Facebook Twitter WhatsApp

Əbu Əli Farmədi

Əbu Əli Farmədi həzrətləri, Silsiləyi-aliyyənin yeddincisidir. Dövrünün bir dənəsi idi. Zahiri din elmlərini, Əbül-Qasım Quşeyridən və daha başqa alimlərdən öyrəndi. Nəsihətləri çox təsirli idi. Nizamül-mülk və zamanın dövlət ərkanı ona çox hörmət edərdi. Təsəvvüf elminin mütəxəssisi idi. İmam Qəzali və Yusifi Həmədani həzrətlərinin də xocası idi.

Özü anladır:
Gəncliyimdə Nişaburda elm öyrənirdim. Bir gün Şeyx Əbu Səid Əbülxayr həzrətlərinin Nişabura gəlməkdə olduğu xəbərini aldıq. Kəramətləri məşhur idi. Nişabur xalqı, alimlər və tanınmışların hamısı onun böyüklüyünü bilir və hörmət edirdi. Bir çox kimsə qarşılamağa çıxdı. Mən də onu görmək istəyirdim. Onu görər-görməz ona və təsəvvüfə qarşı ürəyimdəki sevgi olduqca çoxaldı. O gün söhbətini diqqətlə dinlədim. Davamlı söhbətlərinə qatılmağa başladım. Bir gün onu görmə arzum artdı. Lakin o gün söhbət üçün təyin olunan günlərdən deyildi. Səbir edim, dedim. Dözə bilməyib çölə çıxdım. Ətrafıma baxındım. Əbu Səid həzrətləri bir çox kimsə ilə bir yerə gedirdi. Onları təqib etdim. Bir yerə dəvətə gedirlərmiş. Dəvət edilən evə girdilər. Arxalarından mən də girib bir küncə oturdum. Məni görmürdü. Şeyxə bir hal oldu, özündən keçib üzərindəki əbanı parçaladı. Sonra əbanı çıxarıb yerə buraxdı. Məclisdə olanlar cırılmış əbanı parçalara ayırıb paylaması üçün Şeyxin qabağına qoydular. Bu parçalardan işləməli bir qism olan qolun aşağı hissəsini ayırıb; “Əbu Əli haradasan?” dedi. Mən öz-özümə məni tanımaz, bilməz, deyəsən tələbələrindən, adı Əbu Əli olan birini çağırır deyə cavab vermədim. İkinci dəfə çağırınca, oradakılar mənə; “Şeyximiz səni çağırır” dedilər. Qalxıb hüzuruna gəldim. İşləməli paltar parçasını mənə verib; “Sən bizə bu paltar parçası kimi yaxınsan” dedi.

Əbül-Qasım Quşeyrinin yanında qaldığım vaxtlar, məndə meydana gələn halları özünə anladınca, “Övladım, elm öyrənməklə məşğul ol” deyirdi. 2-3 il daha elm öyrəndim. Bir gün qələmimi mürəkkəb qabına batırıb çıxardım. Dümağ çıxdı. Üç dəfə sınadım, hər dəfəsində mürəkkəb ağ çıxırdı. Bu halı xocama anlatdım. “Madam ki, qələm sənin əlindən qaçır, sən də onu burax” dedi. Mən də, mədrəsədən ayrılıb, dərgaha keçdim.

Bir gün mənə bir hal oldu, özümdən keçdim. Bir mürşidə, rəhbərə ehtiyacım var deyə düşündüm. Əbül-Qasım Gürganinin adını eşitmişdim. Tus şəhərinə hərəkət etdim. Tələbələri ilə məsciddə otururdu. Mən də önündə diz çökdüm. Şeyxin başı önünə əyik idi. Başını qaldırıb, “Gəl Əbu Əli” buyurdu. Yanına oturub hallarımı anlatdım. “Başlanğıcın mübarək olsun. Tərbiyə görsən, yüksək dərəcələrə qovuşarsan” buyurdu. Qəlbimdəki eşq və şövq çoxalmışdı. Bu arzumun çoxluğu səbəbilə, Əbül-Həsəni Harkani həzrətlərinin söhbətlərinə, nəhayətsiz feyzlərinə qovuşdum.

Xocam Əbül-Qasım Quşeyri hamamda qüsl edirdi. Bəlkə ehtiyacı olar deyə quyudan bir vedrə su çıxarıb hamamın hovuzuna boşaltdım. O anda həqiqətən bu suya ehtiyacı varmış.  Hamamdan çıxınca; “Ey Əbu Əli, Əbül-Qasımın 70 ildə əldə etdiyi dərəcəni, sən bir vedrə su ilə qazandın” buyurdu.

Bir səyahətimiz əsnasında bir dağa yaxınlaşarkən önümüzə böyük bir ilan çıxdı. Hamımız qorxub qaçışdıq. Əbu Səid həzrətləri də orada idi. Atından enib o nəhəng ilana yaxınlaşdı. Mən Şeyxin yanında idim. İlan onun önündə başını yerlərə sürtərək hörmət göstərdi. Şeyx həzrətləri ilana; “Zəhmət çəkdin” dedi. Sonra ilan dağa doğru uzaqlaşıb getdi. Şeyx dedi ki: “Bu dağda ikən bir neçə il bu ilanla eyni yerdə olduq. Bizim buradan keçməkdə olduğumuzu anlayınca gəlib dostluğunu təzələdi. Əhdin gözəlliyi imandandır. Gözəl xasiyyətli olana qarşı hər şey gözəl xasiyyətli olar. Həzrəti İbrahim də gözəl xasiyyətli idi. Atəş də ona gözəl xasiyyətli oldu. Onu yandırmadı.

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину