Facebook Twitter WhatsApp

Mübahlardan, lazımi qədər istifadə edilməlidir

Sual: Dinimizin halal və mübah olaraq bildirdiyi şeyləri, lazımından artıq dərəcədə istifadə etməyin, necə bir zərəri ola bilər?

Cavab: Bu mövzu haqqında İmam Rabbani həzrətləri bir tələbəsinə xitab etmişdir:
“Mübahların artığından çəkinməlisən. Mübahları lazımi qədər istifadə etməlisən. Bunları da Allahü təalaya qulluq etmək niyyəti ilə etməlisən. Məsələn, bir şey yeyərkən, Allahü təalanın əmrlərini yerinə yetirmək üçün qüvvətlənməyə, geyinərkən övrət yerini örtməyə və soyuqdan, istidən qorunmağa niyyət etməli və hər mübah üçün dərs öyrənərkən belə bu cür niyyətlər etməlisən. Böyüklərimiz əzimətlə hərəkət etmişlər, əldən gəldiyi qədər rüxsətdən çəkinmişdilər. Mübahları, zərurət miqdarı istifadə etmək də əzimətdir. Bu dövlət, bu nemət ələ keçməsə, mübahlarda həddi aşmamalı, haram və şübhəlilərə yönəlməməlidir. Allahü təala qullarına çox mərhəmət və ikram edərək, mübah olan şeylərlə əylənməyə izn vermişdir. Bir çox şeyləri mübah etmişdir. Halal olan bu saysız həzləri, ləzzətləri qoyub, haram edilən bir neçə həzzə qapılmaq, Allahü təalaya qarşı nə qədər ədəbsizlikdir. Həm də, haram etdiyi ləzzətləri daha artığı ilə mübahlarda da yaratmışdır. Halal olan çeşid-çeşid nemətlərin verdiyi həzlər bir yana, Rəbbinin insanın işindən razı olmasından daha böyük həzz ola bilərmi? Bir insanın işini, ağasının bəyənməməsindən daha böyük cəfa, sıxıntı ola bilərmi? Cənnətdə Allahü təalanın razı olması, Cənnət nemətlərinin hamısından daha şirindir. Cəhənnəmdəkilərdən Allahü təalanın razı olmaması, Cəhənnəm əzablarından daha acıdır.

Biz quluq, Sahibimizin əmrindəyik, özbaşına deyilik. Hər istədiyimizi etməyə sərbəst deyilik. Yaxşı düşünək! Uzaqgörən ağıl sahibi olaq! Qiyamət günü utanmaqdan, peşman olmaqdan başqa ələ bir şey keçməyəcək. Peyğəmbər əfəndimiz: “Sabah edərəm deyən, həlak oldu, ziyan etdi” buyurdu. Əgər dünya işlərini sabaha saxlasan və bu gün həmişə axirət işlərini etsən gözəl olar. Lakin bunun əksini etsən, çox çirkin olar.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину