Facebook Twitter WhatsApp

Dünya da lazımdır

Sual: “Ən fəzilətli mömin, dünya üçün axirəti, axirət üçün dünyasını tərk etməyəndir” hədisində bildirildiyi kimi, axirət üçün dünya tərk edilsə, nə zərəri olar?
CAVAB
Dünya axirətin tarlasıdır. Tarla olmasa, necə məhsul almaq olar? Məhsul almaq üçün tarlanı şumlayıb əkmək lazım olduğu kimi, axirət nemətlərinin toxumunu da dünyada əkmək lazımdır. Çalışmayıb hər kəsə möhtac olan, sağlamlığına diqqət etməyib xəstə olan insan dünyasını məhv etdiyi kimi, axirətini də məhv edər. Ehtiyacı qədər dünya üçün də çalışmaq lazımdır. Bu niyyətlə dünya üçün çalışmaq, axirət üçün çalışmaq sayılır. Lakin dünya üçün əbədi qalacaqmış kimi deyil, bir yolçu kimi çalışmaq lazımdır.

 

Din ilə dünyanı birlikdə qazanmaq

Sual: Bir insan həm dünyasını, həm də axirətini ikisini birlikdə qazana bilərmi?
Cavab: İman ilə küfür bir-birlərinə zidd olduğu kimi, axirət də dünyanın ziddidir. Dünya və axirət bir yerə gələ bilməz. Axirəti qazanmaq üçün dünyanı, yəni haramları, məkruhları tərk etmək lazımdır. Dünyanı tərk etmək iki cürdür:
Birincisi, bütün haram olan şeylərlə birlikdə, mübahları da, yəni günah olmayan ləzzətlərin çoxunu da tərk edib, yaşamaq üçün zəruri olan miqdarından istifadə etməkdir. Tənbəl və işsiz oturub, dünyanın kefinə, əyləncələrinə dalmağı buraxaraq, hər cür həzdən, ləzzətdən imtina edərək, bütün vaxtını ibadətlə, Müsəlmanların rahatlıqları və İslam dinini bilməyənlərin doğru yola qovuşmaları üçün lazım olan elmi və texniki üsulları, vasitələri ən inkişaf etmiş, ən üstün şəkildə istifadə etməklə keçirmək, beləcə durmadan çalışmaqdır. Dünya əyləncəsini bu cür çalışmaqla axtarıb tapmaqdır. Əshabı-kiramın və İslam alimlərinin hamısı belə idilər. Bundan məqsəd İslamiyyətin əmr etdiyi şeyləri yerinə yetirmək üçün bütün rahatlığı və əyləncələri fəda etməkdir.

İkincisi, dünyada haram və şübhəli şeylərdən çəkinib mübahlardan istifadə etməkdir. Axır zamanda bu da çox qiymətlidir. Bu səbəblə İslamiyyətin haram etdiyi şeylərdən çəkinmək, hər Müsəlman üçün lazımdır. Hədisi-şərifdə:
“Yalnız dünya üçün çalışana, yalnız qismətində olan qədər gəlir. İşləri qarışıq, qəmi çox olur” buyuruldu.

İmam Rabbani həzrətləri “Məktubat” kitabında, bu mövzu haqqında buyurur ki:
“Din ilə dünyanı birlikdə qazanmaq qeyri-mümkündür. Axirəti qazanmaq istəyən, dünyadan imtina etməlidir. Bu dövrdə dünyanı tamamilə tərk etmək asan deyil. Heç olmasa, hökmən tərk etmək, yəni tərk etmiş sayılmaq lazımdır. Bu da hər işdə İslamiyyətə tabe olmaq deməkdir. Yemək-içməkdə, geyimdə və ev işlərində İslamiyyətə tabe olmaq lazımdır. İslamiyyətin əmrlərini aşmamaq lazımdır. Qızıl və gümüşün, ticarət əşyasının, çöldə, çəmənlikdə otlayan dördayaqlı heyvanların zəkatını vermək fərzdir. Bunların zəkatı mütləq verilməlidir. İslamiyyətə tabe olmaqla zinətlənən bir insan dünyanın zərərindən qurtular və axirəti qazanar. Dünyanı, yəni nəfsin arzularını, belə hökmən də tərk edə bilməyən insan münafiqdir. İmanlı olduğunu deməsi, onu axirətdə xilas etməz.”

Hər Müsəlman İslamiyyətin haram etdiyi şeylərdən uzaq durmalıdır. Haramların haram olmasına əhəmiyyət verməyən, Allahü təalanın qadağan etməsinə fikir verməyən və ya bunları bəyənən, gözəl deyən kafir olar. Allahü təalanın haram etməsinə əhəmiyyət verib, qəbul etsə də, amma nəfsinə aldanaraq, bunları edən və sonra ağıllarını toplayıb peşman olanlar kafir olmaz və imanlarını itirməzlər. Belə insanlara asi və fasiq deyilir. Bunlar, günahları səbəbilə bəlkə Cəhənnəmə girib cəzalarını çəksələr də, Cəhənnəmdə sonsuz qalmayacaqlar, çıxıb Cənnətə qovuşacaqlar.

Allahü təalanın mübah etdiyi, yəni izn verdiyi şeylər çoxdur. Bunlarda olan ləzzət, haramda olanlardan qat-qat artıqdır. Mübahdan istifadə edənləri Allahü təala sevər, harama girənləri sevməz. Ağlı olan, doğru düşünə bilən bir insan müvəqqəti bir həzz üçün sahibinin, yaradanının sevgisindən imtina edərmi? Halbuki, haram olan şeylərin sayı çox azdır. Bunlarda olan ləzzət, mübahlarda da var.

 

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину