Bir Ramazan günü idi. Müsəlman məhəlləsində yaşayan bir Məcuzinin (atəşpərəst) kiçik oğlu, oruclu müsəlmanların yanında çörək yeyirdi. Atası uşağın bu hərəkətini görəndə “Oğlum Müsəlmanların yanında yemək yeyilərmi? Onlar bu günlərdə oruc tutarlar, bu günlər onların mübarək günləridir, hörmət etmək lazımdır” deyərək danladı və “get evdə ye!”deyərək uşağı evə göndərdi.
Bu hadisədən bir neçə il sonra bu Məcuzi öldü. Ölümündən sonra şəhərdəki bir müsəlman yuxusunda bunu Cənnəti-alada gördü. Məcuziyə “Necə oldu ki, bu nemətə qovuşdun? Biz səni Məcuzi bilirdik. Hətta öldüyün zaman cənazə namazını belə qılmamışdıq” dedi.
O da bu cavabı verdi:
Bəli! Doğru deyirsən. Mən bir məcuzi idim. Lakin bir gün kiçik oğlum müsəlman məhəlləsində, onlar oruclu olduğu halda yemək yeyirdi. Mən uşağımın onların gözləri qarşısında çörək yeməsinə icazə vermədim. Müsəlmanların hörmət etdiyi bir şeyə mən də hörmət etdiyim üçün, Cənabı-Allah, xəstə yatağımda məni Müsəlman olmaqla şərəfləndirdi. Müsəlman olaraq öldüyüm üçün bu nemətə qovuşdum”
В корзине: 0 шт.
на сумму: 0