Facebook Twitter WhatsApp

Muhamməd Baba Səmmasi

Muhamməd Baba Səmmasi həzrətləri, Xacə Əli Ramitəni həzrətlərinin yetişdirdiyi böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin on üçüncüsüdür. Buxaraya bağlı Səmmas kəndində doğuldu.

Təsəvvüf elmini böyük alim Əli Ramitəni həzrətlərindən öyrəndi. Onun dərslərində və söhbətlərində yetişib, təsəvvüfdə yüksək dərəcəyə çatdı. Xocası, özündən sonra yerinə, Muhamməd Baba Səmmasini vəkil buraxdı. Digər tələbələrinə də, ona tabe olmalarını vəsiyyət etdi.

Xocasının vəfatından sonra onun yerinə keçən Muhamməd Baba Səmmasi, çox tələbə yetişdirdi və içlərindən bir qismini təsəvvüfdə yüksək məqamlara qovuşdurdu.

Bu tələbələrinin başında, özündən sonra yerinə keçən və elm dəryasında sədəf olan Seyid Əmir Gilal həzrətləri gəlməkdədir. Bir tələbəsi də, Bəhaəddini Buxari həzrətləridir. Hələ o doğulmadan əvvəl, xocası Muhamməd Baba Səmmasi onun doğulduğu yerdən keçərkən; “Bu yerdən böyük bir şəxsin qoxusu gəlir. Çox yaxında bura Qəsri-arifan (ariflər sarayı) olar” buyurdu.

Bir gün yenə oradan keçirdi. “İndi o gözəl qoxu daha çox gəlir. Ümid edirəm ki, o böyük şəxs dünyaya gəlmişdir” buyurdu. Belə buyurduğu vaxt, Bəhaəddini Buxari həzrətləri doğulalı üç gün olmuşdu. Babası, uşağın sinəsinin üzərinə hədiyyə qoyub, Muhamməd Baba Səmmasiyə gətirdikdə; “Bu bizim oğlumuzdur. Biz bunu qəbul elədik” buyurub, tələbələrinə də; “Qoxusunu aldığım iştə bu uşaqdır. Zamanının rəhbəri və bir dənəsi olacaqdır” buyurdu. Sonra xəlifəsi Əmir Gilal həzrətlərinə, bu uşağın yaxşı yetişdirilməsini tapşırdı.   

Bəhaəddini Buxari həzrətləri anladır:
“Evlənmək istədiyim vaxt, babam məni Muhamməd Baba Səmmasi həzrətlərinə göndərdi. Ona gedəcəyim günün gecəsi, içimdə göz yaşı və dua istəyi qabardı. Onun məscidinə gedib iki rükət namaz qıldım və Allahu təalaya belə dua etdim: “Ya Rəbbi, mənə, bəlalarına dözmək üçün qüvvət ver!”
Səhər olanda xocamın hüzuruna varınca; “Bir də dua edərkən, “Ya Rəbbi, sənin rizan harada isə, bu qulunu orada saxla! deyə dua et! Əgər Allah, dostuna bəla göndərərsə, yenə inayəti ilə o bəlaya səbir və dözümü də ehsan edər. Fəqət, Allahdan nə gələcəyini bilmədən, bəla istər kimi dua etmək doğru deyildir” buyurdu. Bir gecə əvvəlki halımı kəşf etməkdəki kəramətini anladım və ona tam bağlandım.”

Yetişdirdiyi, təsəvvüfdə yüksək dərəcələrə qovuşmalarına vəsilə olduğu yüzlərlə vəlidən dördünü özünə xəlifə seçmişdir. Bunlardan birincisi Xacə Sufi Suhari, ikincisi öz oğlu Xacə Muhamməd Səmmasi, üçüncüsü Mövlana Danişmənd Əli, dördüncüsü isə Seyid Əmir Gilal həzrətləridir.

Bəhaəddini Buxari həzrətləri anladır:
Xocam Muhamməd Baba Səmmasi ilə yemək yeyirdik. Yemək bitincə, mənə bir çörək uzadıb: “Al, bunu özündə saxla, bəlkə lazım olar” buyurdu. Yemək yediyimiz halda, mənə bu çörəyi verməsinin hikmətini düşünməyə başlamışdım. Mən düşünərkən, “Faydasız düşüncələrdən qəlbi mühafizə etmək lazımdır” buyurdu. Sonra səfərə çıxdıq və bir tanıdığımın evində qonaq olduq. Qonaq olduğumuz evin sahibinin sıxıntılı olduğu görülürdü. Xocam ona; nə üçün kədərli olduğunu soruşdu. O da: “Bir kasa südüm var, amma, südün yanında yemək üçün çörəyim yoxdur. Ona kədərlənirəm” dedi. Xocam mənə dönüb; “Görəsən bu çörək nə olacaq deyə düşünüb dururdun. Çörəyi sahibinə ver” buyurdu.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину