Facebook Twitter WhatsApp

Qəbir ziyarəti və Qurani Kərim oxumaq

   Qəbir ziyarəti sünnətdir. Həftədə bir dəfə, heç olmasa bayramlarda ziyarət edilir. Cümə axşamı, Cümə və ya şənbə günü ziyarət daha savabdır. “Şirat-ül-islam” kitabında deyilir ki, Qəbir ziyarəti sünnətdir. Ziyarət edən, meyitin çürüdüyünü düşünərək ibrət alır. Osman (radıyallahü anh) qəbir yanından keçərkən çox ağlar, saqqallı islanardı. Meyit də edilən duadan faydalanar. Rəsulullah (sallallahü aleyhi və səlləm) əqrabasının və Əshabının (radıyallahü təala anhüm) qəbirlərini ziyarət edərdi. Salam və duadan sonra, arxası qibləyə çevrilib, üzü qəbrə oturulur. Qəbrə əl, üz sürtmək, torpağı öpmək xristyanların adətidir. Hədisi-şərifdə, “Bir şəxs, tanıdığı birinin qəbirinə gedib salam verdikdə, onu tanıyar və salamına cavab verər”, buyruldu. Ahməd ibni Hanbəl (rahimə-hullahü təala) deyir: “Qəbiritsanlıqdan keçərkən, İxlas, iki Qul əuzüləri və Fatihə oxuyub, savabı meyitlərə hədiyyə edilməlidir. Savab onlara çatar.” Enes ibn Malikin “radıyallahü təala anh”bildirdiyi Hədisi-şərifdə buyruldu ki, “Ayət-əl-kürsi oxuyub, savabı meyitlərə göndərildikdə, Allahü təala onu bütün meyitlərə çatdırır.”
   “Hazənət-ür-rivayət”
də deyilir: “Diri ikən ziyarət edilən alimləri, vəfatından sonra ziyarət etmək üçün uzaq yerlərə getmək də olar. İstifadə etmək baxımından, Peyğəmbərlərin “aleyhhimüssaləvatü vəttəslimat”, Övliyanın və Alimlərin (rahimə-hümullahü təala) ziyarəti arasında fərq yoxdur. Yalnız dərəcələri arasında fərq vardır.”
   [Bir müsəlman, oturduğu otağın divarına bir lövhə assa, lövhə üzərinə bir sevdiyinin adını yazsa və ya onun qəbiri üzərinə daş qoydurub, daşın üzərinə yazsa, otağa girən və ya bu qəbiri ziyarət edən müsəlmanlar lövhə və daş üzərindəki ad sahibinin ruhuna Fatihə və dua oxuduqda, Allahü təala ad sahibinə rəhmət edər, günahlarını əfv edər. Otağın divarına və məzar daşına ad yazmaq, onu xatırlamaq üçün deyil. Ad sahibinə Fatihə və dua oxunması üçündür. Buna görə islam ölkələrində otağın divarına və məzar daşına ad yazmaq adət olmuşdur. Bir vəlinin adı yazılarsa, bu adı oxuyub, sahibindən şəfaət, dua istənildikdə, vəli eşidib, istəyən şəxsin dünya və axirət muradları üçün dua edər və duası qəbul olar.]

   Qadınların da ziyarət etməsi caiz olsa da, Rəsulullahdan başqasının qəbrini ziyarət etməmələri daha yaxşıdır. Hayz və cünub ikən ziyarət caiz olsa da, dəstəmazlı olmaq sünnətdir. Hədisi-şərifdə buyruldu ki, “Bir möminin qəbrini ziyarət edib, Allahümmə inni əsə-lü-kə bi-haqqi Muhammədin və ali Muhammədin ən lə-tüazzibə hazəlməyyit, dedikdə, meyitin əzabı qaldırılır.” “Ana-atasının və ya onlardan birinin qəbrini hər Cümə ziyarət edən bir şəxs əfv olunur”. Yalnız ata-ananın qəbir torpağını öpmək caizdir. “Kifayə” kitabında deyilir ki, bir şəxs Rəsulullaha (sallallahü aleyhi və səlləm), Cənnət qapısının eşiyini öpməyə and içdim, nə edim, deyə soruşduqda, “Ananın ayağını öp”, buyurdu. Anam, atam yoxdur, dedikdə, “Qəbirlərini öp! Qəbirlərini bilmirsənsə, iki xətt çəkib, onların qəbiri olaraq niyyət et, bu xəttləri öp! Andını yerinə yetirmiş olarsan!” buyurdu.

   Böyük zatların qəbrini ziyarət üçün uzaq ölkələrə getməmək, başqa bir iş üçün getdikdə ziyarət etmək daha yaxşıdır. Yalnız Peyğəmbərimizi (sallallahü aleyhi və səlləm) ziyarətə getmək savabdır. Peyğəmbərləri (aleyhimüssəlam) və Övliyanı “aleyhimürrahmə” ziyarət edən, Onların mübarək ruhlarından istifadə edir. Onlara olan sevgisi, bağlılığı qədər qəlbi təmizlənir. Türbələrdə günah işləyən olarsa, məsələn açıq-saçıq qadınlar da gələrsə, ziyarət tərk edilməməli, onlara mane ola bilmədikdə, qəlbdə nifrət edilməlidir. Bundan başqa, qadın olan, mahnı, ilahi, nitq söylənilən möminin cənazəsinə getmək lazımdır.

   Qadınların qəbir ziyarəti üzülmək, ağlamaq, qışqırmaq və ya kişilərin arasına qarışıb fəsad çıxarmaq üçün olarsa, haramdır. Belə qadınlara lənət yağar. Yaşlı qadınların kişilərin arasına qarışmadan əqrəbasının və Övliyanın qəbirlərini ziyarət etməsi caiz olsa da, gənc qızlara belə ziyarət də məkruhdur. Qadınların cənazədə olmaları da belədir.

   “Cila-ül-qulüb” kitabında deyilir: “Qəbiristanlığa gələn şəxs ayaq üstə, “Əssəlamü aleyküm, ya əhlə dar-il kavm-ilmüminin! İnnə inşəallahü ən qaribin biküm ləhiqum” deməlidir. Sonra Bəsmələ ilə on bir İxlas və bir Fatihə oxumalıdır. Sonra, “Allahümmə rabbəl-əcsədilbəliyəh, vəl-izamin nahirə-tilləti harəcət minəddünyə və hiyə bikə müminətün, ədhil aleyha rəvhan min indikə və sələmən minni” duasını oxumalıdır. Qəbirin yanına gəldikdə, meyitin sağ (qəbirin qiblə) və ayaq tərəfindən yaxınlaşmaq lazımdır. Salam verilir. Ayaq üstə və ya oturaraq Bəqərə surəsinin əvvəlini, sonunu, Yasin-i şərif surəsini, Təbərakə, Təkasür, İxlas-ı şərif və Fatihə surələrini oxuyub, meyitə hədiyyə edilir.”

   Tənbeh: Başqasının yerinə həcc etməyi bildirərkən alimlərimiz buyurur ki, namaz, oruc, sədəqə və Qurani-kərim oxumaq, zikr etmək, təvaf etmək, həcc, ömrə etmək, Peyğəmbərlərin, Övliyanın qəbirlərini ziyarət etmək, ölü kəfənləmək kimi fərz və ya nafilə ibadətlərin, Allah rızası üçün edilən yaxşı əməllərin savabını başqalarının ruhuna hədiyyə etmək caizdir. İbadəti edənə də, onların ruhuna da savab verilir. Buna görə qəbir başında və ya başqa yerdə Qurani-kərim oxunub savabı ölülərə hədiyyə edilməli, onlar üçün dərhal dua edilməlidir. Çünki Qurani-kərim oxunan yerə rəhmət və bərəkət enər. Burada edilən dua qəbul olunar. Qəbirin yanında oxunduqda, qəbrə rəhmət, bərəkət dolar. Hənəfi məzhəbinə görə, bir şəxs nafilə oruc, namaz, sədəqə, oxumaq savabını ölü və ya diri, başqasına hədiyyə edərsə, onlara da savabı gedər. Fərzlərin savabı hədiyyə edildikdə də getdiyini söyləyənlər vardır. Savablar meyitlər arasında bölünmür, hər birinə hamısı verilir. Maliki və şafiyə görə, oxumaq kimi yalnız bədənlə edilən ibadətlər hədiyyə edilə bilməz. Onlar vasitəsi ilə dua edilə bilər.

   “Kitab-ül-fiqh aləl-məzahib-il-ərbəa”da deyilir ki, “Ölüdən ibrət almaq və axirəti düşünmək üçün qəbir ziyarət etmək, kişilərə sünnətdir. Hənəfi və Maliki məzhəblərində Cümə axşamı, Cümə və Şənbə günləri ziyarət etmək müəkkəd, yəni qüvvətli sünnətdir. Şafii məzhəbində Cümə axşamı əsr namazından Şənbə günü günəş doğana qədər müəkkəd sünnət olur. Ziyarət edən meyit üçün Qurani-kərim oxumalı, ona dua etməlidir. Bunların meyit üçün faydası var. Qəbiristanlığa girdikdə: “Əssələmü aleyküm ya Əhlə dar-il qavmil-müminin! İnnə inşəallahü ən qaribin biküm lə-hikün”dən etibarən demək sünnətdir. Yaxın və ya uzaq, hər qəbir ziyarət edilir. Xüsusilə də, Salehləri, Vəliləri (rahimə-hümullahü təala) ziyarət üçün uzaq yerə getmək sünnətdir. Rəsulullahın (sallallahü aleyhi və səlləm) mübarək qəbrini ziyarət etmək, ibadətlərin ən qiymətlilərindəndir. Yaşlı qadınların da, örtülü ziyarət etmələri caizdir. Fitnə fəsada səbəb olarsa, onların da ziyarət etməsi haramdır. Ziyarət edərkən, qəbir ətrafında dövrə vurmaq, daşı, torpağı öpmək, ölüdən bir şey istəmək caiz deyil.” Övliyadan (rahimə-hümullahü təala) şəfaət etmələri, Allahü təalanın verməsinə vəsilə olmaları istənilə bilər.

   Abdülquddüs həzrətləri, oğlu və xəlifəsi Rüknəddinə yazdığı məktubda buyurur ki: “Vaxtın qiymətini bil! Gecə-gündüz elm öyrənməyə çalış! Hər zaman dəstəmazlı ol! Beş vaxt namazı sünnətləri ilə və tadil-i ərkan ilə hüzur və huşu*ilə və dinin sahibinin bildirdiyi kimi qılmağa çalış! Bunları etsən, dünyada və axirətdə saysız nemətlərə qovuşacaqsan. Elm öyrənmək, ibadət etmək üçündür. Qiyamət günü gördüyün iş soruşulacaq, çox elm öyrənməyin soruşulmayacaq. İş və ibadət, ixlas (Allah əmr etdiyi üçün ibadət etmək) əldə etmək üçündür. İxlas da, həqiqi məbud (ibadət edilən) və qeyd-şərtsiz var olan sevgilini sevmək üçündür.”

_____________________________________

* hüzur-hazır olmaq; huşu-yüksək və heybətli bir hüzurda kiçiklik, təvazökarlıq.