Facebook Twitter WhatsApp

Kafirlərin ölümü haqqında

    Bir kafir, bir mürtəd, islamiyyəti bəyənməyən, Qurani-kərimə çöl qanunu deyən, insanların ən üstünü, ən şərəflisi, Peyğəmbərlərin əfəndisi Muhamməd əleyhissəlama, Allah qorusun, dəvə çobanı deyəcək qədər elm və əxlaq yoxsulu olan, bəşəriyyətə hüzur, səadət gətirən, elm, əxlaq, təmizlik, sağlıq, ədalət qaynağı, mədəniyyətə işıq saçan islamiyyəti ruhsuz, bir leş qutusu olan zalım başı ilə uyğunlaşdıra bilməyərək, dinlərə ehtiyac yoxdur, deyəcək qədər alçaqlaşan, cilovunu nəfsinin əlinə vermiş bir axmaq öldüyü zaman, gözündən pərdə qaldırılacaq. Cənnət ona göstəriləcək. Gözəl bir mələk ona: “Ey kafir! Müsəlmanlara geridə qalmış, şəhvətlərinin ardınca qaçanlara, əxlaq prinsiplərini əzənlərə ziyalı, qabaqcıl deyən alçaq! Yanlış yolda idin. Haqq olan islam dinini bəyənməzdin. Muhamməd əleyhissəlamın Allahü təaladan gətirdiyi bilgilərə inanan, hörmət edən insanlar bu Cənnətə gedəcəkdir”, deyəcək. O, Cənnətdəki nemətləri görəcək. Cənnət huriləri də: “İman edənlər, Allahü təalanın əzabından qurtulurlar.”, deyəcək. Bir az sonra şeytan bir keşiş şəklində görünər. “Ey filan oğlu filan! O gələnlər yalan söylədi. O gördüyün nemətlər hamısı sənin olacaq”, deyər. Sonra Cəhənnəmi göstərərlər. Onun atəşdən dağları, qatır kimi əqrəbləri vardır. Hədisi-şəriflərdə bildirilən əzabları görər. Cəhənnəmdəki Zəbani adlı əzab mələkləri atəşdən olan çomaqla vurarlar. Ağızlarından alov çıxar. Boyları minarə kimi, dişləri öküz buynuzu kimidir. Göy gurultusu kimi səsləri var. Kafir onların səsindən titrəyib üzünü şeytana çevirər. Şeytan qorxusundan dayana bilməyib qaçar. Mələklər şeytanı tutub yerə vurarlar. Bu kafirə: “Ey islam düşməni! Dünyada Rəsulullaha (sallallahü təala aleyhi və səlləm) inanmadın. İndi də mələklərə inanmadın, məlun şeytana yenə aldandın” deyərlər. Boynuna atəşdən zəncirlər taxıb, ayaqlarını başından aşırıb, sağ əlini sol böyrünə, sol əlini sağına qoyub, arxadan çıxararlar. Ayəti kərimə bu halı xəbər verməkdədir. O insan qışqırar, dünyadakı yaltaqçılarını çağırar. Zəbanilər cavab verib: “Ey kafir, ey müsəlmanları ələ salan axmaq! Yalvarmaq zamanı keçdi. Artıq iman qəbul olmaz, dua qəbul olmaz. Küfrünün cəzasını çəkmək vaxtı gəldi” deyərlər. Dilini ənsəsindən dartar, gözlərini çıxararlar. Müxtəlif cür çox acı əzablar verərək, qəddar, pis ruhunu alar, Cəhənnəmə atarlar. Allahü təala, Muhamməd əleyhissəlamın dinində və böyük Peyğəmbərin dinini doğru olaraq bizlərə çatdıran Əhli sünnət alimlərinin kitablarında yazılmış etiqadda olaraq can verməyimizi nəsib eyləsin! Amin
 
Nə qədər yaşasan, nəhayət öləcəksən. Peyğəmbərimiz (əleyhissəlam) buyurdu ki, “Bir insanın ruhu vücudundan ayrıldıqda, bir nida gələr ki, ey insan oğlu, sənmi dünyanı tərk eylədin, yoxsa dünyamı səni tərk eylədi? Sənmi dünyanı topladın, yoxsa dünyamı səni topladı? Sənmi dünyanı öldürdün, yoxsa dünyamı səni öldürdü? Cənazəni yumağa başladıqda üç nida gələr:

    1-Hanı sənin qüvvətli vücudun? Səni nə zəiflətdi?
   2-Hanı sənin gözəl nitqin? Səni nə susdurdu?
   3-Hanı sənin sevimli dostların? Səni nəyə buraxıb getdilər?

    Cənazə kəfənə sarıldıqda, bir nida da gələr: Azuqəsiz yola çıxma! Bu səfərin geriyə dönüşü yoxdur, əbədi olaraq geri qayıda bilməzsən. Gedəcəyin yer əzab mələkləri ilə doludur. Tabuta qoyulduqda bir nida gələr: Əgər Haqq təalanın rızasını qazandınsa, necə xoşbəxtsən, böyüklük və səadət sənindir. Əgər cənab-ı Haqqın qəzəbini qazandınsa, ar olsun sənə! Cənazə məzarının yanına çatdıqda daha bir nida gələr. Ey insan oğlu! Dünyada qəbir üçün nə hazırladın? Bu qaranlıq məzar üçün nə nur gətirdin? Zənginlik və şöhrətindən nə gətirdin? Bu çılpaq qəbri döşəmək və zinətləndirmək üçün nə gətirdin? Cənazəni məzara qoyduqda, qəbir nida edərək deyər ki: Arxamda danışardın, indi qarnımda sakit durarsan. Nəhayət cənazənin dəfni bitib, orada xidmət göstərən insanlar da çıxıb getdikdən sonra, Haqq təala həzrətləri tərəfindən bir nida gələr: Ey mənim qulum, yalnız qaldın; bu qaranlıq məzarda səni qoyub getdilər. Onlar sənin dostların, qardaşların, övladların və ən yaxın adamların idi. Halbuki heç birinin sənə faydası olmadı. Ey qulum, sən mənə asi oldun, əmrimi tutmadın, heç bu halını düşünmədin. Əgər ölən insan imanla ölmüşdürsə, umulur ki, cənabı Haqq o insanı əfv edər və deyər ki, ey mömin qulum! Səni qəbirdə tənha qoymaq şanıma yaraşmaz. İzzətü cəlalım haqqı üçün, sənə bir mərhəmət edim ki, dostların təəccüblənsin, sənə bir şəfqət göstərim ki, ata-ananın oğluna olan şəfqətindən artıq olsun. Lütfü kərəmindən o qulun bütün günahlarını əfv edib, qəbri Cənnət bağçası olar və Cənnət huriləri, nemətləri ilə dolar. Allahü təala elə mərhəmətlidir ki, günahkar qullarını əfv edər. O qədər mərhəmətlidir ki, gündə neçə dəfə qullarının eyiblərini görüb örtər, üzlərinə vurmaz. O halda, belə bir xaliqin əmrlərini yerinə yetirib, qadağalarından qaçmaq, hər gün xeyirli əməl edib, sabahın əzabından qurtulmaq lazımdır.”

   Möminlərin, istər günahlı, istər günahsız, hamısına qəbir sualı vardır. Yalnız günahları əfv edilməyənlərə və bütün kafirlərə qəbir əzabı da vardır. Müsəlmanlar arasında söz gəzdirənlərə və ayaqyolunda üzərinə sidik sıçradanlara qəbirdə əzab olacaqdır. [Qəbir əzabı yalnız ruha deyil, həm də cəsədə olacaqdır. Ağlın çatmadığı, dərk etmədiyi şeyləri ağıl ilə başa düşməyə cəhd etmək olmaz.]

    Əgər bir şəxs imansız ölərsə, şiddətli əzablarla məhşər gününə qədər [sonra da, Cəhənnəmdə əbədi] əzab görər.

Ey zairi sahib-nəfəs, hubbı-sivadan meyli kəs.
Dünyada qalmaz heç kəs, Allahü bəs, baki həvəs.
Hər ten bitər bir dərd ilə, gah germ ilə, gah sərd ilə
Uğraşmağa bir fərd ilə, dəyməz bu dünyayı-əhas.
Mən də Fəridi-əsr idim, fassı nigini-sədr idim,
Nəqşi-hümayuni-satr idim, göstərdi çarx ruyi-abəs.
Dil-xəstə oldum bir zaman, tədric ilə bitdi tüvan,
Uçdu nəhayət murqi-can, çünki xarab oldu qəfəs.
Söndü çəraqı-afiyət, zülmətdə qaldı şeş cəhət,
Açıldı sübhi-axirət, ənvarı-Haqqından muqtəbəs.
Buldum o dəm Sübhanımı, ərz etdim üsyanımı,
Matlub idüp, qufranımı, rahmətlə oldu dad-rəs.
Ya Rəbb! Bu abdi-rüsiyah, etdimsə də yüzmin günah,
Dərgahını qıldım pənah, əfvindir ancaq mültəməs.
Tarixdir ismi-Qafur, labüd edər sirri zühur,
Əfv olunur hər bir qüsur, Allahü bəs baki həvəs.

Abdürrahman Sami Paşa

[Ey ziyarətə gələn diri insan! Allahdan başqa heç bir şeyə könül vermə!
   Dünyada kimsə qalmaz. Allahdan başqası bir şey edə bilməz. Ondan başqa kimsə qalmaz!
   Hər kəsin bir dərdi olur. Şirin, acı günlər olur. Bu alçaq dünya, kimsə ilə məşğul olmağa dəyməz.
   Mən də zamanın bir dənəsi idim. Hökumət rəisinin üzük qaşı
[briliyant] kimi idim. Sultanın fərmanındakı imzası kimi idim. Qədər [təqdir] mənə də tərs üz göstərdi.
   Qəlbim xəstə oldu bir zaman. Gücüm, qüvvətim getdi hər an. Nəhayət can quşum
[ruhum] uçdu. Çünki qəfəs [bədənim] xarab oldu o an.
   Sağlamlığım mum kimi söndü. Hər tərəfim qaraldı. Axirət günəşi doğdu. Allahın nurları ilə aydınlandı.
   O anda Rəbbimə qovuşdum. Günahlarım meydana çıxdı. Əfv edilməyimi dilədikdə, məni sonsuz rəhməti ilə qarşıladı.
   Ya Rəbb! Yüz min günah işlədimsə də, bu qara üzümlə əzəmətli qapına sığınıram. Səndən əfv olmağımı diləyirəm.
   Qafur adını bu yazıma tarix
[1286] etdim. Mənası əlbət hasil olar. Qüsurlarım əfv olunar. Allahdan başqası bir şey edə bilməz. Ondan başqa kimsə qalmaz!]
   [A.Sami paşa senat üzvü olarkən 1295-ci [m.1878] ildə vəfat etmişdir.]


İki şey vardır ki, bunların həsrəti,
Kimlər olursa olsun, yandırar hər kəsi.
Göz qan ağlasa, haqlarını ödəyə bilməz,
Biri gənclik, biri də din qardaşı!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину