Sual: Müsəlmanlar qəribdir, Müsəlmanlar yoxsuldur, Müsəlmanlar xəstədir, Müsəlmanlar sıxıntıdadır, kafirlərin isə bir əlləri yağda, bir əlləri baldadır. Allahü təalanın çox sevdiyi Müsəlman qulları dünyada rahatlıq içində olsaydılar, sıxıntıda olmasaydılar nə zərəri olardı ki?
CAVAB
Bizim dinimiz qeybə iman dinidir. Əgər Allahü təala razı olduğu, sevdiyi qullarına bunları versəydi, sıxıntıda olan kafirlər sadəcə bu gördüklərinə, bu rahatlığa görə Müsəlman olacaqdılar, ona görə qəbul edəcəkdilər. Bu, “Qulları Allahü təalanın bildirdiyi qeybə, yoxsa sadəcə gördüklərinəmi iman edəcəklər?” deyə Allahü təalanın imtahanıdır. Ona görə möminlərin bu sıxıntıları bir xəzinədir. Çünki bu hallar o qulu Cənab Haqqın çox sevdiyinin əlamətidir. Ən çox sevdiyi qulu Peyğəmbər əfəndimiz hər kəsin çəkdiyindən daha çox çəkdi. Bu o deməkdir ki, qəm, kədər, sıxıntı, xəstəlik çəkənlər səbir etsələr, bunun mükafatı çox olacaq.
Sual: Yaradılan bütün cisimlər bir-birilə eyni, bərabər yaradılmışdır? Aralarında heç bir fərq yoxdurmu?
Cavab: Bütün cisimlər maddə olmaları cəhətdən bir-birlərindən fərqsizdir. Hamısının çəkisi və həcmi vardır. İnsan və heyvan da bu cəhətdən cansızlarla müsavi, bərabərdir. Lakin cisimlər özəl xassələrinə, yəni xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Dünyanı tərk etmək
Sual: Axirəti qazanmaq üçün dünyanı tərk etmək necə olur?
CAVAB
Dünyanı tərk etmək, çalışmayıb, iş görməyib oturmaq demək deyildir. Dünyanı tərk etmək iki cür olur:
Birincisi, haramlarla yanaşı, mübahları da, yəni günah olmayan ləzzətlərin çoxundan imtina etmək, yaşamaq üçün zəruri olan miqdarından istifadə etməkdir. Yəni çalışmağı, dünyanın kef və əyləncələrinə dalmaq yolunu tərk edərək, hər cür həzz və ləzzətindən imtina edib, ibadətlə, Müsəlmanların rahatlıqları və İslam dinini bilməyənlərin doğru yola qovuşmaları üçün lazım olan elmi, texniki üsulları və vasitələri ən inkişaf etmiş, ən üstün şəkildə etməklə və istifadə etməklə keçirmək, dünyanın həzzini belə çalışmaqda axtarıb tapmaqdır. Əshabı-kiramın və İslam alimlərinin hamısı belə idilər. Bundan məqsəd İslamiyyətin əmr etdiyi şeyləri yerinə yetirmək üçün bütün rahatlığı və əyləncələri fəda etməkdir.
İkincisi, dünyada haram və şübhəli şeylərdən uzaq durub mübahlardan istifadə etməkdir. Bu qədəri də hələ bu dövrdə çox qiymətlidir. Allahü təalanın mübah etdiyi, yəni icazə verdiyi şeylər çoxdur. Bunlarda olan ləzzət, haramda olanlardan daha çoxdur. Mübahdan istifadə edənləri Allahü təala sevir, harama girənləri sevməz. Ağlı olan, doğru düşünə bilən bir insan müvəqqəti bir həzz üçün sahibinin, yaradanının sevgisindən imtina edərmi? Onsuz da haram olan şeylərin sayı çox azdır. Bunlarda olan ləzzət mübahlarda da var.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0