Facebook Twitter WhatsApp

Cüveyriyyə binti Haris

Möminlərin analarındandır.

Həzrəti Cüveyriyyə Bəni Mustalaq qəbiləsi rəisi Haris ibn Dırarın qızıdır. Hicrətin beşinci ilində baş tutan Bəni Mustalaq (və ya Müreysi)  döyüşündə əsir alınmış, atası da qaçmışdı. Qəbiləsindən də 600 adam əsir düşmüşdü. Əsirlərin arasında olan Cüveyriyyəni xilas etmək üçün atası Haris çoxlu dəvə gətirmişdi.

İki dəvəni də gətir!

Bunların içində çox yaxşı cins olan iki dəvəni qıya bilməyib şəhər kənarında saxladı.   Haris Rəsuli əkrəmin hüzuruna gəldiyi zaman Rəsulullah əfəndimiz buyurdu ki:

— Filan yerdə saxladığın iki dəvəni də gətir!

Haris bu vəziyyətə çox mat qalıb dedi ki:

— Şəhadət edirəm ki, Allahdan başqa tapınacaq, qulluq ediləcək haqq  bir məbud, ilah yoxdur və sən Onun elçisisən. Allahu təalaya and içirəm ki, Allahdan başqa kimsənin bundan xəbəri yox idi.

Beləliklə iki oğlu və qəbiləsindən bir çox insanla birlikdə müsəlman oldu. Rəsulullah əfəndimiz dəvələri alıb Harisə qızını geri verdi. Atası, böyük qardaşları və qəbiləsindən bir çox insandan sonra, Cüveyriyyə də  müsəlman oldu.

Müsəlman olan Cüveyriyyəni Rəsulullah əfəndimiz atasından istəyib özlərinə nikahladılar və 400 dirhəm mehr verdilər.

Əshabı-kiram Rəsulullahın Həzrəti Cüveyriyyəni nikahladığını eşidincə, dedilər ki:

— Biz Rəsulullahın ailəsinin, anamızın qohumlarından xidmətçi, kölə olaraq istifadə etməkdən həya edərik.

Bu hal yüzlərlə əsirin azad olmasına, sərbəst buraxılmasına səbəb oldu. Həzrəti Cüveyriyyə bu halı söyləyərək hər vaxt öyünərdi. Bu cəhəti təqdir edən Həzrəti Aişə demişdir ki:

— Mən Cüveyriyyə qədər öz qövmünə xeyri dəyən qadın görmədim.

Həzrəti Cüveyriyyə çox ibadət edərdi. Peyğəmbər əfəndimiz onun yanına gəldikləri zaman onu  çox zikr edən, kəliməyi-tövhid söyləyən görərdi.

Həmişə belə edirsən?

Həzrəti Cüveyriyyə belə buyurur: “Bir səhər ibadətlə məşğul idim. Rəsulullah gəldiyi zaman, Sübhanallah, Sübhanallah deyə zikr çəkirdim. Rəsulullah bir ara evdən çıxdı. Günorta vaxtı təkrar gəldilər və yenə mən eyni zikr ilə məşğul idim. Buyurdular ki:

— Sən həmişə belə edirsən?

— Bəli.

— İstəyərsən sənə bir neçə kəlimə öyrədim, bu kəlimələri söyləyərsən?

Bu duanı öyrətdi və üç dəfə təkrarlamağımı söylədi: Sübhanallahi  adədə xalqıhi. Sübhanəllahi zinətə Arşihi.  Sübhanəllahi rida nəfsihi.  Sübhanəllahi  midadə kəlimətihi.

Həzrəti Cüveyriyyə 576-cı ildə Mədinədə vəfat etmiş,  Baqi qəbiristanlığına dəfn olunmuşdur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину