Facebook Twitter WhatsApp

Musiqinin dinimizdə yeri

Sual: Dinimizdə musiqi haramdırmı?

CAVAB
Simanın caiz olduğu və caiz olmadığı yerlər vardır. Bəziləri kitablardakı sima kəlməsini çalğı olaraq tərcümə etdikləri üçün mübah çalğıların da olduğu zənn edilməkdədir. Aşağıdakı yazıların hamısı İslam alimlərinin kitablarından götürülmüşdür. Mənbələr sonda qeyd olunmuşdur. Şəxsimizə aid tək bir cümlə yoxdur.
Alətsiz, çalğısız nəğməli səsə sima deyilir. Çalğı aləti ilə birlikdə olan insan səsinə qına [musiqi] deyilir. Qına haramdır. (Dürr-ül məarif)

Loğman surəsinin 6-cı ayəsindəki löhv-əl hədis ifadəsini alimlər musiqi, çalğı aləti olaraq bildirmişdir. İbni Məsud həzrətləri and içərək löhv-əl hədisdən qəsd, çalğı aləti və musiqi olduğunu söyləmişdir. (Təfsiri ibni kəsir, Təfsiri mədarik) [İbni Məsud kimi böyük bir şəxsə inanmayan cahillərə nə demək olar ki?]
Məvahibi aliyyə” adlı təfsirdə löhv-əl hədis ayəsi belə təfsir olunur:
Yalan hekayələr yazaraq və ya müğənni qadınlar tutub hər kəsə nəğmələr dinlədərək Quran dinləmələrinə mane olmağa çalışanlara Cəhənnəm atəşini müjdələ! (Məvakib təfsiri)
Bir hədisi-şərifdə də buyurulur ki:

“Üçü xaric hər löhv batildir.” [Deyləmi]
Deməli, löhv bir oyun, bir əyləncə, bir çalğı olduğu üçün belə buyurulur.

Müfəssirlər İsra surəsinin 64-cü ayəsində şeytana “Vəstəfziz... bi savtikə [Səsinlə oynat]” deməyin çalğı ilə oynat demək olduğunu, bu ayənin hər növ çalğını haram etdiyini bildirmişdirlər. (Şeyhzadə)

Müfəssirlər Ənam surəsinin 70-ci ayəsini “Dinlərini [mahnı ilə, musiqi ilə] oyun və əyləncə halına salanlardan uzaq dur” şəklində təfsir etmişdirlər.

“İndi siz bu sözəmi [Qurana] təəccüblənirsiniz? Gülürsünüz, amma ağlamırsınız və siz qəflətlə oynayırsınız.” [Nəcm 59-61]
Mədarik təfsirində əntüm samidün ifadəsi, “Quran oxunduğunu eşitdikləri zaman onu dinlətməmək üçün təğənniyə [nəğmə, xalq mahnısı söyləyərək səs-küyə] başlayar, oynayardılar” deyə açıqlanır. İbni Abbas və Mücahid həzrətləri də bu ifadənin mahnı olduğunu söyləmişdir. (İqasət-ül-Ləhfan)
Qurani-kərimdə məalən buyurulur ki:

“Peyğəmbərin əmrinə tabe olun, qadağan etdiklərindən çəkinin! ” [Həşr 7]

“Rəsula itaət edən, Allaha itaət etmiş olar.” [Nisə 80]

“O Peyğəmbər gözəl şeyləri halal, çirkin, pis şeyləri haram qılar.” [Əraf 157]

“Aralarındakı anlaşmazlıqda səni hakim təyin edib, verdiyin hökmü tərəddüdsüz qəbul etmədikcə, iman etmiş olmazlar.” [Nisə 65]

“Quranı sənə insanlara açıqlayasan deyə endirdik.” [Nəhl 44]

İndi Rəsulullah əfəndimizin yuxarıdakı ayəti-kərimələri necə izah etdiyinə baxaq:

“İlk təğənni edən şeytandır.” [Təbərani]

“Səsini qına ilə yüksəldənə şeytan müsallat olar.” [Deyləmi]

“Rəhmət mələkləri zınqırov [çan, zəng, çınqıraq] olan yerə girməz.” [Nəsai]

“Rəhmət mələkləri it və zınqırov olan qafiləyə yaxınlaşmaz.” [Müslim, Əbu Davud, Tirmizi]

“Zınqırov şeytanın mizmarıdır. [Müslim, Əbu Davud, Nəsai] [Mizmar çalğıdır]

“Müğənni qadını dinləmək, üzünə baxmaq haramdır. Pulu da haramdır. Kimin əti haramdan bəslənərsə, ona Cəhənnəm atəşi layiqdir.” [Təbərani]

“Bir vaxt gələcək ümmətimdən bəziləri zinanı, ipək geyinməyi, içki içməyi, mizmarı [çalğını] halal sayacaqdır.” [Buxari]
“Musiqi zinaya yol açar.” [Məktubatı Rəbbani 3/41]

“Musiqi qəlbdə nifaq əmələ gətirər.” [Beyhəqı]

“Suyun otu böyütdüyü kimi, mahnı, oyun və əyləncə qəlbdə nifaqı böyüdər. Allaha and olsun ki, suyun otu böyütdüyü kimi, Quran və zikir də qəlbdə imanı böyüdər.” [Deyləmi]

“Rəbbim mənə içkini, qumarı, zərbi və mahnı oxuyan qadınları haram qıldı.” [İ. Əhməd]

“Rəsulullah çalğı alətlərilə pul qazanmağı qadağan etdi.” [Bəqavi]

“Ümmətimdən bəziləri spirtli içkilərə başqa ad verərək içərlər. Müğənni qadın və çalğı alətlərilə əylənərlər. Allahü təala onları yerin dibinə batırar, donuzlara və meymunlara çevirər.” [İbni Macə]

“Bu beş şey zühur edərsə, ümmətimin həlakı haqq olar: Bir-birilə lənətləşmək, spirtli içki içmək, ipək geyinmək, çalğılar və kişinin kişi ilə, qadının qadınla birlikdə olması.” [Deyləmi, Hakim]

“Mən mizmarları [çalğıları], bütləri yox etmək üçün də göndərildim.” [İ. Əhməd, Əbu Nuaym, İbni Nəccar]

“İblis yer üzünə endikdən sonra, ya Rəbbi mənə ev ver dedi. Hamamlar sənin evindir. Yemək istədi, bəsmələsiz yeyilən yeməklər sənindir, deyildi. Müəzzin istədi; Mizmarlar [çalğılar] müəzzinindir deyildi. Yazıların döymə, hədislərin yalandır. Rəsulun [elçin] kahinlər, falçılar, hiylən də qadınlardır.” [İbni Əbiddünya, İbni Cərir]

“İblis, mənim kitabım nədir, dedi. Sənin kitabın döymədir, içkin sərxoşluq verən hər içkidir, sədaqətin yalan, müəzzinin mizmarlar [çalğılar], məscidlərin də bazarlardır deyildi.” [Tabərani]

“İki səs məlundur: Nemətə qovuşduqda mizmar [çalğı], müsibətə məruz qaldıqda fəryad.” [Bəzzar]

“Allahü təalanın qəzəbinə səbəb olan şeylər: Acmadan yemək, yuxusu olmayanda yatmaq, səbəbsiz yerə gülmək, müsibətdə fəryad etmək, nemətə qovuşduqda mizmar [çalğı çalmaq].” [Deyləmi]

“Müğənni və musiqiçi qadınlar çoxaldıqda, spirtli içkilər hər yerdə içildikdə yerə batmalar müşahidə olunacaq, göydən daş yağacaqdır.” [Tirmizi, Əbu Davud, İbni Macə, İ. Əhməd]

“Bunlar gəlmədən əvvəl saleh əməl işləməyə tələsin. Səfehlər başa keçmədən, təhlükəsizlik gücləri çoxalmadan, hökm rüşvətlə satılmadan, adam öldürmə adi bir hal olmadan, qohum ziyarəti kəsilmədən, Quran mizmarlardan oxunmadan, Quranı mahnı kimi oxuyanlar önə keçmədən.” [Tabərani]

“Quran mizmarlardan oxunduğu zaman ölə bilirsənsə öl.” [Tabərani]
“Quranı mizmarlardan [çalğı alətlərindən] oxuyanlara Allah lənət edər.” [Müsamərə]

“Bu 15 pis xislət işləndiyi zaman ümmətim bəlaya məruz qalacaq:
1- Qənimətə xəyanət edildikdə,

2- Əmanət qənimət sayıldıqda,

3- Zəkat cərimə qəbul edildikdə,

4- Kişi arvadına itaət etdikdə,

5- Övlad ana-ataya üsyan etdikdə,

6- İnsan yoldaşına itaət etdikdə,

7- Ataya cəfa edildikdə,

8- Yığıncaqlarda yüksək səslə danışıldıqda,

9- Ən rəzil adam iş başına gəldikdə,

10- Şərindən qorxulan adama ikram edildikdə,

11- Hər yerdə spirtli içki içildikdə,

12- Kişilər ipək geydikdə,

13- Müğənni qadınlar çoxaldıqda,

14- Çalğı alətləri yayıldıqda,

15- Sonra gələnlər əvvəlki alimlərə lənət edib, onları pislədiyi zaman.” [Tirmizi]

“Gözün zinası [harama] baxmaq, qulağın zinası [haram şeyləri] dinləməkdir.” [Müslim]
İbni Hibbanın bildirdiyi hədisi-şərifdə Rəsulullah dəvələrin boyunlarındakı cərəsləri [zıqırovları] çıxarmışdır. Halbuki zınqırov şəhvəti təhrik etmir. Zınqırov olan yerə rəhmət mələkləri girmir. Artıq çalğını, çalğı alətlərini siz düşünün. Şeyxül-İslam Əhməd İbni Kamal Əfəndi həzrətləri Qırx Hədis kitabında buyurur ki:

“Mizmarları qırmaq və xınzırları öldürmək üçün göndərildim” hədisi-şərifindəki mizmar bütün çalğı alətləridir. Bu hədisi-şərif hər növ çalğını və donuz əti yeməyi qadağan edir.
Həzrəti Əbu Bəkir iki kiçik cariyənin dəf çalıb, mahnı oxuduqlarını gördü və onları danlayaraq “Şeytanın çalğısınımı çalırsınız?” dedi. (Buxari)

İbni Ömər həzrətləri ehramlı bir camaatın içində mahnı oxuyan birinə “Allah sənin ibadətini qəbul etməsin” dedi. (İbni Əbid-dünya)

Ənəs ibn Malik həzrətləri “Ən pis qazanc müğənnilik və çalğı alətlərilə qazanılandır” dedi. (İbni Əbid-Dünya)

İbni Abbas həzrətləri “Çalğı alətləri haramdır” dedi. (Beyhəqı)

Aişə validəmiz bir evdə mahnı oxuyan birini gördükdə ona, “Çox təəssüf. Bu şeytandır, bunu çıxarın burdan” dedi və onu çıxardılar. (Buxari)

Fudayl ibn İyad həzrətləri “Musiqi və mahnı zinanın təşvikçisidir” dedi. (İbni Əbid-dünya)

Şeyx Muhamməd Rəbhami həzrətləri buyurur ki:
Saz, zərb, dəf, ney və digər çalğı alətlərini çalmaq Allahü təalanın əmrinə riayət etməmək deməkdir. (Riyadün-Nasıhin)

İmam Şərani həzrətləri buyurur ki:

“Hakimi Tirmizinin Nəvadirul Usul adlı kitabda rəvayət etdiyi hədisi-şərifdə Rəsuli Əkrəm əfəndimiz, “Hər kim ki, mahnı səsinə qulaq asarsa, onun ruhaniləri dinləməsinə izn verilməz” buyurdu. Oradakılardan biri tərəfindən “Ya Rəsulallah, ruhanilər kimlərdir?” deyə soruşuldu. Rəsulullah da, “Cənnət əhlinin oxuyucularıdır” buyurdu. (Muxtasarı Təzkirəyi-Kurtubi)

İmam Birgivi həzrətləri buyurur ki:

Saz dinləməkdən qulaqları qorumaq lazımdır. (Risaləyi-Birgivi)
Məzhəbsiz İbni Teymiyə belə “Mahnı və musiqi şeytani duyğuları hərəkətə gətirən ən təsirli ünsürlərdən biridir” demişdir. (Məcmu-ul Fətava)

Mahnı, Kitab və Sünnətlə qadağan edilmişdir. (İmam Kurtubi)

Mahnı və musiqi alətlərinin haram olması mövzusunda icma vardır. (İbni Salah)

İmam Rəbbani həzrətləri buyurur ki:

İmam Ziyaəddin Şami Mültəkit kitabında “Heç bir alim təğənniyə mübah demədi” buyurdu. (m. 266)

Qurani-kərimi musiqi pərdələrinə oxşadaraq oxumaq haramdır. (Bəzzaziyyə)

Çalğı çalmağın haram olduğu icma ilə bildirildi. (Məqamati Məzhəriyyə)

Çalğı çalaraq və ya oyun arasında Quran oxuyan kafir olar. (Tərgibüs-salat)

İmam Münavi həzrətləri “Nikahı hər kəsə duyurun! Bunun üçün də camidə edin və dəf çalın” hədisi-şərifini izah edərkən, “Məscidlərdə dəf çalınmaz. Hədisi-şərif məscidin xaricində çalınmasını, məsciddə yalnız nikah keçirilməsini əmr edir) deyir. (Hadiqa)

Camidə dəf çalmaq günahdırsa, başqa çalğının camidə çalınması heç caiz olmaz. Qadınların toylarda dəf çalması caizdir. (Rəddül-muxtar)

Müasir təriqətçilərin etdikləri kimi fırlanmaq, tütək, ney, saz çalmaq haramdır. (Taxtavi şərhi)

Təğanni ilə oxuyan bir imamın arxasında qılınan namazın təkrarı  lazımdır. (Haləbi)

Qurani-kərimi ərəb şivəsinə uyğun, təcvidlə və gözəl səslə oxumaq lazımdır. Əbu Davuddakı hədisi şərifdə “Quranı gözəl səslə oxuyun” buyuruldu. Yəni “Allahdan qorxaraq oxuyun” deməkdir. Bu da təcvid elminə riayət edərək oxumaqla olur. Yoxsa ki, hərfləri, kəlmələri dəyişdirərək, mənanı, nəzmi pozaraq təğanni ilə oxumaq haramdır. (Bəriqa)

Təğanni haramdır. (Tıbbün-nəbəvi)

Qurani-kərimi təğanni ilə oxumaq və dinləmək haramdır. Burhanəddin Mərgınani buyurdu ki:

Qurani-kərimi təğanni ilə oxuyan hafizə nə gözəl oxudun deyən adamın imanı gedər. Təcdidi iman etmək lazımdır. Kuhistani də belə yazılır. (Dürrül-müntəka)

İbni Abidin həzrətləri buyurur ki:

Əyləncə və ya pul qazanmaq üçün başqalarına mahnı oxumaq söz birliyi ilə haramdır. Çalğı ilə rəqs etmək böyük günahdır. Sıxıntısını aparmaq üçün öz-özünə mahnı oxumaq günah deyildir. Çalğı olaraq yalnız qadınların toylarda dəf çalması caizdir. (Rəddül-Muxtar)

Fisq və spirtli içki içilən yerlərdə çalğı çalmaq və bunu dinləmək haramdır. Rəsulullah çobanın qavalını eşitdikdə barmaqları ilə mübarək qulaqlarını bağladı isə də, yanında olan Abdullah ibn Ömərə qulaqlarını bağlamasını əmr etmədi. Bu da, əldə olmadan eşitməyin haram olmadığını göstərir. Çalğını, içki, oyun və qadın olan yerlərdə keyf üçün çalmaq haramdır. Bayramda, döyüşdə, həcc yolunda, sahurda, toylarda və əsgərlikdə təbil çalmaq da caizdir. [Məktəblərdə, milli və siyasi tədbirlərdə orkestrin, hərbi orkestrin, əsgər marşının çalınması caizdir.] (Hadiqa)

Dəf, saz və hər növ çalğı alətini evində, dükanında saxlamaq, satmaq, hədiyyə etmək, icarə və ya kirayə vermək günahdır. (Bəriqa)

Yalnız əsgər marşında çalınan musiqi alətlərini satmaq caiz olar.
Təsəvvüf müsiqisi deyə bir şey yoxdur. Musiqi nəfsin qidası, ruhun zəhəridir, qəlbi qaraldır. (Dürrül məarif)

İlahiləri çalğı ilə ney çalaraq oxumaq bidətdir. Harama halal deyən və haramı ibadətə qarışdıran kafir olar. (S. Əbədiyyə)

İmam Qazali həzrətləri buyurur ki:

Bir evdə kiçik zənci qızları [cariyələr] dəf çalıb, mahnı oxuyurdular. Rəsulullah əfəndimiz gəldikdə mahnını dayandırıb, Rəsulullahı tərifləməyə başladılar. Rəsulullah əfəndimiz (sallallahü aleyhi və səlləm), “Etməyin, oyun arasında məni tərifləməyin! Məni tərifləmək [mövlud, ilahi] ibadətdir. Əyləncə, oyun arasında ibadət caiz deyildir) buyurdu. (K. Səadət)

[Bəziləri bu hədisi-şərifə istinad edərək qadınların mahnı oxumasını və çalğının caiz olduğunu söyləyirlər. Mahnı oxuyanlar cariyə idilər. Cariyənin övrət yeri kişininki kimidir. Səsi də övrət deyildir. (Ehya)]

Hər növ çalğı dinləmək haramdır. (Fətavai Bəzzaziyyə, Hadika, Əxlaqı alaiyyə)

Musiqi bütün dinlərdə böyük günahdır. (Dürrül-müntəka)

İncilin qadağan etdiyi müsiqini sonradan keşişlər Xristianlığa daxil etdilər. (Məvahibi lədünniyyə şərhi Zərkani)

Musiqi kəlməsi yunanların böyük bütləri olan Zevsin qızları sayılan Mousa (Muz) adlanan 9 heykəlin adından əmələ gəlməkdədir. Pozulmuş dinlər qəlbləri və ruhları bəsləyə bilmədiyi üçün musiqinin hər çeşid çalğı səsinin nəfslərə xoş gəlməsi, nəfsləri bəsləməsi ruhani təsir zənn edildi. Müasir qərb musiqisi kilsə musiqisindən əmələ gəldi. Bu gün yer üzündə olan pozulmuş dinlərin demək olar ki, hamısında musiqi ibadət halını almışdır. Musiqi ilə hər növ çalğı ilə nəfslər keyflənməkdə, şəhvani, heyvani arzular qüvvətlənməkdədir. Ruhun qidası olan, qəlbləri təmizləyən və nəfsləri əzib, haramlara olan arzularını yox edən ilahi ibadətlər unudulmaqdadır. Musiqi, hər çeşid çalğı insanları alkoqoliklər və narkomanlar kimi qəflət içində, uyuşmuş vəziyyətdə yaşatmaqdadır. Beləliklə, nəfsləri azdıraraq, sonsuz səadətdən məhrum qalmasına səbəb olmaqdadır. İslam dini insanları bu fəlakətdən qorumaq üçün musiqini hissələrə ayırmış, zərərli olanlarını haram qılmış, qadağan etmişdir. (S. Əbədiyyə)

Bayram günü çalıb-oynamaq


Sual:
 Bayram günü, səhabə çalğı çalıb oynayarlarmış. Bizə niyə caiz deyil?

CAVAB
Çalğı çalmaq caiz deyil. Peyğəmbər əfəndimiz Mədinəyə gəldiyi zaman mədinəlilərin iki əyləncə günü olduğunu bildirdilər. Cahiliyət dövründəki əyləncələrdən bəhs etdilər. Peyğəmbər əfəndimiz buyurdu ki:

“Allah, o iki günü onlardan daha xeyirli iki gün olan Qurban və Ramazan bayramının günləri ilə əvəz etdi.” [Buxari]

Həzrəti Aişə rəvayət edir:

Bayram günü iki cariyə qəhrəmanlıq şeirlərini dəf çalaraq tərənnüm edirdilər. Rəsulullah yatağına uzanıb üzünü çevirdi, sonra atam [Həzrəti Əbu Bəkir] içəri girdi. “Bu nədir belə, Rəsulullahın hüzurunda şeytanın tütəyi və səsi nə gəzir?” deyə məni tənqid etdikdə, Rəsulullah “Buraxın onları, hər millətin bir bayramı vardır, bu da bizim bayramımızdır” buyurdu. Atam başqa şeylə məşğul ikən cariyələrə işarə etdim, çölə çıxdılar. (Buxari, Müslim)

Yenə Aişə validəmiz rəvayət edir:

Bayram günü həbəşilər oyun oynayarkən Rəsulullah məni çağırdı, mən də başımı onun çiyninə qoyub, həvəsim geçənə qədər seyr etdim. (Buxari, Müslim, Nəsai)
Oyun oynayanlar, əylənənlər, cariyələr və həbəşi kölələrdir. Dəf çalıb-oynamaq cariyələrə verilmiş bir rüxsətdir. Səsləri də övrət deyildir. Hürr qadınların səsləri isə övrətdir. Ancaq toylarda qadınlar arasında dəf çala bilərlər. Cariyələr kimi kişilər arasında çalmaq olmaz. Cariyələrin bu hərəkətlərini hürr qadınlara da tətbiq etmək dində reform hesab olunur. Həbəşi kölələrin oyunları isə mızraq, qılınc və qalxan oyunları idi. Bu hədisi-şəriflərə istinad edərək səhabə çalğı çalardı demək çox səhvdir və iftiradır.


Çalğı və Allah sevgisi

Sual: “Çalğı, Allah sevgisini artırırsa mübahdır, bəzəkli, açıq, gözəl qadına baxmaq da rahatlıq verirsə, Allah sevgisini artırırsa, çiçəyə baxmaq kimi mübah olar” deyirlər. Haram olan şey necə mübah ola bilər?

CAVAB
Çox yanlışdır. Çalğının haram olduğu müxtəlif hədisi-şəriflərlə bildirilmişdir. Haram olan şey dərddir, dərdə dəva, ruha qida olmaz. Bir hədisi-şərif məalı:

“Allahü təalanın sizə haram etdiyi şeylərdə şəfa yoxdur.” [Hakim]
Çalğı nəfsin xoşuna gəlir, o xain nəfsi bəsləyir. Günah insana xoş gəldikdə onu Allah sevgisinə qovuşdura bilərmi?
Gözəl bir çiçəyə baxmaq, onu iyləmək ruha şirin gələr. Ruhun Allahü təalanın varlığını, böyüklüyünü başa düşməsinə, Onun əmrlərinə tabe olmasına səbəb olar. Ətirli(parfumlu) açıq qadına baxmaq isə nəfsə xoş gəlir. Qulaq rəngdən zövq ala bilməz. Göz də səsdən zövq ala bilməz, çünki anlaya bilməzlər. Nəfs, Allahü təalanın düşmənidir. Keyfinə nail ola bilməsi üçün hər pisliyi etməkdən çəkinməz. Onun keyflərinin sonu yoxdur. Naməhrəmə baxmaqla doymaz. Daha başqa şeylərin dadını almaq istəyər. Nəfsin hədsiz istəkləri insanı səfalətə, xəstəliklərə, ailə faciələrinə, fəlakətlərə sürükləyər. Allahü təala bu faciələrə mane olmaq üçün qadınların, qızların açıq gəzmələrini, yad kişilərə yaxınlaşmalarını, spirtli içkini, qumarı, çalğını qadağan etmişdir.
“Çalğı, Allah sevgisinə aparırsa, caiz olar” demək, “Zina, içki, qumar Allah sevgisini aparırsa caiz olar” deməyə bənzəyir. Dinimizin qadağan etdiyi çalğını bu şəkildə tərif etmək elmə tamamilə ziddir.

Ruhun və nəfsin qidası

Sual: “Çalğı haram deyildir, çünki insanın çalğıya da ehtiyacı vardır. Bilmək lazımdır ki, musiqi ruhun qidasıdır” deyirlər. Mən subayam, evlənmək ehtiyacı hiss edirəm. Hərdən ehtiyacımı qarşılamaq üçün ümumi yerlərə getsəm, bu yazara görə caizmi olur?

CAVAB
Ehtiyacı qarşılamaq üçün haram caiz olarsa, bu da caiz olar. Belə müqayisəni ancaq dində reformçu olan cahillər edər. Dinimiz çalğını qəti şəkildə haram etmişdir. Musiqi kafir olan nəfsimizin qidasıdır, ruhumuzun zəhəridir. Aşağıda sübutları vardır, açıq-aşkar “Qəlbdə nifaq əmələ gətirir, ruhun zəhəridir” deyir. Qəlbin və ruhun qidası ibadət etməkdir, Allahü təalanı və Onun sevdiklərini sevməkdir. Nəfsin qidası haramlardır.

İbadətlə başqa şey müqayisə edilə bilməz

Sual: Tam Elmihalda “Səsgücləndiricidən çıxan imamın səsinə amin deyildikdə namaz pozulur. Çünki imamın deyil, buna bənzər başqa bir səsə amin deyilmiş olur” deyilir. Səsgücləndiricidən çıxan səs, sahibinin həqiqi səsi olmadığına görə radiodan, kasetdən dinlədiyimiz səslər də həqiqi musiqi olmaz. O zaman radiodan musiqi dinləmək caiz olmurmu?
İbni Abidində “Birinin üzünə baxmayacağam deyə and içən adam güzgüdəki görüntüsünə baxa bilər. Çünki bu görüntü özü deyildir, bənzəridir” deyilir. Bu vəziyyətə görə porno film seyr etmək caiz olmurmu?

CAVAB
Hər ikisi də caiz olmaz. Birinci nümunədə ibadətlə musiqi dinləmək bir-birinə qarışdırılır. İbadət ayrı, musiqi ayrıdır. İbadətlə başqa şey müqayisə edilə bilməz. Namazda yeyib- içmək namazı pozur, amma başqa zaman yeyib-içməyin zərəri yoxdur. Namazda ikən başqasının sözü ilə hərəkət etdikdə namaz pozulur, amma başqa zaman zərəri yoxdur. Biz namazda ikən biri Fatihə oxusa, sonda biz amin desək namazımız pozulur. Amma imamın Fatihəsinə amin deyilsə pozulmaz. İmamdan başqasına amin deyilməz. Səsgücləndiricidən çıxan səs də həqiqi bir səsdir, amma imamın səsi deyildir. Səsgücləndiricidən çıxan səsə həqiqi səs deyildir deyilməz. Həqiqi səsdir, amma imamın səsi deyildir, bənzəri bir səsdir. Ona görə namaz səhih olmur.
Musiqi, musiqidir, istər bunu Solmaz çalsın, istər Oqtay çalsın, istər oxuducudan gəlsin fərqi yoxdur. Musiqiçinin şəxsən öz səsi olmasa da, bənzər bir səs olur, yəni yenə eyni günah olur. Burada səsin bənzəri ilə eynisi fərq etmir. Ortada bir iş və bir səs var, bənzəri ilə eynisinin olması nəticəni dəyişdirmir.
Rəsm bir insanın birbaşa özü deyildir, özünün oxşar rəsmidir. Rəsmə baxmaqla özünə baxılmış sayılmaz. Amma çılpaq rəsminə baxmaq haram olur. İndi kompyuterlə çılpaq qadın rəsmi də hazırlanır. Bu tamamilə xəyali bir rəsmdir, buna baxmaq haram olmaz demək yalnışdır.

Kompyuterdə yazılan yazı əsl yazı deyil deyə, bu yazılar şəxslər və qanun cəhətdən və dinimizə görə keçərsiz olarmı heç? Yaxşıdırsa yaxşı yazıdır, pisdirsə pis yazıdır.
Bir CD-nin içinə yüzlərlə cild kitab yerləşir. Elektron formatda kitablar, hətta kitabxanalar var. Həqiqi kitab deyil deyə bunlar yox sayıla bilərmi? Radioda, televiziyada, telefonda və ya kompyuterdə müxtəlif qeyri-qanuni işlər görsək, sonra bunlara fikir verməyin, bunlar bizim həqiqi görüntümüz, həqiqi səsimiz və həqiqi yazımız deyil, bənzərləridir desək, qəbahət işləməmişmi oluruq? Yazdığımız və söylədiyimiz şeylər dini cəhətdən qadağandırsa, günahdan qurtuluruqmu?
Telefon azğınları müsallat olduqları insanlara nələr çəkdirirlər. Eşq elan edən, söyüb-təhqir edən və ya mədəniyyətsiz danışanları və hər cürü var. İndi bunların həqiqi səsi deyil deyə etdiklərini xoş görə bilərikmi? Bu azğın, mənim həqiqi səsim deyil, məni təqsirkar saya bilməzsiniz deyə bilərmi?
Bunun üçün ibadətlə ibadət olmayan işi qarışdırmaq olmaz. Robotla çox iş görmək olur, amma robota namaz qıldırsaq özümüz qılmış sayılmarıq və ya namazımızı lentə alsaq, namaz vaxtlarında onu oynadsaq namaz qılmış sayılmarıq. Bəzi kimsələr “Səsgücləndirici günlük işlərdə istifadə olunur, bəs niyə ibadətdə istifadə olunmasın” deyirlər. Robotlara bir çox işlər etdirilir. Robota imamlıq da etdirmək olar, Quran da oxutmaq olar, namaz da qıldırmaq olar. Bəlkə həccə də robot göndərilir. Amma ki, bunların dinimizlə nə əlaqəsi var? Bu alətlər ibadət olmayan işlərdə istifadə olunur. İbadətə bidət qarışdırmaq olmaz.

Çalğı aləti olan otaqda namaz qılmaq

Sual: Mobil telefondan və ya televizordan musiqi də dinlənirsə, yenə çalğı çalan alət hökmünə girirmi? Yəni bunların olduğu otaqda qılınan namaz məkruh olurmu?

CAVAB
S. Əbədiyyədə “Çalğı da dinlənən və baxması haram olan rəsmlərinə də baxılan şeylər çalğı aləti kimidir” deyilir. Belə çalğı dinlənən və haram görüntülər izlənən bir televizor qapalı da olsa, yenə o otaqda namaz qılmaq məkruh olur. İçki, qumar, çalğı aləti olan yerdə namaz qılmağın məkruh olduğu, buraya rəhmət mələklərinin girməyəcəyi və burada edilən duanın qəbul olmayacağı Tərgibüs-salat və Nisabül-əhbərdə bildirildiyi S. Əbədiyyədə yazılmışdır.

Həmçinin, içki içilməsə də, içki olan otaqda namaz qılmaq da məkruhdur. Kompyuterdə günah işlənirsə, açıq qadınlara da baxılırsa və ya musiqi çalınırsa, o otaqda namaz qılmaq məkruh olur. Musiqi çalınmırsa, açıq rəsmlərə baxılmırsa məkruh olmaz.
Mobil telefonda çalğı da çalınırsa, internetə girilib haram görüntülərə baxılaraq günah işlənirsə, o da çalğı aləti sayılır.
Xəbərlər dinlənən televizorda, verilən xəbərin içində musiqi və açıq qadın varsa, qadına özəl olaraq baxmırıqsa, musiqini də özəl olaraq dinləmiriksə, qəsdən dinləmək kimi sayılmır. 
Namaz qıldığımız yerə başqaları çalğı dinlədikləri telefonla gəlirsə, bizim əlimizdə olan bir vəziyyət olmadığı üçün biz məsul olmuruq.

Cariyələrin mahnı söyləməsi

Sual: Buxari və Müslimdə bildirilir ki: Həzrəti Aişə rəvayət edir:
“Bayram günü iki cariyə qəhrəmanlıq şeirlərini dəf çalaraq tərənnüm edirdilər. Rəsulullah yatağına uzanıb üzünü digər tərəfə çevirdi, sonra atam [Həzrəti Əbu Bəkir] içəri girdi. “Bu nədir belə, Rəsulullahın hüzurunda şeytanın tütəyi və səsi nə gəzir?” deyə məni danladı, Rəsulullah “Burax onları, hər millətin bir bayramı vardır, bu da bizim bayramımızdır” buyurdu. Atam başqa şeylə məşğul olanda cariyələrə işarə etdim, çölə çıxdılar.”
Bu hadisə qadınların kişilərlə birlikdə oturmasının, çalğı çalmasının, mahnı söyləməsinin və səslərini kişilərə duyurmasının halal olduğunu sübut edirmi?

CAVAB
Qətiyyən sübut etmir. Yukarıdakı ifadələri İslam alimləri necə açıqlayırlar ona baxaq:

1- Şeir oxuyan və ya mahnı söyləyənlər, hürr qadın deyil cariyədir. Cariyələrin saçlarını, qollarını açmaları səslərini kişilərə eşitdirmələri günah deyildir. Hətta ağasıyla nikaha lüzum olmadan münasibətə girmələri də caizdir. Çünki cariyənin dindəki statusu fərqlidir. Cariyəni nümunə göstərib, hürr qadınlara da bunların mübah olacağını söyləmək Müsəlmanam deyən adama yaraşmaz.
2- Həzrəti Əbu Bəkrin dəf üçün şeytanın tütəyi deməsi, çalğının mübah olmadığını göstərir. Bu və bənzər hədisi-şərifdən İslam alimləri bu hökmü çıxarmışdırlar:
Bayramda, döyüşdə, həcc yolunda, sahurda, toylarda və əsgərlikdə davul çalmaq, qəhrəmanlığa aid xalq mahnıları söyləmək, məktəblərdə, milli və siyasi yığıncaqlarda orkestr, hərbi orkestr, əsgər marşı çalmaq caizdir. Qadınların toylarda və bayramlarda öz aralarında dəf çalması caizdir. Bundan başqa digər şeylər haramdır. (Hadiqa) Qəhrəmanlıq mahnılarının, əsgər marşlarının, toylarda davul və dəf çalmağın caiz olması, digər musiqi və xalq mahnılarının da caiz olması demək deyil.

3- Dəflə nəğmə, xalq mahnısı söylənir, ilahi söyləmək isə olmaz, çünki ilahi ibadətdir. İbadətə çalğı qarışdırmaq olmaz. Təsəvvüf musiqisinin dində yeri yoxdur. Bir evdə kiçik zənci qızları [cariyələr] dəf çalıb mahnı söyləyirdilər. Rəsulullah əfəndimiz gəldikdə mahnını saxlayıb Rəsulullahı tərifləməyə başladılar. Rəsulullah əfəndimiz (sallallahü aleyhi və səlləm), “Onu buraxın, oyun arasında məni tərifləməyin! Məni tərifləmək [mövlud, ilahi] ibadətdir. Əyləncə, oyun arasında ibadət caiz deyildir” buyurdu. (K. Səadət)

İbadətə musiqi qarışdırmaq
Sual:
 İbni Macənin bildirdiyinə görə, Rəsulullah Rübəyyi binti Muavvizin toyunda dəf çalaraq Bədr döyüşünə aid qəhrəmanlıq nəğmələri söyləyən iki kiçik qızı dinləmişdir. Bu əsnada mahnı söyləyənlərdən biri; “Aranızda sabah nə olacağını bilən bir Peyğəmbər var” dedikdən sonra Rəsulullah Əfəndimiz “Burax o sözü, əvvəlki söylədiklərinə davam et, qeybi ancaq Allah bilir” buyurmuşdur. Bu da hər növ çalğının halal olduğunu göstərmirmi?

CAVAB
Əsla göstərməz. Qəhrəmanlıq nəğmələrini söyləyənlər cariyələrdir. Cariyələrin hökmü isə yuxarıda bildirildi. İslam alimləri buradan iki hökm çıxarmışdır:
1- Bayramda, döyüşdə, həcc yolunda, sahurda, toylarda və əsgərlikdə davul çalmaq, qəhrəmanlıq nəğmələri söyləmək, məktəblərdə, milli və siyasi yığıncaqlarda orkestr, himn, mehtər marşı çalmaq caizdir. Qadınların toylarda və bayramlarda dəf çalması caizdir. (Hadiqa)
2-
 Məni tərifləməyi burax, əvvəlki sözlərinə davam et, buyurması haram işləyərək ibadət edilməyəcəyini göstərməkdədir. İslam alimləri ilahiləri çalğı alətlərilə söyləməyin küfr olduğunu bu hədisi-şərifdən çıxarmışdırlar.

Sevgi tərənnümü
Sual:
 Beyhəqı bildirir ki: Rəsulullah hicrət əsnasında Mədinəyə təşrif buyurduğu zaman qadınlar evlərin damında dəflə və səsli olaraq, “Taləal-bədru aleyna….” deyərək sevinclərini göstərmişdilər. Bu da hər növ çalğının halal olduğunu göstərmir?

CAVAB
Qətiyyən göstərməz. Bu hadisə hələ İslamiyyətin başlanğıcında olmuşdur. O zaman hələ hicab ayəti-kəriməsi enməmişdi. Yəni qadın-kişi birlikdə oturulması qadağan edilmədən əvvəl idi. Qadın səsinin haram edilmədiyi vaxtda idi. Əshabı-kiram içki qadağan edilmədən əvvəl içki içib namaz qılardılar. Bunu nümunə göstərib, spirtli içki içməyin caiz olduğunu söyləmək necə səhvdirsə, hicab ayəsindən əvvəlki hadisələri göstərib, qadınların mahnı oxumasına rəvac vermək də bir o qədər səhvdir.

Toylarda dəf çalmaq
Sual:
 Peyğəmbər əfəndimizin ney səsini eşitdikdə yanındakı Nafiyə qulaqlarını bağlamasını əmr etməməsi hər növ çalğının halal olduğunu göstərmirmi?

CAVAB
Tabiinin böyüklərindən Nafi rəvayət edir: Abdullah ibn Ömər ilə birlikdə gedirdik. Ney səsi eşitdik. Abdullah qulaqlarını barmaqları ilə qapadı. Oradan sürətlə uzaqlaşdıq. Ney səsi yenə eşidilirmi, dedi. Xeyr, eşidilmir dedim. Barmaqlarını qulaqlarından ayırdı. Rəsulullah da belə etmişdi dedi. Nafi sonra dedi ki, mən o zaman uşaq idim. Bundan aydın olur ki, Nafiyə qulaqlarını bağlamasını əmr etməməsi uşaq olduğu üçün idi. Çünki uşaq istəyərək dinləsə də ona günah olmaz. Yoxsa, Abdullah təqvası səbəbi ilə qulaqlarını bağladı demək doğru deyildir. Nafi belə yanlış anlaşılmaması üçün uşaq olduğunu bildirdi. (Əşiətül-ləməat)
Musiqini halal göstərmək üçün hədisi-şərifləri və hadisələri dəyişdirənlər üçün yuxarıda dəlil göstərdikləri hadisədə Peyğəmbər əfəndimizin mübarək qulaqlarını bağlaması öz əleyhlərinə dəlildir. Madəm ki, Peyğəmbər əfəndimiz guya çalğıya icazə verib təşviq etdi, niyə mübarək qulaqlarını bağlayır? Bağlamasına ehtiyac yoxdur ki. Buradan İslam alimlərinin çıxardığı hökm, musiqini istəməyərək eşitməyin haram olmadığıdır. Xüsusi olaraq dinləmək ayrı, qeyri-ixtiyari eşitmək ayrıdır. Abdullah ibn Ömər həzrətlərinin də etdiyi kimi etmək dinin əmridir.

Cənnətdə musiqi vardırmı?
Sual:
 Cənnətdə belə çalğı və musiqi vardır. Bu necə inkar oluna bilər ki?

CAVAB
Cənnətdə hər şeydə olduğu kimi ağıla və xəyala gəlməyən ən gözəl şeylər vardır. Orada bizim bilmədiyimiz əsrarəngiz nəğmələr vardır. Bilinməyən şeylər bilinənlərlə müqayisə oluna bilməz. Əbu Hüreyrə radıyallahü anh rəvayət edir:
Bir nəfər gəlib, “Ya Rəsulallah nəğməli səs çox xoşuma gəlir. Cənnətdə gözəl səs vardırmı?” deyə soruşdu. Peyğəmbər əfəndimiz buyurdu ki:
“And içirəm ki, dünyada ibadət edən, Allahü təalanı zikr edib, çalğı və oyun alətlərinin səsinə qulaq asmayanlar Cənnətdə bir bənzəri duyulmayan, Allahü təalanı təsbeh və təqdis edən gözəl səslərlə, sürur və sevincə qərq olacaqlar.” [Qunyətüt-Talibin]
Başqa bir hədisi-şərif məalı da belədir:
“Qiyamətdə Allahü təala mələklərinə buyurar ki: Qulaqlarını və gözlərini mizmarlardan [çalğılardan] və haramlardan qoruyanları gətirin. Mələklər onları müşk və əmbər təpələri üzərində yığarlar. Allahü təala buyurar: Onlara təsbehimi və təmcidimi duyurun. O kimsələr elə gözəl səslər eşidərlər ki, bənzərlərini heç kim eşitməmişdir.” [Deyləmi]
Yenə bir hədisi-şərifdə də belə buyurulur:
“Allah məni hidayət və aləmlərə rəhmət olaraq göndərdi. Məni çalğıları, əyləncələri, cahiliyət işlərini və bütləri məhv etmək üçün göndərdi. Rəbbim izzəti üzərinə and içdi ki, bir qul dünyada şərab içərsə, ona qiyamətdə mütləq ki, Cənnət şərabını haram qılacaq, bir qul da hamrı [içkini] tərk edərsə, Allah da ona mütləq ki, Cənnət şərabından içirəcəkdir.” [Əbu Nuaym]
Axirət şərabı dünya şərabına bənzəməz. Axirətdə şərab var deyə dünya şərabına halal deyilərmi? Axirətdə gözəl səslər var deyə dünyadakı çalğılara halal demək də bundan daha pisdir. Həmçinin, Cənnətdə bu gözəl nəğmələri dinləyəcək olanların dünyada çalğı səslərini dinləməyənlər, yəni bu haramdan çəkinənlər olduğu da açıq-aşkar bildirilir.
Bu da önəmli bir xüsusdur ki, harama halal deyən kafir olur.

Pivəçinin şahidi
Sual:
 Yusif əl-Kardavi “qadının musiqi bəstələməsi və bu musiqinin başqaları tərəfindən dinlənməsi haram deyil, caizdir” deyir. Buna nə deyəcəksiniz?

CAVAB
Kardavi özünün məzhəbsiz olduğunu açıq-aşkar etiraf edən bir azğındır. Belə dəlillər üçün atalarımızın “Pivəçinin şahidi şərabçı olar” sözü yerindədir. Fiqhi bir hökm:
Çalğı və qadın səsi sima deyil qınadır, haramdır. (Dürrül-məarif)

Din haramla yaşanmaz
Sual: 
Çalğılara haram deyərək bu dini yaşanmaz hala gətirmək günah deyildirmi?

CAVAB
Çalğılara haram deyən Rəsulullahdır. Peyğəmbər əfəndimiz  yaşanmaz hala saldı? Çalğı çalıb haram işlənmədikcə din yaşanmaz hala gələrmi heç? Dini yaşatmaq üçün mütləq yeddidən yetmişə qədər çalğı çalıb rəqs etməkmi lazımdır?

Nəğməsiz mahnı olmaz
Sual:
 Musiqi bəstələyən qadın musiqisində “düzgün, doğru, ciddi, ağırbaşlı, vüqarlı, ədasız, itaətsiz, cilvəsiz, cazibəsiz, pis niyyətsiz sözlər” söyləyərsə və düzgün hallar və davranışlar göstərərsə, o musiqi caiz olar, radioda, televiziyada da söyləmək olmazmı?
CAVAB
Kişi də söyləsə, qadın da söyləsə, hətta robot belə söyləsə musiqi yenə haramdır. Qadının söylədiyi hansı mahnıda əda, cazibə, cilvə olmaz ki?
Mahnı oxumağı qoyun kənara, qadınlar zərurət olmadıqca naməhrəm kişilərlə belə danışa bilməz. Ramuzül-əhadis kitabının 469-cu səhifəsindəki ilk hədisi-şərif belədir:
“Ey qadınlar, ancaq məhrəminiz olan kişilərlə danışın, məhrəminiz olmayanlarla danışmayın!” [İbni Said]
Fiqhi bir hökm:
Çalğı və qadın səsi sima deyil qınadır, haramdır. (Dürrül-məarif)

İmam Qəzali həzrətləri və musiqi

Sual: Bəzi insanlar heç bir İslam alimi musiqiyə rəvac vermədi, amma İmam Qəzali həzrətlərinin musiqiyə halal dediyini söyləyərək çalğı dinləyirlər. Belə bir şey varmı?
CAVAB
Xeyr, heç bir İslam alimi çalğıya, musiqiyə mübah deməmişdir. Hamısı da haram demişdir. Bəzi tərcüməçilər sima və ya səma kəlməsinə musiqi anlamı verərək tərcümə etdiklərinə görə bu böyük xətaya səbəb olmuşdurlar. Dörd məzhəbdə də çalğı haramdır.
Alətsiz, çalğısız nəğməli səsə sima [təğanni] deyilir. Çalğı aləti ilə birlikdə olan insan səsinə qına [musiqi] deyilir. Qına haramdır. (Dürrül məarif)
Çalğı və qadın səsi sima deyil qınadır, haramdır. (Dürrül-məarif)
Abdullah Dəhləvi həzrətləri buyurdu ki:
Sima [gözəl səs], övliyanın qəlbindəki sıxıntını rahatlığa çevirər. Qafillərin sima dinləməsi fisqə yol açar. Heç bir çalğı caiz deyildir. (m. 85)
İmam Qəzali həzrətləri buyurur ki:

Qeybət və ya davamlı ipək geyinmək, yaxud davamlı çalğı dinləmək kimi günahlara davam etmək qəlbin qaralmasına yol açar. (K. Səadət s.580)
İçki içmək və çalğı dinləmək kimi qul haqqı ilə əlaqəli olmayan günahların hamısına tövbə etmək lazımdır. (Ehya 4/65)
Hər kəs dünyadakı işinə görə həşr olunacaq. İçki içənlər sərxoş olaraq, çalğıcı çalğı çalaraq həşr olunacaq. (Dürrətül Fahirə fikəşfi ulumil-axirə – Qiyamət və Axirət, s.36)
Çalğı dinləyənin və ya ipək geyinənin şahidliyi qəbul edilməz. (Ehya 4/41)
Dəvət edildiyi yerdə günah bir şey varsa, məsələn, divarda canlı rəsmləri varsa, yaxud çalğı çalınırsa, qadın-kişi qarışıqdırsa belə bir məclisə gedilməməlidir. (K. Səadət s.207)
Ud və saz çalmaq haramdır. (K. Səadət s.231)
Çalğı alətlərinin emalından çəkinmək, zülümdən çəkinmək sayılır. (Ehya 2/218)
Gizli haram işlənən evə girmək qadağandır. Ancaq kənardan eşidiləcək şəkildə içəridə çalğı çalınırsa, bunu eşidənlərin içəri girib çalğıları qırması caizdir. (Ehya 2/802)
Fitnə çıxmayacaqsa pis iş görənləri təhdid etmək olar. Məsələn, pis biri namuslu qadına təcavüzə cəhd etsə və ya orada çalğı çalırsa, arada çay və ya divar kimi bir maneə varsa, o adama, “Bu işdən geri dön, yoxsa səni öldürərəm” deyə təhdid etmək olar. Öldürmək olmaz, amma təhdid etmək olar. (Ehya 2/815)
Qəlbi Allahü təalanın qadağan etdiyi şeylərdən birinə bağlılığı olanın sima, nəğmğli səsləri dinləməsi haram olub, onun üçün öldürücü zəhərdir. (K. Səadət s. 321[Bu sözü dəlil göstərən cahillər, “Çalğı pis adamlara haram, bizim kimi qəlbi təmizlərə haram deyil” deyirlər. Halbuki, burada çalğı deyilmir, nəğməli səs deyilir. Çalğı hər kəsə haramdır. Təsəvvüf böyüklərindən Mahmud İncirfaqnəvi həzrətləri buyurur ki:
“Yüksək səslə zikr edə bilmək üçün qəlbində yalan və qeybət olmaması, boğazından haram və şübhəli şey keçməmiş olması, könlü riya və göstərişdən təmiz olması lazımdır.” Budur, təğanni, sima yalnız belə adamlara faydalı olur. Fiqh alimləri də təğanninin belə olmayanlar üçün və çalğının hər kəs üçün haram olduğunu bildirmişdir.]
İnsana keyf verən ahəngli nəğmələr, könüllərdə gizli olan gözəllik və çirkinlikləri açığa çıxarır. Hər qabdan içindəki sızar, sima edən adamın içində nə varsa kənara o sızar. Sima qəlbə çatdıqda, qəlbdə qalib olan nədirsə, onu hərəkətə gətirər. (Ehya 2/675)
Qəlbində hallar hasil olmayan, hasil olsa da nəfsi şəhvətdən kəsilməmiş təsəvvüf yolçularına gözəl səs, nəğmə faydadan çox zərər verər. Əli Hallac, Şeyx Əbul Qasım Gürganinin müridlərindən idi. Sima üçün izn istədi. “Heç bir şey yemə, sonra ləzzətli yeməklər yeyərsən. O ac halınla simanı yeməkdən çox istəyirsənsə, sima etməyin caizdir” buyurdu. Qəlb hallarına qovuşmayan, haqq yolu, halları ilə anlaya bilməyən, yaxud bəzi hallara qovuşub, amma hələ şəhvətdən kəsilməmiş olan müridlərə üstadları simanı qadağan etməlidirlər. (K. Səadət s.325)
Simanı əyləncə və oyun şəklində adət etmək haramdır. Habelə, bəzi kiçik günahlar vardır ki, davam edilərsə, böyük günah olar. Bəzi şeylər hərdən və az olarsa mübah olar. Çox olduqda haram olar. (K. Səadət s.329)
Səs dinləyərkən, ud, kaman, ney, saz, qaval kimi heç bir çalğını çalmaq olmaz. Hər çalğını çalmaq və dinləmək haramdır. Xoş olduğu, xoşa gəldiyi üçün haram deyildir. Bir kimsə xoşa gəlməyəcək şəkildə təsadüfi çalsa da, ustalıqla çalmasa da yenə haramdır. (K. Səadət s.326)
Qəlbdə halal olan şeyin sevgisi [məsələn, Allah sevgisi] varsa, sima [ilahi, qəsidə kimi nəğməli səslər] onu artırırsa, o kimsənin təğanni dinləməsi halal olar. Qəlbində dinimizin qadağan etdiyi bir şey olanın təğanni dinləməsi günah olar. (K. Səadət s.322)
Bayramlarda və arada bir olarsa [Həzrəti Aişə validəmizin seyr etdiyi zənci cariyələrinki kimi] oyunlar, təğannilər və bunları seyr etmək haram deyildir. (K. Səadət s.322) [Cariyələrin saçını-başını açmaları günah olmadığı kimi, nəğməli səsləri də haram deyildir.]
Toylarda dəf çalmaq və təğanni etmək mübahdır. (K. Səadət s.323)
Təğanni, rəqs, dəf çalmaq, qılınc və qalxan oyunları və şən günlərdə zəncilərin oyunlarını seyr etmək mübahdır. (Ehya 2/695)
Bayram günü zənci cariyələrin oyunlarını Rəsuli əkrəm əfəndimiz qapı üzərindən Həzrəti Aişəyə seyr etdirmiş və ikisi birlikdə baxmışdılar. (Ehya 2/827)
Qüsurları, əzabları bildirən [çalğısız] qəsidələri, ilahiləri dinləyərək kədərlənmək, ağlamaq savabdır. Ancaq Allahü təalanın qəza və qədərini bəyənməyib, ona kədərlənib, üzüntünün artması haramdır. (K. Səadət s.324)
Həccə gedənin Kəbə, həcc, Məkkə, Mədinə şeirləri, ilahiləri, qəsidələri dinləməsi və bunları gözəl səslə oxuyub pul qazanması halaldır. (K. Səadət s.323-324)
Hacıları yola salarkən Kəbə, zəmzəm və digər mübarək dərəcələri tərifləyən və ərəb çölündən bəhs edən şeirlərdə nəfəsli və telli çalğılar yoxdursa, bunların hamısı caizdir. (Ehya 2/690)
Düşmənlərlə müdafiəni və Allah sevgisi uğruna canını fəda etməyi qüvvətləndirən qəhrəmanlıq mahnılarını [əsgər marşlarını] dinləmək mübah olur. (K. Səadət s.324)
Toy, ziyafət və səfər yolunda və bunun kimi sevinc olan yerlərdə, bayram günlərində nəğməli səslərlə, təğanni ilə şənlənmək caizdir. (K. Səadət s.324)
Toy və buna bənzər yerlərdə davul, dəf çalmaq haram deyildir. Hacılar və əsgərlərin davul, orkestr çalması caizdir. Əxlaqı pozğun gənclərin davul çalması da haramdır. (K. Səadət s.326)
Çalğı alətləri üç yerə bölünür:

1- Haram olanlar. Tənbur, tütək, zurna kimi musiqiçiləri müşayət edən alətlərdir.
2- Məkruh olanlar. Bunlar tək başına çalınmadığı halda musiqiçini coşduran qaval kimi alətlərdir.
3- Mübah olanlar. Bunlar da əyləncə aləti deyil, amma truba və hərb davulu kimi xəbərləşmə alətləri ilə nikah üçün çalınan, dəf kimi yığıncağa çağırma və hər hansı bir xəbəri elan etmək üçün istifadə olunan alətlərdir. (Mükaşəfətül Qulub - Qəlblərin Kəşfi)
Ud, sinc [zil], telli alətlər, bərbəd və bənzəri İraq alətlərinin hamısı qadağandır. İçki içənlərin adəti olmayan davul və bənzərləri [toylarda] qadağan deyil. (Ehya 2/685)
İçki məclislərində istifadə olunan trampet, nəfəs və simli alətləri haramdır. Bu alətlər qadağan, digərləri isə mübahdır. Mübah olanlar dəf, davul, şahin, kadib kimilərdir. (Ehya 2/701)
Ahəngli gözəl səs haram deyildir. Əgər pis sözlərdən ibarətdirsə, istər nəğməli oxunsun, istər nəğməsiz oxunsun haramdır. (Ehya 2/686)
Qurani-kərimi təğanni ilə oxumaq haramdır. (K. Səadət s.333) [Təcvidə uyğun olaraq təğanni edilirsə zərəri  yoxdur.]
Məscidlərdə Quranı təğanni ilə oxuyanları çəkindirmək fərzdir. (Ehya 2/823)
Rəsulullah əfəndimiz Rəbi binti Muavvizin evinə gəldi. Cariyələr dəf çalıb, mahnı söyləyirdilər. Onu gördükdə kəsib, qəsidələrlə Rəsulullahı tərifləməyə başladılar. [Buxarinin rəvayət etdiyi] “Susun, əvvəl söylədiyinizə davam edin” buyurdu. Çünki onu tərifləmək ibadətdir. Oyun-əyləncə arasında ibadət olmaz. (K. Səadət s.333)
İmam Qəzali həzrətlərinə aid bu yazıların müxtəsəri belədir:
1-
 İçki içənlərin dinlədiyi nəfəs alətləri və bütün simli alətləri çalmaq və dinləmək haramdır.

2- Musiqiçinin qazancı haramdır. Şahidliyi və hədiyyəsi qəbul edilməz.
3- Müəyyən zamanlarda [toylarda, bayramlarda] və müəyyən şərtlərlə [ibadətə qarışdırmamaq, haram şeylər söyləməmək şərtilə] dəf, davul kimi alətlərdə çalmaq caizdir. Bunlara da digər nəfəs və simli alətləri qarışdırmaq caiz deyildir.
4- Həccə gedəcək olanın Kəbə, həcc, Məkkə, Mədinə nəğmələrini dinləməsi, əsgərlərin cəsarətlərini artıran döyüş, qəhrəmanlıq mahnılarını, [əsgər marşlarını] dinləməsi caizdir. Bayramlarda, toylarda, həcc yolunda çalınması mübah olan alətləri belə hər zaman dinləməyi və çalmağı adət halına gətirmək caiz deyildir.
5- Müsəlmanların bayramlarda sevinmələri, sevinclərini göstərmələri caizdir. Bayramlarda dəf ilə söylənən mahnını dinləmək və içində qılınc-qalxan oyunu kimi oyunları seyr etmək mübahdır. Bunları adət halına gətirmək, hər zaman etmək caiz deyildir.
6- Qurani-kərim oxumaq və ya Rəsulullahı tərifləmək [Mövlud] kimi ibadətlərə dəf daxil heç bir çalğını qarışdırmaq caiz deyildir, qadağandır.
7- Təsəvvüf əhlinin səma [ilahi, qəsidə kimi nəğməli insan səsi və şeir] dinləməsi caizdir. Səma əsnasında bunlara çalğı qarışdırmaq haramdır. Səma, hələ qəlbi tam təmizlənməmiş, qəlb hallarına qovuşmamış müridlərə qadağandır.
Yuxarıda Peyğəmbər əfəndimizin və onun varisləri olan bütün İslam alimlərinin çalğıya haram dedikləri qəti dəlillərlə isbat edildi. Çalğının haram olması mövzusunda görəsən ayəti-kərimə yoxdurmu deyənlər çıxa bilər.
Qurani-kərimin bir çox yerində “Rəsuluma tabe olun” buyurulur. Əgər Quranı hər kəs anlasaydı, “Rəsula tabe olmağa ehtiyac yoxdur, hər kəs Qurandan anladığına tabe olsun” deyilərdi. Əksinə, Quranın izahı istənərək buyurulur ki:
“İxtilafa düşülən şeyləri izah edəsən deyə bu kitabı sənə endirdik.” [Nəhl 64]
Qurani-kərimdə sadəcə “Allaha tabe olun” deyilmir. Rəsuluna da tabe olunması əmr edilir: “Rəsula itaət edən, Allaha itaət etmiş olur.” [Nisə 80] (Deməli, Rəsulullaha tabe olmaq Allaha tabe olmaqdan ayrı deyildir.)
Yenə Qurani-kərimdə buyurulur ki:
“Allah və Rəsuluna itaət edən, ən böyük qurtuluşa çatmışdır.” [Əhzəb 71]
“Rəsulum de ki, "Mənə tabe olun ki, Allah da sizi sevsin!” [A. İmran 31]
“Ona tabe olun ki, doğru yolu tapasınız!” [Əraf 158]
“Rəsulumun verdiyini qəbul edin, qadağan etdiyindən çəkinin!” [Həşr 7]
“Allah və Rəsuluna itaət edən Cənnətə, üsyan edən Cəhənnəmə gedər.” [Nisə 13,14]
“Endirdiyimi insanlara bəyan edəsən, açıqlayasan.” [Nəhl 44]
“O Peyğəmbər, gözəl şeyləri halal, çirkin şeyləri haram qılar.” [Əraf 157]
“O, [Rəsulum] vəhydən başqasını söyləməz.” [Nəcm 3,4]
Deməli, Peyğəmbər əfəndimiz özündən haram etmir, vəhyə istinad edir, yəni Allahın bildirməsinə istinad edir. Bir də bəzi ayələr var ki, onları hər kəs anlaya bilmir. “Endirdiyim Quranı insanlara açıqla” buyurur. Bəzi ayələrdə musiqi haram edilmişdir. Bunu Rəsulullah açıqlaya bilir. Biz baxdıqda anlaya bilmirik. Məsələn, musiqini haram edən iki ayə:
Loğman surəsinin 6-cı ayəsindəki löhvəl hədis ifadəsi musiqi olaraq bildirilmişdir. Löhvəl hədis türkcə boş söz, boş əyləncə kimi mənalara gəlir. Amma bu boş əyləncənin, yəni axirətə fayda verməyən bu əyləncənin musiqi olduğu bildirilmişdir.
İbni Məsud həzrətləri and içərək löhvəl hədisdən məqsəd, çalğı aləti və musiqi olduğunu söyləmişdir. (Təfsiri ibni kəsir, Təfsiri mədarik) [İbni Məsud kimi böyük bir şəxsə inanmayan cahillərə nə demək olar ki?]
(Məvahibi aliyyə) adlı təfsirdə löhvəl hədis ayəsi belə təfsir edilir:
Yalan hekayələr yazaraq və ya musiqiçi qadınlar tutub hər kəsə səs nəğmələri dinlədərək, Quran dinləmələrinə mane olmağa çalışanlara Cəhənnəm atəşini müjdələ! (Məvakib təfsiri)
Bir hədisi şərifdə də buyurulur ki:
“Üçü xaric, hər löhv batildir.” [Deyləmi]
Deməli, löhv bir oyun, bir əyləncə, bir çalğı olduğu üçün belə buyurulur.
Müfəssirlər, İsra surəsinin 64-cü ayəsində şeytana, “Vəstəfziz... bi savtikə” [Səsinlə oynat]) ifadənin çalğı ilə oynat demək olduğunu, bu ayənin, hər növ çalğını haram etdiyini bildirmişdirlər. (Şeyxzadə)
Müfəssirlər Ənam surəsinin 70-ci ayəsini “Dinlərini [mahnı ilə, musiqi ilə] oyun və əyləncə halına salanlardan uzaq dur” şəklində təfsir etmişdirlər.
“İndi siz bu sözə [Qurana] mi təəccüblənirsiniz? Gülürsünüz, amma ağlamırsınız və siz qəflətlə oynayırsınız.” [Nəcm 59-61]
Mədarik təfsirində əntüm samidün ifadəsi, “Quran oxunduğunu eşitdikləri zaman onu dinlətməmək üçün təğanniyə [mahnı, nəğmə söyləyərək hay-küyə] başlayar, oynayırdılar) deyə açıqlanır.
İbni Abbas və Mücahid həzrətləri də bu ifadənin mahnı olduğunu söyləmişdir. (İqasətül-Ləhfan)
Belə ayələr olmasa belə Rəsulullahın bildirdiyini qəbul etməmək Allahı qəbul etməmək sayılır. Belə edənlərin də kafir olduğu yenə Qurani-kərimdə bildirilir.
İmam Rəbbani həzrətləri buyurdu ki:
Cənabı Haqq Qurani-kərimdə Muhamməd əleyhissalama itaət etməyin Ona itaət etmək olduğunu bildirir. O halda Onun Rəsuluna itaət edilmədikcə, Ona itaət edilmiş olmaz. Bunun çox qəti və qüvvətli olduğunu bildirmək üçün “Əlbəttə, mütləq belədir” buyurub, doğru düşünməyənlərin, bu iki itaəti bir-birindən ayrı görmələrinə meydan buraxmadı. Yenə Allahü təala “Kafirlər Allahü təalanın əmrləri ilə Peyğəmbərlərinin əmrlərini bir-birindən ayırmaq, bir qisminə inanırıq, bir qisminə inanmırıq deyərək, iman ilə küfr arasında bir yol açmaq istəyirlər. Bu kafirlərin hamısına çox acı əzab hazırladıq” buyurmaqdadır. (1/152)

Sərxoş etməzsə halal imiş!
Sual:
 “Sərxoş etməzsə, pivə, şərab və bənzər spirtli içkilər haram deyildir. Şəhvətə təsir etməzsə, musiqi və çalğı halaldır” deyilərək çalğı və içki halal sayılır. İçkinin azı da, çalğının hər növü də haram deyildirmi?

CAVAB
Əlbəttə haramdır. Donuz ətinin haram olması üçün illa ki, zərər verməsi lazım gəlməz. Bir damcı qan, bir damcı sidik zərər verməsə də haramdır. Bir qaşıq şərab sərxoş etməz, amma haramdır. Heç bir fiqh kitabında şərabın haram olmasında sərxoş etmə şərti yoxdur. Şərabın sərxoş etməyən miqdarı da, damcısı da haramdır. (Rəddül muxtar, Fətavai Hindiyyə, Dürər və Gurər)
Bir hədisi-şərifdə “Çoxu sərxoş edən içkinin azı da haramdır” buyuruldu. (Nəsai) [Yəni içində alkoqol olan bütün içkilər haramdır.]
İçki kimi çalğını halal saymaq da çox təhlükəlidir. Sanki bu hədisi-şərif bu məzhəbsizlər üçün söylənmişdir:
“Bir zaman gələcək bəziləri içkini və çalğını halal sayacaqlar.” [Buxari]
Musiqinin, çalğının haram olmasında şəhvət şərti axtarılmaz. Heç bir mötəbər din kitabında belə yatıq bir ifadə yoxdur. Üstəlik çalğı aləti olan yerdə namaz qılmağın təhrimən məkruh olduğu, özü çalmasa belə, evində çalğı aləti saxlamağın da günah olduğu mötəbər kitablarda yazılıdır. Yenə din kitablarında, çalğı və musiqi olan məclislərə getməyin belə caiz olmadığı bildirilməkdədir.
Hər çalğının səsini dinləmək haramdır. Çünki Rəsulullah, “Çalğı dinləmək haramdır, orada oturmaq fisqdir, ondan zövq almaq isə küfrdür, yəni küfrani-nemətdir” buyurur. (Rəddül muxtar)
Əhkamüs-Siyasət və Müntəqa kitablarında bildirilir ki:
Birinin evindən çalğı səsi eşidildikdə, o evə iznsiz girmək caiz olur. Çünki o çalğı səsini duyurmaqla evinin hörmətini yıxmışdır. Həzrəti Ömər bir qadının evinə girib onu qamçıyla döyərkən başının örtüsü düşmüş, ona “Onun hörmətini yıxdın” deyildiyində, “Haramla məşğul olduğu üçün onun hörməti qalmamışdı” buyurmuşdur.
İnsanlar üçün [çalğısız] mahnı söyləyib dinlətdirən kimsənin də şahidliyi məqbul olmaz. Bir kimsə evində oyun və çalğı alətlərindən bir şey saxlayan, onu istifadə etməsə belə, bu şəxs günahkar olar. Fətavayi-Kadixanda da belədir. (Fətavai- Hindiyyə)
Fətavai-Bəzzaziyyə sahibi Kurtubidən, çalğı çalmağın haram olduğu xüsusunda İslam alimlərinin icması vardır, buyurur. (İbni Abidin, Məqamati-Məzhəriyyə)
İcma demək bütün alimlərin söz birliyi deməkdir. Çalğı və musiqinin şəhvətə heç səbəb olmasa da, haram olduğu bütün mötəbər din kitablarında yazılmışdır. Bir neçəsini qeyd edək:
Fətavai Bəzzaziyyə, Məcmuul fətava, Dürrül-muxtar, Rəddül-muxtar, Fətavai Xayriyyə, Kurtubi təfsiri, Fətavayi Hindiyyə, Dürrül-məarif, Tahtavi şərhi, Kuduri, Dürrül-müntəqa, Ukudüd-dürriyyə, Dürrül məarif, Kimyayi Səadət, Ehya, Məvahibi lədünniyyə, Məqamati Məzhəriyyə, Tərgibüs-salat, Bəriqa, Tıbbün-nəbəvi, Hadiqa, Müxtəsəri Təzkirəyi Kurtubi, Riyadün-Nasıhin, Risaləyi Birgivi, Əxlaqı alaiyyə, S. Əbədiyyə, Şirətül İslam…
Bəzi məzhəbsiz fasiqlər də, “Çalğı məni Allaha yaxınlaşdırır” deyir. Haramla Allaha yaxınlaşmaq olarmı heç? Şeytana yaxınlaşdıqlardan xəbərləri belə yoxdur. Heç bir alimin mübah saymadığı və bütün alimlərin haram dediyi bir xüsusa halal demək küfrdür.

Haram yaxşı niyyətlə haramlıqdan çıxmaz
Sual: Bir molla “Əməllər niyyətlərə görədir” hədisinə görə musiqi yaxşı niyyətlə dinlənərsə haram olmaz, dedi. Doğrudurmu?
CAVAB
Qətiyyən doğru deyildir. Bu sözü söyləyən bir molla deyil və ya bir yanlış anlaşılma var. Savadsız bir söz olub, dinən çox səhvdir. Çünki musiqi haramdırsa, haram yaxşı niyyətlə də işlənsə halal olmaz. Məsələn, qüvvətlənmək üçün içki içmək olmaz. İçki içən namaz qılmağa güc yığmaq niyyətilə içirəm desə bir qiyməti vardırmı? Bir fahişə də niyyətim sadəcə kişilərin ehtiyacını görməkdir desə, yaxşı niyyətlə onlara kömək edirəm desə, zina haramlıqdan çıxarmı? Bildirilən hədisi-şərif mübahlar üçündür.

Harama mübah demək
Sual
: Bir molla “Musiqi, çalğı nə qədər ədəbsiz olursa-olsun Allah sevgisini artırırsa mübahdır, bəzəkli, açıq, gözəl qadına baxmaq da rahatlıq verirsə, Allah sevgisini artırırsa, çiçəyə baxmaq kimi mübah olur” dedi. Haram olan şey mübah ola bilərmi?

CAVAB
Çox yanlış bir müqayisədir. Gözəl bir çiçəyə baxmaq, onu iyləmək ruha şirin gəlir. Ruhun Allahü təalanın varlığını, böyüklüyünü anlamasına, Onun əmrlərinə tabe olmasına səbəb olur. Parfumlu və açıq qadına baxmaq isə nəfsə xoş gəlir. Qulaq rəngdən həzz almaz. Göz də səsdən həzz almaz, çünki anlamazlar. Nəfs Allahü təalanın düşmənidir. Həzzinə nail olmaq üçün hər pisliyi etməkdən çəkinməz. Onun istəklərinin sonu yoxdur. Qadına, qıza baxmaqla doymaz. Daha başqa şeylərin dadını almaq istər. Nəfsin azğın istəkləri insanı səfalətə, xəstəliklərə, ailə faciələrinə, fəlakətlərə sürükləməkdədir. Allahu təala bu faciələrə mane olmaq üçün qadınların, qızların açılmalarını, yad kişilərə yaxınlaşmalarını, içkini, qumarı, çalğını qadağan etmişdir.

İmam Qəzali həzrətləri buyurur ki:
Bir kimsə İslamiyyətə uymasa, Allahü təalanın düşməni olan nəfsinə uyarsa, qəlbi pozular. Çalğı dinləmək və hər günahı işləmək nəfsi gücləndirir. Səlim, təmiz qəlb musiqidən zövq ala bilməz. Musiqi nəfsi gücləndirər, hərəkətə gətirib zərərli olar. (Kimyayı-səadət)

“Çalğı insanı Allah sevgisinə aparırsa caizdir” demək, “Zina, içki, qumar Allah sevgisinə aparırsa caizdir” deməyə bənzəyir. Dinimizin qadağan etdiyi çalğını belə müdafiə etməyin səbəbi nədir?

Ürküdücü olmaq
Sual: Musiqinin haram olduğunu bilirəm, çünki bu mövzuda bir çox hədis var, lakin çox adam musiqi dinlədiyi üçün bunu söyləsəm ürküdücü olaram. İnsanların İslamiyyətdən soyumasına səbəb olar. Halbuki, dinimiz, “Ürkütməyin, müjdələyin, nifrət etdirməyin!” buyurur. O halda, “Namaz qılmayan və ya açıq gəzən, yaxud içki içən Cəhənnəmə gedər” deyərək insanları qorxutmaq yanlış olar. Günah olanları deyil, ancaq savab olanları bildirmək lazım olmazmı?
CAVAB
Bu məntiq çox səhvdir, dinimizə ziddir. Yalnız Allahın rəhmətindən bəhs edərək, əzabından heç bəhs etməmək Qurani- kərimə və hədisi-şəriflərə ziddir. Allahü təala Peyğəmbər əfəndimizi möminlər üçün müjdəçi, kafirlər üçün qorxuducu [xəbərdar edən, qabaqcadan bildirən] olaraq göndərmişdir. Ayəti-kərimədə məalən buyurulur ki: “Ey nəbi, Biz səni [inanıb-inanmayan və yaxşı əməl edib-etməyən üçün] bir şahid, [inanana Cənnəti] müjdələyən və [inanmayanı Cəhənnəmlə] qorxudan [xəbərdar edən] olaraq göndərdik.” [Əhzəb 45]

Yenə bir ayəti-kərimə məalı belədir:
“Aranızda xeyrə çağıran, mərufu əmr edən və münkəri nəhy edən bir camaat olsun. Elə bunlar qurtuluşa çatanlardır.” [Ali İmran 104]

Mərufu əmr etmək yaxşı şeyləri bildirməkdir. Namaz qılın, oruc tutun, gözəl əxlaqlı olun kimi. Münkəri nəhy etmək isə dinimizin qadağan etdiyi şeylərin, məsələn, içkinin, zinanın, çalğının zərərlərini izah edib, qarşısını almağa çalışmaq deməkdir. Bir hədisi-şərif məalı da belədir:
“Pisliyi görən onu əli ilə düzəltsin, gücü yetməsə, dili ilə düzəltsin, buna da gücü yetməsə, qəlbi ilə rədd etsin. Bu da imanın ən zəif dərəcəsidir.” [Müslim]

Görüldüyü kimi Allahü təala da, Rəsulu da pisliklərin qarşısını almağa çalışın buyurur. Hər kəs etdiyi pisliyin cəzasını görəcəkdir. Əzabla əlaqəli üç ayəti-kərimə məalı belədir:
“Rəbbinin edəcəyi əzabdan qurtuluş yoxdur.” [Tur 7,8]

“Əlbəttə azabım çox şiddətlidir.” [İbrahim 7]

“Allah və Rəsuluna qarşı gələn bilsin ki, Allah əzabı şiddətli olandır.” [Ənfal 13]

“Dünyada təkəbbürlənib, günah işlədiniz. Bu gün şiddətli əzab görəcəksiniz.” [Əhqaf 20]

Ruha zülmət verən şey
Sual: 
Musiqi ruhu bəsləyirmi?

CAVAB
Haram olan musiqi kafir olan nəfsimizə xoş gəlir, onu azğınlaşdırır, ruhu isə zülmətə boğar. Rəsulullah “Qına, yəni musiqi qəlbdə münafiqliyi artırır” buyurdu. (Beyhəqı)
Qurani-kərim oxumaq musiqinin əmələ gətirdiyi zülmətləri təmizləyir. Qəlbi, ruhu nurlandırır. Bir hədisi şərif məalı belədir:
“Quran oxunan evin xeyri artar, sakinlərini sıxmaz, mələklər yığışar, şeytanlar oradan uzaqlaşar. Quran oxunmayan ev içindəkilərə dar gələr, sıxıntı verər, bərəkətsiz olar. Mələklər uzaqlaşar, şeytanlar oraya dolar.” [Darimi]

Mizmar nədir?
Sual:
 Oxuduğum kitablarda “Mizmar haramdır” deyilir. Mizmar nədir?

CAVAB
Səs çıxaran hər növ çalğı alətinə Mizmar deyilir. “Müncid”
Dərin alim, şeyxülislam Əhməd ibni Kəmal həzrətlərinin “Qırx Hədis” kitabının tərcüməsində, 39-cu hədisi-şərifdə, “Mizmarları qırmaq üçün və xınzırları öldürmək üçün göndərildim” buyurulur. Mizmar, tütək və bütün çalğı alətləridir. Bu hədisi-şərifin mənası, hər növ çalğını və donuz əti yeməyi qadağan etmək üçün əmr olundum deməkdir. (S. Əbədiyyə)

Buxaridəki bir hədisi-şərifdə isə “Məryəm oğlu İsa endikdə, xaçı qıracaq, xınzırı [donuzu] öldürəcək” buyurulur. Bu hədisi-şərif də İsa əleyhissalam gəldikdə donuz ətini qadağan edəcəyini və Xristianlığı aradan qaldıracağını bildirməkdədir.

İbni Həcər Məkki həzrətləri buyurur ki: Hədisi-şəriflərdə “Mizmarları yox etmək üçün əmr olundum”  “Bir zaman gələcək ki, Qurani-kərimi mizmarlardan oxuyacaqlar. Oxuyanlara və dinləyənlərə Allahü təala lənət edər” buyuruldu. (Kəffürrəa an muharramətila löhvi vəssima - S. Əbədiyyə)

Deməli, Peyğəmbər əfəndimiz axır zamanda [müasir dövrümüzdə], Qurani-kərimin çalğı alətlərindən oxunacağını bildirir. Dövrümüzdə çalğı alətlərinin nələr olduğunu hər kəs bilməkdədir. Lənətə müstəhaq olmamaq üçün Qurani-kərimi musiqi söyləyən, çalğı çalınan səsgücləndirici kimi alətlərlə oxumamalı və belə oxunanı da dinləməməliyik.

Musiqi ilə rahatlamaq
Sual: Mən musiqiyə qulaq asdığım zaman sıxıntılarımdan qurtuluram. Bu vəziyyətdə musiqiyə qulaq asmaq haram olmaqdan çıxmazmı?
CAVAB
“Mən içki içəndə və ya narkotik maddə qəbul edəndə çox rahatlayıram” deyənlərə də rast gəldik. Hər halda rahatlamasa içki içməz, narkotik maddədən istifadə etməzdi. Bəzi oğrular da oğruluq etməyəndə narahat olurlar. Fahişə də zina etməyəndə rahatlaya bilmir. Haram işlədikdə rahatlamaq dində ölçü sayılmaz. Musiqi dinləyən insan zamanla narkoman kimi olur, dinləməsə narahat olur. Narkomanlar da belə narkotik maddə qəbul etmədikdə sağa-sola hücum edirlər, qəbul edib sonra rahatlayırlar. Haram olan musiqini dinləməklə rahatlamaq nəfsin rahatlamasıdır. Nəfsin qidası haramlardır. Haramlardan mədət umulmaz. O rahatlamağı mübah yollardan axtarmaq lazımdır.

Evdəki çalğı aləti
Sual: 
Heç istifadə etmədiyimiz bir çalğı alətini evdə saxlamaq günah olarmı?

CAVAB
Bəli, günah olur. Hadiqa və Bəriqada, “İstifadə edilməsə də, hər növ çalğı alətini evdə saxlamaq günahdır” deyilir. (S. Əbədiyyə)

Musiqili diski saxlamaq
Sual: Heç oxudulmayan musiqili disklərini, başqa çalğıları, oynamasaq da qumar alətlərini evdə saxlamaq günahdırmı?
CAVAB
Çalınmasa da, evdə çalğı aləti saxlamaq, oynanmasa da qumar aləti saxlamaq, içilməsə də spirtli içki saxlamaq günahdır. Belə yerdə namaz qılmaq məkruh olur. O evə rəhmət mələkləri də girməz. (Hadika, Bərika)

Mahnını çalğıyla söyləmək
Sual:
 Günah olmayan sözləri, şeirləri və ya mahnıları çalğıyla söyləmək caizdirmi?

CAVAB
Xeyr, caiz deyildir. (İslam Əxlaqı)

Musiqi çalınan oxuducu
Sual: 
Musiqi səslənmiş maqnotafonu, radionu yaxşı işdə istifadə etmək caizdirmi?

CAVAB
Bəli.

Saz dinləmək
Sual:
 S. Əbədiyyədə, “Bəhaüddin Buxari həzrətlərinin yanına ney və saz gətirdiklərində “Biz bunları dinləmirik. Dinləyən təsəvvüfçüləri də inkar etmirik” buyurdu” deyilir. Bu söz çalğının halal olduğunu göstərməzmi?

CAVAB
O yazının davamı dərhal oxunsaydı, məsələ aydın olardı. “Nəğmə və saz dinləmək qəlb seyrində olanlara zövq verir” buyurulur. Yəni sazın, qəlb seyrində olan Övliya şəxslərə zərər vermədiyi bildirilir. Bu, o zamankı böyük Övliya şəxslər üçün söylənmişdir. Bu gün bu dərəcədə olan yox kimidir. Elə şəxslər olmadıqdan sonra hər kəsə zərər verir, hər kəsə haram olur. Çalğının haram olduğunda icma hasil olmuşdur. İcmaya zidd söz söyləmək caiz olmaz.

Allah qorxusu
Sual:
 Radiodan ilahi, mövlud və Quran dinləyib ağlamaq nəfsdəndirmi? Allah qorxusundan ağlamaq olmazmı? Allah qorxusunu verən musiqi halal deyilmi?

CAVAB
Gözəl səsdən, musiqidən ağlamaq nəfsdən olur. Quranın mənasını anlayıb, Allah qorxusundan ağlamaq başqadır. Yəni, Quran və ilahi dinləyib hər ağlamağın Allah qorxusundan olduğu zənn edilməməlidir. Musiqi Allah qorxusu verməz. Oradakı ağlamaq Allah qorxusundan deyil, nəfsdəndir.

Allahü təalanın rızası haram etdiyi, qadağan etdiyi şeylərdə olmaz, yəni haramları işləyərək Allahın rızası qazanılmaz. Əksinə, bu haramları tərk edərək qazanılır.

Çalğılı yerdə
Sual: 
Çalğılı yerlərdən keçərkən və ya market, avtobus kimi yerlərdə bizim iradəmiz xaricində musiqi çalınarkən, Qurani- kərim oxumaq və ya zikr etmək günah olarmı?

CAVAB
İradəmiz xaricində çalındığı üçün günah olmaz, əksinə çox savab olar. Musiqiyə qulaq asmağa mane olmuş olar.

Davul çalmaq
Sual:
 Harada və nə zaman davul çalmaq caizdir?

CAVAB
Davul çalaraq toyu tanışlara elan etmək sünnətdir. Həmçinin, döyüşdə, həcc yolunda, əsgərlikdə, bayramda, oruca qaldırmaq üçün sahurda davul çalmaq caizdir. (S. Əbədiyyə)

Musiqi ilə müalicə
Sual: Səlçuqlu və Osmanlı dövründə ruhi xəstələri musiqi ilə müalicə edildiyini deyirlər. Haramla müalicə caiz olarmı?
CAVAB
Haramla müalicə olmaz, amma Müsəlman, saleh, mütəxəssiz bir həkim bir xəstəlik üçün haram olan bir şeydən başqa, təsirli bir dərman olmadığını söyləyərsə, bunun o xəstə üçün zərurət miqdarında istifadə olunması caiz olar. O xəstə üçün artıq o haram halal halına çevrilir. Yəni haramla müalicə edilmiş sayılmır.

Haram olan şeylərin dərman olaraq içilməsi, bunun xəstəyə yaxşı təsir edə biləcəyi məlum olarsa və halal olan dərman tapılmazsa caiz olar. Buxaridəki “Allahü təala haram olan şeylərdə şəfa yaratmadı” hədisi-şərifi “Şəfalı olduğu təcrübə edilən haram maddələr, dərmanlar üçün halal olur” deməkdir. Susuzluqdan öləcək adama ölümdən qurtaracaq qədər şərab içmək halal olur. Haram olan şeydə şəfa olması, mütəxəssis olan Müsəlman saleh bir həkimin tövsiyəsilə anlaşılır. (Dürrül-muxtar, Rəddül-muxtar)

Musiqi yayını məcburidir
Sual: 
Musiqi haram olduğu halda, dinə uyğun yayın edən radio və televiziyada niyə musiqi çalınır?

CAVAB
Mövcud qanunlara görə belə bir yayın məcburidir. Belə bir məcburiyyət olmasa belə, müxtəlif səbəblərlə musiqi çalsalar və ya qeybət etsələr, özləri etdikləri üçün musiqinin və qeybətin haram olduğunu söyləməyəcəklərmi? Yəni harama haram deməyəcəklərmi? Niyə harama haram deyirlər demək, Müsəlmana yaraşmaz. Özümüz etsək belə, harama haram demək dinimizin əmridir. Ehyadakı hədisi-şərifdə “Özünüz tam əməl edə bilməsəniz də yaxşılığı əmr edin! Özünüz tam çəkinə bilməsəniz də, pislikdən çəkindirin!”buyurulur. Deməli, yaxşılığı tövsiyə etmək və günahlardan çəkindirmək üçün günahsız olmaq şərt deyildir. Həmçinin Peyğəmbərlər xaric günahsız qul vardırmı? O zaman heç kim əmri-məruf və nehyi-münkər edə bilməz. Günah işləyənə “Sən niyə doğruları söyləyirsən?” demək yanlış olar. İnsan özü edə bilməsə də, hər kəsə yaxşılığı tövsiyə etməsinə əngəl olmamalıdır.

İlham dində sübut olmaz
Sual:
 Ustad Bədiüzzaman Səid Nursi radiolardan verilən musiqi yayını ilə əlaqədar olaraq- “Bəli, bəşəriyyətin həqiqətə möhtac olduğu kimi bəzi keyfli həvəsata da ehtiyacı var. Lakin bu keyfli həvəsat [bütün yayınların ancaq] beşdə biri olmalıdır. Yoxsa havanın sirri-hikmətinə münafi olar” deyərək çalğıya izn verir. Dəlil olaraq bu kifayət etməzmi?

CAVAB
Birincisi, burada çalğının halal olduğundan bəhs edilmir. Mübah olan oyun və əyləncələrdən bəhs edilir. Davamlı mübah olan əyləncələrlə məşğul olmaq əlbəttə doğru olmaz. Əgər çalğıya izn verir deyilirsə, o zaman bu sözün ilhamla söyləndiyi aydın olur, çünki çalğının haram olduğunda alimlərin ittifaqı yuxarıda bildirildi. Dəqiq haram olduğunu bildirən bir çox hədisi-şərif də vardır. İmam Rəbbani həzrətləri, “İlham dində sübut deyildir. Sözündə üzrlü sayılır. Söyləyən övliyadırsa, sadəcə söyləyənə aiddir, başqalarına aid deyil” buyurur. Kim olursa olsun, övliya da olsa, başqa bir kimsə də olsa, ilhamla söylədiyi sözlər dində əsla sübut ola bilməz. Bunlarla əməl etmək olmaz.

Melodiyalı zəng
Sual:
 Qapı zənginin və mobil telefonunun melodiyalı olmasında zərər vardırmı?

CAVAB
Məkruh olur. Melodiya xoşuna gəldiyi üçün onu dinləmək caiz olmaz. Ona görə düz olanlarını seçmək lazımdır.

Əsgər marşı
Sual:
 Musiqi dinləmiş kimi, hər gün hər saat əsgər marşı dinləmək caiz olarmı?

CAVAB
Hər zaman dinləmək caiz olmaz. Hərdən bir dinləmək caiz olar. Bayramda, döyüşdə, həcc yolunda, sahurda, toyda, əsgərlikdə, məktəbdə, milli və siyasi yığıncaqlarda orkestr, himn, əsgər marşı çalmaq caizdir.

Zurna çalmaq
Sual: 
Zurna çalmaq caizdirmi?

CAVAB
Xeyr. Döyüşdə caizdir.

Klassik musiqi
Sual: 
Klassik musiqi dinləmək caizdirmi?

CAVAB
Klassiki də, moderni də, hər çeşidi, təsəvvüf musiqisi adlananlar da haramdır.

Avtobusda musiqi
Sual: 
Avtobusda və ya kafe kimi bir yerdə olanda musiqi çalınırsa bizə günah olurmu?

CAVAB
Əldə olmadan qulağa gəlməklə, yəni eşitməklə dinləmək ayrıdır. Xüsusi olaraq dinləmədikcə bizə günah olmaz.

Musiqi, ruhun qidasıdırmı?
Sual:
Dövrümüzdə çox adam musiqiyə “ruhun qidası” deyir. Həqiqətən musiqi ruhun qidasıdırmı?
Cavab:
 İncəsənətin bir qolu adlanan musiqi hisləri və düşüncələri səslərlə və hərəkətlərlə ifadə etmək sənətidir. Musiqi, ahəngli səs və hərəkətdir. Səslərin melodiya, harmoniya və polifoniya kimi şəkillərdə düzənlənməsidir. Musiqi kəlməsi, yunanların böyük bütləri olan Zevsin qızları sayılan Muza, Müz adlanan doqquz heykəlin adından əmələ gəlmişdir.

Musiqinin bütün dinlərdə böyük günah olduğu Dürrül-müntəqada yazılıdır. İncilin qadağan etdiyi musiqi, sonradan keşişlərin Xristian dininə saldıqları Zərkaninin “Məvahibi lədünniyyə” adlı şərhində yazılıdır. Pozulmuş dinlər qəlbləri və ruhları bəsləyə bilmədiyi üçün musiqinin, hər növ çalğı səsinin nəfslərə xoş gəlməsi, nəfsləri bəsləməsi ruhani təsir zənn edildi. Müasir Qərb musiqisi kilsə musiqisindən əmələ gəlmişdir. Dövrümüzdə pozulmuş dinlərin demək olar ki, hamısında musiqi ibadət halını almışdır. Musiqi ilə nəfslər keyflənməkdə, şəhvani arzular güclənməkdədir. Ruhun qidası olan, qəlbləri təmizləyən və nəfsləri əzib, haramlara olan arzularını yox edən, ilahi ibadətlər unudulmaqdadır. Hadiqada deyilir ki:
“Tatarhaniyyə fətva kitabında başqalarını hicv edən, fuhuş, içkidən bəhs edən və şəhvəti coşduran şeirləri təğanni ilə , yəni səs dalğaları ilə oxumaq hər dində haramdır. Harama səbəb olan şeylər də haram olur deməkdədir.”

Moizə, hikmət, nəsihət, gözəl əxlaq bildirən şeir və ilahiləri təğanni ilə oxumaq caizdir. Davamlı belə vaxt keçirmək məkruh olar. Təriqətçilərin yığıncaqlarında ilahi, zikr, təsbeh oxuyaraq, nəfslərin şəhvətlərini təhriq etmələri daha böyük haramdır. Belə olduğu qəti olaraq bilinən məclislərə getməmək lazımdır.

Qurani-kərimi, zikri, duanı, azanı, təğanni ilə oxumaq söz birliyi ilə haramdır. Təğanni, hərfləri, kəlmələri dəyişdirməkdə, mənanı pozmaqdadır. Bunları bilə-bilə dəyişdirmək haramdır. Ona görə də, təcvid öyrənmək lazımdır. Qurani-kərimi, zikri və ilahiləri mənanı pozmayacaq gözəl səslə oxumaq müstəhəbdir. Bu da təcvidə görə oxumaqla olar. Bunun qəlbə, ruha təsiri çox olar. Gözəl səslə oxumaq demək, nəğməli oxumaq deyil, Allah qorxusu ilə oxumaqdır. Bütün Peyğəmbərlər və Övliya belə gözəl səslə oxuyardılar.

Sual: Bəzi insanlar “hədisi-şərifdə camilərdə kəbin kəsmək və dəf çalmaq olar, deyə bildirilir” deyərək camidə dəf çalınmasına izn verilir deyirlər. Bunun əsası vardırmı?
Cavab:
 Bu mövzuda Hadiqada buyurulur ki:

“Hədisi-şərifdə; “Nikahı hər kəsə elan edin! Buna görə də, camilərdə edin və dəflər çalın!” buyuruldu.” İmam Münavi həzrətləri bunu izah edərkən? “Məscidlərdə dəf çalınmaz. Hədisi-şərif dəflərin məscidlərdə çalınmasını əmr etmir. Məscidlərin xaricində çalınmasını, məsciddə yalnız nikah keçirilməsini əmr edir, buyurur.”

Hadiqanın bu yazısından anlaşılır ki, çalınmasına açıq-aydın izn verilmiş olan dəflərin belə camilərdə çalınması qadağan olunursa, hər hansı bir çalğının camidə çalınması heç caiz olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину