Facebook Twitter WhatsApp

Padşahımız ölüncə ödəyərsiniz

    Təmiz qəlbli bir vəzir, yoxsul və ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir, borc alanlar, “Bunu nə zaman ödəyəcəyik?” deyə soruşduqları zaman, “padişahımız ölüncə ödəyərsiz” deyə cavab verirdi.

    Bu vəziyyətə şahid olan biri Padşaha gedib, “Padşah sağ olsun, sizin vəziriniz dövlətin xəzinəsindən möhtaclara borc pul verir, ödəməsini də sizin ölümünüzə bağlayır. Demək ki, niyyəti pis, sizin bir an əvvəl ölməyinizi istəyir, siz ölüncə də pulları özü ələ keçirəcək” deyə bildirdi.

    Bu xəbər üzərinə padşah istər-istəməz narahat oldu. Qiymətli bir vəziri belə bir şey necə edə bilərdi. Onu çağırıb bunun səbəbini soruşdu. Vəzir dedi ki:

    “Padşahım, deyilənlər doğrudur. Mən xəzinədən möhtaclara borc pul verir, ödəməsini də sizin ölümünüzə bağlayıram. Amma bunu sizin ölmənizi deyil, tərsinə daha çox yaşamağınızı istədiyim üçün edirəm. Bilirsiniz ki, hər borcluya borcunun vədəsi qısa gəlir, vədə dolmasın deyə dua edər. Bu deməkdir ki, borclarını siz ölüncə verəcək olanlar, borclarını gec ödəsinlər deyə sizin ölməməniz üçün dua edəcəklər. Allah qatında ən məqbul dualardan biri də borc altındakı qullarının duasıdır. Mənim də məqsədim ömrünüzün uzun, sağ və salamat olmasıdır”.