Facebook Twitter WhatsApp

Amir ibn Füheyrə

Mələklərin dəfn etdiyi səhabə.

Amir ibn Füheyrə həzrətləri, Tüfeyl ibn Abdullahın çobanı idi. İllərdir hər şeylərini itirib, insanlıqlarını unutmuş kimsələrə xidmət edirdi. Amma bütün xidmətlərinin qarşılığı, yalnız qarın toxluğu idi.  Bəlkə qarınları tox idi, ancaq ruhları ac idi.

Günlər belə iztirablar içində keçib getdi. Nəhayət gözlənən İslam günəşi Məkkədə doğuldu və ətrafa yavaş-yavaş işıqlarını saçmağa başladı. İslamla müşərrəf olanlar, Onun mənəvi ləzzətini daddılar.

Əhəmiyyət vermədi

            Dadını alan bir daha onu tərk edə bilmədi. İnsan qəlbə girən bu İlahi eşqdən ayrıla bilərdimi? Bu İlahi eşqə tutulanlardan biri də Amir ibn Füheyrə həzrətləri idi. Lakin kölə idi və sözdə əfəndisi vardı. Qəlbində duyub və bədəninin bütün zərrələrində hiss etdiyi iman ləzzətini açıqlaya bilməzdi.

Amir, “Bu bədən mütləq bir gün torpaq olacaq, nəfsin əlində bir oyuncaq olan bu  bədən mütləq çürüyəcək, elə isə bu dünyada bu qədərcik işgəncəyə dözsün” deyə düşündü. Bu düşüncə zənciri axıb getdi. Artıq Amir ibn Füheyrə həzrətləri, uca dinin əmrlərini yerinə yetirməyə başladı. Qınayanın qınamasından, hirslənənin hirsindən çəkinmədi. Bu səbəblə müxtəlif işgəncələrə məruz qaldı.

Bilali Həbəşi ilə birlikdə  ağır işgəncələrə məruz qalmış, qızğın günəş altında saatlarla əzab çəkmişdi. Bütün bu işgəncələrə baxmayaraq imanından zərrə qədər üz çevirməmiş, haqq  dindən geri dönməmişdi. Daha sonra  Həzrəti Əbu Bəkir onu satın alaraq azad etdi.

Bu sırada müşriklər çox həddini aşdılar. Müsəlmanlara hər cür işgəncəni, cəfa və  əziyyəti verməkdən çəkinmədilər. Nəhayət İlahi icazə gəldi. Allahu təalanın Rəsulu, ən yaxını Həzrəti Əbu Bəkir ilə Məkkəi-mükərrəmədən Mədinəi-münəvvərəyə hicrət edəcəkdilər. Bu əmrlə iki sadiq dost yola  çıxdılar.  Səvr mağarası önünə gəldikləri zaman Məkkə çalxalanmaqda, hər tərəf axtarılmaqda idi.  Rəsulullaha köməkçi olanın canı təhlükədə idi.

Bütün bunlara müqabil Amir ibn Füheyrə həzrətləri, Həzrəti Əbu Bəkirə aid südlü davarları uyğun vaxtlarda mağaranın önünə gətirdi. Peyğəmbər əfəndimiz və Həzrəti Əbu Bəkirin yemək və içəcəyini təmin etdi. Beləliklə, onlarla birlikdə hicrət etmək şərəfinə də  qovuşdu.

Rəsulullah əfəndimiz Məkkədən Mədinəyə hicrət edən Müsəlmanları bir-birinə qardaş etdiyi zaman,  Amir ibn Füheyrəni də  Ənsardan  Haris ibn Evs  ilə qardaş etdi.

Bədir əshabından oldu

            Hicrətdən sonra, Mədinədə bir araya gələn Müsəlmanlar, getdikcə artaraq qüvvətlənməkdə idi. Bu vəziyyət  müşrikləri daha çox narahat edirdi. Nəhayət, Müsəlmanlar ilə müşriklər arasında Bədir və Ühüd kimi döyüşlər oldu.

Amir ibn Füheyrə həzrətləri bu döyüşlərin hər ikisində iştirak etmək səadətinə qovuşdu. Hər iki döyüşdə də Müsəlmanlar az olmasına baxmayaraq özlərindən qat-qat çox olan düşməni məğlub etdilər.  Bununla bərabər  müşriklər boş dayanmadılar.

Hicrətin dördüncü ili, Nəcd  Şeyxi  Əbu  Bəra  Mədinəyə gəlib,  Rəsulullaha müraciət  etdi. Qəbiləsinə dini bilgiləri öyrətməsi üçün müəllimlər istədi. Yetmiş nəfərlik bir heyət hazırlanıb göndərildi.

Yetmiş nəfərlik müəllim heyəti Biri Maunədə mühasirəyə alındılar. Müsəlmanlar mühasirə edildiklərini anlayınca qılınclarına sarıldılar. Ancaq düşmən çox idi. Əbu Bəranın qardaşının oğlu Amirin təşkil etdiyi bu alçaq hərəkət nəticəsində Üməyyənin oğlu Amrdan savayı  oradakı Müsəlmanların hamısı şəhid oldu.

Vəziyyəti bir başqa idi

İslama xidmət etmək üçün gedərkən uğradıqları hücumla şəhid olanların arasında yer alan Amir  ibn Füheyrənin  vəziyyəti daha fərqli idi.

Şəhid edildiyi zaman gördükləri hadisəni müşriklərin qısa ağıllarıyla anlamaları,  qavramaları çətin idi. Azğın müşriklərin kürəyindən batırdıqları nizə sinəsini yarıb çıxmışdı. Qanlar fışqırmaqda idi. Bu qan hər hansı bir insan qanı deyil, Rəsuli əkrəmin icazəsiylə İslamı və Qurani-kərimi öyrətmək üçün yola çıxmış bir səhabənin mübarək qanı idi.

Cəbbar ibn Sülma deyir:

“Müsəlmanlardan məni İslam dininə dəvət edən birinə arxasından nizəmi batırdım. Nizəmin dəmirinin onun sinəsindən çıxdığını gördüm.  Bu əsnada özünün, “Vallah qazandım” dediyini eşitdim.

Öz-özümə, “Adamı öldürdüyüm halda, qazandığı nədir görəsən” dedim. Nizəmi çıxarıb Dahhak ibn Süfyana getdim. Amirin sözünü nəql etdim.  Dahhak, “Onun məqsədi  Cənnəti qazandım deməkdir” dedi və Müsəlman olmamı tövsiyə etdi. Mən də Müsəlman oldum. Müsəlman olmağıma, Amirdən eşitdiyim söz və onun göyə yüksəldilməsi səbəb oldu.”

Cəbbar və oradakı müşriklər Amir ibn Füheyrə həzrətləri şəhadət şərbətini içdiyi vaxt  onun səmaya doğru qaldırıldığını görmüşdülər. Belə qəribə hallar oldu və Amir ibn Füheyrə həzrətlərinin ruhu da Cənnətə uçub getdi. “Qurtuldum” sözünü eşidən Cəbbar da müşrik topluluğu içində tək imana gələn kimsə oldu.

Allahu təalanın hikmətidir ki, hadisə nəticəsində biri şəhid olmuşdur, digəri isə hidayətə qovuşmuşdur. Amir ibn Füheyrə şəhid olduğu sırada 40 yaşında idi.

Biri Maunədə müşriklər tərəfindən əhatə edilən İslam irşad qrupu şəhid olacaqlarını anlayanda, dedilər ki:

— Ya Rəbbi! Rəsulullah əfəndimizə vəziyyəti xəbər verəcək, burada səndən başqa kimsəmiz yoxdur. Salamımızı ona çatdır Ya Rəbbi! Ya Rəbbi! Rəsulun vasitəsilə qövmümümüzə xəbər ver ki:  Biz Rəbbimizə qovuşduq. Rəbbimiz bizdən razı oldu və  bizi də məmnun etdi.

Rəbləri onlardan razı oldu

Cəbrayıl əleyhissəlam gəlib vəziyyəti Rəsulullah əfəndimizə bildirdi və dedi ki:

— Onlar, Rəbblərinə qovuşdular, Rəbbləri onlardan razı, məmnun oldu və onları da məmnun etdi.

Rəsulullah əfəndimiz Cəbrayıl əleyhissəlamın bildirməsi üzərinə; “Və əleyhissəlam”  buyurdular və xütbəyə çıxaraq, müşriklərin Müsəlmanlara etdiyi bu  xəyanəti  Əshabı-qüzinin bu şəkildə pusquya salınmasını, onların şəhid olduqlarını Mədinədə Əshabı-kirama bildirdilər.

“Biri Maunə” deyilən müharibədə kafirlər verdikləri sözü pozaraq yetmiş Səhabədən bir ikisi xaric hamısını şəhid etdilər. Bunlar arasında Həzrəti Əbu Bəkirin köləsi ikən azad etdiyi  və ilk iman  edənlərdən Amir ibn Füheyrə  həzrətlərini nizələdikləri zaman  kafirlərin gözü önündə mələklər onu  göylərə qaldırdılar. Bunu Rəsulullaha xəbər verdiklərində, “Onu Cənnət mələkləri  dəfn etdilər və ruhu  Cənnətə çıxarıldı” buyurdu.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину