Hədisi-şərifdə buyrulmuşdur: “İnsana yoxsulluq iyirmi dörd şeydən gələr:
1-Zərurət olmadan ayaqüstə sidiyə getmək.
2-Cünub olaraq təam yemək.
3-Çörək qırıntısını dəyərsiz bilib taptamaq.
4-Soğan və sarımsaq qabıqlarını oda atmaq.
5-Böyüklərin önündə yerimək.
6-Atasını və anasını adı ilə çağırmaq.
7-Ağac və süpürgə çöpü ilə dişini qurdalamaq.
8-Əli palçıqla yumaq.
9-Kandarda oturmaq.
10-Sidiyə getdiyi yerdə dəstəmaz almaq.
11-Qabı yumadan yemək qoymaq.
12-Paltarını üstündə tikmək.
13-Ac ikən soğan yemək.
14-Üzünü ətəyi ilə silmək.
15-Evi hörümçəklərdən təmizləməmək
16-Sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq.
17-Bazara erkən gedib, gec qayıtmaq.
18-Kasıb birindən çörək satın almaq.
19-Ataya və anaya bəddua (qarğış) etmək.
20-Çılpaq yatmaq.
21-Qab-qacağı açıqda saxlamaq.
22-Çırağı, şamı üfürərək söndürmək.
23-Hər işi bismillah demədən etmək.
24-Paltarını ayaq üstə geyinmək.”
В корзине: 0 шт.
на сумму: 0