəbbətə müdahənə, yəni səhlənkarlıq sığmaz. Aşiqlər, sevgililərinin divanəsi olurlar, onlara zidd bir şey edə bilməzlər. Zidd gedənlərlə uyuşa bilməzlər. İki zidd şeyin məhəbbəti bir qəlbdə, bir arada yerləşə bilməz. İki ziddən birini sevmək, digərinə düşmənliyi lazım edir.

Rəsulullahı sevmək, bütün Müsəlmanlara fərzi-ayndır. Onun sevgisi bir könülə yerləşərsə, İslamiyyəti yaşamaq, imanın və İslamın dadına, doyulmaz ləzzətinə çatmaq asan olur. Bu sevgi, iki cahanın əfəndisinə tam uymağa səbəbdir. Bu sevgiylə Allahü təalanın Həbibinə ikram etdiyi sonsuz və tərifə sığmayan nemətlərə, bərəkətlərə qovuşmaqla şərəflənilir. Kiçik, böyük hər Müsəlmanı birbaşa Rəsulullahın sevgisinə çatdıran Əhli-sünnət alimləri və kitabları bu bərəkətlərin sübutlarıdır.

Bu dünya nemətləri müvəqqətidir və aldadıcıdır. Bu gün sənindirsə, sabah başqasınındır. Axirətdə ələ keçəcəklər isə sonsuzdur və dünyada qazanılır. Bu bir neçə günlük həyat, əgər dünya və axirətin ən qiymətli insanı olan, Muhamməd əleyhissalama tabe olaraq keçərsə, səadəti-əbədiyyə, sonsuz nicat, qurtuluş umulur. Yoxsa Ona tabe olmadıqca, hər şey, heçdir. Ona tabe olmadıqca, hər görülən xeyir, yaxşılıq, burada qalır, axirətdə ələ heç bir şey keçməz.

Axirətdə Cəhənnəmdən qurtulmaq, yalnız Muhamməd əleyhissalama tabe olanlara məxsusdur. Dünyada edilən xeyrat və həsənat, yəni bütün yaxşılıqlar, bütün kəşflər, bütün hallar və bütün elmlər Rəsulullahın yolunda olmaq şərtilə axirətdə işə yarayacaq. Yoxsa, Allahü təalanın sevgili Peyğəmbərinə tabe olmayanların etdiyi hər yaxşılıq, dünyada qalır və axirətin xarab olmasına səbəb olur. Yəni, yaxşılıq şəklində görünən, bir istidracdan başqa bir şey ola bilməz.

Qurani-kərimdə məalən buyurulur ki:
Kimi, ona [Muhamməd əleyhissalama] iman etdi, kimi də, ondan üz çevirdi ki, bunlara da çılğın atəşli Cəhənnəm yetdi. Ayələrimizi inkar edən kafirləri əlbəttə atəşə atacağıq.” [Nisə 55-56]

Rəblərini inkar edənlərin [imansızların faydalı] işləri, fırtınalı bir gündə, küləyin şiddətlə sovurduğu külə bənzəyir; o işlərin heç bir faydası olmayacaq.” [İbrahim 18]

“Qiyamətdə onların etdikləri hər işi toz-duman edəcəyik.” [Furqan 23]

“Qiyamətdə ən çox ziyana uğrayanlar, yaxşı işlər gördüklərini zənn edib, bütün səyləri boşa çıxanlardır.” [Kəhf 103-104]

Bir kimsə, min il ibadət etsə və ömrünü, nəfsini təmizləməklə keçirsə və gözəl xasiyyətləri ilə, kəşf etdiyi alətlər ilə ətrafındakılara, bütün insanlara faydalı olsa, Muhamməd əleyhissalama tabe olmadıqca, İslam dininə inanıb müsəlman olmadıqca əbədi səadətə qovuşa bilməz.

Budur ayəti-kərimə məalləri:
“Allah qatında haqq din ancaq İslamdır.” [Ali-İmran 19]

“Sizin üçün din olaraq İslamı bəyəndim.” [Maidə 3]

“Kim İslamdan başqa din axtarırsa, bilsin ki, o din əsla qəbul edilməyəcək.” [Ali-İmran 85]

“Allaha itaət edin, Peyğəmbərə itaət edin. İşlərinizi boşa çıxarmayın.” [Muhamməd, 33]

“Kim Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu, içlərindən bulaqlar axan Cənnətlərə qoyar. Kim üz çevirərsə, onu can yaxan əzaba atar.” [Fəth 17]

“Üzləri atəşdə qovrulub-çevrildiyi gün: Eyvah bizə! Kaş ki, Allaha itaət etsəydik, Peyğəmbərə də itaət etsəydik! deyəcəklər.” [Əhzab 66]

Axirətdə əzablardan qurtulmaq, ancaq Muhamməd əleyhissalama tabe olmağa bağlıdır. Onun göstərdiyi yolda gedən, Allahü təalanın sevgisinə qovuşar. Ona tabe olan, Allahü təalaya sadiq qul olmaq səadətinə çatar. Dünyaya gəlmiş yüz iyirmi dörd mindən artıq Peyğəmbərin ən böyükləri, Ona tabe olmağı istəmişdilər. Musa əleyhissalam Onun dövründə olsaydı, o böyüklüyü ilə bərabər, Ona tabe olmağı sevərdi. İsa əleyhissalamın göydən enib, Onun dini yolunda gedəcəyini hər kəs bilir. Onun ümməti olan müsəlmanlar, Ona tabe olduqları üçün, bütün insanların xeyirlisi və ən yaxşıları oldular. Cənnətə girəcəklərin çoxu onlar oldu və Cənnətə hamıdan əvvəl girəcəkdirlər.

Ona tabe olmaq - Onun getdiyi yolda addımlamaqdır. Onun yolu, Qurani- kərimin göstərdiyi yoldur. Bu yola İslam Dini deyilir. Ona tabe olmaq üçün əvvəlcə iman etmək, sonra Müsəlmanlığı yaxşı öyrənmək, sonra fərzləri eda edib, haramlardan çəkinmək, daha sonra, sünnətlərə əməl edib məkruhlardan çəkinmək lazımdır. Bunlardan sonra, mübahlarda da Ona tabe olmağa çalışmaq lazımdır.

İman etmək - Ona tabe olmağa başlamaq və səadət qapısından içəri girmək deməkdir. Allahü təala Onu, dünyadakı bütün insanları əbədi səadətə dəvət üçün göndərdi.

Ayəti-kərimələrdə məalən buyuruldu ki:
“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Rəsulullahda sizin üçün [əməl edilməsi lazım olan] gözəl örnəklər vardır.” [Əhzab 21]

Ona tabe olaraq edilən əməllər məqbuldur. Məsələn, Ona tabe olan bir insanın, günün ortasında bir az yatması, Ona uymayaraq, bir çox gecəni ibadətlə keçirməkdən, qat-qat daha qiymətlidir. Çünki, qaylulə etmək, yəni zöhr namazı girmədən əvvəl bir az yatmaq Onun adəti- şərifəsi idi.

Məsələn, Onun dini əmr etdiyi üçün bayram günü oruc tutmamaq və yeyib-içmək, Onun dinində olmayaraq illərlə tutulan oruclardan daha qiymətlidir. Onun dininin əmri ilə yoxsula verilən az bir şey, hansı ki, buna zəkat deyilir, öz istəyi ilə dağ qədər qızıl sədəqə verməkdən daha əfdaldır.

Əmirül-möminin Ömər radıyallahü anh bir dəfə sübh namazını camaatla qıldıqdan sonra, camaata baxıb, bir nəfəri görmədikdə soruşmuşdu: Əshabı: “Gecələri səhərə qədər ibadət edir. Bəlkə indi yatıb qalmışdır” dediklərində, Əmirül-möminin: “Kaş ki, bütün gecə yatsaydı, amma sübh namazını camaatla qılsaydı, daha yaxşı olardı” buyurmuşdu.

İslamiyyətdən azanlar, sıxıntı çəkib və mücahidə edib, nəfslərini korlaşdırsalar da, İslamiyyətə uyğun etmədikləri üçün dəyərsizdir və alçaqdır. Əgər bu çalışmalarının əvəzi olsa, o da dünyada bir neçə mənfəətdən ibarət olar. Halbuki, dünyanın hamısının qiyməti və əhəmiyyəti nədir ki, bunun bir neçəsi etibarlı olsun. Bunlar, məsələn, zibildaşıyana bənzəyir, hansı ki, zibildaşıyanlar hər kəsdən daha çox çalışır və yorulurlar. Qazancları isə hamıdan azdır. İslamiyyətə tabe olanlar isə, lətif cavahir və qiymətli almazlarla məşğul olan zərgərlər kimidirlər. Bunların işi azdır, amma qazancları xeyli çoxdur. Bəzən bir saatlıq işlə, yüz minlərlə ilin qazancını əldə edirlər. Bunun səbəbi budur ki, İslamiyyətə uyğun olan əməl, Haqq təalanın məqbuludur, çox bəyənir.

Haqq təala, belə olduğunu kitabının çox yerində bildirmişdir. Məsələn, Ali İmran surəsi, otuz birinci ayəsində məalən: “Ey sevgili Peyğəmbərim! Onlara de ki, əgər Allahı sevirsinizsə və Allahın da, sizi sevməsini istəyirsinizsə, mənə tabe olun! Allah mənə tabe olanları sevir” buyurur.

İslamiyyətə uyğun gəlməyən şeylərin heç birini Haqq təala sevmir, bəyənmir. Heç sevilməyən, bəyənilməyən şeyə savab verilərmi? Bəlkə cəzaya da səbəb olar.

Cənab Haqq, Qurani-kərimdə, “Nisə surəsi”, səksəninci ayəsində, Muhamməd əleyhissalama itaət etməyin, ona itaət etmək olduğunu bildirir. O halda, Onun Rəsuluna itaət edilmədikcə, Ona itaət edilmiş sayılmaz. Bunun çox qəti və qüvvətli olduğunu bildirmək üçün, ayəti- kərimədə: “Əlbəttə, mütləq belədir” buyurdu və bəzi doğru düşünməyənlərin, bu iki itaəti bir-birindən ayrı görmələrinə meydan qoymadı. Ayəti-kərimədə məalən buyuruldu ki:
“Allah ilə rəsullarının əmrlərini bir-birindən ayırıb ikisi arasında bir yol tutmaq istəyən adam kafirdir.” [Nisə 150,151]

Bütün insanlara əvvəlcə lazım olan şey, Əhli-sünnət alimlərinin kitablarında bildirdikləri kimi bir iman və etiqad sahibi olmaqdır. Peyğəmbərimiz Muhamməd əleyhissalamın yolunu bildirən, Qurani- kərimdən muradi-ilahini anlayan, hədisi-şəriflərdən muradı- peyğəmbərini çıxaran bu böyük alimlərdir. Qiyamətdə qurtuluş yolu, onların göstərdiyi yoldur. Allahın Peyğəmbərinin və Onun Əshabının yolunu kitablara keçirən, dəyişdirilməkdən və pozulmaqdan qoruyan, Əhli-sünnət alimləridir.

Əhli-sünnətin rəisi, imam əzəm Əbu Hənifə Numan ibn Sabitdir (radıyallahü təala anh).

Övliyanın böyüklərindən Səhl ibn Abdullah Tüstəri həzrətləri buyurur ki:
“Əgər Musa və İsa aleyhiməssalamın ümmətlərində, imam əzəm Əbu Hənifə kimi bir şəxsiyyət olsaydı, onlar yəhudiliyə və xristianlığa çevrilməzdilər.”

Muhamməd əleyhissalama tabe olmaq, əhkamı-İslamiyyəni, yəni İslam dininin əmrlərini bəyənərək, sevə-sevə əməl etmək, Onun əmrlərini, İslamiyyətin qiymət verdiyi üstün tutduğu şeyləri və alimlərini, salehlərini böyük bilib, hörmət etməkdir, Onun dinini yaymağa çalışmaq deməkdir və dininə tabe olmaq istəməyənləri, bəyənməyənləri, saymayanları zəlil, həqir və alçaq tutmaqdır.

İki cahan səadətinə qovuşmaq, yalnız və yalnız, dünya və axirətin əfəndisi olan, Muhamməd əleyhissalama tabe olmağa bağlıdır. Ona tabe olmaq üçün iman etmək, əhkamı-İslamiyyəni öyrənmək və əməl etmək lazımdır.

Rəsulullah əfəndimizə tabe olmaq yeddi dərəcədir:


Birincisi, Əhkamı-İslamiyyəyə inanaraq, bunları öyrənmək və əməl etməkdir. Bütün Müsəlmanların, alimlərin, zahidlərin və abidlərin tabe olması, bu dərəcədədir. Onların nəfsləri iman etməmişdir. Allahü təala, mərhəmət edərək, yalnız qəlbin imanını qəbul edir.

İkincisi, əmrləri yerinə yetirməklə yanaşı, Rəsulullah əfəndimizin bütün sözlərini, adətlərini təkrarlamaq və qəlbi pis xasiyyətlərdən təmizləməkdir. Təsəvvüf yolunda addımlayanlar bu dərəcədədir.

Üçüncüsü, Rəsulullah əfəndimizdə olan hallara, zövqlərə və qəlbə gələn şeylərə də tabe olmaqdır. Bu dərəcə, təsəvvüfün “vilayəti- xassa” dediyi məqamda ələ keçə bilər. Burada, nəfs də iman və itaət edir, bütün ibadətlər həqiqi və qüsursuz olur.

Dördüncüsü, ibadətlər kimi bütün xeyirli işlərin həqiqi və qüsursuz olmasıdır. Bu dərəcə, üləmai-rasihin adlanan böyüklərə məxsusdur. Bu rasih elmli alimlər, Qurani-kərimin və hədisi-şəriflərin dərin mənalarını və işarələrini anlayırlar. Bütün Peyğəmbərlərin əshabı belə idi. Hamısının nəfsləri iman etmişdi, mütmainnə olmuşdur. Belə tabe olmaq, ya təsəvvüf və vilayət yolundan irəliləyənlərə və ya bütün sünnətlərə əməl edərək, bütün bidətlərdən qaçanlara nəsib olur. Bu gün, dünyanı bidət bürümüş, sünnətlər itmişdir. Bu gün, sünnətləri tapıb əməl etmək və bidət dəryasından qurtulmaq çox çətindir. Bidətlər, adət halını almışdır. Halbuki adətlər nə qədər yerləşsələr, yayılmış olsalar da və nə qədər gözəl görünsələr də, din və sünnət ola bilməzlər.

Beşincisi, Rəsulullah əfəndimizə məxsus kəmalata, yüksəkliklərə tabe olmaqdır. Bu kəmalat, elm və ibadətlə ələ keçə bilməz. Yalnız və yalnız, Allahü təaladan, lütf və ehsanla gəlir. Bu dərəcədə olanlar, böyük Peyğəmbərlər və bu ümmətdən sayı az olan böyükləridir.

Altıncısı, Rəsulullah əfəndimizin məhbubiyyət və məşuqiyyət adlanan kəmalatına, yetişkinliyinə tabe olmaqdır, hansı ki,  bu, Allahü təalanın çox sevdiklərinə məxsusdur və lütflə ələ keçməz, məhəbbət lazımdır.

Yeddinci dərəcə, insanın bədəninin hər zərrəsinin tabe olmasıdır. Tabe mətbua o qədər bənzəyir ki, tabe olmaq aradan qalxır. Onlar da, sanki Rəsulullah əfəndimiz kimi, eyni qaynaqdan, hər şeyi alırlar.

Ona tabe olmağın cüzi bir zərrəsi bütün dünya nemətlərindən və axirət səadətlərindən qat-qat üstündür. İnsanlıq məziyyəti və şərəfi Ona tabe olmaqdır. Rəsulullah əfəndimizə uymaq üçün Müsəlmanların Əhli-sünnətin dörd haqq məzhəbindən birində olmaları təməl şərtdir.

Ey səadətə qovuşmaq istəyən ağıl sahibləri! Bütün gücünüzlə Ona tabe olmağa çalışın! Bu dövlətə, bu nemətə mane olan hər şeydən qaçın! Xariqələr göstərən bir din fanatını və yüksək vəzifələr, diplomlar ələ keçirmiş bir fənn fanatını, yəni Ona tabe olmaq şərəfindən məhrum olan bir cahili, bir qafili görsəniz, onun sözlərinin, yazılarının, radiolardakı, televiziyalardakı cəfəngiyyatlarının, yalanlarının, insanı fəlakətə sürükləyəcəyini və heç bir belə göstərişləri olmayan, lakin çox diqqət və səliqəylə Ona tabe olan insana inanmağın, Onu sevməyin, fəlakətlərdən xilas edən çox qiymətli əlac olduğunu bilin! [Yalnız Quran deyən, Quranı gətirməklə vəzifəsi bitdi, O, poçtalyon idi deyən, Kəlməyi-şəhadətin ikinci qisminə, yəni Muhammədün Rəsulullah deməyə ehtiyac yoxdur deyən din düşmənlərinə inanmağı, yollarında olmağı fəlakət bilin. Yaralı aslandan daha çox belələrindən uzaq durun.]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину