Facebook Twitter WhatsApp

Əbu Qatadə

Rəsulullahın süvarilərindən biridir.

Peyğəmbər əfəndimizin dəvələrini Mədinəyə otlatmağa aparmaq vəzifəsini bir çobanla birlikdə Peyğəmbərimizin xidmətçisi Rəbah üzərinə almışdı. Qabə dağının yoxuşuna çatdıqları vaxt  Qatafan və Fəzarilərdən qırx atlı basqın edərək Əbu Zərhin oğlunu şəhid etdilər və  dəvələri apardılar.

Səhər vəziyyəti öyrənən Sələmə ibn Əqva dərhal Rəbahı Mədinəyə xəbər verməsi üçün göndərdi. Özü də uca bir yerdən kömək çağırdı və gələcək köməyi gözləmədən tək başına quldurun dalınca düşdü.

Allah köməkçin olsun!

Nəhayət onlara çatdı. Döyüşməyə başladılar. Onlardan bir çoxunu öldürdü. Ancaq quldur qrupu dəvələrin bir qismini buraxaraq orada olan dağ keçidinə doğru təhlükəsiz yerə çəkildilər.

Vəziyyəti xəbər olan İslam süvariləri Peyğəmbər əfəndimizin yanında toplandılar. Bu sırada Əbu Qatadə başını yumaqla məşğul idi. O anda atı kişnəməyə və ayaqlarını yerə vurmağa başladı. Əbu Qatadə başını yumağı buraxaraq dedi ki:

— Vallahi bu at süvari qoxusu almışdır. Bu hazırlanmış hərbə işarədir.

Dərhal atına minərək Rəsulullahın yanına getdi. Rəsulullah əfəndimiz onu görən kimi buyurdu ki:

— Ya Əba Qatadə! Dərhal hərəkət et! Allah köməkçin olsun!

Əbu Qatadə digər süvariləri yığaraq müşriklərə çatdılar və quldurlara hücum etdilər.  Ancaq Abdurrahman Əl-Fəzari, Muhriz ibn Nadrəni şəhid edildi. Bunun üzərinə Həzrəti Əbu Qatadə bu qəddar düşmənə hücum edərək onu öldürdü.

Bundan sonra müşrikləri təqibə davam edən Həzrəti Əbu Qatadə dayanmadan üzərlərinə hücum etdi. Rəisləri olan Məsadəni öldürdü. Bu adamı özünün öldürdüyünü bəlli etmək üçün də qaftanını çıxarıb üzərinə örtdü.  Əbu Qatadə deyir ki:

“Sonra irəlilədim. Məsadənin qardaş oğlunun üzərinə getdim. Özü on yeddi nəfərlik bir süvari dəstəsinin içində  bəlli olurdu.  Onu nizələdi. Yanında olan süvarilər qaçıb dağıldılar.”

Əbu Qatadə ölmədi

Peyğəmbərimizlə birlikdə gələn səhabələr Əbu Qatadənin öldürdüyü Məsadənin üzərinə örtdüyü qaftanı görəndə tanıdılar və dedilər ki:

— Əbu Qatadə öldürülmüşdür. İnna lillah və inna iləyhi raciun.

Peyğəmbər əfəndimiz isə belə buyurdu:

— Xeyr, Əbu Qatadə öldürülməmişdir. Bu ölən Əbu Qatadənin öldürdüyü bir müşrikdir.  Əbu Qatadə onu, özünün öldürdüyü bilinsin deyə öz qaftanını onun  üzərinə örtmüşdür.  Allahu təala Əbu Qatadəni rəhməti ilə qorusun. Məni Peyğəmbərliklə şərəfləndirən Allahu təalaya and içirəm ki, Əbu Qatadə  şeir oxuyaraq müşriklərin arxasınca düşmüşdür.

Həzrəti Əbu Bəkir ilə Həzrəti Ömər də qaçaraq ölü üzərindəki örtünü  açdılar. Ölünün Məsadə olduğunu gördülər.

Əbu Qatadənin müşriklərin rəisini öldürməsi nəticəsinə İslam mücahidləri müşrikləri məğlub etdilər. Dəvələrin on dənəsini qurtardılar. Əbu Qatadə Peyğəmbərimizin yanına gəldiyi zaman  Rəsulullah əfəndimiz ona baxaraq belə dua etdi:

— Ey Allahım!  Onun saçına və dərisinə bərəkət ver. Onu gümrah yaşat və muradına çatdır.

Daha sonra, “Məsadəni sən öldürdün?” deyə soruşdular.  Əbu Qatadə, “Bəli, ya Rəsulullah!” dedi.  Peyğəmbər əfəndimiz onun üzündəki yara izini gördü və buyurdu ki:

— Yanıma yaxınlaş!

Süvari və piyadaların ən xeyirlisi

Əbu Qatadə Rəsulullahın yanına yaxınlaşdı. Peyğəmbərimiz onun yarasına mübarək ağzının suyunu sürtdü. Nəticədə Əbu Qatadənin heç bir ağrısı və sızıltısı qalmadı.

Mücahidlər Mədinəyə qayıdarkən Peyğəmbərimiz Əbu Qatadəni və Sələmə ibn Əqvanı belə  təqdir və təltif etdilər:

— Bu gün süvarilərin ən xeyirlisi  Əbu Qatadə, piyadaların ən xeyirlisi də Sələmə idi.

Əbu Qatadə bir çox səriyyələrdə iştirak etdi. Bunların bir qismində sərkərdə vəzifəsində, bir qismində süvari olaraq iştirak etmişdi. Hicrətin səkkizinci ilində 15 nəfərlik bir kəşfiyyatçı ordusunun başında Hadrə bölgəsinə göndərildi. Hadrə bölgəsində Qatafan qəbiləsi var idi. Bunlar ara-sıra Müsəlmanların olduğu yerlərə basqınlar təşkil edər, yağma edərlər və Müsəlmanları narahat edərdilər. Rəsulullah əfəndimiz Əbu Qatadəni göndərərkən  bu tövsiyəni etdi:

— Gecələri gedib, gündüzləri gizlənin! Dağınıq düzənlə dörd tərəfdən əhatə edərək  Qatafanlara  birdən basqın edin!  Qadınları və uşaqları öldürməyin!

Əbu Qatadə Rəsulullahın əmrlərinə tək-tək uydu. Çox tədbirli hərəkət etdi. Hadrəyə çatdığı zaman mücahidləri iki-iki qruplara ayırdı. Allahu təalanın əmrlərini yerinə yetirmələrini və  qadağanlarından çəkinmələrini tövsiyə etdi və  davamında bunları söylədi:

— Ölmədikcə kimsə yoldaşından ayrılmayacaq!  Dönüncə yoldaşı haqqında mənə bilgi verəcək! Yoldaşından xəbər alacağımız zaman, “Ondan xəbərim yoxdur” deməyəcək! Mən təkbir gətirdiyim vaxt siz də təkbir gətirəcəksiniz! Qaçan düşməni qovmaq üçün birlikdən ayrılmayacaqsınız!

Qənimətlə qayıtdı

Əbu Qatadə bunları söylədikdən sonra təkbir gətirərək Qatafanlılar üzərinə hücum edərək onları mühasirəyə aldı. Qatafanlıları çox sıx bir şəkildə təzyiq altına aldı. Sonunda Qatafanlılar mallarını ataraq qaçdılar. Əbu Qatadə əldə etdiyi qənimətlərlə qayıtdı.  Qənimətlərin beşdə biri Rəsulullaha ərz edildikdən sonra geri qalanı mücahidlər arasında paylandı.

Eyni ilin Ramazan ayı idi. Batnı Əham, Zi Mərvə tərəflərində yenə quldur məsələsi vardı. Həzrəti Əbu Qatadə bunun üçün göndərildi. Oralardakı qulduru təmizləyərək təhlükəsizlik və  hüzuru təmin etdi. Bu hadisələrin arxasından Məkkə fəthinə və Hunəyn səfərinə qatıldı.

Əbu Qatadə Təbuk döyüşündə də iştirak etdi. Bu səfərdə Rəsuli-əkrəm əfəndimizin  yanında gedirdi. Rəsulullah əfəndimiz minikləri üzərində idilər. Peyğəmbər əfəndimiz bir ara Əshabı-kirama:

— Sabah su tapa bilməsəniz, susuzluğa uğrayacaqsınız, buyuraraq ehtiyyatlı olmalarını xatırlatdı.

Bunun üzərinə Əshabı-kiram su axtarmağa çıxdılar. Əbu Qatadə isə Peyğəmbərimizin yanından ayrılmadı. O susuzluğa səbr edər, ancaq Rəsulullaha bir zərər gəlməsinə dözə bilməzdi.

Allahu təala səni mühafizə etsin!

Rəsulullah əfəndimiz gecə bir ara dəvələrinin üzərində yatdılar. Bu sırada yuxu halı ilə bir az əyilmişdilər. Əbu Qatadə gedib Rəsulullahın mübarək bədənini qaldırıb doğrultdular.

Bir az sonra mübarək bədənləri təkrar əyilmiş düşəcək bir vəziyyətdə idi. Həzrəti Əbu Qatadə təkrar Rəsulullahı qaldırdı. Bu dəfə Rəsulullah əfəndimiz oyandılar. Rəsulullah əfəndimiz Əbu Qatadəyə belə dua buyurmuşdular:

— Ya Əba Qatadə! Sən Allahın Rəsulunu mühafizə ilə məşğul oldun, Allahu təala da səni mühafizə etsin!

Bunun kimi Əshabı-kiram, Rəsulullahın ətrafında pərvanə olmuşlar, onun hər sözünü, hər hərəkətini və davranışını, özlərindən sonrakılara diqqətlə, əmanət edər kimi demişdirlər.

Əbu Qatadə İslam qardaşlığını yaşayışı ilə göstərən bir səhabədir.

Bir gün bir cənazə gətirildi. Peyğəmbər əfəndimizdən namazını qıldırması istəndi.  Lakin Rəsulullah əfəndimiz, onun borcu olub olmadığını soruşdu. İki qızıl borcu olduğu söylənəndə Peyğəmbər əfəndimiz təkrar, borcu üçün malının olub-olmadığını soruşdu. Bir şey olmadığı bildirildi. Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki;

— Aparın, namazını siz qılın!

Orada olan Əbu Qatadə dedi ki:

— Ya Rəsulallah! Onun borcunu ödəməyi mən üzərimə götürürəm.

— Bu iki qızıl borc, sənin üzərinə oldumu və meyid borcdan xilas oldumu?

Əbu Qatadə, “Bəli” deyincə, Rəsulullah əfəndimiz cənazə namazını qıldırdı. Beləcə Əbu Qatadə, o şəxsin  Rəsulullah tərəfindən cənazə namazının qılınmasına və səadətə qovuşmasına vəsilə oldu.

Gözünü gözəl et!

Ühüd hərbində Əbu Qatadənin bir gözü çıxıb yanağı üzərinə düşdü. Rəsulullaha gətirdilər. Mübarək əli ilə gözünü yerinə qoyub buyurdu ki:

— Ya Rəbbi! Gözünü gözəl et!

Bundan sonra gözü digərindən gözəl oldu. Ondan daha qüvvətli görərdi.

Əbu Qatadənin nəvələrindən biri xəlifə  Ömər ibn Abdüləzizin yanına gəlmişdi. Ona, “Sən kimsən” dedi.

Bir beyt oxuyaraq Rəsulullahın mübarək əli ilə gözünü yerinə qoymuş olduğu şəxsin nəvəsi olduğunu bildirdi. Xəlifə bu beytləri eşidəndə, ona ikram və  ehsanlar etdi.

Əbu Qatadə həzrətləri Vida Həccinə Rəsuli-əkrəm ilə birlikdə getdi. Mədinəyə qayıdanda Rəsuli-əkrəm axirətə təşrif buyurdular. Rəsuli-əkrəmdən sonra Xüləfayi-Raşidin  dövrlərini də gördü. Həzrəti Ömər zamanında İran səfərlərinə qatılaraq, Fars bölgəsi hakimini öldürmüş və onun  üzərindəki zireh özünə qənimət olaraq verilmişdir.

Həzrəti Əli dövründə bir ara Məkkə valiliyi etmiş, sonra yerinə Qüsəm ibn Abbas təyin edilmişdir. Bundan sonra Həzrəti Əlinin yanında qalıb, 658-ci ildə Xaricilərlə edilən Nəhrəvan müharibəsində iştirak edərək Həzrəti Əlinin piyada qüvvələri sərkərdəliyini etmişdir.

Rəsulullahın duasını aldı

  Həzrəti Əbu Qatadə yaxşılığı əmr edib, pislikdən çəkinməyə çox əhəmiyyət verər,  Rəsuli-əkrəmin sünnəti-səniyyəsinə son dərəcə  riayət edərdi. Onun könlü Rəsuli-əkrəmin sevgisi ilə dolub daşardı. Hətta Rəsulullahın yüksək dualarına da qovuşmuşdu. Əbu Qatadə 170-ə yaxın hədisi-şərif rəvayət etmişdir.

Hədis rəvayət edərkən son dərəcə diqqətli və ehtiyyatlı hərəkət edər, kiçik bir səhv olmasından çox çəkinərdi.  Bu mövzuda Rəsuli-əkrəmdən bu  hədisi-şərifi bildirmişdir:

    “Ey insanlar! Məndən çox hədis söyləməkdən çəkinin!  Məndən bir sözü nəql edən,  yalnız haqqı və doğrunu söyləsin! Mənə, söyləmədiyim bir sözü sitat gətirən, söylədi deyən, özünə Cəhənnəmdən yer hazırlamış olar.” 

Əbu Qatadə belə buyurur: Rəsulullah əfəndimizin yanından bir cənazə keçirdi.  Rəsulullah əfəndimiz buyurdu ki:

— Rahata qovuşmuş və ya özündən xilas olunmuşdur.

Əshabı-kiram soruşdular:

— Bu rahatlayan və özündən xilas olunan nə deməkdir, ya Rəsulullah?

— Mömin bir qul dünyanın yorğunluğundan, məşəqqətlərindən rahata qovuşar.  Günahkar quldan isə  insanlar, mələklər, ağaclar və heyvanlar xilas olub rahat edər.

Əbu Qatadənin bildirdiyi bir hədisi-şərifdə, “Biriniz din qardaşının cənazə işlərini görərsə, kəfənini gözəl etsin! Çünki onlar, qəbirləri içində bir-birlərini ziyarət edərlər”  buyuruldu.

Hərblərdə iştirak etdi

  Adı Haris, ləqəbi Əbu Qatadə, Farisi Rəsulullah yəni, Rəsulullahın süvarisidir. Adının Numan olduğu da rəvayət edilmişdir. Təxminən 602-ci ildə Mədinədə doğulub 674-cü ildə Kufədə vəfat etmişdir. Həzrəc qəbiləsindəndir. Atası Rəbi ibn Bəldəmə, anası Kəbşə binti Mazhardır.

Əbu Qatadə Sülafə binti Bərra ibn Mərur ilə evli idi. Sülafə də qadın Səhabələrdən idi.  Əbu Qatadənin bu zövcəsindən Abdullah, Mabəd, Abdurrahman və Sabit  adlarında dörd oğlu olmuşdu.

Əbu Qatadə ikinci Əqəbə biyətindən sonra Müsəlman oldu. Bədir döyüşünə qatıldığı ixtilaflıdır. Bundan sonrakı  bütün döyüşlərə qatılmışdır.