Facebook Twitter WhatsApp

Dünya iş və qazanc yeridir

Sual: Boş vaxtım çoxdur. Vaxtımı nərd və şahmat kimi oyunlarla keçirirəm. Bəzən çaydan oynayırıq, hərdən onlardan çay içirəm, hərdən də onlara içirirəm. Bir zərəri varmı?
CAVAB
İnsan dünyaya oyun və əyləncə üçün gəlməmişdir. Dünya iş və qazanc yeridir. Peyğəmbər əfəndimiz, “Dünya axirətin tarlasıdır” buyurur. (Deyləmi)
Burada nə əkilərsə, axirətdə o biçiləcək. Boş vaxt fürsət və qənimətdir. Faydalı iş görmədən vaxt keçirmək vaxtı öldürməkdir. Dünyada olan hər işin, hər nəfəsin hesabı qiyamətdə mütləq surətdə soruşulacaq. Hədisi-şərifdə buyuruldu ki:
“Qiyamətdə hər kəs ömrünü və gəncliyini harada keçirdiyindən, malını hardan qazanıb, haraya xərclədiyindən və elmi ilə əməl edib-etmədiyindən sorğuya çəkiləcək.” [Tirmizi]
Ömür, elm, mal və bədən Allahü təalanın qullarına verdiyi bir sərmayədir. Bu sərmayəni Allahü təalanın əmr etdiyi yerlərdə sərf etmək lazımdır. Vaxt keçdikdən sonra peşmanlığın faydası olmaz. Ona görə gəncliyin, malın, sağlamlığın qiymətini bilməli, dünyada axirəti qazanacaq işlər görməliyik. Hədisi-şərifdə buyuruldu ki:
“Beş şeydən əvvəl beş şeyin qiymətini bil! Qocalıqdan əvvəl gəncliyin, xəstəlikdən qabaq sağlamlığın, məşğuliyyətdən əvvəl boş vaxtın, yoxsulluqdan əvvəl zənginliyin və ölümdən əvvəl həyatın qiymətini bil!” [Əbu Nuaym]
Peyğəmbər əfəndimiz nərd oynayan bir qrup insana buyurdu ki:
“Oyunla məşğul olan əl və qəlblərə, boş və batil sözlərə təəssüflər olsun!” [Beyhəqı]
Belə oyunları pulsuz oynamaq da uyğun deyil. Çünki hədisi-şəriflərdə buyuruldu ki:
“Şahmat və dama oynayanlar əllərini donuz qanına bulaşdırmış sayılırlar” [Müslim]
“Nərd oynadıqdan sonra qalxıb namaz qılan, irin və donuz qanı ilə dəstəmaz alıb namaz qılana bənzəyir.” [İ. Əhməd]
“Şahmat, nərd və bənzər haram olan oyunları oynayanlara rastlaşdığınız zaman, salam verməyin! Salamlarını da almayın!” [Deyləmi]
Yuxarıdakı hədisi-şəriflərin izahı olan fiqhi hökm belədir:
“Nərd, şahmat,14 daş kimi oyunları oynamaq təhrimən məkruhdur. Davamlı oynansa haram olar. Əgər bir fərzi yerinə yetirməyə mane olursa, yaxud pul üçün oynansa yenə də haram olur.” [Rəddül-Muhtar c.5, s.253]
Pulsuz hərdən-bir oynamaq harama yaxın məkruh, davamlı oynansa haramdır. Çaydan da oynamaq qumar sayıldığı üçün yenə haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Bir insanın boş şeylərlə vaxt keçirməsi, Allahü təalanın onu sevmədiyinin əlamətidir.” [Məktubatı-Rabbani]
İmam Malik həzrətləri buyurdu ki:
“Şahmat və dama oynayan Allah və Rəsuluna asi olmuş sayılır.” [U. Kübra]
İmam Qazali həzrətləri və İmam Şafii həzrətləri hərdən-bir şahmat oynamağın mübah, davamlı oynamağın isə tənzihi məkruh olduğunu bildirdi. İmam Şafii həzrətləri, “Şahmat oynamaq, din və mürüvvət sahiblərinin adəti deyil” buyurmuşdur. (Ehya)
Bu yazılardan aydın olur ki, Hənəfilərin şahmat daxil bütün oyunları oynamaları doğru deyildir. Şafiilərin isə, hərdən-bir yalnız şahmat oynamaları caizdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину