Ehtiyacı olan əşyadan, borclardan artıq olaraq zəkat nisabı qədər malı və pulu olan hər müsəlmanın Ramazan ayında bayram namazına qədər fitrə verməsi vacibdir. Səfərdə olanın da fitrə verməsi lazımdır. Ehtiyac əşyası demək qiyməti nə qədər çox olursa olsun bir ev, bir aylıq yemək, hər il üç qat paltar, evdə istifadə olunan əşya və alətlər, minik vasitələri, peşə kitabları və ödəyəcəyi borclardır. Ticarət üçün olmayan ehtiyacından artıq olan əşya, kirayədəki evlər, evindəki bəzək əşyası, sənət və ticarət alətləri, yerə sərili olmayan xalçalar, istifadə edilməyən artıq ev əşyası qurban və fitrə üçün nisab hesabına qatılır. Fitrə olaraq 1750 qram buğda və ya buğda unu, 3,5 kilo arpa, xurma və ya kişmiş verilir. Bunların qiyməti qədər qızıl və gümüş də verilə bilər.