Facebook Twitter WhatsApp

Cin və illüziya

Sual: Cinlərə illüziya deyənlər var, doğrudurmu?

CAVAB

Bəzilərinin cinləri xəyal (illüziya) sanıb yoxdur deməyi yanlışdır.

Qorxudan gözünə görünən xəyallar əlbəttə yoxdur. Lakin bu xəyalları cin bilmək, cindən xəbəri olmamaq deməkdir. Bir şeyə yoxdur deyə bilmək üçün o şeyi tanımaq lazımdır. Tanımadan yox demək uşaq zarafatı olur. Bu kimilərə alim demək yersiz olar. Bütün Peyğəmbərlərin xəbər verdiyi və hələ Peyğəmbər əfəndimizin müxtəlif zamanlarda xəbər verdiyi bir bilgiyə ağıla, təcrübəyə əsaslanmadan zənn yolu ilə yoxdur demək alimə yaraşan bir şey deyildir.

Cinlərə, mələklərə, Cənnətə, Cəhənnəmə inanmayanlar “Kim gedib, kim görüb? Var olsaydılar görərdik. Görülməyən şeyə inanmaq olmaz” deyirlər. Gözü ağla deyil, ağlı gözə bağlı bilirlər. Halbuki, ağıl duyğu orqanları üstündə bir qüvvətdir və hiss edilən şeylərin doğruluğunu, yanlışı ayıran bir hakimdir. İnsanlar gözə tabe olsaydı, insanlıq şərəfi gözün qüvvəti ilə ölçülsəydi pişiyin, itin və siçanın insandan daha şərəfli olması lazım olardı. Çünki bu heyvanlar qaranlıqda da görür, insan isə görə bilmir. O halda görmədiyinə inanmaq istəməyən kimsə insanlığı heyvandan aşağı görməkdədir. Demək ki, hiss orqanlarımız ağlın alətləridir. Hakim, idarə edən ağıldır. Ağıl görünməyən, eşidilməyən şeyləri rədd etmədiyi kimi, yoxluğu isbat edilməyən və başa düşülməyən şeylərə də yoxdur deməz. Bunlara yoxdur demək ağıla uyğun olmaz. (S. Əbədiyyə)

Cinlərin yaradılması

Normal ağla sahib bir kimsə kainatdakı böyük nizamı araşdırdığı zaman bunun öz-özünə olmadığını başa düşər. “Dünya öz-özünə müntəzəm bir şəkildə əsrlərdən bəri necə dönə bilər. Əlbəttə, döndürən bir yaradan vardır” deyər. Yaradana inanan da Onun bildirdiklərinə inanar. Çünki cinləri, şeytanları inkar etmək, Allahu təalanı inkar etmək deməkdir. Bunun üçün ağlı, elmi gözə tabe bilməmək, əksinə, gözü ağıla tabe bilmək lazımdır! Ağıl da tək başına haqqı tapa bilməz.

 Ağıl göz kimi İslamiyyət də işıq kimidir. Yəni, ağlın düzgün qərar verə bilməsi üçün İslamiyyət işığına ehtiyacı vardır. İslamiyyət işığı da bunların var olduğunu bildirir. Hər şeyi yoxdan yaradan Allahu təala “İnsan və cinləri ancaq məni tanımaları, ibadət etmələri üçün yaratdım” buyurur. [Zariyat 56]

Nurül islam kitabında deyir ki:

Cinlərin ilk atası Candır. Quranı kərimdə məalən buyurulur ki:

“Canı da daha əvvəl zəhərli, dumansız atəşdən yaratdıq.” [Hicr 27]

Şeytanlar iblisin zürriyyətindəndir. İblis də cin tayfasındandır. Qurani-kərimdə məalən buyurulur ki:

“İblis cinlərdəndir” [Kəhf 50]

Cin surəsinin ilk ayətlərində cinlərdən iman edənlərin də olduğu bildirmişdir.

Nas surəsində cinlərdən insanlara zərər verənlərin olduğu, zərərlərindən Allaha  sığınılması bildirilmişdir. Bu baxımdan cinləri  inkar edib, onların insanlara zərər verdiyini inkar edən kafir olar. Süleyman əleyhissəlamın cinlərdən də nizami əsgərləri olduğu Qurani-kərimdə bildirilmişdir. [Nəml 17]

Cəhənnəm cin və insanlarla doldurulacaqdır. [Səcdə 13]

Cinlərin mömin və kafir olanları vardır.

Qurani-kərimdə cin ilə bağlı daha bir çox ayəti-kərimə vardır. Hədisi-şərifdə cinlərdən qorunmaq üçün dualar bildirilmişdir. Göz ilə görmədiyini inkar etmək ağıla da, elmə də ziddir.

Cinləri inkar etmək Allahu təalanı inkar etməkdir. Bunun üçün ağılı, fənni gözə tabe qılmamalıdır! Əksinə gözü ağıla tabe qılmalıdır! Ağıl da tək başına haqqı tapa bilməz. Ağıl göz kimi, İslamiyyət də işıq kimidir. Yəni, ağlın düzgün qərar verə bilməsi üçün İslamiyyət işığına ehtiyacı vardır.

Cin və Şeytan

Sual: Şeytan təkdirmi, çoxdurmu? Şeytanlar cinlər kimi çoxalır? Cin də insana başa bəla olurmu? Cin ilə şeytan arasında fərq nədir?

CAVAB

İblis cin tayfasındandır. Şeytan azdıran, doğru yoldan ayıran deməkdir. Bunun üçün İblisin uşaqlarına şeytan deyilmişdir. Qurani-kərimdə şeytanların çox olduğu bildirilmişdir. “İsraf edənlər şeytanın qardaşlarıdır” buyurulur. [İsra 27]

Şeytan ilə cin arasında az fərq vardır. Şeytanlar da cin kimi atəş ilə havadan yaradılmışdır. İlk insan torpaqdan yaradıldığı halda, torpaq deyil ət, sümükdür. Cin də atəş və havadan yaradıldığı halda, atəş və hava deyildir. Cin və şeytanlar ən balaca yerlərdən keçərlər, insanın içinə girərlər. Şeytanın vəsvəsəsindən azad olmaq üçün dinə tabe olmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki: “İblis şeytanlarına deyər ki, “Ət, qadın və içki ilə insanları aldatmağa çalışın! Bunlardan daha təsirlisi yoxdur.” [Deyləmi]  

Artıq ət yeməyin zərərli olduğu bu hədisi-şərifdən də başa düşülür.

Cin ilə evlənmək Şafii məzhəbində caiz, Hənəfidə caiz deyildir. Cinin çoxalması qaz (hava) ilədir. Bundan yana cin ilə evlənmək həqiqi evlənmək deyildir. Cindən, cin ilə məşğul olanlardan uzaq olmaq lazımdır.

Hər insanın yanında ən azı kafir bir cin, bir şeytan olur. Hədisi-şərifdə buyuruldu ki:

“Hər müsəlmana yüz altmış mələk vəkildir. Əgər insan bir an yalnız başına buraxılsaydı, şeytanlar ona hücum edərdilər.” [Tabərani]

Şeytan və Mələk

Sual: Şeytan mələk deyildirmi?

CAVAB

İblis mələklərə müəllimlik etmişdisə də mələk deyil, cin tayfasından olduğu din kitablarında yazılıdır.

Cinlərlə görüşmək və cindara getmək

Sual: Cinlərlə və cindarlarla görüşüb, onlardan faydalı bilgilər öyrənmək olar?

CAVAB

Xeyir. Cindarlara da getməmək lazımdır. Muhyiddini Arabi həzrətləri buyurur ki: Heç bir insan cindən Allahu təalaya aid bir bilgi əldə edə bilməz, çünki cinlərin din bilgiləri çox azdır. Onlardan dünya bilgiləri əldə ediləcəyini sanan kimsə də aldanar, çünki faydasız şeylə vaxt keçirməyə səbəb olar.  Onlarla danışan kibirli olar. [Fütuhat]

Seyid Abdülhakim Arvasi həzrətləri də buyurur ki: İnsanın cinlə tanış olması, dost olması zərərlidir. Onlarla danışmaq fasiqlə dostluq etmək kimidir. Onlarla danışan fayda görməz. Cinlə danışmağa səy göstərməmək, övliyayi-kiramın ruhaniyyətlərindən faydalanmağa çalışmaq lazımdır. [Kəşkül risaləsi]

Övliya şəxsləri tanımaq, sevmək və onlar tərəfindən sevilmək böyük nemətdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину