Facebook Twitter WhatsApp

Əli Ramitəni

Əli Ramitəni həzrətləri, Silsiləyi-aliyyənin on ikincisidir. Buxara yaxınlarındakı Ramitən qəsəbəsində doğuldu.

Hər kəsə yol göstərən, qəlbindən nur fışqıran Mahmudi Əncirfağnəvi həzrətlərindən çox faydalandı. Övliyalıq dərəcələrinə qovuşdu. Maddi elmlərdə də yüksəldi. İbadət və dərslərdən sonra halal tikə qazanmaq üçün toxuculuq edərdi. Bu səbəblə özünə toxucuların şeyxi mənasında Piri-Nəssac deyərdilər.

Bir tələbəsi ona bir yemək gətirmişdi. O tələbəyə, “Gətirdiyin bu yemək, sıxıntılı bir anımızda imdada çatdı. Sən də bizdən hər nə muradın var isə istə! Çünki hacət qapısı bu anda açıqdır” buyurdu. Gənc də; “Elmdə və övliyalıq məqamında sizə bənzəməkdən başqa bir arzum yoxdur!” dedi. O da, “Çox çətin və yükü ağır bir iş arzu etdin. Bunun yükünü qaldıra bilməzsən” buyurdu. Gənc isə; “Dünyada tək muradım, eynilə sizin kimi olmaqdır. Amma yenə də hər əmrinizə razıyam” dedi. O da, gəncə təvəccöh etdi. O gənc, bir müddət sonra zahir və batində Allahu təalanın iznilə xocasının dərəcələrinə qovuşdu. Fəqət eşq sərxoşu olub, özündən keçdi. Eləcə qırx gün sonra vəfat etdi. Ona bir anda öz məqamlarını verib, özü kimi etdiyi üçün, iki əziz mənasında, ustadın adı da “Əzizan” olaraq qaldı.

Əli Ramitəni həzrətləri ömrünün sonlarına doğru Buxaradan Xarəzmə gəldi. Sur qapısında müvəqqəti yerləşdi və oranın padşahına iki tələbəsini göndərdi. “Sultana gedin. Kasıb bir toxucu, şəhərinizə gəlmişdir. İcazə versəniz burada qalacaq, icazə verməsəniz geri gedəcək, deyin. Əgər icazə verərsə, sultanın əlindən möhürlü bir sənəd alın” buyurdu. Tələbələri gedib sultana vəziyyəti ərz etdilər. Sultan belə bir istəyi ilk dəfə eşitdiyi üçün qəribə qarşıladı isə də, möhürlü bir sənəd verdi. Bu sənədi tələbələri gətirdilər. Əzizan həzrətləri şəhərin kənarında bir bölgəyə yerləşdi.

Hər gün işçilərin toplandığı bazara gedib, içlərindən bir neçə nəfəri alardı. Onlara gündəlik əmək haqlarını soruşduqdan sonra: “İndi dəstəmaz alıb, əsr namazına qədər söhbətimizə qatılın. Əsrdən sonra da muzdlarınızı alıb evlərinizə qayıdın” buyurardı. İşçilər, çalışmadan oturmaq surətilə, ibadətlərini də edərək heç eşitmədikləri şeyləri öyrənirlər, axşama doğru isə muzdlarını almağı qənimət bilirdilər.  Söhbətinə bir dəfə qatılan, söhbətin ləzzətinə doya bilməyib, bir daha ayrıla bilmirdilər. Bu vəziyyət, bütün şəhərə yayıldı. Hər kəs tələbəsi olmaq üçün can atırdı. Hər gün evi dolub-dolub boşaldı və duasını almaq üçün hərkəs bir-birilə yarışdı. Nəhayət bəziləri, vəziyyəti sultana belə anlatdılar:

“Şəhərdə bir xoca törədi, hərkəs axın-axın ona qaçır. Onun bir dediyi iki edilmir. Hər arzusunu, əmrmiş kimi etmək üçün yarış edirlər. Bu gedişlə şəhərdəkilər, onu başlarına sultan seçərlər də səltənətinizdən olarsınız.”

Sultan da onun şəhərdən çıxması üçün bir fərman yazdırıb adamlarıyla göndərdi. O da gələnlərə, “Bizim, şəhərdə yerləşəcəyimizə dair imzalı və möhürlü bir fərmanımız var. Sultan, əgər öz imzasını, möhrünü və icazəsini inkar edirsə, biz də çıxıb getməyə razıyıq” cavabını verdi. Bu cavabı sultana bildirdilər. Sultan, verdiyi icazəni geri almaq kiçikliyinə düşmədi. Bundan əlavə, gəlib söhbətinə qatıldı. Onun söhbətindəki ləzzəti və incəliyi yaxşı anlayan sultan, onun ən qabaqda gələn tələbələrindən oldu.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину