Facebook Twitter WhatsApp

Qiymət bilmək

Suda yaşayan balıq suyun qiymətini bilməz, sudan çıxarılanda suya qovuşmaq üçün çırpınar. İnsanlar da belədir. Mövcud nemətlərin şükrünü layiqincə bilə bilməz, betərin betərini yaşamadıqca anlamaz.

Padşah bir köləsi ilə gəmiyə minmişdi. Kölə heç dəniz görməmiş, gəminin zəhmətini dadmamışdı. Ağlamaya, inləməyə başladı. Tir-tir titrəyirdi. Ovutmaq üçün çox çalışdılar, amma bir cür sakitləşmədi. Padşahın kefi qaçdı.

Hər kəs aciz bir vəziyyətdə ikən, gəmidə olan yaşlı bir adam padşahın hüzuruna çıxdı, icazə buyursanız mən onu susduraram, dedi. Padşah da, çox böyük yaxşılıq etmiş olarsınız, dedi.

Yaşlı adam əmr verdi, köləni dənizə atdılar. Kölə bir neçə dəfə suya batdı, çıxdı. Sonra saçından tutdular, gəmiyə saldılar. Kölə gəmiyə çıxdı, bir küncdə dinc oturmağa başladı.

Yaşlı adamın etdiyi iş padşahı heyrətə saldı. “Bu işdəki hikmət nədir?” Deyə soruşdu.

Yaşlı adam cavab verdi: “Kölə əvvəl suya batmanın, boğulma təhlükəsi keçirmənin ağrısını dadmamıştı. Gəmidəki səlamətin qiymətini bilmirdi. Rahatlıq və səadət də belədir, bir fəlakət görməyən kimsə əmin-amanlığın qiymətini bilə bilməz.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину