Facebook Twitter WhatsApp

Savabı çox olan zikir və salavat

"Ey Əhməd! Yerin və göyün xəzinələrini sənə verdim. O da bu zikir, salavat və istiğfardır."

  

Əbül-Abbas Əhməd ibn İdris həzrətləri övliyanın böyüklərindən olub, İdrisiyyə təriqətinin banisidir. 1758-ci (hicri 1172) ildə Mərakeşin Atlantik sahilindəki şəhəri olan Meysurda dünyaya gəlmişdir. Burada Abdülvəhhab Tazi həzrətlərinə intisab etdi və təsəvvüfdə yüksəldi. Sonra Misirə, oradan da Məkkəyi-mükərrəməyə getdi. Daha sonra da Yəmənə getdi. Subyə kəndində iqamət etdi.1837-ci (hicri 1253) ildə orada vəfat etmişdir.

Çox kəramətləri görüldü. Onun ən böyük kəraməti oyaq vəziyyətdə Rəsulullah əfəndimizi görməsi və Ondan şifahi salavatı-şərifələri öyrənməsi idi. Özü belə rəvayət edir: Bir dəfə Rəsulullah (sallallahü aleyhi və səlləm) əfəndimizi gördüm. Yanında Xızır əleyhissalam da var idi. Peyğəmbər əfəndimiz Xızır əleyhissalama mənə Şaziliyyə yolunun dərsini (ədəbini) öyrətməsini əmr etdilər. O da mənə Rəsulullahın hüzurunda ədəbli olmağın dərsini keçdilər. Daha sonra Peyğəmbər əfəndimiz Xızır əleyhissalama savabı daha çox olan zikir, salavat və istiğfarları öyrətməyi buyurdu. O zaman Xızır əleyhissalam: “Onlar hansılardır ya Rəsulallah?” deyə sual etdi. Peyğəmbər əfəndimiz: “La ilahə illəllah Muhammədün Rəsulullah fi külli ləmhatin və nəfəsin adədə ma vəsə-ahü ilmüllah...” deyə üç dəfə, sonra da: “Külillahümmə inni əs-əlükə bi nur-i vəchillah-il-azım.” Sonra da: “Əstəğfirullah əl-azım əl-kərim əlləzi la ilahə illa hüvəl hayyül kayyum Qaffar-üz-zünub. Ya zəl-cəlali vəl-ikram” deyə buyurdular. Sonra da Peyğəmbər əfəndimiz mənə: “Ey Əhməd! Yerin və göyün xəzinələrini sənə verdim. O da bu zikir, salavat və istiğfardır” buyurdular. Çox iltifat və təvəccühlərə məzhər oldum.

Əhməd ibn İdris həzrətləri bir neçə tələbəsinə bir yerə getmələrini əmr etmişdi. Aralarından birini də sünnətə uyğun olaraq əmir, başçı təyin etmişdi. Onlar da yola çıxdılar. Ciddəyə yaxınlaşdıqları zaman ərzaqsız və pulsuz qaldılar. Onların əmiri gecə yuxusunda Əhməd ibn İdrisi gördü. Əhməd ibn İdris ona bir məktub verib: “Bunu al, Allahü təalanın iznilə yoluna davam et!” buyurdu. O da alıb cibinə qoydu. Sabahı gün əmir olan tələbə yuxusunu xatırlayıb yoldaşlarına danışdı. Əlini cibinə saldı. Oradan bir məktub çıxardı. Məktubun üzərində çətinlikdə və sıxıntıda oxunaraq faydası görülən “Rabbi yəssir vəla tüassir Rabbi təmmim bilxayr. Ya Kərim” duası yazılı idi. Tələbələr buna çox sevindilər. Sonra oxuyub yollarına davam etdilər. Heç bir sıxıntı çəkmədən arzu etdikləri hər şeyə qovuşdular.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину