Facebook Twitter WhatsApp

Asim ibn Sabit

Arıların qoruduğu səhabə.

Əsri səadətdə küfr və şirk qaranlıqlarından xilas olub, İslam nuruna qovuşanların həyatlarında tamamilə bir dəyişiklik olur və  köhnə həyatlarıyla əlaqəli hər şeyi tərk edirdilər.   Müsəlman olmadan əvvəlki həyatlarını xatırladan bir hadisə onlara böyük iztirab verirdi. Bu vəziyyət Əkabə biyətindən əvvəl Müsəlman olan Mədinəli Asim ibn Sabitdə də özünü göstərmişdi.

Asim Müsəlman olduqdan sonra heç bir müşrikə toxunmamağa və müşriklərdən heç birini də özünə toxundurmamağa qərar vermişdi. Bu qərarında sabit olması üçün də daim Allahu təalaya dua edir, yalvarırdı.

Daşla hücum edərik

Asim ibn Sabit Bədir döyüşünə qatılmış, böyük qəhrəmanlıq göstərmişdi.  Peyğəmbər əfəndimiz, Bədir savaşı gecəsində Əshabı-kirama necə hərb ediləcəyini, hərbdə hansı üsulu tətbiq edəcəklərini soruşdu. Asim ibn Sabit əlinə yayı və oxu alaraq dedi ki:

— Ya Rəsulallah, Qureyş qövmü 100 metr və ya daha çox yaxınlaşdıqları zaman yayla oxlardan istifadə edərik. Qureyşlilər bizə daş dəyəcək qədər yaxınımıza gəldikləri zaman daşla  mübarizə apararıq. Nizə yetişəcək qədər yaxınımıza gəldikləri zaman nizə qırılıb parçalanana qədər nizəylə mübarizə apararıq. Qırılanda nizəni buraxar, qılınclarımızı siyirər və qılıncla vuruşmağa başlayarıq.

Peyğəmbər əfəndimiz bunu bəyəndilər və buyurdular  ki:

— Hərbin zərurəti budur. Bu tərzdə döyüşmək lazımdır. Döyüşən və vuruşan Asimin vuruşması kimi vuruşsun!

Bədir hərbi bu şəkildə oldu və mələklərin də köməyi ilə Allahu təala zəfər ehsan etdi.  Asim ibn Sabit bu döyüşdə Qureyşin məşhurlarından Uqbə ibn Muaytı öldürdü. Bu Uqbə Məkkədə Peyğəmbərimizi boğmaq istəmiş və həyatına son vermək üçün çalışmış qəddar müşriklərdən idi.

Peyğəmbərimizin hicrəti üzərinə:

— Ey Qusva (Peyğəmbərimizin dəvəsinin adı) adındakı dəvənin minicisi! Hicrət edib bizdən uzaqlaşdın. Ancaq çox yaxında məni atlı olaraq qarşında görəcəksən. Nizəmi sizə batırıb, onu qanınızla sulayacağam. Qılıncla sağ yerinizi buraxmayacağam, mənasına gələn beytlər söylədi.

Peyğəmbərimiz onun bu sözlərini eşidəndə:

— Allahım! Onu üzü qoyulu, burnunun üzərinə düşür! deyərək dua etdi.

Uqbə ibn Əbi  Muayt, Bədirdə Qureyş ordusunun məğlub olduğunu anladığı vaxt, qaçıb qurtulmaq üçün atını sürdü. Ancaq heyvan heç bir şey yox ikən birdən ürkmüş və Onu yerə vurmuşdu. Rəsulullahın duası həyata keçmişdi. Abdullah ibn Sələmə də onu əsir götürmüşdü.

Bir tək mən öldürülürdüm

            Peyğəmbərimizin Asim ibn Sabitə Uqbənin cəzalandırılmasını əmr etdi. Uqbə dedi ki:

— Hayıflar olsun sənə ey Qureyş camaatı.  Bunlar arasında niyə bir tək mən cəzalandırılıram?

Peyğəmbərimiz buyurdu ki:

— Allah və Rəsuluna olan düşmənliyindən ötrü cəzalandırılırsan.

— Ya Muhamməd! Qövmündən hər kəsə etdiyini mənə də et. Onları öldürərsən məni də öldür. Onlara aman verərsənsə mənə də aman ver. Onlardan xilas olmaları üçün pul alarsansa, onlar kimi məndən də al. Ya Muhamməd! Sən məni öldürsən, kiçiklərə kim baxacaq?

— Onları Allaha burax. Ey Asim get onun cəzasını ver!

Asim ibn Sabit  gedib Uqbənin cəzasını verəndə  Peyğəmbərimiz buyurdu ki:

— Vallahi, Allahı, Rəsulunu və  Kitabını inkar edən, Peyğəmbərini işgəncədən işgəncəyə uğradan səndən daha pis bir adam tanımıram.

Asim ibn Sabit, Ühüddə da iştirak etdi və Rəsulullahın  mahir oxçularından idi. Bu döyüşdə Rəsulullahın yanından bir an belə ayrılmayan, Onunla birlikdə səbat edən bəxtiyarlardan idi. Bu döyüşdə müşriklərin bayraqdarlarından Müsafi ibn Talha ilə qardaşı  Həris ibn Talhanı ox ilə öldürdü.

Bunların anaları Süflə binti Sad, Həzrəti Asimin kəlləsindən şərab içməyi əhd etdi və onun başını gətirənə yüz dəvə verməyi vəd etdi.

Müəllimlər heyəti

Ühüd hərbində bəzi yaxınları ölən müşriklər də, Müsəlmanlardan bunların intiqamını almaq istədilər. Alçaq bir plan hazırladılar. Dərhal də planı tətbiq etməyə başladılar. Bu məqsədlə bir heyət Mədinəyə gedərək Rəsulullahın hüzuruna çıxıb xahiş etdilər:

— Ya Rəsulallah! Bizim qəbiləmiz İslamiyyəti qəbul etdi. Yalnız Qurani-kərim müəlliminə ehtiyacımız var. Lütfən bizə İslamiyyəti, Qurani-kərimi öyrədəcək kimsələr göndərərsinizmi?

Sevgili Peyğəmbərimiz onlara 10 adamlıq bir müəllimlər heyəti göndərdilər. Başlarında, Asim ibn Sabit həzrətlərinin olduğu bu heyətdə, Mərsəd ibn Əbi Mərsəd, Xalid ibn Əbi Bükeyr,  Hubeyb ibn Adiy,  Zeyd ibn Desinnə, Abdullah ibn Tarıq,  Muattib ibn Ubeyd də var idi.

Bu müəllimlər karvanı gecələri gedərək, gündüzləri gizlənərək Huzeyl qəbiləsi  torpaqlarında, Rəci  suyu başında, səhər vaxtı düşərgə saldılar…

Bu sırada yanlarında olan Adal və Karə qəbiləsi heyətindən bir nəfər bir bəhanə ilə  yanlarından ayrıldı.  Dərhal Lıhyanoğullarına gedib xəbər verdi.

Çox keçmədən karvanın ətrafı mühasirəyə alındı. 200-dən çox silahlı quldur orada idi.  “Bizə müəllim lazımdır!” deyənlər, çıxıb getdilər. O nadir Müsəlmanları, quldur ilə qarşı-qarşıya buraxdılar…

Lıhyanoğulları mənsubları, əsir ticarəti ilə dolanardılar. Bu səbəblə, “Təslim olun!  Canınızı qurtarın!” deyə təklif edirdilər.  Əsl niyyətləri onları Məkkədə  kölə olaraq satmaq idi.  Beləcə çox pul qazanacaqdılar. Çünki Məkkəli müşriklər onlara demişdilər ki:

— Tutduğunuz hər Müsəlman üçün, dəyərindən çox pul ödəyərik!

Bunu Müsəlmanlar da eşitmişdilər. Asim ibn Sabit, Mərsəd ibn Əbi Mərsəd və Xalid ibn  Əbu Bükeyr:

— Heç bir zaman müşriklərin nə sözlərini, nə də şərtlərini qəbul edərik, deyərək müşriklərin  təkliflərini rədd etdilər.

Asim ibn Sabit dedi ki:

— Mən heç bir zaman müşriklərə əl vurmamağa və müşriklərdən heç birini də özümə toxundurmamağa qərar vermişdim. Onların sözlərinə aldanaraq kafirlərə təslim olmaram.

Sonra əllərini açaraq belə dua etdi:

— Allahım! Peyğəmbərini vəziyyətimizdən xəbərdar et!

Ölməkdən qorxmarıq

            Allahu təala, Həzrəti Asimin duasını qəbul buyurdu və Rəsulullah əfəndimiz onlardan xəbərdar oldu.

Asim ibn Sabit müşriklərə qışqırdı:

— Biz ölməkdən qorxmuruq! Çünki dinimizdə bəsirətliyik. Ölüncə şəhid olar, Cənnətə gedərik!

Müşriklərin məşhurlarından Süfyan qışqırdı:

—  Ey Asim özünü və yoldaşlarını hədər etmə, təslim ol!

Asim ibn Sabit ox atmaq surətiylə cavab verdi. Ox atarkən:

— Mən güclüyəm, heç əskiyim yoxdur. Yayımın qalın teli gərilmişdir. Ölüm haqq, həyat boş və keçicidir. Müqəddəratın hamısı başa gəlicidir. İnsanlar gec-tez Allaha rücu edicidir. Əgər mən sizinlə vuruşmasam anam  kədərindən ağılını itirər, mənasında şeirlər söyləyirdi.

Sənin dinini qorudum

            Həzrəti Asimin kisəsində yeddi ox var idi. Atdığı hər ox ilə bir müşriki öldürdü. Oxu bitəndə bir çox müşriki nizəsi ilə deşik-deşik etdi. Elə bir an oldu ki, nizəsi da qırıldı. Dərhal qılıncını siyirdi, qınını qırıb atdı. Bu, “Ölənə qədər vuruşacağam, təslim olmayacağam” mənasına gəlirdi. Sonra da belə dua etdi:

— Allahım! Mən bu günə qədər sənin dinini qoruyub hifz etdim, saxladım. Səndən bu günün sonunda, mənim ətimi,  bədənimi qoruyub, hifz etməni niyaz edirəm.

Çünki Ühüddə öldürdüyü iki qardaş olan Həris və Müsafi ibn Talhanın anaları Həzrəti Asimin kəlləsindən şərab içməyə and içmiş və  başını gətirənə yüz dəvə verməyi vəd etmişdi. Müşriklər bunu bilirdilər.

Asim ibn Sabitin və digər Əshabın Allah, Allah səsləri dağları inlədirdi. İki yüz nəfərə qarşı on mücahid döyüşür, yanlarına yaxınlaşanlar etdiklərinin cəzasını görürdülər. Asim ibn Sabit ən sonunda iki ayağından yaralanıb yerə yıxıldı. Kafirlər Asim ibn Sabitdən o qədər qorxmuşdular ki, yerə yıxılınca belə yaxınlaşa bilmədikləri üçün uzaqdan ox ataraq şəhid etdilər.

O gün orada olan on səhabənin yeddisi şəhid oldu, üçü əsir edildi. Lıhyanoğulları  Sülafə binti  Sada satmaq üçün Asim ibn Sabitin başını kəsmək istədilər. Ancaq, Allahu təala Asim ibn Sabitin duasını qəbul buyurdu və mübarək cəsədinə müşriklər əl vura bilmədilər.

Allahu təala bir arı sürüsü göndərdi. Bulud kimi Asim ibn Sabitin üzərində dayandılar.  Heç bir müşrik yanına yaxınlaşa bilmədi.

— Buraxın axşam olanda arılar onun üzərindən dağılar, biz də başını alarıq, dedilər.

Axşam olanda Allahu təala heç bir bulud yox ikən bir yağış göndərdi. Görülməmiş bir yağış yağdı. Sel gəldi və Asim ibn Sabitin cəsədini alıb götürdü. Cəsədin harada olduğu bilinmədi. Nə qədər axtardılarsa da tapıla bilmədilər. Bunun üçün müşriklər Asim ibn Sabitin heç bir yerini kəsməyə müvəffəq ola bilmədilər.

Lıhyanoğulları Onu daşa tutdular. Sonunda Onu da şəhid etdilər. Hubeyb ibn Adi ilə  Zeyd ibn Dəsinnəni  Məkkəlilərə satdılar. Onlar da bu iki səhabəni asaraq şəhid etdilər.

Allah qulunu qoruyar

             Arıların Asimi qoruduqları  hadisəsi zikr edildiyi vaxt Həzrəti Ömər buyurdu ki:

— Allahu təala əlbəttə mömin qulunu mühafizə edər. Asim ibn Sabit sağlığında müşriklərdən necə qorundu isə Allahu təala da ölümündən sonra onun cəsədini mühafizə edib müşriklərə toxundurmadı.

Bunun üçün Asim ibn Sabit xatırlanarkən, “Arıların qoruduğu şəxs” deyə xatırlanardı.

Əshabi-kiramın mühariblərdən olan Asimin atası Sabit, ləqəbi Əbu Süleymandır.  Anası Şəmus binti Əbu Amirdir. Doğum tarixi məlum deyildir. Asim, hicrətdən əvvəl iman etmişdir.  Ənsardandır, yəni Mədinəlidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину