Facebook Twitter WhatsApp

Rəsulullahı, Allahü təala tərifləmişdir

Sual: Bəzi insanlar, Qəsidəyi-bürdədə Peyğəmbərimizin həddindən artıq tərifləndiyini söyləyərək bunu tənqid edirlər. Peyğəmbərimizi tərifləmək, dinimiz cəhətdən uyğun deyildir ki, belə tənqid edirlər?
Cavab: Rəsulullah əfəndimizi Allahü təala Özü tərifləmişdir. Özü- özünü tərifləyərək də, Allahü təalanın ona ehsan etdiyi nemətləri saymışdır. Buxaridəki bir hədisi-şərifdə, Peyğəmbər əfəndimiz:
“Hər əsrdə, hər dövrdə yaşayan insanların ən yaxşılarından, seçilmişlərindən dünyaya gətirildim” buyurmuşdur. Həmçinin Tirmizinin bildirdiyi hədisi-şərifdə:
“Allahü təala, insanları yaratdı. Məni insanların ən yaxşı qismindən vücuda gətirdi. Sonra, bu qisimlərindən ən yaxşısını Ərəbistanda yetişdirdi. Məni onlardan vücuda gətirdi. Sonra evlərdən, ailələrdən ən yaxşılarını seçib, məni onlardan əmələ gətirdi. O halda, mənim ruhum və cəsədim, məxluqların ən yaxşısıdır. Mənim silsiləm, əcdadım ən yaxşı insanlardır” buyurulmuşdur.

Peyğəmbər əfəndimizin belə tərifləri o qədər çoxdur ki, İmam Busayri həzrətlərinin Qəsidəyi-bürdəsindəki tərifi, onların yanında heç qalır. Çünki Rəsulullah əfəndimizi tərifləmək ibadətdir. Əshabı-kiramın hamısı tərifləmişdilər. Onlardan Hassan ibn Sabit və Kab ibn Züheyr həzrətlərinin uzun tərifləri məşhurdur. Kab ibn Züheyr həzrətləri, Peyğəmbər əfəndimizi, Banət süad qəsidəsində, İmam Busayri həzrətlərindən daha çox tərifləmişdir. Rəsulullah əfəndimiz, bunu bəyənib, həzrəti Kabın keçmiş qüsurunu əfv etmiş və mübarək xələtini ona hədiyyə etmişdir. Bu səadətli xələt hal-hazırda İstanbulda Topqapı Sarayındadır.

 

Aləmlərin rəhmət və xəbərdarlıq edəni

Sual: Peyğəmbər əfəndimizi tərifləyən ayəti-kərimələr haqqında məlumat verə bilərsinizmi?
CAVAB
Qurani-kərim başdan sona qədər Rəsulullah əfəndimizi tərifləməkdədir. Bu mövzudakı ayəti-kərimələrdən bəzilərinin məalləri belədir:
“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“De ki, ey insanlar, mən, Allahın hamınız üçün göndərdiyi Rəsuluyam.” [Araf 158]

“Aləmlərə [Cin və insanlara ilahi əzabla] qorxuducu [xəbərdarlıq edən]  Furqanı [Quranı] quluna [Muhamməd əleyhissalama] endirən [Allahın şanı] necə də ucadır.” [Furqan 1]

“Rəbbinin sənə verdiyi nemətlərlə məcnun deyilsən. Sənin üçün bitməyən, sonsuz mükafat vardır. Əlbəttə sən, ən böyük əxlaq üzrəsən.” [Qələm 2-4]

“Rəbbin sənə [çoxlu nemət] verəcək, sən də razı olacaqsan!” [Duha 5]

“Allah və mələkləri, Nəbiyə salavat gətirir, ey iman edənlər, siz də salavat gətirin.” [Əhzab 56]

“Rəsullardan bəzisini bəzisindən üstün qıldıq.” [Bəqərə 253]

“Nəbilərdən bəzisini bəzisindən üstün qıldıq.” [İsra 55]

Son iki ayəti-kərimə də, Peyğəmbərlərdən bəzisinin, digərindən üstün olduğunu göstərir. Bir hədisi-şərifdə də, “Məni insanların ən yaxşısı bilməyən kafirdir” buyurulur. (Xatib)

Allahü təala, bütün Peyğəmbərlərə “Ya Adəm, Ya Musa, Ya İsa” deyərək ismi ilə xitab edərkən, Muhamməd əleyhissalama, “Ya əyyühənnəbiyyu, ya əyyühərrəsul” deyə özəl xitab edir. Bu xitab şəkli də Onun digər Peyğəmbərlərdən üstün olduğunu göstərir.

Fatiha surəsində bildirdiyi kimi Allahü təala “Aləmlərin Rəbbi”dir. Rəsulullah da aləmlərdən üstün olduğu üçün, “Rabbükə”, “Rabbikə” yəni “Sənin Rəbbin” buyurulur. (Bəqərə 30, Saffət 180)

Fətih surəsinin, “Bütün dinlərdən üstün qılmaq üçün Rəsulunu hidayət və haqq din ilə göndərən Odur” məalindəki 28-ci ayəti də Rəsulunun ən üstün olduğunu göstərir. Rəsulullah, hər peyğəmbərdən üstün olduğu kimi, əshabı da digər əshabdan, ümməti də digər ümmətlərdən üstündür.

Qurani-kərimdə məalən buyurulur ki:
“Muhamməd [əleyhissalam], Allahın peyğəmbəridir, Onunla birlikdə olanlar [Əshab], kafirlərə qarşı şiddətli, lakin bir-birlərinə qarşı mərhəmətlidir.’’[Fəth 29]

“Məkkənin fəthindən əvvəl Allah üçün mal verən və döyüşənlərə, fətihdən sonra verənlərdən və döyüşənlərdən daha yüksək dərəcə vardır. Onların dərəcələri bərabər deyildir. Hamısı üçün Hüsnanı [Cənnəti] söz verirəm.” [Hadid 10]

“Allah, hamısına hüsnanı [Cənnəti] vəd etmişdir!” [Nisə 95]

“Mühacir və Ənsar ilə yaxşılıqda onların [Əshabın] izindən gedənlərdən Allah razıdır, onlara Cənnəti hazırlamışdır.” [Tövbə 100]

Musa əleyhissalam, bu ümmətin fəzilətini Tövratda oxuduqda, “Məni bu xeyirli ümmətə peyğəmbər olaraq göndər” deyə dua etdi. Cənab Haqq da, “Onlar Əhmədin ümmətidir” buyurdu. Həzrəti Musa “Ya Rəbb, Əhmədin ümməti üçün bu qədər nemət ehsan etdin, məni də onun ümmətindən eylə” deyə dua etdi. Həzrəti Musa kimi böyük bir Peyğəmbərin, bu ümmətdən olmaq istəməsi, Muhamməd əleyhissalamın və Onun ümmətinin üstünlüyünü göstərir. (Tənvir)

İncilin əslində Muhamməd əleyhissalamın vəsfləri, üstünlükləri yazılıydı. Bunları bilən İsa əleyhissalam da, Musa əleyhissalam kimi, Muhamməd əleyhissalamın ümmətindən olmaq üçün çox yalvardı, dua etdi və bu duası da qəbul oldu. Allahü təala, Onu diri olaraq göyə yüksəltdi. Qiyamətə yaxın yenidən yer üzünə enəcək, Muhamməd əleyhissalamın dininə tabe olacaq və onu yayacaqdır.

Bu ümmətin üstünlüyünü bildirən bir hədisi-şərif məalı da belədir:
“Allahü təala, bu ümməti bu üç haldan əmin etdi:
1- Bu ümmət Peyğəmbərinizin bəd duasıyla, 
[digər Peyğəmbərlərin qövmlərinə etdikləri kimi]  məhv olmayacaq.

2- Kafirlər, 
[Nə qədər çox olursa-olsun] bu ümməti məhv edəcək qədər qələbə çala bilməz.

3- Bu ümmət dəlalət üzərində 
[azğın bir yolda, azğın bir məzhəbdə] birləşməyəcək. Allahın rəhməti [saleh] camaatla birlikdədir. [Saleh] Müsəlmanların çoxluğuna tabe olun. Belə Müsəlmanların çoxluğundan ayrılan Cəhənnəmə gedəcək.) [Əbu Davud]




В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину