İmamı-azam Əbu Hənifənin tələbəsi İmamı Əbu Yusüf “rahmətullahi aləyh” Harun Rəşid zamanında qazı idi. Bir gün Harun Rəşidin yanında ikən, birindən şikayətçi olan birisi gəldi. Harun Rəşidin vəziri də mən şahidəm, dedi. İmamı Əbu Yusüf vəzirin şahidliyini qəbul etmədi. Xəlifə, nə üçün vəzirin şahidliyini qəbul etmirsən, soruşdu. İmam, bir gün ona iş buyurmuşdunuz. O da sizə, mən sizin qulunuz, kölənizəm demişdi. Əgər doğru söyləmişdisə, kölənin şahidliyi məqbul deyildir. Yalan söyləmişdisə, yalançının şahidliyi də eşidilməz, buyurdu. Xəlifə, mən şahidlik edərsəm, qəbul edərsənmi dedi. Xeyir, etmərəm buyurdu. Nə üçün dedi. Sən namazı camaat ilə qılmırsan, buyurdu. Mən müsəlmanların işləri ilə məşğulam dedi. İmam, Xaliqə ibadətin olduğu yerdə, məxluqa itaət edilməz buyurdu. Xəlifə, doğru söyləyirsən dedi və sarayında məscid tikilməsini əmr etdi. Müəzzin və imam təyin edildi və ondan sonra namazı həmişə camaat ilə qıldı.
В корзине: 0 шт.
на сумму: 0