Facebook Twitter WhatsApp

Ramazanda ibadət və yaxşı əməllərin savabı

Sual: Ramazan ayında edilən ibadətlərin və gözəl əməllərin savabı daha çoxdurmu?

CAVAB

Bu mövzu ilə əlaqədar imam Rəbbani həzrətləri buyurur ki:

Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda edilən nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz digər aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar, Cəhənnəmdən azad olar. Oruc tutanın savabı qədər, həmçinin bu şəxsə də savab verilər. Oruc tutanın savabı heç azalmaz.
Bu ayda əmri altında olanların işini yüngülləşdirən, onların ibadətlə məşğul olmalarını aşanlaşdıran məmurlar da bağışlanar, Cəhənnəmdən azad olar. Ramazanı-şərif ayında Rəsulullah əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadətlə və xeyirxah işlərlə məşğul olanlara bütün il bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər.
Bu ay fürsət bilinməli, bacardıqca ibadətlə məşğul olunmalıdır. Allahu təalanın razı olduğu işlər edilməlidir. Bu ay axirəti qazanmaq  üçün fürsət bilinməlidir.
Oruc tutarkən günahdan çəkinmək lazımdır. Gözü və dili günahlardan qoruduğumuz kimi, qulağımızı da qorumaq lazımdır. Danışmaq haram olan şeyə qulaq asmaq haramdır. Əl, ayaq və digər üzvlər də haramdan qorunmalıdır! Oruc tutub əzaları ilə günah işləyən, dərman əvəzinə zəhər içən xəstəyə bənzəyər. Çünki günah zəhərdir. İbadətlərimizin savabını yox edər.
Pislik və ya hər hansı bir günah işlədikdən sonra peşman olub, yaxşı əməl və ibadətlə məşğul olmağa davam etmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Bir günah işlədiyin vaxt dərhal arxasınca bir yaxşılıq et, bir savab işlə ki, o günahı məhv etsin!” [Beyhəqı]
“Harada və nə vəziyyətdə olursan ol, Allahdan qorx və pisliyin arxasınca bir yaxşılıq et ki, onu yox etsin!” [Tirmizi]

Qurani-kərimdə də məalən buyurulur ki:

“Əlbəttə, həsənət seyyiatı yox edər.” [Hud 114]

[Həsənat hər növ yaxşılıq, seyyiat isə hər növ pislik deməkdir].
Yaxşını pisdən ayırmadan hamıya yaxşılıq etməlidir! Zəiflərə, yaşlılara, ehtiyacı olanlara yardım etmək dinimizin əmrlərindəndir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kim müsəlman qardaşına hörmət etsə, Allahu təalaya ehtiram etmiş kimi olar.” [Tabərani]
“Bir gənc yaşlı insana yaşına görə hörmət etsə, o gənc yaşlananda Allahu təala ona xidmət edəcək gənclər yaradar.” [Tirmizi]
İnsanlara yaxşılıq etmək çox savabdır. Hədisi-şərifdə buyurulur ki:

“İnsanların hamısı Allahın iyali [ev əhli] kimidir. Allahu təalanın ən çox sevdiyi şəxs Onun iyalinə [insanlara] ən faydalı olandır. Allahu təalanın ən büğz etdiyi şəxs də Onun iyalinə yaxşılıq etməyəndir.” [Bəzzar]

“Bu iki şeydən daha yaxşısı yoxdur: Allaha iman və Onun qullarına yaxşılıq etmək. Bu iki şeydən də daha pisi yoxdur: Şirk və insanlara pislik etmək.” [Deyləmi]
“Ən yaxşı insan ondan daim yaxşılıq gözlənəndir.” [Tirmizi]
“Yaxşılıq etmək ömrü uzadar.” [Tabərani]
“Kimə bir yaxşılıq edilərsə, o yaxşılığı yada salsın! Yaxşılığı xatırlamaq şükür, yaxşılığı gizləmək nankorluqdur.” [Əbu Davud]

Ramazan ayında edilən nafilələr

Sual: Ramazan ayında edilən xeyir işlərə, verilən sədəqələrə, çəkilən təsbehlərə daha çox savab verilirmi?

CAVAB: Mövzu ilə əlaqədar olaraq imam Rəbbani həzrətləri Məktubat kitabının 1-ci cild, 45-ci məktubunda buyurur ki:

“Ramazanı-şərif ayında edilən nafilə namaz, zikr, sədəqə və bütün ibadətlərə verilən savab digər aylarda edilən fərzlər kimidir.

Bu ayda edilən bir fərz digər aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar, Cəhənnəmdən azad olar. Oruc tutanın savabı qədər, həmçinin ona da savab verilər. Bu oruc tutanın savabı heç azalmaz. Bu ayda əmri altında olanların işini yüngülləşdirən, onların ibadətlə məşğul olmalarını asanlaşdıran məmurlar da bağışlanar və Cəhənnəmdən azad olar. Rəsulullah əfəndimiz bu ayda əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı əməllər görə bilənlərə bütün il həmin işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər. Hər kəs ayı fürsət bilməli, bacardıqca ibadətlə məşğul olumalıdır. Bu ayı axirəti qazanmaq üçün fürsət bilməlidir. Qurani-kərim Ramazan ayında endi. Qədr gecəsi bu aydadır. Ramazanı-şərifdə xurma ilə iftar etmək sünnətdir. İftar edərkən “Zəhə-bəzzama vəbtəllətil urüq və səbə-təl-əcr inşəallahu təala” oxumağın sünnət olduğu Təbyinin Şəlbi haşiyəsində yazılıdır. Təravih qılmaq və xətm oxumaq mühüm sünnətdir.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину