Cəmalüddin Safravi həzrətləri Maliki məzhəbi fiqh alimlərindəndir. 544-cü (m. 1149) ildə Misirin İskəndəriyyə şəhərində dünyaya gəlmişdir. 636-cı ildə (m. 1238) İskəndəriyyədə vəfat etmişdir. Misirdə məşhur alimlərdən fiqh elmini öyrənmiş və dövrünün böyük hədis alimlərindən hədisi-şəriflər dinləmiş və rəvayət etmişdir. Bir dərsində bunları danışdı:
“Namaz qılarkən, Allahü təalanı görmək mümkün olmasa da, görür kimi bir hal əmələ gəlir.” Bu halın olduğunu təsəvvüf böyükləri söz birliyi ilə bildirmişdirlər. İslamiyyətin əvvəlində namaz Qüdsə qarşı qılınırdı. Beytül-müqəddəsə qarşı qılmağı saxlayıb, İbrahim əleyhissalamın qibləsinə dönmək əmr olunduğu zaman, Mədinədəki yəhudilər qəzəbləndilər. “Beytül-müqəddəsə qarşı qıldığınız namazlar nə olacaq?” dedilər. Bəqərə surəsinin 143-cü ayəti-kəriməsi nazil olaraq: “Allahü təala imanlarınızı zay eyləməz!” məalində buyuruldu. Namazların qarşılıqsız qalmayacaqları bildirildi.
Namaz, iman kəliməsi ilə bildirildi. Bundan anlaşılır ki, namazı sünnətə uyğun qılmamaq, imanı zay etmək sayılır. Rəsulullah əfəndimiz (sallallahü aleyhi və səlləm) “Gözümün nuru və ləzzəti namazdadır” buyurdu. Bu hədisi-şərif: “Allahü təala namazda zühur edir, müşahidə olunur. Beləcə gözümə rahatlıq gəlir” deməkdir. Bir hədisi-şərifdə: “Ya Bilal, (radıyallahü anh) Məni rahatlandır!” buyuruldu ki, “Ey Bilal! Azan oxuyaraq və namazın iqaməsini söyləyərək, məni rahatlığa qovuşdur” deməkdir. Namazdan başqa bir şeydə rahatlıq axtaran insan, məqbul deyil. Namazı zay edən, əldən qaçıran, başqa din işlərini daha çox qaçırar.
Faydasız şeylər söyləmək, Müsəlmanları qeybət etmək, orucun savabını aparır. Qeybət etmək, ibadətlərin savablarını yox edir. Qeybətdən çəkinmək vacibdir. Zəhmət çəkərək, sıxıntılara qatlanaraq ibadət edib, sonra bunun savabını yox etmək, necə də ağılsızlıqdır. İbadətlər, Allahü təalaya məruzə olunur. Qeybəti və faydasız sözləri sahibinin hüzuruna çıxarmaq, Ona qarşı ədəbsizlikdir.
“Ağıl sərnişin, elm sürücü, nəfs isə tərs bir heyvandır. Sürücü olmadan sərnişin olsa, nəfs azır. Sərnişin olmadan sürücü olsa, sağa-sola ziq-zaq çəkər. Sərnişin ilə sürücü bir yerə gəldiklərində, istər-istəməz doğru gedər.”
В корзине: 0 шт.
на сумму: 0