Sual: Dünyada və axirətdə rahat, xoşbəxt olmaq üçün nə etmək lazımdır və necə bir yol tutmaq lazımdır?
Cavab: İnsan üçün üç cür həyat var. Bunlar: dünya, qəbir və axirət həyatıdır. Dünyada bədən ruh ilə birlikdədir. İnsana həyat, canlılıq verən ruhdur. Ruh bədəndən ayrıldıqda, insan ölür. Bədən məzarda çürüyüb torpaq olduqda və ya yanıb kül olduqda, yaxud yırtıcı heyvan yedikdə məhv olsa, ruh yox olmur, qəbir həyatı başlayır. Qəbir həyatında hiss vardır, hərəkət yoxdur. Qiyamətdə yeni bir bədən yaradılacaq, ruh ilə bu bədən birlikdə Cənnətdə və ya Cəhənnəmdə sonsuz yaşayacaqlar.
İnsanın dünyada və axirətdə xoşbəxt ola bilməsi üçün Müsəlman olmalıdır. Dünyada xoşbəxt olmaq, rahat yaşamaq deməkdir. Axirətdə xoşbəxt olmaq, Cənnətə getmək deməkdir. Allahü təala qullarına çox rəhm etdiyi üçün xoşbəxt olmağın yolunu Peyğəmbərləri vasitəsilə qullarına bildirmişdir. Çünki insanlar bu səadət yolunu öz ağılları ilə tapa bilməzlər. Heç bir Peyğəmbər öz ağlından bir şey söyləməmiş, hamısı Allahü təalanın bildirdiyi şeyləri söyləmişdirlər. Peyğəmbərlərin söylədikləri səadət yoluna Din deyilir. Muhamməd əleyhissalamın bildirdiyi dinə İslamiyyət deyilir. Adəm əleyhissalamdan bəri minlərlə Peyğəmbər gəlmişdir. Peyğəmbərlərin sonuncusu Muhamməd əleyhissalamdır. Digər Peyğəmbərlərin bildirdikləri dinlər, dövr keçdikcə təhrif olunmuşdur. İndi isə səadətə qovuşmaq üçün İslamiyyəti öyrənməkdən başqa çarə yoxdur. İslamiyyət, qəlb ilə inanılacaq İman bilikləri və bədənlə əməl ediləcək Əhkamı-islamiyyə bilikləridir.
İman və əhkamı-islamiyyə elmləri Əhli-sünnət alimlərinin kitablarından öyrənilməlidir. Cahillərin, azğınların səhv kitablarından öyrənilməməlidir. Hicri min ilindən əvvəl, İslam məmləkətlərində çox Əhli-sünnət alimi var idi. İndi isə demək olar ki, heç yoxdur. Bu alimlərin ərəb və farsca əsərləri və bunların tərcümələri dünyanın hər yerində, kitabxanalarda çoxdur. “Hakikat Kitabevi”nin bütün kitabları bu mənbələrdən götürülmüşdür. Səadətə qovuşmaq üçün belə kitabları oxumaq lazımdır.
Səadətin başı, Müsəlman olmaqdadır
Sual: Bir insanın daima xoşbəxt, məsud olması mümkündürmü, mümkündürsə bunun yolu nədir?
Cavab: Ağlı olan bir insan dünya həzlərini Allahü təalanın göstərdiyi yoldan təmin edər. İslamın gözəl əxlaqı ilə bəzənər. Hər kəsə yaxşılıq edər. Ona pislik edənlərə yaxşılıqla qarşılıq verər. Yaxşılıq edə bilməsə, ən azından səbir edər, bölücü olmaz, sülhpərvər olar. Beləcə, özü də həm arzularına, həm də rahatlığa, hüzura qovuşar. Həm də axirətin sonsuz əzablarından qurtular.
Görünür ki, bütün rahatlıqların, səadətlərin başı, iman etməkdə, Müsəlman olmaqdadır. Əhkamı-islamiyyəyə, İslamiyyətin bildirdiyi hökmlərə tabe olmaq lazımdır. Allahü təala qullarına çox rəhm etdiyi üçün faydalı şeyləri etməyi əmr etmişdir ki, bu əmrlərə Fərz deyilir. Zərərli şeyləri qadağan etmişdir ki, bunlara da Haram deyilir. Fərzlərin və haramların hamısına Əhkamı-islamiyyə, İslamiyyətin hökmləri deyilir. Dinlər, Allahü təalanın qullarına rəhmətidir, ehsanıdır. Əhkamı-islamiyyəyə tabe olanın duaları mütləq qəbul olur. Namaz qılmayanın, haramlara baxanın və haram yeyib-içənin, əhkamı-islamiyyəyə tabe olmadığı aydın olur. Bunun duaları qəbul olmaz. İslamiyyətə inanan və tabe olan, Allahü təalanın ehsanına qovuşar, xoşbəxt olar. İnanmayan bu səadətdən məhrum qalar.
İman etmək də çox asandır. İman etmək üçün harasa pul ödəmək, mal vermək, çətin bir iş görmək, kimdənsə icazə almaq kimi heç bir şey lazım deyil. Hətta, imanlı olduğunu kiməsə bildirmək, bəlli etmək belə lazım deyil. İman, altı şeyi öyrənib, bunlara qəlbindən, gizli inanmaq deməkdir. İman edən, Allahü təalanın əmrlərinə təslim olar. Yəni sevə-sevə əməl edər. Beləcə, Müsəlman olar. Kısaca olaraq, hər mömin Müsəlmandır. Hər Müsəlman, mömindir.
İnsan nə üçün yaradıldı
Sual: İnsan nə üçün yaradıldı, vəzifəsi nədir?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
Bütün varlıqların xülasəsi, özü olan insan əyləncə, oyun üçün, yeyib-içmək, gəzmək, yatmaq, kef sürmək üçün yaradılmadı. Qulluq vəzifələrini yerinə yetirmək üçün Rəbbinə itaət, təvazö, acizliyini, ehtiyacını göstərmək, Ona sığınmaq və yalvarmaq üçün yaradıldı.
Muhamməd əleyhissalamın bildirdiyi ibadətlərin hamısı insanlara faydalı şeylərdir. İnsanlara yaradığı üçün əmr edilmişdir. Yoxsa, heç bir ibadətin Allahü təalaya faydası yoxdur. Candan təşəkkür edərək, minnət ilə ibadət etməli, tam təslim olaraq əmrləri yerinə yetirməyə və qadağalardan çəkinməyə çalışmalıyıq. Allahü təala heç bir şeyə möhtac olmadığı halda, qullarını əmr və qadağalar qoymaqla şərəfləndirdi. Hər şeyə möhtac olan, biz qulların bu böyük ehsana, bol-bol təşəkkür etməli, bunun üçün də, əmrləri yerinə yetirməyə canı-könüldən sarılmalıyıq. (73-cü Məktub)
Allahü təala hər şeyin səbəbsiz, şərtsiz, maliki, hamımızın sahibidir. Bütün insanlar Onun qullarıdır. Qullarına verdiyi hər əmri və hər şeyi istədiyi kimi istifadə etməsi, həmişə yerində və faydalıdır. Bunda zülüm ola bilməz. Məmurların amirlərdən, qulların sahiblərdən əmrlərin, işlərin səbəbini soruşmağa ixtiyarı yoxdur. Ağla uyğun, bundan daha açıq bir şey yoxdur.
Bütün insanları Cəhənnəmə qoyub, sonsuz əzab etsəydi, kimin bir şey söyləməyə haqqı ola bilərdi? Çünki, öz yaratdığı, yetişdirdiyi mülkünü istifadə edir. Başqası yoxdur ki, onun mülkünə təcavüz olsun və zülüm sayılsın. Halbuki, insanların istifadə etdikləri, öyündükləri mallar, mülklər əslində onların deyil, hamısı Onundur. Bizim bunlara əl uzatmağımız, qarışmağımız, həqqiqətdə zülümdür. Allahü təala bu dünyanın düzəni və bəzi faydalara yol açması üçün, bunları bizə mülk qılsa da, əslində hamısı Onundur. O halda bizim bunları əsl sahibinin mübah etdiyi, izn verdiyi qədər istifadə etməyimiz yerində olar. (266-cı məktub)
[Müasir dövrümüzdə belə, Allahü təalanı inkar edən, İslamiyyəti bəyənməyən, cahilliyin verdiyi cəsarət və həddi aşmaqla öyünən cəmiyyətlərin Allahü təalanın əmrlərindən çoxunu mənimsədikləri gözə çarpır. Bütün insanların din əxlaqından uzaqlaşdıqca, keçimsizlik, səfalət, işkəncə, sıxıntı ilə qıvrıldıqları görülür. Fənn alətləri, mədəni vasitələr, avadanlıqlar, cihazlar, ağıllara heyrət verəcək şəkildə, inkişaf etdiyi halda, dünyadakı narahatlığın, bəşəriyyətdəki sıxıntının azalmadığı, artdığı ibrətlə görülür.]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0