Facebook Twitter WhatsApp

Dünya möminə zindandır

Sual: “Müsəlman dünyada da, axirətdə də rahat olur. Sıxıntıya məruz qalmaq, axirətdə də sıxıntıya məruz qalacağını göstərir” deyirlər. Bu söz doğrudurmu?
CAVAB
Birinci söz doğrudur. İkinci söz səhvdir. Allahü təala sevdiklərinə sevgisi nisbətində ağır bəlalar göndərir. O mömin də, bu bəlanı böyük nemət kimi görür. Nəticədə o da sevinir. Üç hədisi-şərif məali belədir:
“Allahü təala buyurur ki: Mənə qovuşmağı arzulasınlar deyə, Mən dünyanın dostlarım üçün acı, bulanıq, dar və sıxıntılı olmasını istədim. Dünyanı dostlarım üçün bir zindan, düşmənlərim üçün də bir Cənnət kimi yaratdım.” [Beyhəqı]
“Dünyanın şirinliyi axirətdə acılığa səbəb olacaq. Dünyanın acılığı axirətdə şirinliyə, yəni rahatlıqlar sıxıntıya, sıxıntılar rahatlığa səbəb olacaq.” [İ.Əhməd]
“Ən şiddətli bəla, ənbiya, övliya və bənzərlərinə gəlir. İnsan imanının sağlamlığı dərəcəsində bəlaya məruz qalır. İmanı sağlamdırsa, bəlası şiddətli, imanı zəifdirsə yüngül olur.” [Tirmizi]


Beyt:
Dərdlərə məruz qalır, ənbiya və övliya,
Səmadan yağmur kimi onlara yağır bəla.


Deməli, bir müsəlmana çox sıxıntı, bəla gəldikdə, o çox günahkar biri deyil, bəlkə də yaxşı bir şəxs ola bilər deyə düşünmək daha doğrudur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину