Facebook Twitter WhatsApp

Mələk və şeytan

Əshabi-kiramdan Dıhyəyi-Kəlbi çox gözəl idi. Cəbrayıl əleyhissəlam çox dəfə onun şəklində Rəsulullaha gəlirdi. Yenə bir gün bu şəkildə gəldiyi zaman Həzrəti Həsən ilə Həzrəti Hüseyn, Cəbrayıl əleyhissəlamı Dıhyə zənn edərək yanına qaçdılar, cibinə əllərini soxub bir şey tapa bilmədilər. Rəsulullah Əfəndimiz buyurdu ki:

- “Ey Cəbrayıl qardaşım! Nəvələrimin bu hərəkətini kobudluq və ədəbsizlik sayma! Onlar səni Dıhyə sandılar. Dıhyə nə zaman gəlsə hədiyyə gətirirdi. Bunlar da hədiyyələrini alardılar. Bunları belə alıştırdı”. Cəbrayıl əleyhissəlam bunu eşidincə çox kədərləndi və “Dıhyə, bunların yanına hədiyyəsiz gəlmir, mən necə gələrəm” deyib, dərhal Cənnət nemətlərindən bir salxım üzüm ilə bir narı gətirib uşaqlara verdi. Uşaqlar hədiyyələrini alınca oynamağa davam etdilər. Bu sırada Məscidin qapısına qoca, ağ saqqallı, əlində çəlik, toz-torpaq içərisində biri gəldi və dedi ki:

- Acam, yeməyə bir şey verin.

Həzrəti Həsən və Həzrəti Hüseyn əllərindəki meyvələri aparıb verərkən, Cəbrayıl əleyhissalam ayağa qalxdı və:

- Verməyin o lənətlənmişə! O şeytandır. Cənnət nemətləri ona qadağandır. Rədd ol oradan!” deyib şeytanı qovdu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину