Facebook Twitter WhatsApp

Orucun kəffarəsi

Sual: Ramazan günü orucu pozub kəffarəsi lazım olan və olmayan tələblər hansılardır?

CAVAB

Tələblər bunlardır:

1- Bilərək yeyib-içmək.

2- Cinsi əlaqədə olmaq.

3- Ramazanda yalnız qəzası olan bir iş görərək orucunu pozan şəxsin, “onsuz da kəffarəsi yoxdur” deyib həmin Ramazan ayının başqa bir günündə də qəsdən bu işi təkrar etməsi.

4- Siqaret çəkmək.

5- Qeybət etmək, sürmə çəkmək və qan aldırmaq kimi orucun pozulmadığı dəqiq bilinəndən sonra orucun pozulduğunu zənn edərək yeyib-içmək. 

 

Ramazan orucu qəsdən pozulsa da, kəffarəsi tələb olunmayan hallar:

Bir qadın orucunu qəsdən pozarsa, həmin gün iftardan əvvəl heyz görərsə, kəfarəsi lazım olmaz. (Tahtavi)
Orucunu qəsdən pozduqdan sonra həmin gün huşunu itirən və ya oruc tuta biməyəcək qədər xəstələnən adama kəffarə lazım olmaz. (Hindiyyə, Qədixan)
Ciddi bir təhdidlə orucu pozulan şəxsin kəffarə lazım olmaz. (Qadıxan)
Susuzluqdan xəstələnmək və ya ölmək riskində olan şəxs orucunu pozub, qəzasını tuta bilər. Kəffarə lazım olmaz. (Rədd-ül-muxtar)
Oruca niyyət etdikdən sonra səfərə çıxarkən pozmaz günahdır, lakin günah işlənmiş olsa da, orucu səfərdə pozduğu üçün kəffarə lazım olmaz. [Cəvhərə]
Ağız dolusu qusmuş və ya ihtilam olan şəxs orucunun pozulduğunu düşünərək yeyib-içsə, kəffarə lazım olmaz. [Rədd-ül-muxtar]
İynə vurdurduqdan sonra yeyib-içdikdə kəffarə lazım olmadığı kimi kağız, pambıq, ot, bişməmiş düyü kimi dərman və qida olmayan bir şeyi qəsdən udduqda da kəffarə lazım olmaz. (Nemət-i İslam)
Hələ imsaq vaxtına vaxt olduğunu zənn edərək və ya günəş batdı zənn edərək yeyib-içənin orucu pozular, kəffarə lazım olmaz. (M. Zühdiyyə)
Şafii məzhəbində münasibətdə olan kişiyə kəffarə lazımdır, xanımına isə kəffarə lazım deyil. (Tühfə)
Ramazan ayından başqa hər hansı səbəbdən olursa-olsun, oruc pozularsa, kəffarə lazım olmaz.

Sual: Orucun kəffarəsi vardırmı?

CAVAB

Əlbəttə vardır. Axşamdan oruc tutmağı niyyət edib, sonra orucu qəsdən pozana kəffarəsi lazım olduğu dini kitablarda yazılıdır. Kütübi-sittə adlı məşhur altı hədis kitabından Buxari, Müslim, Əbu davud, Tirmizi Nəsai də mövcuddur. Bu beş ən qiymətli hədis kitabına inanmayanlar, əgər missioner deyillərsə, cahil və ya xaindirlər. Həzrəti Əbu Hüreyrənin rəvayət etdiyi hədisi-şərif belədir:

Bir şəxs Peyğəmbər əfəndimizin yanına gələrək “Həlak oldum ya Rəsulallah” dedi. Peyğəmbər əfəndimiz nə olduğunu soruşdu. O da Ramazan orucunu qəsdən pozduğunu dedi. Peyğəmbər əfəndimiz ona bir kölə azad etməsini bildirdi. Köləsini olmadığını bildirdikdə, ardıcıl iki ay oruc tutmağı əmr etdi. Bunu da edə bilməyəcəyini bildirdikdə, ona yoxsul doyurmasını bildirdi.
İslam alimləri qeyd etmişdilər ki, axşamdan oruc tutmağa niyyət edib heç bir səbəb olmadan qəsdən orucu pozan şəxs, kəffarə olaraq əgər varsa, bir kölə azad etməli, yoxdursa,  60 gün aralıqsız hər gün oruc tutmalı, oruc da tuta bilməsə 60 yoxsulu yedizdirməlidir. [Rədd-ül-muxtar]
Peyğəmbər əfəndimizin bildirdiyi hökmü qəbul etməyənlər Allahu təalanın əmrini qəbul etməmiş sayılır. Çünki Qurani-kərimdə məalən buyurulur ki:

“Rəsulə itaət edən Allaha itaət etmiş sayılır.” [Nisə 80]

Sual: Orucun kəffarəsi necə tutulur?

CAVAB

Orucun kəffarəsi üçün 60 gün ardıcıl oruc tutulur. 60 gün sonra tutulmayan hər gün üçün günlərin sayı qədər oruc tutulur. Bir neçə Ramazanda kəffarəsi olan və ya bir Ramazanda 2 gün kəffarəsi olan şəxs birinci kəffarəni verməmişsə, hər ikisi üçün yanlız bir kəffarə verər. Birinci kəffarəni vermişsə, ikinci kəffarəsini də edər.
Orucun kəffarəsi xəstəlik, səfərdə olmaq kimi üzrlü səbəblərə görə, yaxud bayram günləri ilə üst-üstə düşdüyünə görə pozularsa və ya Ramazan ayına təsadüf edərsə, yenidən 60 gün tutmaq lazımdır. Bayram günlərində pozulmazsa, yenidən başlamalıdır. Heyz və nifas səbəbi ilə pozulduqda yenidən başlanılmır. Qalan günləri təmizləndikdə tamamlanar.
Ramazanda üzrsüz oruc tutmamaq haramdır, böyük günahdır. Əvvəlcə tutulmayan oruclar üçün tövbə edilir. Sonra hər günü üçün, yəni neçə gün tutulmamışdırsa, həmin gün qədər qəza orucu tutular. Bir şəxs Ramazan ayında 30 gün oruc tuta bilməsə, tuta bilmədiyi gün qədər qəza orucu tutmalıdır. Bu oruclara kəffarə lazım deyil. Kəffarə oruc tutmamağın deyil, niyyət etdikdən sonra Ramazan orucunu qəsdən pozmağın cəzasıdır. Ramazan orucunu və ya qəza oruclarını çox yaşlanıb vəfat edənə qədər tuta bilməyən qoca və sağalacağından ümid kəsilən xəstə gizli olaraq yeyib-içər! Hədisi-şərifdə “Oruc tuta bilməyəcək qədər yaşlı və ya sağalmasından ümid kəsilən xəstə fidyə verər” buyurulur. Çox yaşlanıb oruc tuta bilməyən insan zəngindirsə, hər günün orucu üçün fidyə verər. Yoxsul olan fidyə verməz, dua edər.
Fidyə olaraq hər gün üçün bir fitrə qədər un, xurma və ya üzüm verilir. Məsələn, 30 günlük oruc üçün 53 kq un, 105 kq xurma və ya üzüm verilməsi kifayətdir. Yaxud da  Ramazanın əvvəlində və ya sonunda bir ya da bir neçə yoxsula tutulmayan otuz günlük orucun fidyəsi olaraq o qədər unun dəyərində qızıl və ya gümüş pul verilə bilər. Yoxsul aldığı fidyəni özü istifadə etdiyi kimi, başqasına da verə bilər. Fidyə verdikdən sonra oruc tuta biləcək hala gələn şəxs tuta bilmədiyi orucların qəzasını tutar. [Nəhr-ül-faiq]
Xəstəlik və ya qocalıq kimi üzrlü bir səbəblə Ramazan orucunu tuta bilməyən zəngin şəxsin bu vəziyyəti vəfat edənə qədər davam edərsə, yoxsullara yemək verilməsini vəsiyyət edər. Vəlisi də onun tuta bilmədiyi hər oruc üçün yoxsula bir fitrə və ya dəyərini verər. (Bədayi)

Sual: Daim xəstə olan və ya çox yaşlı olub kəffarə orucunu tuta bilməyən nə etməlidir?

CAVAB

Daim xəstə olan və ya çox yaşlı olub 60 gün kəffarə orucunu tuta bilməyən şəxs, 60 yoxsulu səhər-axşam və ya günorta-axşam olmaq üzrə bir gündə iki dəfə yedizdirər. Hamısının eyni gündə yeməsi şərt deyil. Bir yoxsulu gündə iki dəfə yedirməklə 60 gün və ya gündə bir dəfə olmaqla 120 gün yedirmək də olar. Yaxud  60 yoxsulun hər birinə bir fitrə miqdarı fitrə olaraq verilən məhsullardan birini vermək, yaxud da bunların dəyəri qədər çörək, başqa məhsul və ya qızıl vermək də caizdir. Yoxsul özünü doyursun deyə ona kağız pul da vermək olar. Bir yoxsula fitrə miqdarında məhsul və ya mal 60 gün fasiləsiz olaraq verilir. Bir yoxsula 60 günlük məhsul bir gündə verilərsə, bir günlük verilmiş olar. Buna diqqət yetirmək lazımdır. Tutaq ki, səhər-axşam iki çörək yeyilirsə, gündə iki çörək vermək lazımdır. Əgər bir dəfəyə 120 ədəd çörək verilsə, bir günlük verilmiş olar.

Sual: Qadın diş həkimi “Unudaraq yeyilsə də oruc pozulur. Pozulmur deyə bir ayə yoxdur” deyir. Dinimizdə Qurandan başqa mənbə varmı?

CAVAB

Təbii ki, bir insanın öz ixtisası xaricində mütəxəssis kimi danışması düzgün olmaz. Qurani-kərimin müxtəlif yerlərində “Yalnız Allaha tabe olun” deyilmir, “Allaha və Rəsuluna tabe olun” buyurulur. Rəsulullaha tabe olmaq Allaha tabe olmaqdan fərqli deyil. Qurani-kərimdə “O, [Rəsulullah] vəhy olunandan qeyrisini söyləməz” buyurulur. (Nəcm 3)
Bu ayəti-kərimə Peyğəmbər əfəndimizin din haqqında bildirdiklərinin Allahu təalanın vəhy etdiyindən başqa olmadığını bildirir. Həmçinin “Peyğəmbər sizə nəyi verdisə [nəyi əmr etdisə] onu götürün, nəyi qadağan etdisə, ondan da çəkinin” buyurulur. (Həşr 7)
Deməli, Allahu təalanın Qurani-kərimdə açıq-aydın bildirmədiyi xüsuslar var ki, “Peyğəmbərin əmr etdiklərini edin, qadağalarından çəkinin” buyurulur. Məsələn, biz Qurandan namazın necə qılınacağını öyrənə bilmirik. Neçə rükət olduğunu da tapa bilmərik. Hansı rükətdə nə oxuyacağımızı da tapa bilmərik. Səhv etsək necə edəcəyimizi də tapa bilmərik. Hardan taparıq?  Peyğəmbər əfəndimiz necə qılmışsa, elə qılmalıyıq. Hansı rükətlərdə nələri oxumuşsa və ya nələri oxuyun buyurmuşsa elə etməliyik. Səhv etdiyimiz səcdəni də Onun bildirdiyi kimi edərik. Orucu pozan və pozmayan çox şey vardır. İynə orucu pozurmu, heyz zamanı oruc tutmaq lazımdırmı? Orucun fərzləri nələrdir? Bunları Peyğəmbər əfəndimizdən öyrənirik. Biz Peyğəmbər əfəndimizin əmrinə tabe olsaq başqa bir kitabdan oxumuş oluruqmu? Sünnətlər Qurandan başqa deyil. Allahu təala Rəsula tabe olmağımızı əmr edir. Allahın bu əmrinə tabe olmağımız niyə qeyri-adi qarşılanır?
Dariminin bildirdiyi hədisi-şərifdə Cəbrayıl əleyhissəlam Allahın əmri ilə Qurani-kərimi gətirdiyi kimi, açıqlaması olan sünnəti də gətirmişdir. Hədisi-şərifdə də “Peyğəmbərin haram kılması, Allahın haram qılması kimidir” buyurulur. [Tirmizi]
Həkim xanımın “Unudaraq yeyilsə də oruc pozular. Bu mövzuda bir ayə yoxdur” deməsi yanlışdır. Ayədə olmayanlar sünnətdə bildirilmişdir. Peyğəmbər əfəndimiz buyurur ki:

 “Oruclu halda unudaraq yeyib-içən şəxs, orucunu davam etsin, çünki onu Allahu təala yedirib-içirtmişdir.” [Buxari, Müslim, Tirmizi, Nəsai]
“Oruc tutan şəxs unudaraq yeyib-içərsə, ona qəzasını tutmaq lazım olmaz.” [Darə Qutni]
Hər kəs ayələri özünəməxsus şəkildə təfsir etdiyi üçün 72 azğın məzhəb meydana gəlmişdir. Əgər Peyğəmbər əfəndimizə tabe olunsaydı, bu ayrılıqlar olmazdı. Ayrılıqlar Peyğəmbər əfəndimizə tabe olmamaqdan irəli gəlir. Hər kəs Peyğəmbər əfəndimizin sözünü əsas götürsəydi, ayrılıq da olmazdı.

Sual: Bir qadın kəffarə orucu tutmalıdırsa nə etməlidir? Biz 60 gün ardıcıl tuta bilmərik, menopozu gözləməliykmi?

CAVAB

Qadınlar menstruasiya dövründə oruc tutmurlar, bundan sonra davam edirlər. Menopozu gözləmirlər.

Sual: Ramazan günü ağız dolusu qusan və ya ihtilam olan şəxs orucunun pozulduğunu düşünərək yeyib-içərsə kəffarəsi lazımdırmı?

CAVAB

Bunların orucu pozmadığını bilməsə, kəffarəyə ehtiyac yoxdur. Lakin bu halların orucu pozmadığını öyrənsə, buna baxmayaraq yeyib-içərsə kəffarəsi lazımdır. Qeybət etmək, qadınlara baxmaq, sürmə çəkmək və qan aldırmaq kimi, orucu pozmadığı dəqiq bilinən şeydən sonra, orucun pozulduğunu düşünərək yeyib-içilərsə kəffarəsi lazımdır. Bunların orucu pozmadığını əvvəlcədən bilib-bilməməyin fərqi yoxdur. Hər tərəfə yayılan məşhur xəbərləri bilməmək üzr deyil, kəffarəsi lazımdır. [Rədd-ül-muxtar]

Sual: 5 gün qəza borcu və kəffarə borcu olan necə oruc tutar, 65 gün fasiləsiz tutmalıdırmı?

CAVAB

Xeyir, 60 gün oruc tutar. Qalan beş günü də istədiyi vaxt tutar. Yəni fasilələrlə tuta bilər. Amma 60 gün fasilə olmaz, ardıcıl tutmalıdır.

Sual: Xəstəliyim artacaq deyə orucumu pozdum. Amma artmadı. Kəffarəsi lazımdırmı?

CAVAB

Xəstəlik artmadığına görə kəffarəsi lazımdır.

Sual: Oruc tutan bir anda çox duz yesə kəffarəsi lazımdırmı?

CAVAB

Qəzası lazımdır. Duzu az yeyərsə, kəfarrəsi lazım deyil.

Sual: Orucun kəffarəsi üçün 60 günlük pul alan şəxs 40 günün pulunu yesə, 20 günlük pulunu da başqa bir yoxsula versə, kəffarə pulunu verənin bundan xəbəri olmasa, kəffarə ödənilmiş olarmı?

CAVAB

Başqasında da verə bilərsən, deyilsə, caizdir.

Sual: Kəffarə orucu tutarkən hər gün üçün ayrıca niyyət lazımdırmı?

CAVAB

Ayrıca niyyət lazımdır.

Sual: Kəffarə orucu tuta bilməyən ürək xəstəsi nə etməlidir?

CAVAB

Daim xəstə hökmündədir.

Sual: “Sağalsam kəffarə orucu tutacam” deyə adaq adamak səhihdirmi?

CAVAB

Xeyir, səhih deyil.

Sual: Beş oruc kəffarəm var. Hamısı üçün niyyət edərək bir kəffarə tutsam hamısını tutmuş sayılırmıyam?

CAVAB

Bəli.

Sual: Kəffarə orucu tutan bir şəxs saatın geri çəkildiyi gün saatı səhv salıb imsaq bitdikdən sonra orucu pozan bir iş görsə, hökmü nə olar? Kəffarə yenidən başlamalıdırmı?

CAVAB

Bəli, yenidən başlanır, köhnə oruclar isə nafilə olur.

Sual: Qəza və kəffarə orucunun ilini bilməyən nə etməlidir?

CAVAB

İlk qəzaya qalmış olan deyə niyyət etməlidir.

Sual: Ramazanda imsaqın bitmədiyini düşünüb, münasibətdə olduq. Sonradan öyrəndim ki, imsaq bitib. Amma yoldaşım imsaq vaxtının bitdiyini bilirmiş. Bizə qəza, yoxsa kəffarə lazımdır?

CAVAB

Bilmədiyin üçün sənə qəza lazımdır, yoldaşınız bildiyi üçün ona kəffarə lazımdır.

Sual: Bir hoca “Xanımı ilə münasibətdə olmaq orucu pozmur” dedi. Münasibətdə olmaq orucu pozmurmu?

CAVAB

Bunu bir hocanın söyləməsi mümükün deyil. Mütləq ki, anlaşılmazlıq var. Heç bir cahil insan belə bir şey söyləyə bilməz. Münasibətdə olmaq orucu pozur və kəffarəsi lazımdır. [Dürər]
Şafii məzhəbində münasibətdə olan kişiyə kəffarə lazımdır, xanıma isə kəffarə lazım deyil, amma yenə də orucu pozulmuş sayılar, sadəcə qəza lazımdır. [Tuhfə]
Münasibətdə kəffarənin həyata keçməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
1- Ramazan orucu pozulmuş olmalıdır. Ramazan orucunun qəzasını  və ya başqa orucu tutarkən pozan şəxsə kəffarəsi lazım olmaz.

2- Ramazan orucunu imsaq vaxtından əvvəl niyyət etmiş olmalıdır. İmsaq vaxtından sonra oruc tutmağa niyyət edilərsə və ya niyyət etmədən münasibətdə olunsa, haram işləmiş olsa belə, ancaq qəzası lazımdır.

3-Qəsdən münasibətdə olmalıdır. Əgər unudaraq münasibətdə olunmuşsa, kəffarəsi lazım olmadığı kimi, oruc da pozulmuş olmur, unutmaq üzr sayılar. Kəffarə, orucu pozmağın deyil, mübarək Ramazanı-şərif ayının hörmət və izzət pərdəsini yırtmağın cəzasıdır.
4- Münasibət imsaq vaxtından sonra, yəni gündüz olmalıdır. Əgər imsaq vaxtının bitməsinə vaxtın olduğunu zənn edərək yaxınlıq etdikdən sonra imsaq vaxtının keçdiyi başa düşülsə, qəsdən orucun pozulmadığı üçün yalnız qəzası lazımdır, kəffarəyə ehtiyac yoxdur.
5- Münasibətdə olduqdan sonra oruc tuta bilməyəcək qədər xəstə olan şəxs üçün kəffarə lazım deyil. Buna bənzər bir qadın münasibətdə olduqdan sonra heyz halı baş verərsə, yenə də kəffarəyə ehtiyac olmaz.

6- Kəffarəsi olması üçün orucunu yaşadığı yerdə qəsdən pozmuş olmalıdır. Əgər səfərdə ikən pozarsa, qəzası lazımdır. Çünki səfərdə oruc tutmaq fərz deyil. Səfərdə oruc tutmayan şəxs sonra qəzasını tutar.

7- Ər-arvad öz istəkləri ilə münasibətdə olmalıdır. Mülci ikram ilə məcbur edilərsə, kəffarə lazım deyil. İkrah bir insanı istəmədiyi bir işi etməsini üçün haqsız yerə məcbur etməkdir. Bir insanı məcbur etmək üçün 4 şərt lazımdır:

Məcbur edən insanın qorxutduğu şeyi edəcək qədər güclü olması, məcbur olan insanın qorxduğu şeyin mütləq ediləcəyini bilməsi, qorxudulan şeyin ölüm və ya bir əzasının kəsilməsi və ya kədərli bir şey olması, məcbur olunan şeyin edilməməsi lazım olan bir iş olmalıdır. (İbni Abidin, Dürər-ül-hükkam)
Bəzi insanlar masturbasiyanın orucu pozmadığını, bəziləri isə pozduğunu və kəffarəsi lazım olduğunu söyləyirlər. Bunların ikisi də yanlışdır. Masturbasiyanın orucu pozduğu, lakin sadəcə qəzası lazım olduğu Hindiyyə, Bəhr və Dürr-ül-muxtar və başqa fiqh kitablarında yazılıdır. Bir Ramazanda iki dəfə masturbasiya olana kəffarəsi də lazımdır. Çünki Ramazan ayının bir günündə qəzası lazım olan bir iş görərək orucunu pozan şəxs başqa bir gündə bunu qəsdən təkrar edərsə, kəffarəsi lazımdır.

Sual: Rəhmətlik nənəm cavanlığında ilk körpəsini əmizdirərkən yuxuya getmiş, uşaq da nəfəs ala bilmədiyi üçün ölmüşdür. Kəffarəsi üçün 60 gün oruc tutmuşdur. Onun etdiyi doğrudurmu?

CAVAB

Bəli, etdiyi doğrudur. Əgər bir də körpənin atasından, yəni babanızdan da bağışlanma diləmişsə, heç bir problem olmaz.
Hündürlükdən birinin üstünə yıxılaraq və ya yatan şəxs təsadüfən yuvarlanaraq [və ya nəqliyyat vasitələrinin toqquşması ilə] bir insanı öldürərsə kəffarə verilir.

Sual: Kəffarəsi olmayan şəxsin kəffarə orucu tutması caizdirmi?

CAVAB

Bəli, əgər bilmədiyi bir kəffarəsi varsa, onun əvəzini ödəmiş olacaq. Kəffarəsi yoxdursa, tutduğu oruuclar nafilə olar. “Ömründə bir dəfə kəffarə orucu tutmaq lazımdır” demək yanlışdır. Kəffarəsi olmayan insanın kəffarə orucu tutması lazım deyil.

Oruc qəzası


Sual:
Bir neçə oruc qəzası ilə bir kəffarəsi olan adam kəffarədən əvvəl qəza orucu tuta bilməzmi?

Cavab
Qəza oruclarını kəffarə orucundan əvvəl tutmaq olar. Sadəcə olaraq kəffarəyə səbəb olan orucun kəffarəsini həll etmədən qəzası tutulmaz.

Kəffarə 60 gündür

Sual: Orucun kəffarəsi haqqında hədis varmı?

CAVAB

Orucun kəffarəsi haqqındakı hədisi-şərif belədir:

Həzrəti Əbu Hüreyrə deyir:

Bir şəxs gəlib belə dedi:

- Ya Rəsulallah, həlak oldum.

- Səni həlak edən nədir?
- Ramazan ayında ailəmlə yaxınlıq etdim orucum pozuldu.

- Bir kölə azad etməlisən.

- Köləm yoxdur.

- Kölən yoxdursa, fasiləsiz iki ay oruc tutmalısan.

- İki ay oruc da tuta bilmərəm.

- Altmış nəfər yoxsula bir-bir fitrə verməlisən. (Un olaraq 53 kq edir)

- Bunu da tapa bilmərəm.

Bu vaxt Rəsulallaha bir səbət quru xurma gətirmişdilər. Adama buyurdu ki:

-Bunları götür, yoxsullara sədəqə kimi payla!

Ya Rəsulallah, kimə verim? Vallahi bu şəhərdə bizdən daha yoxsul yoxdur. İcazə versəniz, onları ailəmə aparardım.

Rəsulallah mübarək dişləri görünəcək qədər güldü. Sonra buyurdu ki:

-Apar, onlara yedir. [Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbni Macə]
Kitab saytındakı səhih hədisi-şərifi elmi cəhətdən inkar etmək mümkün deyil.

Sual: Bir qadın 60 günlük kəffarə orucunu tutduqda heyz görüb kəffarə orucuna fasilə versə, səhər oyananda da adət vaxtı ilə birgə heyzi də qurtarsa, lakin imsaq vaxtından sonra yeyib-içərsə kəffarəsinə davam edə bilərmi?

CAVAB

Heyzi bitdiyi halda kəffarə orucunu davam etdirmədiyi üçün kəffarə orucuna əvvəldən başlamalıdır. Heyzin bitmə ehtimalı olduqda vaxt həmin gün imsaq vaxtından əvvəl niyyət etməli, heyzi bitmişdirsə, kəffarəyə davam etməlidir. Heyzi bitməmişdirsə, həmin günün orucu pozulmuş olar. Belə etmək ehtiyatlı olardı.

Sual: Oruc tutarkən çiy düyü dənəsi və ya kiçik bir kağız parçası udularsa, yaxud da imsaq vaxtından sonra niyyət edib qəsdən yeyib-içilərsə, kəffarəyə ehtiyac olmur. Kəffarəyə ehtiyac olmadığı üçün orucu bu formada pozmaq düzgündürmü?

CAVAB

Kəffarəyə ehtiyac olmasa belə, üzrsüz olaraq orucu pozmaq haramdır. Bu deyilənlər, yalnız orucu pozmaq üçün üzrlü səbəb olduqda edilə bilər.  Məsələn, əgər bir şəxs öz təcrübəsindən orucun ona zərər verəcəyini anlaya bilməyibsə, bəlkə də kəffarə tələb edilə bildiyi üçün onu bu formada pozmaq daha yaxşı olar.

Kəffarə 60 gündür

Sual: Tam elmihalda “Orucun kəffarəsi üçün 60 gün ardıcıl olaraq oruc tutmaq lazımdır” deyilir. Ardıcıl olaraq iki qəməri ay oruc tutulsa, ayın biri 29 gündən ibarət olsa, cəmi 59 gün tutduqda kəffarə əvəzinə keçməzmi?

CAVAB

Bu dövrdə hilalı müşahidə edən heç bir dini qurum yoxdur. Müşahidə etmədən təqvimə baxaraq iki hicri ayda oruc tutularsa, iki ayın cəmi 59 gün olduqda kəffarə səhih olmaz. İmam-əzəm həzrətləri “60 gün oruc tutmaq lazımdır” buyurur. Bu gün hilalı müşahidə etmək işi düzgün bir şəkildə yerinə yetirilmədiyi üçün 60 gün ardıcıl oruc tutmaq lazımdır. Ehtiyatlı olan da budur. (Məbsud, Rədd-ül-muxtar)

 

Kəffarə bayramla üst-üstə düşərsə

Sual: Elmihal yazan bir şəxs “Kəffarə orucu bayramla üst-üstə düşə belə, kəffarə davam etdirilir” deyir. Bayram günü tutulan kəffarə orucu səhihdirmi?

CAVAB

Bəlkə milli bayram deyilən günləri nəzərdə tutmuş ola bilər. İstər kəffarə orucu olsun, istərsə də adaq və ya qəza orucu olsun, Ramazan bayramının birinci günü, Qurban bayramının da dörd günü oruc tutmaq haramdır. Dini kitablarda bildirilir ki:

Kəffarə orucu xəstəlik, səfərdə olmaq kimi bir üzrlü səbəblə və ya bayram günləri ilə üst-üstə düşməsi səbəb ilə pozularsa və ya Ramazan ayına təsadüf edərsə, yenidən altmış gün oruc tutmaq lazımdır. Bayram günlərində pozmasa, yenidən başlamaq lazımdır. Qadının heyz və nifas səbəbi ilə orucu pozulduqda, altmış gün ardıcıl tuta bilmədiyi  üçün yenidən başlamaz. Təmizləndikdə qalan günləri tutaraq altmış günü tamamlayar. And kəffarəsində isə üç gün ardıcıl tutulan orucu bu səbəblə pozan qadının da üç günü yenidən tutması lazımdır, çünki üç gün ardıcıl oruc tuta bilər. Rəcəb ayının birinci günü kəffarə orucuna başlayıb, Şaban ayının sonunda altmış günü tamam olmazsa, üç gülük [104 km artıq] səfərə çıxmaq niyyət ilə vətənindən çıxar. Səfərdə olarkən Ramazan ayının birinci günü kəffarə orucuna niyyət edərsə, kəffarəsi səhihdir. (Eşbah)
Səfərdə olarkən oruc tutmamaq və onu qəzaya saxlamaq caiz olduğu üçün belə bir üsul caizdir.
Oruc tutmaq qadağan olunan günlərdə vacib oruc tutmaq caiz deyildir. (Kuhistani)
Bir şəxs səfərdə və xəstə günlərində oruc tutmuş olsa, keçərli sayılır, [bayram kimi] oruc tutmaq qadağan olunan günlərdə oruc tutarsa, keçərsizdir (Rədd-ül-muxtar).

Orucun kəffarəsi

Sual: Əgər oruc tuta bilməyəcək qədər yaşlı və ya sağalacağına ümidi olmayan xəstənin kəffarə borcu varsa, orucun kəffarəsi niyyəti ilə bir dəfəyə 60 günlük yemək pulunu kasıblara verib hər gün yemək yeməsini söyləmək caizdirmi?

CAVAB

Caiz deyil. 60 yoxsulu gündə iki dəfə yedirmək lazımdır. Yaxud da bir yoxsulu gündə iki dəfə yedirməklə 60 gün və ya gündə bir dəfə yedirmək üzrə 120 gün yedirmək də olar.

Kəffarə lazımdır

Sual: Eyni Ramazanda iki dəfə orucu pozub qəzası lazım olan bir işi etməklə orucun kəffarəsinə ehtiyac olarmı?

CAVAB

Bəli, qəsdən edilsə, kəffarəsi lazımdır (Rədd-ül-muxtar). Məsələn, susuz düyü dənəsini udanda və ya qulağa yağ damcıladanda orucun pozulduğunu və qəzası lazım olduğunu bilə-bilə heç bir səbəb olmadan orucunu pozana qəzası lazımdır. Həmin Ramazan ayında heç bir səbəb olmadan qəsdən bunu təkrar etsə, bu dəfə kəffarəsi lazımdır. Yaxud imsaq vaxtından sonra niyyət edilərsə, kəffarəyə ehtiyac olmadığıni bilən şəxs səbəbsiz yerə qəsdən orucunu pozarsa, kəffarə də lazımdır. Bu, hiylənin qarşısını almaq üçündür. Həqiqətən orucu pozmağı mübah qılan bir vəziyyət olarsa, 3-5 dəfə də pozsa yenə kəffarə lazım olmaz.


Qəzası lazımdır

Sual: “Oruc tutarkən masturbasiya edən şəxs bunun orucu pozmadığını bilməsə, qəzası lazımdır, bilirsə kəffarəsi lazımdır” deyilir, bu doğrudurmu?

CAVAB

Xeyir, doğru deyildir. Orucu pozduğu bilinsə belə, masturbasiya orucu pozur və yalnız qəzası lazımdır. [Hindiyyə, Bəhr, Dürr-ül-muxtar]
Ramazanda orucu pozub qəza tələb edən bir işi qəsdən iki və ya daha çox edərək orucu pozmaq kəffarə də tələb edir.

[Rədd-ül-muxtar]  (Bu o deməkdir ki, eyni Ramazanda iki dəfə masturbasiya olarsa, kəffarə də lazımdır.)

Orucu pozmağa görə cəzası

Sual: Kəskin fikirləri ilə məşhur olan bir şəxs “Kutubi sittə” adlı altı hədis kitabında qəsdən orucu pozanların cəza olaraq 60 gün oruc tutması  bildirilsə də, bu yanlışdır, çünki cəza işlənən günahla əlaqəli olmalıdır. Bir günlük oruc üçün 60 gün oruc tutmaq cəzası vermək zülm olur” deyir. Kutubi sittədə olan bir hökmə etiraz etmək olarmı?

CAVAB

Bu kəskin fikirli adam cahil olduğuna görə deyil, qəsdən, yəni dini çirkin niyyətlərlə pozmaq üçün söyləyir. Oruc tutmamaqla orucu qəsdən pozmağı eyni şey kimi göstərməyə çalışır. Kəffarə oruc tutmamağın deyil, qəsdən orucu pozmağın cəzasıdır. Oruc tutmamağın cəzası bir günə bir gün tutmaqdır.
Üzrlü səbəbi varsa, oruc tutmaz, gününə gün qəzasını tutar. Xəstələnərsə, orucu pozar və yenə bir gün qəzasını tutar. Əgər heç oruc tutmasa, hər günün qəzasını tutar, amma niyyət etdiyi orucu üzrsüz qəsdən pozmaq günahdır. Mübarək Ramazan ayının namus pərdəsini yırtmaqdır. Yəni ortada bir günah var.
Dinimizdə olduğu kimi, dünya işlərində də günahkar cəzasını çəkər. Heç vaxt qəza etməyən belə, vəsiqəsiz avtomobil sürsə və ya qırmızı işıqdan keçsə, cəzalandırılacaq. Sənədsiz silah gəzdirənlər, icazəsiz iş görənlər heç vaxt cinayət törətməmiş olsalar belə, bu işləri sənədsiz  etdikləri üçün cəzalandırılır. Bu işlər bir anlıq olsa belə, illərlə həbsxanada qala bilərlər.
Bir adam hansısa bir evə girib 5 ədəd çay fincanı oğurladıqdan sonra tutulsa, “Fincanları alın, məni buraxın” desə, hətta beş fincan əvəzinə on fincan versə belə, polis buraxarmı? Məhkəmə həbs cəzası da verər, çünki oğurluğun özü cinayətdir. Fincanları verdim, niyə məni həbs edirlər, deyə bilərmi? Dinimizdə də oğurluq edən oğurladığını geri verməklə xilas ola bilməz, oğurluğun cəzasını çəkməlidir. Məhkəmə cinayətin vəziyyətindən asılı olaraq əlini belə kəsdirə bilər.
Orucunu qəsdən pozan şəxs günah işlədir, əvəzində bir gün tutaram deməklə cəzadan xilas ola bilməz. Həm o bir günü tutmalı, həm də kəffarəsini verməlidir. Kəffarəsi bir kölə azad etməkdir. Kölə yoxdursa, bu zaman ardıcıl iki ay, yəni 60 gün oruc tutar. Pis niyyətli insanlar dinin bu əmrini məntiqsiz hesab etsələr də, bunun heç bir dəyəri yoxdur.

Orucun kəffarəsi və kitab

Sual: Andı pozmağın kəffarəsində olduğu kimi, kəffarə orucunu tuta bilməyən şəxs kitab verə bilərmi?

CAVAB

Daim xəstədirsə və ya çox yaşlıdırsa, 60 günlük kəffarə orucunu tuta bilmirsə, 60 yoxsulu yedirməlidir. Ac olan 60 yoxsulu gündə iki dəfə yedizdirmək lazımdır. Bir yoxsulu gündə iki dəfə yedirmək üzrə 60 gün və ya gündə bir dəfə yedirmək üzrə 120 gün də yedizdirmək olar. Yaxud da 60 yoxsulun hər birinə bir fitrə və ya o dəyərdə dini kitab da verilə bilər. Məsələn, 60 yoxsula 60 ədəd İslam əxlaqı kitabı verilər. Əgər 60 yoxsul tapılmazsa, hər gün bir yoxsula bir ədəd kitab vermək üzrə 60 gün verilər. 30 yoxsul varsa, iki gün, 20 yoxsul varsa, üç gün, 10 yoxsul varsa, 6 gün, 5 yoxsul varsa, 12 gün bir ədəd kitab verilər.

Kəffarə olmaması üçün

Sual: Şafii məzhəbində Ramazanda yeyib-içmək deyil, yanlız cinsi əlaqədə olmaq kəffarə tələb edir. Əgər yaxınlıqdan əvvəl yeyib-içilsə, yaxınlıq etmək kəffarə tələb etmir. Bu məlumat doğrudurmu?
CAVAB

Bəli, doğrudur. Hənəfidə də buna oxşar hökm vardır. Hənəfidə kəffarə tələb etməyən bir iş görərək orucu pozduqdan sonra yeyib-içilsə və ya yaxınlıq edilsə, kəffarəyə ehtiyac yoxdur. Məsələn, bir qum dənəsini susuz udmaq, düyü dənəsi udmaq, qulağa yağ damcılatmaq kimi bir şey edilərsə, oruc pozulmuş sayılır. Yeyib-içilsə də kəffarəyə ehtiyac yoxdur. Xəstə və ya dərman qəbul edən və ya hər hansısa bir səbəbdən orucunu pozmaq məcburiyyətində qalan kəffarəyə ehtiyac olub-olmamağından şübhələnib bu yolla orucunu pozarsa, kəffarə lazım olmaz. Sadəcə gününə gün qəzasını tutar. Bu yol hiylə deyil, ehtiyatdır. Amma Şafii məzhəbində olanların bunu etməsi hiylə ola bilər. Çünki Ramazan günü yaxınlıq etmək məcburiyyəti yoxdur. Əgər həqiqətən bir ehtiyac olarsa, o zaman bu yola müraciət etmək caizdir.

 

Kəffarə orucu tuta bilməyən şəxs...

Sual: Kəffarə borcu olan, lakin çox yaşlı və ya daim xəstə olanlar bu kəffarə borclarını necə ödəyə bilərlər?

CAVAB

Daim xəstə və ya çox yaşlı olan altmış gün kəffarə orucunu tuta bilməyən altmış yoxsulu bir gün yedirər. Ac olan altmış yoxsulu gündə iki dəfə yedirmək lazımdır. Hamısının eyni gündə yeməsi şərt deyil. Bir yoxsulu gündə iki dəfə yedirmək üzrə altmış gün və ya gündə bir dəfə yedirmək üzrə yüz iyirmi gün yedirmək də olar. Yaxud da altmış yoxsulun hər birinə 1750 q buğda və ya un, ya da 3500 q arpa, quru üzüm, xurma verilir. Bunların dəyəri qədər çörək, müxtəlif mal və ya qızıl, gümüş vermək, yaxud bunları altmış gün fasiləsiz olaraq bir yoxsula vermək də caizdir. Yoxsul özünü doyurmaq üçün ona metal və ya kağız pul da veriləcəyi Bədayidə yazılmışdır. Bir yoxsula altmış günlük ərzağın hamısını bir gündə versə, bir günlük vermiş sayılır. Altmış yoxsulu səhər-axşam, başqa yoxsulu da axşamlar yedirsə, səhər yedirtdiklərini axşam və ya axşam yedirtdiklərini səhər yenə yedirtməlidir. Yaxud da altmış nəfərin hər birinə Sədəqəyi-fitr dəyəri qədər mal verməlidir. Oruc tuta bilən adamın yoxsulları yedirməsi caiz deyil. Yoxsul olan, xəstə və yaşlı zəngin olanda yedirə bilər. Kəffarə edərkən niyyət etmək lazımdır.

 

Sual: Bir neçə dəfə orucunu bilərəkdən pozan bir şəxs neçə kəffarə orucu tutmalıdır?
CAVAB

Bilərək orucunu pozan şəxs Ramazan ayından sonra oruc kəffarəsi olaraq ardıcıl altmış gün oruc tutar. Altmış gün sonra tutmadığı hər gün üçün bir gün artıq tutar. Bir neçə Ramazan ayında kəffarələri olan və ya Ramazanda iki kəffarəsi olan şəxs birinci kəffarəni etməmişdirsə, ikisi üçün yalnız bir kəffarə edər. Birinci kəffarəni etmişdirsə, ikinci kəffarəni ayrı edər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину