Facebook Twitter WhatsApp

Şəvval ayında oruc



Sual: Ramazandan sonra Şəvval ayında oruc tutmağın əhəmiyyəti nədir?
CAVAB
Hər zaman oruc tutmaq savabdır. Hədisi-şərifdə, “Oruc, Cəhənnəm atəşindən qoruyan bir qalxandır” buyuruldu. (Buxari)
Şəvval ayında tutulan orucun çox savabı vardır. Üç hədisi-şərif:
“Ramazandan sonra Şəvval ayında da 6 gün oruc tutan, anasından doğulduğu gün kimi günahsız olar” [Tabərani]
“Ramazan orucuyla Şəvvalda da 6 gün oruc tutan, bir il oruc tutmuş sayılır” [İbni Macə]
“Ramazan ayı orucu on aya, Ramazandan sonra tutulan 6 gün oruc da iki aya müqabil olur ki, beləcə bir il oruc tutma savabına qovuşulur.” [İbni Huzeymə]
Bu 6 gün orucun bayramdan sonra dərhal tutulması yaxşı olar. Ara verməklə tutmaq da caizdir. Qəzaya niyyət edərək tutmaq lazımdır. Qəza oruclarını Bazar ertəsi və Cümə axşamı günləri tutmaq daha yaxşıdır. Üç hədisi-şərif məalı belədir:
“Əməllər Bazar ertəsi və Cümə axşamı günləri ərz olunur. Mən də əməlimin oruclu ikən ərz olunmasını istərəm”. [Tirmizi]
“Bazar ertəsi və Cümə axşamı günahların əfv edildiyi gün olduğu üçün oruc tuturam”. [Müslim]
“Cənnətin qapıları Bazar ertəsi və Cümə axşamı günləri açılır”. [Müslim]
Sual: Şəvval ayındayıq, 6 gün oruca başladım. Ramazanda adətli olduğum zaman tuta bilmədiyim oruclarım oldu. 7 gün tuta bilmədim. 6 günlük oruc digərinin yerinə keçərmi? Yoxsa 13 gün oruc tutmalıyam?
CAVAB
6 gün oruc tutarkən qəzaya da niyyət etsəniz həm qəzanız ödənmiş olar, həm də Şəvval ayında oruc tutma savabına qovuşmuş olarsınız. 7 gün qəza tutsanız borcunuz qalmaz.
Sual: Şəvval ayında tutulan 6 gün orucu (qəza və nafilə oruca niyyət edərək) ard-arda tutduq. Bir nəfərin Bazar ertəsi-Cümə axşamı tutmaq lazım olduğunu dediyi zaman, pis bir niyyət olmadan bir an əvvəl 6 gün orucu dərhal tutaq dedim. Bir zərəri varmı?
CAVAB
Oruc tutan adamın pis niyyəti olarmı? Siz onu özünüzə bir vəzifə hiss etdiyiniz üçün elə dediniz. Namaz üçün də eyni şey söyləmək olar. “Hələ bu namazımızı bir an əvvəl qılaq və ya əvvəlcə namazımızı qılaq ki, qurtulaq” demək küfür olmaz. Çünki borcdan bir an əvvəl qurtulmaq deməkdir.
Sual: Biz qonşularla 6 gün orucumuzu tutduq. Bir qadın, qadınların tutması lazım olan bir borc varsa, bu 6 gün nafilə orucu tuta bilməz, dedi. Bu doğrudur?
CAVAB
Fərz namaz borcu olan nafilə və sünnət qıla bilməz, ancaq oruc tuta bilər. Çünki ikinci Ramazana qədər borcunu ödəyə bilər. Amma bu altı günü oruc tutarkən qəzaya da niyyət edərsə həm bu günlərdə oruc tutmuş olar, həm də qəzasını ödəmiş olar.
Sual: Şəvval ayında tutulan 6 gün oruc şəvval ayı içində hansı gün olursa olsun tutula bilərmi?
CAVAB
Bəli, 30 gün içində 6 gün oruc tutulur.
Sual: Mən 6 gün oruca başladım. İkincisini bu gün tutacam. Ancaq dünən gecə bir az yuxulu idim, yeməyi yeyib yatdım. Səhər qalxdığım zaman niyyət etmədiyimi xatırladım. Ancaq gecə yatarkən xanımıma, “mən sahura qalxacam, sabah və başqa günlər (14-15-ci günlərdə) oruc tutacam” dedim. Belə etməyim niyyət yerinə keçər?
CAVAB
Sahura qalxıb yemək yeyirsiniz. Bu niyyət yerinə keçər. Hətta tələsik vaxt çıxmadan onu yeyim, bunu içim deyilirsə, bunlar da niyyətdir.
Şəvval ayında oruc tutmaq
Sual: Hilalı görmədən təqvimlərə görə Ramazan və bayram edilən günlərdə Ramazandan sonra iki gün oruc tutmaq lazımdır. Bir də hayz vəziyyətində tutulmayan oruclar olur. Şəvval ayında 6 gün nafilə oruc tutmaq da çox savabdır. Qəza namazları qılarkən, nafilə namazlara da niyyət edildiyi kimi qəza oruclarını tutarkən həm Şəvval ayı orucuna həm də qəza orucuna birlikdə niyyət edilə bilərikmi?
CAVAB
Bəli, o cür niyyət edilir. Şəvval ayında qəza orucu tutarkən, Şəvval orucuna ayrıca niyyət edilməsə belə yenə Şəvval ayında tutulması çox savab olan nafilə oruclar da tutulmuş olar. Peyğəmbər əfəndimiz Məhərrəmin 9 və 10-cu günləri nafilə oruc tutduğu üçün bizə sünnət olmuşdur. Yenə Peyğəmbər əfəndimizin hər Ərəbi ayın 13, 14 və 15-ci günləri və Qurban bayramı ərəfəsində nafilə oruc tutduğu olurdu. Rəsulullah əfəndimiz bu günlərdə nafilə oruc tutduğu üçün o günlərdə bizim oruc tutmağımız da müstəhəb olmuşdur. Bu günlərdə qəza orucu tutarkən sünnət və ya müstəhəb də yerinə gəlmiş olar.
Bildirilən günlərdə nafilə oruc tutarkən qəzaya da niyyət etmək, yəni “İlk qəzaya qalan Ramazan orucumu tutmağa” demək lazımdır. Qəza orucumuz olmasa belə bu cür niyyət etməyin heç zərəri olmaz. Qəzamız yoxdursa onsuzda nafilə olur. Mübarək günlərdə oruc tutarkən hər zaman qəzaya niyyət eməliyik.
Şəvvalda 6 gün oruc
Sual: Ramazanı-şərifin və bayramın başlaması hilalın görülməsiylə müəyyən edilmədiyi üçün Ramazandan sonra 2 gün qəza orucu tutmaq lazımdır. 6 gün də şəvvalda oruc tutulur. Hamısı 8 edir, yoxsa 6 gün tutulsa həm 2 gün qəza orucu həm də şəvvalda 6 gün oruc tutulmuş olurmu?
CAVAB
Şəvvalda 6 gün qəza orucu tutulsa Ramazandan sonra 6 gün oruc tutmaq lazım olduğu üçün bu ayda 6 gün oruc tutulmuş olur. İkisi Ramazan orucunun qəzası deyərək 8 gün oruc tutmaq lazım olmaz. Ən az birə on savab verildiyi üçün bir ay Ramazanda oruc tutan 300 gün Şəvvalda da 6 gün oruc tutan 60 gün oruc tutmuş kimi olacağı, yəni bütün il oruc tutmuş sayılır. Deyək ki, Ramazanda tutduğumuz 30 gün orucun ikisi təsadüf etməsə, ikisini sonra qəza etmiş oluruq. Ramazan deyə tutduğumuz 2 gün normal nafilə olur. 4 gün də Şəvvalda yenə 6 gün tutulmuş olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину