RƏCƏB AYI
Dörd qiymətli aydan biridir. Bir ayəti-kərimə məalı:
“Allahın göyləri və yeri yaratdığı gündən bəri ayların sayı on ikidir. Bunlardan dördü haram [hörmətli] olan aylardır”. [Tövbə 36]
Rəsulullah əfəndimiz Rəcəb ayına çox dəyər verər və “Ya Rəbbi, Rəcəb və Şabanı bizim üçün mübarək qıl və bizi Ramazana çatdır” deyə dua edərdi.
Rəcəb ayının fəziləti ilə bağlı bir neçə hədisi-şərif:
“Haram aylar Rəcəb, Zilqadə, Zilhiccə və Məhərrəmdir”. [İbni Cərir]
“Haram aylarda Cümə axşamı, Cümə və Şənbə günləri oruc tutana iki illik ibadət savabı yazılır”. [Tabərani]
“Haram aylarda bir gün oruc tutub bir gün yemək çox fəzilətlidir.” [Əbu Davud]
“Rəcəb ayında Allahü təalaya çox istiğfar edin, çünki Allahu təalanın Rəcəb ayının hər vaxtında Cəhənnəmdən azad etdiyi qulları vardır. Həmçinin, Cənnətdə elə saraylar var ki, ancaq Rəcəb ayında oruc tutanlar girər”. [Deyləmi]
“Allahü təala Rəcəb ayında oruc tutanları məğfirət edər”. [Qunyə]
“Rəcəbin bir gün əvvəlində bir gün ortasında və bir gün də sonunda oruc tutana ayın hamısında oruc tutmuş kimi savab verilir.” [Miftah-ül-cənnət] (Qəza oruc borcumuz olmasa belə oruc tutarkən ilk və ya son qəzaya qalan Ramazan orucunu tutmağa deyə niyyət etmək lazımdır.)
“Ramazan ayından başqa gündə Allah rizası üçün bir gün oruc tutan gözəl bir yarış atının bir əsrdə alacağı məsafə qədər Cəhənnəmdən uzaqlaşır.” [Əbu Yala]
“Bu beş gecədə edilən dua geri çevrilməz: Rəqaib gecəsi, Şabanın 15-ci gecəsi, Cümə gecəsi, Ramazan bayramı və Qurban bayramı gecəsi.” [İ. Asaqir]
“Allahu təala Rəcəb ayında həsənəti qat-qat edər. Bu ayda bir gün oruc tutan bir il oruc tutmuş kimi savaba qovuşar. 7 gün oruc tutana Cəhənnəm qapıları bağlanar. 8 gün tutana Cənnətin 8 qapısı açılar. 10 gün tutana Allahü təala istədiyini verər. 15 gün oruc tutana xəbərçi “Keçmiş günahların bağışlandı” deyər. Allahü təala Nuh əleyhissəlamı Rəcəbdə gəmiyə mindirdi. O da Rəcəb ayını oruclu keçirib oradakılara oruc tutmalarını əmr etdi” [Tabərani]
“Rəcəbdə təqva üzrə bir gün oruc tutana oruc tutulan günlər dilə gəlib, “Ya Rəbbi, onu məğfirət et” deyərlər. [Əbu Muhamməd]
Rəcəbin ilk Cümə gecəsinə Rəqaib gecəsi deyilir. Hər Cümə gecəsi dəyərlidir. Bu iki dəyərli gecə bir araya gələndə daha qiymətli olur. Allahü təala bu gecədə möminlərə rəqibətlər [ehsanlar, ikramlar] edər. Rəqaib ehsanlar, ikramlar deməkdir. Bu gecəyə hörmət edənləri əfv edər. Rəqaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
В корзине: 0 шт.
на сумму: 0