Sual: Nə üçün insanlar tam bir rahatlığa, hüzura çıxa bilmirlər?
CAVAB
Dünyada dərdsiz, sıxıntısız insan yoxdur. Dünya mömin üçün rahatlıq yeri deyil, əzab yeri də deyil. Əsas rahatlıq və əzab yeri axirətdir. Dünya axirətin tarlasıdır. Yəni dünya qazanc yeridir. Dünyada nə əkilərsə, axirətdə o biçiləcək. Hər nemət bir külfət qarşılığıdır. Külfət də sıxıntısız olmaz. Kasıblarla müqayisədə zənginin sıxıntısı daha çox olur. Zəngin avtomobili ilə gedərkən, yanacağı bitə bilər, xarab ola bilər, təkəri partlaya bilər. Ehtiyat hissəsi və usta axtarar. Bütün bunlar hər biri bir sıxıntıdır. Zənginin borcları, alacaqları da olur. Alacaqlarını toplamaq, borclarını ödəmək üçün davamlı sıxıntı içindədir. Malı çox olanın sıxıntısı da çox olur.
Mömin, digər insanlara görə daha çox sıxıntı çəkir. Çünki müsəlman qonşularının və digər insanların əziyyətlərinə qatlanır. Bunlar da hər biri bir sıxıntıdır. Halal qazanmaq və əbədi yurduna azıq hazırlamaq üçün yorulur. Bunlar da bir sıxıntıdır. Müsəlman üçün əsl rahatlıq Cənnətdədir. Çünki dünya, mömin üçün sıxıntı yeridir. Hədisi-şərifdə buyuruldu ki:
“Dünya, möminin zindanı və qıtlıq illəridir. Dünyadan çıxdıqdan sonra zindandan və qıtlıqdan qurtulacaq.” [Hakim]
Dünyada mömindən bəla, sıxıntı əksik olmaz. Hədisi-şərifdə buyuruldu ki:
“Mömin kərtənkələ dəliyinə girsə də, ona orada əza edəcək biri olacaq.” [Beyhəqı]
Sıxıntılar, müsibətlər günahlara kəffarə olur. Sıxıntı istəməməliyik, lakin sıxıntılardan da şikayət etməməliyik! Hədisi-şərifdə buyuruldu ki:
“Bəlanı nemət, rahatı müsibət saymayan kamil mömin deyil.” [Tabərani]
Dünyanın faydasız əyləncələri, şirin zənn edilən şeyləri axirət əzabıdır. Axirət üçün çalışarkən çəkilən sıxıntılar isə, axirətin ən şirin meyvəsidir. Hədisi-şərifdə buyuruldu ki:
“Dünyanın şirinliyi, axirətin acılığıdır. Dünyanın acılığı isə, axirətin şirinliyidir.” [Hakim]
Təhsil iş həyatı üçün bir vasitədir. İmtahanları müvəffəqiyyətlə verib məktəbdən məzun olmaq lazımdır. Vasitəyə qayə kimi sarılmaq, ömür boyu məktəbdə qalmağı istəmək ağıl işi deyil. Diplom almadan həyata atılmaq da yaxşı deyil. Məktəbə getməkdən məqsəd diplom sahibi olmaqdır. Bu dünya da bir məktəb kimidir. İman sahibi olmaq da diplom almaq kimidir. Tələbənin məqsədi məktəbi müvəffəqiyyətlə bitirib həyata atılmaqdır. Möminin məqsədi də dünyadan iman ilə axirətə getməkdir. Hədisi-şərifdə buyuruldu ki:
“Dünyasını sevən axirətinə, axirətini sevən dünyasına zərər verər. Daimi olanı müvəqqəti olandan üstün tutun!” [Hakim]
Sıxıntılar, möminin günahlarının əfvinə və axirətdə dərəcəsinin yüksəlməsinə səbəb olacağı üçün bir nemətdir.
Yunus Əmrə deyir ki:
Bir söz deyim sənə, dinlə canın var isə,
Tamahkar olma əsla, ağlın sənə yar isə.
Gördün yarın əyridir, nəyin varsa ver qurtul,
Böyüklərdən öyüddür, eşitdiyin var isə.
Baxdın yarın sadiqdir, kölə ol qapısında,
Çıxar ciyərin yedir, əgər çarən var isə.
Çörək yeyib duz basmaq, namərdlərin işidir,
Çörək onu qoymaya, duzun haqqı var isə.
Pislik etmə əsla, hər kəs səni qarğıyar,
Səndən sonra söylənər, nə dirliyin var isə.
Sözündən də bəllidir, miskin Yunus dəlidir,
Ayıblaman yarənlər əksikliyi var isə.
Yaralılar və yarasızlar
İnsanların çoxu, heç kimin onları anlamadıqlarından bəhs edirlər. “Məni başa düşmürlər” deyirlər. Dərdsiz insan olmaz. Əlbəttə birinin dərdi başqasına çox da maraqlı deyil. Dərdini danışır, ancaq başqaları acı və ya şirin bir şey istəmədiyi üçün onu xoşlamırlar və onun dərdinə çarə axtarmağı belə lazım bilmirlər. Ona görə deyiblər ki:
“Yara sızlar, yara sızlar,
Ox dəymiş yara sızlar.
Yaralının halından,
Nə bilsin yarasızlar.”
Bir divan şairi də deyir ki:
“Asudə olan hali-dil-əfkarı nə bilsin,
Handanı-tarab giryə-künan zarı nə bilsin.”
Yəni, rahatlıq və xoşbəxtlik içində gülən, inləyərək göz yaşı tökən, könlü yaralının halını hardan bilsin?
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0