Facebook Twitter WhatsApp

Ömər-Ül  Faruq

Ədalətin timsalı ikinci böyük xəlifə.

Həzrəti Həmzənin Müsəlman olmasından sonra Məkkəli müşriklərin təlaş və narahatlıqları hədd mərhələyə çatmışdı. Çünki barmaqla göstərilən qəhrəmanlardan biri də Müsəlman olmuş, Rəsulullahın yanında yer almışdı. Bu gözlənilməyən hadisə müşrikləri tamamilə  hövsələdən çıxardı.  Həzrəti Ömər bu arada hələ Müsəlman olmamışdı. Bir gün Rəsulullah əfəndimizi gördüyü yerdə öldürmək niyyəti ilə evindən çıxdı. Sevgili Peyğəmbərimizi Məscidi-Haramidə namaz qılarkən tapdı və namazın bitməsini gözləyərək dinləməyə başladı.  Həbibi-əkrəm əfəndimiz Əl-Haqqa  surə-şərifini oxuyurdu.

Qəlbim  meyl etdi

Xəttaboğlu Ömər Peyğəmbər əfəndimizin oxuduqlarını heyranlıqla dinləyirdi.  Ömründə belə gözəl sözlər eşitməmişdi.  Bunu özü sonradan belə danışır:

“Dinlədiyim bu sözlərin  bəlağətinə, düzülüşünə, yerində olmasına heyran olmuş və nə üçün gəldiyimi unutmuşdum. Bu hadisədən sonra  qəlbimdə İslama qarşı bir istək hasil oldu.”

Bu hadisənin Həzrəti Ömərin Müsəlman olmasında mühüm təsiri olmuşdur. Çünki  qəlbini  yumşaltmış, Müsəlman olmasına zəmin hazırlamışdır.

Həzrəti Həmzənin Müsəlman olmasından üç gün sonra, Əbu Cəhil, müşrikləri yığıb dedi ki:

—Ey Qureyş! Muhamməd bütlərimizə dil uzatdı.  Bizdən əvvəl gələn atalarımızın Cəhənnəmdə əzab gördüklərini, bizim də oraya gedəcəyimizi söylədi! Onu öldürməkdən başqa çarə yoxdur! Onu öldürəcək adama yüz dəvə və saysız qızıl verəcəyəm!

Bir anda Xəttaboğlu Ömərin qəlbindən İslama olan istək itdi və yerindən qalxaraq dedi ki:

—Bu işi Xəttaboğlundan başqa edəcək insan yoxdur.

—Haydi Xəttaboğlu! Görək səni! Bu işi səndən başqa edə biləcək kimsə yoxdur.

Xəttaboğlu Ömər, qılıncını alıb yola düşdü.  Gedərkən Nuaym ibn Abdullaha rast  gəldi. Yolda Nuaym ibn Abdullah ondan soruşdu:

—Ya Ömər, belə şiddət və hiddətlə hara gedirsən?

—Millətin arasına nifaq salan, qardaşı qardaşdan ayıran  bir nəfəri öldürməyə gedirəm.

—Ya Ömər, çətin bir işə gedirsən. Onun  Əshabı ətrafında pərvanə kimi dönməkdədir.  Ona bir şey olmasın deyə titrəməkdədirlər. Onun yanına yaxınlaşıb zərər verə bilməzsən!

Yaxınlarınla məşğul ol

Bu sözə çox hiddətlənən Həzrəti Ömər qılıncına sarıldı:

— Yoxsa sən də mi onlardansan? Əvvəl sənin işini bitirim.

Nuaym ibn Abdullah cavab verdi:

— Sən  mənimlə məşğul olacağına, bacın Fatimə ilə qaynın Səidin yanına get! Onlar, çoxdan Müsəlman oldular.  Sən əvvəl öz yaxınlarınla məşğul ol!

— Xeyr, onlar Müsəlman ola bilməzlər.

— Mənə inanmırsansa, get evlərinə, özlərindən soruş!

Bundan sonra Həzrəti Ömər, bacısını maraq edib hirslə dərhal evlərinə getdi. O sırada Taha surəsi yeni nazil olmuş, qaynı Səid ilə bacısı Fatimə bunu yazdırıb Həzrəti Habbab ibn Ərət adındakı  səhabəni evlərinə gətirib, oxuyurdular.

Xəttaboğlu Ömər,  qapıdan bunların səsini eşitdi.  Qapını çox sərt döydü. Onu qılıncı belində qızğın görəndə, yazını və Həzrəti Habbabı gizlədilər. Sonra qapını açdılar. İçəri girincə soruşdu:

— Nə oxuyurdunuz?

— Heç nə oxumurduq.

— Xeyr, oxuyurdunuz. Eşitdiyim doğru imiş. Siz də Onun sehrinə aldanmışsınız!

Nə üçün  utanmazsan?

Həzrəti Səidi yaxasından tutub yerə atdı. Bacısı, yoldaşını xilas edim deyərkən, onun üzünə də hirsli bir şillə vurdu. Üzündən qan axmağa başladığını görüncə, bacısına  yazığı gəldi. Fatimənin canı yanmış, üzü qana boyanmışdı. Ancaq iman qüvvəti onu hərəkətə gətirdi, Allahu təalaya sığınaraq dedi ki:

— Ya Ömər! Nə üçün Allahdan utanmaz, ayələr və möcüzələr ilə göndərdiyi  Peyğəmbərinə inanmaq istəmirsən? Budur mən və ərim Müsəlman olmaqla şərəfləndik.  Başımızı kəssən də bu yoldan dönmərik.

Sonra  Kəlmeyi şəhadəti oxudu. Xəttaboğlu Ömər bacısının bu imanı qarşısında birdən yumşaldı və yerə oturdu. Yumşaq səslə dedi ki:

—Hələ bu oxuduğunuz kitabı çıxarın.

—Sən təmizlənmədikcə onu sənə vermərəm.

Ömər ibn Xəttab qüsl aldı. Ondan sonra Fatimə ayəti-kərimə yazılan səhifələri  gətirdi.  Ömər ibn Xəttab gözəl oxuyardı.

Taha surəsini oxumağa başladı. Quranı-kərimin fəsahatı, bəlağəti, mənaları və üstünlükləri ürəyini get-gedə yumşaltdı.

“Göylərdə və yer üzündə və bunların arasında və yeddi qat torpağın altındakı  şeylər həmişə Onundur” (Taha:6) məalindəki ayəti kəriməni oxuduqda dərin-dərin düşüncəyə daldı.  Dedi ki:

—Ya Fatimə! Bu bitməz - tükənməz  varlıqlar sizin tapındığınız Allahındır?

—Bəli, elədir! Şübhə etmək olarmı?

—Ya Fatimə! Bizim min beş yüzə qədər qızıldan, gümüşdən,  tuncdan, daşdan oymalı, bəzəkli  heykəllərimiz var. Heç birinin yer üzündə bir şeyi yoxdur.

Çaşqınlığı daha çox artmışdı. Bir az daha oxudu.

“Allahu təaladan başqa ibadət ediləcək, tapınacaq haqq bir ilah,  bir məbud yoxdur. Ən gözəl adlar Onundur” (Taha:8)  məalindəki ayəti-kəriməni düşündü. Sonra dedi ki:

—Həqiqətən nə qədər doğrudur.

Ömər ilə qüvvətləndir

Habbab bu sözü eşidəndə,  gizləndiyi yerdən çıxdı və təkbir gətirdikdən sonra müjdəni verdi:

—Müjdə ya Ömər! Rəsulullah əfəndimiz Allahu təalaya dua edərək, “Ya Rəbbi! Bu dini Əbu Cəhl yaxud Ömər ilə qüvvətləndir” buyurdu. Budur bu dövlət, bu səadət sənə nəsib oldu.

Bu ayəti–kərimə və bu dua, Xəttaboğlu Ömərin qəlbindəki düşmənliyi sildi, süpürdü. Dərhal:

— Rəsulullah haradadır? Məni, Rəsulullaha apararsınız? dedi. Çünki ürəyi, Rəsulullaha tutulmuşdu.

Ömər ibn Xəttabın Rəsulullahı görmək üçün yola çıxdığı sırada, Rəsuli-əkrəm Həzrəti Ərkamın evində Əshabına nəsihət verirdi. Xəttaboğlu Ömərin gəldiyi Ərkamın evindən görünürdü. Qılıncı da yanında idi. Heybətli, güclü olduğu üçün Əshabı–kiram Rəsulullahın ətrafını  bürüdü.  Həzrəti Həmzə dedi ki:

—Ömərdən çəkinəcək nə var ki,  yaxşılıq ilə gəldi isə, xoş gəldi. Yoxsa o qılıncını çəkmədən  başını uçuraram.

Rəsulullah əfəndimiz buyurdu ki:

Yol verin, içəri gəlsin!

İmana gəl, ya Ömər!

Cəbrayıl  əleyhissəlam daha əvvəl Ömər ibn Xəttabın iman etmək üçün gəldiyini və yolda olduğunu xəbər vermişdi. Rəsulullah əfəndimiz onu təbəssüm ilə qarşıladı. Ömər ibn Xəttab Rəsulullahın qarşısında diz çökdü. Rəsulullah əfəndimiz onun qolundan tutub buyurdu ki:

İmana gəl, ya Ömər!

O da təmiz qəlb ilə Kəlimeyi şəhadəti söylədi. Əshabı-kiramın sevincdən söylədikləri təkbir səsləri göyə yüksəldi.

Həzrəti Ömər Müsəlman olduqdan sonrakı halını belə anlatdı:

“Müsəlman olduğum zaman Əshabı-kiram müşriklərdən gizlənər və ibadətlərini gizli edərdilər. Bu  vəziyyətə çox kədərləndim və Rəsulullaha sual etdim:

—Ya Rəsulallah! Biz haqq üzrə deyilikmi?

li. Allahu təalaya and içirəm ki, istər ölü istər diri olun, şübhəsiz haqq üzərindəsən.

— Ya Rəsulallah! Madam ki, biz haqq üzərində, müşriklər də batil yoldadırlar, o halda nə deyə dinimizi gizləyirik? Vallah biz İslam dinini küfrə qarşı açıqlamağa daha haqlı və daha layiqik. Allahu təalanın dini Məkkədə heç şübhəsiz üstün gələcəkdir. Əgər qövmümüz bizə qarşı insaflı davranarsalar nə  yaxşı, yox  azğınlıq etmək istəsələr onlarla  döyüşərik.

Ya Rəsulallah! Səni haqq Peyğəmbər olaraq göndərən Allahu təalaya and içirəm ki, heç  çəkinmədən və qorxmadan, oturub İslamı anlatmadığım bir müşrik birliyi qalmayacaqdır.  Artıq ortaya çıxaq.

Qəbul buyurulunca iki səf halında çölə çıxıb Hərəmi-şərifə doğru getdik. Səflərin birinin başında Həmzə, digərinin başında da mən vardım. Sərt addımlarla torpağı un edər kimi, Məscidi-harama girdik. Qureyşli müşriklər, bir mənə, bir Həzrəti Həmzəyə baxdılar.”

Məni bilən bilər

Həzrəti Ömərin bu gəlişi üzərinə Əbu Cəhl irəli çıxıb, “Ya Ömər! Bu nə haldır?” dedikdə, Həzrəti Ömər heç diqqət etmədən Kəlimeyi-şəhadət gətirdi:

— Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh!

Əbu Cəhl nə deyəcəyini bilmədi.  Donub qaldı. Həzrəti Ömər bu müşrik qövmə dönərək dedi ki:

— Ey Qureyş! Məni, bilən bilir! Bilməyən bilsin ki, mən Xəttaboğlu Ömərəm. Arvadını dul, uşaqlarını  yetim qoymaq istəyən yerindən tərpənsin! Tərpənəni qılıncımla doğrayıb yerə sərərəm!

Bundan sonra Qureyşlı müşriklər bir anda dağılıb oradan uzaqlaşdılar. Beləcə, ilk dəfə Hərəmi-şərifdə açıqda namaz qılındı.

Həzrəti Ömər haqsızlıq qarşısında çox hiddətli olduğu kimi ədalətin yerinə yetirilməsində də o qədər şəfqətli idi. Buna görə də ədaləti icelə məşhur olmuşdur.

Bir gün at almaq istədi. Atı təcrübə  etmək niyyətiylə miniciyə verdi. Ata minən adam qaçarkən at səndələyib qəzaya uğradı. Həzrəti Ömər atı satıcısına qaytarmaq istəyəndə satıcı almadı. Axırda vəziyyət Qazi Şürəyh həzrətlərinə intiqal etdi. Qazi soruşdu:

—At, sahibinin icazəsi ilə qaçırdınız?

Həzrəti Ömər dedi ki:

— Xeyr, mən sınamaq üçün qaçdırdım.

—  Atı almaq məcburiyyətindəsiniz.

Bunun üzərinə, qazi bu hökmü verdi:

— Əgər at sahibinin razılığı ilə təcrübə edilsəydi, sahibinə qaytarıla bilərdi. Ancaq, siz sahibindən icazə almadığınız üçün qaytara bilməzsiniz, atı almaq məcburiyyətindəsiniz.

Həzrəti Ömər:

— Haqq və ədalət xüsusunda boynumuz tükdən incədir, deyib atın əvəzini verdi.

Həzrəti Ömər, sonu peşmanlıq olan iş görməzdi.

Onun zamanında, Müsəlmanlar İslamiyyəti İranın içərisinə qədər yaydılar. İranlı məşhur komandir Hürmizan təslim olmamaq üçün çox müqavimət göstərdi, amma həyatının təhlükəyə girdiyini görüncə təslim oldu. Həzrəti Ömər, hüzuruna gətirilən Hürmizandan soruşdu:

—Bizə söyləyəcəyin bir şey vardırmı?

— Var! Amma  əvvəl öləcəyəm yoxsa qalacağam bunu bilmək istəyirəm.

—  Danış, sənə zərər gəlməyəcəkdir.

— Ey böyük xəlifə, əvvəllər biz İranlılar siz Ərəbləri öldürər, zorla mallarınızı əllərinizdən alırdıq. Nə vaxt ki, Allah sizə Peyğəmbər göndərdi,ondan sonra bizim üstünlüyümüz sona çatdı. Siz əziz, biz zəlil olduq.

Söz vermişdiniz

Həzrəti Ömər, Ənəs ibn Malikdən soruşdu:

— Nə edək bunu?

— Öldürməyək! Çünki  arxasında böyük bir əhali vardır.  Bəlkə onlar gələcəkdə Müsəlman ola bilərlər.

— Amma o, Rəsulullahın qiymətli yoldaşlarını şəhid etdi. Onu sağ buraxmağımız doğru olar?

— Ya Ömər bunu öldürməməyiniz lazımdır. Çünki, “Danış sənə məndən zərər gəlməz” deyə söz də vermişdin.

Həzrəti Ömər kim tərəfindən deyilirsə deyilsin doğru sözü dərhal qəbul edərdi. Ənəs ibn Malik həzrətlərinin bu sözlərindən sonra onu öldürmək fikrindən daşındı.  Bir çox səhabənin şəhid olmasına səbəb olan  Hürmizanın  həyatını bağışladı.

Bir müddət sonra da Hürmizan Müsəlman oldu. Ayrıca onun vəsiləsi ilə bir çox insan imana gəldi.  Həzrəti Ömər köhnə can düşməninə belə maaş təyin etdi.  Çünki ədalət  bunu tələb edirdi.  Ədalət, şəxsi fikirdən, hissiyyatdan üstün idi.

Həzrəti Ömər Şamı ziyarət etdiyində, ordusunun komandiri Əbu Ubeydə ibn Cərrah həzrətləri böyük  bir izdihamla qarşıladı.

Həzrəti Ömər ilə köləsi birlikdə tək dəvəyə növbə ilə minirdilər. Şəhərə girişdə, növbə köləyə gəlincə, Xəlifə dəvəsindən endi. Yerinə köləsini mindirdi. Dəvənin yüyənindən tutdu.  Ayaqqabılarını çıxarıb dərədən keçdi.

Alçaq bir qövm idik

Uzaqdan baxan dəvəyə minmiş köləni xəlifə, dəvənin yüyənini çəkən Həzrəti Öməri də kölə zənn edirdi. Bunu görən Əbu Ubeydə ibn Cərrah dedi ki:

—Əfəndim, bütün Şamlılar, xüsusilə Rumlar, Müsəlmanların xəlifəsini görmək üçün  toplandılar. Sizə baxırlar. Bu etdiyinizi necə izah edə bilərsiniz? Sizi kölə zənn edəcəklər, kiçik görəcəklər.

Həzrəti Ömər buyurdu ki:

— Ya Əba Ubeydə! Sənin bu sözünü eşidənlər insanın şərəfini, vasitəyə minərək getməkdə və bəzəkli paltar geyməkdə olduğunu zənn edəcəklər. Biz əvvəllər zəlil və alçaq bir qövm idik. Allahu təala bizləri Müsəlmanlıqla şərəfləndirdi. Bundan başqa şərəf axtararsaq, Allahu təala bizi zəlil edər, hər şeydən aşağı edər.

Bu şəkildə şəhərə girdilər. Həqiqətən bu hərəkəti onun şərəfini kiçiltmədi, əksinə böyütdü. Biz belə 1400 il sonra burada örnək bir hərəkət deyə danışırıq. Əgər əksi olsaydı, o zaman  orada unudulub gedəcəkdi.

Xəlifə Həzrəti Ömər Şama gedirdi. Şamda vəba xəstəliyi olduğu eşidildi. Yanında olanlardan bəzisi;

—Şama girməyək, dedi. Bir qismi də;

— Allahu təalanın qədərindən  qaçmayaq, dedi. Xəlifə də buyurdu ki:

—  Allahu təalanın qədərindən, yenə Onun qədərinə qaçaq, şəhərə girməyək. Birinizin bir otlağı ilə bir çılpaq qayalığı olsa, sürüsünü hansına göndərsə, Allahu təalanın təqdiri ilə  göndərmiş olar.

İlk karantin

Sonra Abdurrəhman ibn Avf həzrətlərini  çağırıb soruşdu:

—Sən nə deyirsən?

— Rəsulullahdan eşitdim.  “Vəba olan yerə girməyin və vəba olan bir yerdən, başqa yerlərə getməyin, oradan qaçmayın!” buyurmuşdu.

Xəlifə də;

—Əlhəmdülillah, mənim sözüm, hədisi-şərifə uyğun oldu, deyib Şama girmədilər.

Beləliklə, ilk dəfə karantin tətbiq edildi. Vəba olan yerdən çıxmanın qadağan edilməsinə səbəb, sağlam olanlar çıxınca, xəstələrə baxacaq heç kim qalmaz, həlak olarlar. Vəbalı yerdə, çirkli hava, yəni mikroblu hava, vəba basilləri, hər kəsin içinə yerləşincə,  qaçanlar, xəstəlikdən xilas ola bilməz və xəstəliyi başqa yerlərə aparıb, yoluxdura bilərlər.

Həzrəti Ömər, dövlət başçısı seçildiyində, Həzrəti Əbu Bəkirə təyin edilən maaş qədər ödəniş alırdı. Bu şəkildə bir müddət davam etdi. Daha sonra, Həzrəti Ömər dolanışıq çətinliyinə düşdü.

Bu vəziyyəti görən, Əshabı-kiramın böyüklərindən bəziləri toplanıb, bu vəziyyəti müzakirə etdilər. Zübeyr ibn Avvam həzrətləri belə bir təklif verdi:

— Özünə söyləyərək maaşını artıraq.

Təklifi bildirək

Görüşmədə olan Həzrəti Əli buyurdu ki:

— Bu təklifi qəbul edəcəyini zənn etmirəm. İnşaallah qəbul edər.  Gedib təklifi bildirək.

Bu arada, Həzrəti Osman söz alıb buyurdu ki:

— Ömərin  haqq və ədalətdə nə qədər bənzərsiz olduğunu hamımız bilirik. Bu təklifimizi ona bildirmək üçün şəxsən özümüz deyil, xətrinə dəyə  bilməyəcəyi birinə söyləyək. Bunu, qızı Hafsaya izah edək, o təklif etsin!

Həzrəti Osmanın bu təklifi uyğun  görülərək, birlikdə Həzrəti Hafsanın hüzuruna gəldilər.  Aralarındakı məsləhətləşməni ona danışdılar. Ad vermədən, edilən təklifi Həzrəti Ömərə bildirməsini istədilər.

Həzrəti Hafsa atasının yanına gəlib dedi ki:

—Əshabdan bəziləri sənin maaşının az olduğunu görüblər. Bunun üçün maaşını artırmağı təklif edirlər.

Həzrəti Ömər, bu təklifə hirslənib soruşdu:

— Kimdir onlar?

— Fikrini öyrənmədən kim olduqlarını demərəm.

— Əgər kim olduqlarını öyrənsəydim, onlara lazımı cəzanı verərdim. Allahu təalaya dua etsinlər ki, arada sən varsan.

Sonra qızı Həzrəti Hafsadan soruşdu:

— Sən Rəsulullahın evində ikən, Allahın Rəsulunun geydiyi  ən qiymətli paltar nə idi?

— İki dənə rəngli paltarı vardı.  Elçiləri onlarla  qarşılayar, Cümə xütbələrini bunlarla oxuyardı.

— Yaxşı yediyi ən yaxşı yemək nə idi?

— Yediyimiz çörək, arpa çörəyi idi.

— Sənin yanında qaldığı zamanlar, yerdə  döşək olaraq istifadə etdiyiniz ən geniş, ən rahat döşək nə idi?

— Kobud parçadan hörülmüş bir örtümüz vardı. Yazda dördə qatlayar, altımıza salardıq. Qış gəlincə,  yarısını altımıza salar, yarısını da üstümüzə örtərdik.

Artıq qalanı möhtaclara verəcəyəm

Daha sonra Həzrəti Ömər buyurdu ki:

— Ya Hafsa, mənim tərəfimdən, səni göndərənlərə söylə! Rəsulullah əfəndimiz özünə yetəcək miqdarını təsbit edər, çoxunu ehtiyac sahiblərinə verərdi. Qalanı ilə kifayətlənərdi. Vallah mən də özümə yetəcək olanını təsbit etdim. Artıq qalanı ehtiyac sahiblərinə verib, bununla kifayətlənəcəyəm.

Rəsulullah əfəndimiz, mən və Həzrəti Əbu Bəkir, bir yol təqib edən üç adam kimiyik. Onlardan birincisi nəsibini aldı və yolun sonuna çatdı. Digəri də eyni yolu təqib etdi və Ona qovuşdu. Sonra üçüncüsü yola düşdü. Əgər O da əvvəlkilərin təqib etdiyi yolu təqib edər, onlar kimi yaşayarsa, onlara qovuşar və  onlarla birlikdə olar. Əgər əvvəlkilərin yolunu təqib etməzsə, başqa yoldan gedərsə, onlarla görüşə bilməz.

Müsəlmanlar, olduqları yerlərdə yaşayan müsəlman olmayan xalqı qorumaları altına aldıqları kimi,  qonaq olaraq gələn və ya ticarət üçün gəlmiş olan müsəlman olmayanları da sərhədləri daxilində qoruma altına alardılar. Onların zərər görməməsi üçün, hər cür tədbiri alardılar. Bunun keçmişdə saysız örnəkləri vardır.

Bizə sığınmışlar

Məsələn, Xəlifə Ömər zamanında  bir ticarət karvanı gəlib gecə Mədinənin xaricində qonaqladı. Yorğunluqdan  dərhal yatdılar.

Bu sırada, hər kəs yatarkən Xəlifə Həzrəti Ömər şəhəri gəzirdi. Gəzmə əsnasında bunları gördü.

Həzrəti Ömər Abdurrəhman ibn Avfın  evinə gedib yatağından qaldıraraq buyurdu ki:

—Bu gecə bir karvan gəlib. Hamısı qeyri müsəlmandır. Ancaq, bizə sığınıblar. Əşyaları çoxdur və qiymətlidir. Əcnəbilərin, yolçuların onları soymasından qorxuram. Gəl, bunları qoruyaq.

Abdurrəhmən ibn Avf cavab verdi:

— Çox yaxşı olar, çox gözəl düşünmüşsünüz, dərhal gəlirəm.

Səhərə qədər növbə ilə bu karvanı gözlədilər. Səhər namazında məscidə getdilər. Karvanda olan bir gənc, o sırada oyanmışdı. Bunları təqib edib arxalarından getdi.

Araşdırıb onlara gözətçilik edən şəxsin Xəlifə  Həzrəti Ömər ilə yoldaşı olduğunu öyrəndi.  Gəlib yoldaşlarına belə danışdı:

— Yoldaşlar! Səhərə qədər iki Müsəlmanın bizi gözləyib əşyalarımızın oğurlanmasına mane olduğundan xəbəriniz varmı?

—  Müsəlmanların başqa işi yoxdur ki, bizimi qoruyacaqlar? Üstəlik bizim Xristian olduğumuzu bilirlər.

— Həm də kim qorudu bilirsinizmi?

—  Kim imiş?

— Müsəlmanların Xəlifəsi  Ömər.

—  Sən səhv görmüsən. Xəlifənin gecənin bu vaxtında burada nə işi var? O sarayında quş tükü yatağında yatırdı.

— Sizin kimi əvvəl mən də inana bilmədim.

— Sonra necə inandın?

— Səhər olub ortalıq işıqlananda buradan ayrıldılar. Mən də maraqlanıb arxalarından getdim.  Məscidə girdilər. Yolda qarşılaşdığım birindən, “Bu kimdir?” deyə soruşdum. “Xəlifəmiz Ömər” deyə cavab verdi.

Daha nə durmuşuq?

Bu söhbətlərə diqqətlə qulaq asan karvan əhli dərin bir səssizliyə büründü. Heç kimin danışacaq, bir şey söyləyəcək halı qalmamışdı. Uzun sürən bir səssizlikdən sonra, içlərindən biri səssizliyi pozdu:

— Daha nə durmuşuq? Bu hal İslamiyyətin həqiqət din olduğuna dəlil olaraq kifayət deyilmi?

Digərləri də bu sözə qatıldılar. Roma və İran ordularını pərişan edən ədaləti ilə məşhur uca Xəlifənin bu mərhəmət və şəfqətini görərək  İslamiyyətin haqq din olduğunu anladılar və sevə-sevə hamısı  Müsəlman oldular.