Facebook Twitter WhatsApp

Qazı Muhamməd Zahid

Qazı Muhamməd Zahid həzrətləri, Türküstanda yaşamış böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin on doqquzuncusudur. Anası silsiləyi-aliyyənin böyüklərindən Yaqubi Çərxi həzrətlərinin qızıdır.

Kiçik yaşdan etibarən elm öyrəndi. Daha sonra təsəvvüfə yönəldi. Ubeydullahı Əhrar həzrətlərinə tələbə oldu. 12 il onun qəlblərə şəfa olan söhbətlərində iştirak etdi. Ondan vəzifəsini təhvil aldı. Bir çox tələbə yetişdirdi. Silsiləyi-aliyyə böyüklərindən Dərviş Muhamməd həzrətləri onun yetişdirdiyi övliyadan biridir.

Məmləkəti olan Səmərqənddə qalıb, elm təhsil etdikdən sonra daha çox elm öyrənmək üçün bir tələbəsilə Herata getmək üzrə yola çıxdı. Şadman kəndinə çatdıqları vaxt havanın isti olması səbəbilə orada bir müddət qaldılar. O sırada kəndə Ubeydullahı Əhrar həzrətləri təşrif etdi. Onu ziyarətə getdi. Ubeydullahı Əhrar həzrətləri onunla bir az danışdıqdan sonra, söhbətə başladı. Söhbətdə Muhamməd Zahidin xatirindən keçənlərə cavab verib, ona, “Əgər məqsədin elm öyrənmək isə o iş burada daha asandır” buyurdu. Sonra onun yanına yaxınlaşıb, “Herata getməkdən məqsədin nədir? Elm öyrənməkmi, yoxsa təsəvvüfmü?” buyurdu. Muhamməd Zahid dəhşətə qapılıb cavab verə bilmədi. Yanındakı tələbəsi: “Onun əsl məqsədi təsəvvüf yoluna girməkdir” deyə cavab verdi.

Ubeydullahı Əhrar həzrətləri təbəssüm edib; “O halda çox yaxşı” buyurdu. Sonra birlikdə bağçaya çıxdılar. Orada Muhamməd Zahidin əlini tutdu. Əlini tutar-tutmaz özündə böyük dəyişiklik hiss edən Muhamməd Zahid huşunu itirdi. Ayıldığı vaxt Ubeydullahı Əhrar həzrətləri; “Bəlkə sən mənim yazımı oxuya bilərsən” deyərək cibindən bir kağız çıxarıb, “Bu kağızda ibadətin həqiqəti və Allahu təalanın əzəməti qarşısında insanın acizliyi yazılıdır” deyərək Muhamməd Zahidə verdi.

Bu kağızda belə yazılı idi:
“Bu səadət Allahu təalanın məhəbbətilə və Onun rəsuluna tabe olmaqla ələ keçər. Bunun üçün din elmlərinə varis olan alimlərin söhbətlərində iştirak et. Onlardan faydalı elm öyrən. Ta ki Rəsulullah əfəndimizə tabe olmaq surətilə mərifəti-ilahiyyəyə qovuşasan. Pis din adamlarından uzaq dur. Halal-haram ayırmayan, dinə uyğun olmayan işlər görən cahil təriqətcilərdən uzaq dur.”

Muhamməd Zahidə Herata getmək üzrə icazə verdi. Sadüddin Qaşqariyə verməsi üçün bir də məktub verdi. Məktubda Muhamməd Zahidə kömək edilməsi yazılı idi. Bu hərəkətləri görən Muhamməd Zahidin Ubeydullahı Əhrar həzrətlərinə qarşı məhəbbəti və bağlılığı artdı. Lakin heç cür Herata getmə əzmindən vaz keçə bilmədi. Məktubu alıb yola çıxdı. Yolda irəlilədikcə mindiyi heyvan yavaşladı, yol almaqdan aciz qaldı. Buxaraya 36 km qalmışdı ki, şiddətli bir göz ağrısına tutuldu. Günlərlə orada qaldı. Sağalınca yola çıxdı. Bu səfər də qızdırma xəstəliyinə tutuldu. O zaman əgər yola davam edərsə həlak olacağını anladı. Getməkdən vaz keçdi. Ubeydullahı Əhrar həzrətlərinin hüzuruna qayıdıb söhbət və xidmətində olmağa qərar verdi. Gəlib umduğuna qovuşdu.

Buyurdu ki:
Dərvişlik, tək bir yerə çəkilib oturmaq, göydə uçmaq, kəramət göstərmək deyildir. Dərvişlik; könlü, masivadan, [Allahu təaladan başqa hər şeydən] üz çevirməkdir. Bir tərəfdən günah işləyib, bir tərəfdən də, “Əstağfirullah” demək, istiğfar deyildir. İstiğfar; Allahu təalanın əmrlərinə tabe olmaq, qadağan etdiyi şeylərdən çəkinməkdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину