Facebook Twitter WhatsApp

Xədicə-tül Kübra

Peyğəmbərimizin ilk xanımı.          

Həzrəti Xədicə; gözəlliyi, malı, ağlı, iffəti, həyası və ədəbi ilə Ərəbistanda böyük şöhrəti olan bir xanım idi. Bu səbəblə hər tərəfdən ona elçi düşən və rəğbət edən bir çox kimsə vardı. Fəqət, gördüyü bir yuxu səbəbiylə o heç kimsəyə iltifat etməmişdi.

Gerçəkləşən yuxu

Yuxusunda göydən Ayın enib qoynuna girmiş, ayın nuru, qoltuğundan çıxıb, bütöv aləmi işıqlandırmışdı. Səhər olanda bu yuxunu qohumundan olan Varaqa ibn Növfələ anlatdı. Varaqa dedi ki:

  • Axır zaman Peyğəmbəri səninlə evlənəcək və sənin zamanında Ona vəhy gələcək. Dininin nuru aləmi dolduracaq. Ən əvvəl iman edən sən olacaq O Peyğəmbər, Qureyşdən və Haşimoğullarından olacaq.

Həzrəti Xədicə bu cavaba çox sevindi və o Peyğəmbərin gəlməsini gözləməyə başladı. Həzrəti Xədicənin elmi, malı, şərəfi, iffəti və ədəbi  çox idi. Ticarət ilə məşğul olan, dövrün böyük tacirlərindəndi. Məmurları, katibləri və kölələri var idi. Ticarəti adamları və ya ortaqlıqla edərdi.

Peyğəmbər əfəndimiz iyirmi beş yaşlarında ikən Həzrəti Xədicə Şama ticarət karvanı göndərmək istəyirdi. Bunun üçün də etibarlı birisini axtarırdı. Bunu eşidən Əbu Talib Həzrəti Xədicəyə gedərək qardaşı oğlu olan Peyğəmbər əfəndimizin bu işi edə biləcəyini söylədi.

Bunun üzərinə Həzrəti Xədicə Rəsulullah əfəndimizi görüb danışmaq üzrə evinə dəvət etdi. Əfəndimiz təşrif edəndə çox təzim və hörmət göstərdi. Peyğəmbər əfəndimizin incəliyini, sadə və təmiz camalını görüb heyran qaldı. Rəsulullah əfəndimizə dedi ki:

  • Doğru sözlü, etibarlı, əmniyyətli və gözəl xasiyyətli olduğunuzu bilirəm. Bu iş üçün heç kimsəyə vermədiyim ödənişin qat-qat çoxunu verəcəyəm.

Sonra bu xidmətdə lazım olacaq paltarlar verərək qəlb hüzuru içində yola saldı. Yanına köləsi Məysərəni də verdi. Həzrəti Xədicə anamız bilgili bir xristian olan əmisinin oğlu Varaqa ibn Növfəldən peyğəmbərlik əlamətlərini öyrənmişdi. Rəsulullah əfəndimizin bu ziyarətində də peyğəmbərlik xüsusiyyətlərini üzərində görmüşdü. Bu səbəblə Məysərə adındakı köləsinə dedi ki:

  • Karvan Məkkədən ayrılacağı vaxt dəvənin ipini Muhamməd əleyhissalama ver ki, Məkkəlilər hər hansı bir dedi-qodu etməsinlər. Şəhərdən uzaqlaşıb gözdən itincə, bu qiymətli paltarları Ona geyindir!

Canını əsirgəmə

Sonra dəvələrindən ən gözəlini sultanlara layiq bir şəkildə bəzətdi. Məysərəyə bu təlimatı verdi:

  • Onu bu dəvəyə böyük bir hörmət ilə mindirib ipini əlinə al və özünü o həzrətin xidmətçisi bil! Ondan icazəsiz bir iş görmə və Onu mühafizə etmək, təhlükələrdən qorumaq üçün canını əsirgəmə! Getdiyiniz yerlərdə çox dayanmayın və tez gəlin! Beləcə Haşimoğulları yanında xəcalətli olmayaq. Əgər bu dediklərimi eynilə yerinə gətirərsən, səni azad edər və istədiyin qədər də mal verərəm.

Peyğəmbər əfəndimiz və Həzrəti Xədicənin karvanı hazırlandı. Məkkəlilər yaxınlarıyla vidalaşmaq üçün böyük izdiham halında toplandılar.

Peyğəmbərimizin bibisi Allahu təalanın Rəsulunu xidmətçi paltarı ilə və dəvənin ipini əlinə almış görəndə dizləri titrəməyə başladı. Ağlayıb fəryad etdi. Gözlərindən yaşlar tökərək, “Ey Abdülmuttalib! Ey Zəmzəm quyusunu qazan böyük şəxs! Ey Abdullah! Qəbirlərinizdən qalxıb, başınızı bu tərəfə çevirib, bu mübarəkin halını görün” deyərək acılarını dilə gətirdi.

Məni əsla unutmayın!

Əbu Talib də eyni hisslər və eyni hallar içində idi. Rəsulullah əfəndimizin mübarək gözlərindən inci kimi yaşlar töküldü və buyurdu ki:

  • Məni əsla unutmayın! Qürbət eldə qəm və kədər çəkdiyimi yad edin.

Bu sözləri eşidənlərin hamısı ağlaşdı.

Nəhayət karvan gedib Məkkə gözdən itəndə, Məysərə aldığı əmr üzərinə qiymətli paltarları sevgili Peyğəmbərimizə geyindirdi. Müxtəlif parçala örtülmüş və çox gözəl bəzənmiş dəvəyə mindirdi. İpini də öz əlinə aldı.

Bu səfərdə karvandakılar aləmlərə rəhmət olaraq göndərilən sevgili Peyğəmbərimizin üzərində Onu kölgələyən bir buludun və quş şəklinə girən iki mələyin Onunla birlikdə səfər bitənə qədər hərəkət etdiyini gördülər.

Yolda gedə bilməyəcək dərəcədə yorulub karvandan geri qalan iki dəvənin ayaqlarını əliylə sığallamasından sonra dəvələrin birdən sürətlənməsi kimi incə hallarını görəndə, Onu son dərəcə sevdilər, şanının çox uca olacağını anladılar.

Məysərə Rəsulullah əfəndimizdə gördüyü və haqqında eşitdiyi hər şeyi zehninə həkk edir və Ona olan heyranlığı get-gedə artırdı. Məysərənin ürəyində Aləmlərin Əfəndisinə qarşı böyük bir məhəbbət hasil olmuşdu. Artıq Ona zövqlə və hörmətlə xidmət edir, ən kiçik bir işarəsini böyük bir eşqlə yerinə yetirirdi.

Aparılan mallar satılmış, Peyğəmbər əfəndimizin bərəkətiylə hər zamankından qat-qat çox qazanc əldə edilmişdi. Karvan geri dönüşə keçdi. Mərr-uz-zahran bölgəsinə gəldikləri vaxt Məysərə sevgili Peyğəmbərimizə Məkkəyə müjdə xəbəri aparmasını təklif etdi. Əfəndimiz də qəbul buyuraraq karvandan ayrılıb Məkkəyə doğru dəvəsini sürətləndirdi.

Bulud kölgə etdi

Nəfsə binti Müniyyə Xatun deyir:

“Karvanın gəlmə vaxtı yaxınlaşmışdı. Xədicə Xatun hər gün xidmətçiləriylə evinin üzərinə çıxıb karvanın yolunu gözləyirdi. Belə bir gün Xədicənin yanında idim. Birdən  uzaqdan dəvəyə minmiş bir kimsə göründü. Üzərində bir bulud və quş şəklinə girmiş iki mələk Ona kölgə edir, Peyğəmbərimizin mübarək alnındakı nur ay kimi parıldayırdı.

Xədicə Xatun gələnin kim olduğunu anlayıb fərəhləndi. Fəqət bilməməzlikdən gəlib soruşdu:

  • Bu isti gündə gələn kim ola bilər?

Xidmətçilər; Bu gələn Muhamməd-ül-Əminə bənzəyir dedilər və gördüklərindən heyrətə düşdülər.

Az sonra Rəsuli-əkrəm əfəndimiz Xədicə anamızın yanına gəldi və vəziyyəti danışdı. Verdiyi müjdə ilə onu çox sevindirdi.

Həzrəti Xədicənin karvanı Məkkəyə gəldikdən sonra Məysərə Həzrəti Xədicə anamıza səfər əsnasında iki buludun Peyğəmbər əfəndimizi kölgələdiyini, keşiş Nasturanın söylədiklərini, zəif dəvələrin necə sürətləndiyini və buna bənzər gördüyü bir çox fövqəladə halları bir-bir anlatdı. Peyğəmbər əfəndimizi bacardığı qədər mədh etdi.

Heç kimə söyləmə!

Həzrəti Xədicə bunları bilirdi, fəqət bu sözlər onun Əfəndimizə bağlılığını artırdı. Məysərəyə, “Bu gördüklərini heç kimə söyləmə” deyərək xəbərdarlıq etdi.

Xədicə anamız bu eşitdiklərini xəbər vermək üzrə Varaqa ibn Növfələ getdi. Olanları böyük bir heyranlıqla dinləyən Varaqa dedi ki:

  • Ey Xədicə, bu anlatdıqların doğrudursa, O, bu ümmətin peyğəmbəri olacaqdır.

Bunun üzərinə Həzrəti Xədicənin sevgi və etimadı daha da artdı. Onun xanımı olub xidmətiylə şərəflənməyə meyl etdi.

Nəfsə binti Müniyyə bu halı sezib araya girdi. Bu niyyətlə Rəsuli-əkrəmin yüksək hüzuruna gəldi və dedi ki:

  • Ya Muhamməd! Zatı-alinizi evlənmədən saxlayan nədir?

Peyğəmbərimiz buyurdu ki:

  • Evlənmək üçün kifayət qədər pul əlimdə mövcud deyildir.

Ya Muhamməd! Əgər iffətli və şərəfli, mal və camal sahibi bir xatunla evlənmək istəyərsənsə, qulluğunda hazıram.

- O xatun kimdir?

- Xədicə binti Hüvəylidir.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

  • Bu işə kim vəsilə ola bilər?

Nəfsə Xatun, “Bu işi mən edərəm” deyib hüzurlarından ayrıldı. Həzrəti Xədicəyə gedib müjdəni verdi.

Həzrəti Xədicə qohumu Amr ibn Əsəd ilə Varaqa ibn Növfəli çağırıb vəziyyəti anlatdı. Ayrıca Rəsulullah əfəndimizə xəbər göndərib bəlli bir saatda təşrif etməsi üçün dəvət etdi. Əbu Talib və qardaşları da hazırlıqlarını etdilər və Peyğəmbər əfəndimizlə birlikdə getdilər.

Müxtəlif hədiyyələr verdi

Həzrəti Xədicə anamız evini təchiz edib bəzədi. Bu günün şükrü olaraq xidmətçilərinə müxtəlif hədiyyələr verdi. Rəsulullah əfəndimiz Xədicə anamızın evini əmiləri ilə təşrif etdilər. Əbu Talib dedi ki:

  • Yaradanımıza həmd olsun ki, bizi İbrahim əleyhissalamın övladından və İsmayıl əleyhissalamın nəslindən eylədi. Bizi Beytullahın gözətçisi etdi. İnsanların qibləsi və aləmlərin təvaf etdiyi o mübarək yeri, hər pislikdən qoruduğu Hərəmi-şərifi bizə müyəssər etdi.

Qardaşım Abdullahın oğlu Muhamməd əleyhissalam elə bir kimsədir ki, Qureyşdən hər kim ilə müqayisə edilsə üstün gələr. Gərçi malı azdır, fəqət mala etibar olunmaz. Çünki mal kölgə kimidir. Əldən ələ keçərək gedər. Qardaşım oğlunun şərəfi, üstünlüyü hamınızın məlumudur.

İndi Xədicə binti Huvəylidi  qardaşım oğlu  Muhamməd üçün halallığa tələb edər, nə qədər mehr verilməsini istəyərsiniz? And içirəm ki, Muhammədin dərəcəsi yüksək olmalıdır.

Varaqa ibn Növfəl, Əbu Talibin bu dediklərinə dəstəkə olaraq danışdı. Xədicə anamızın əmisi Amr ibn Əsəd də dedi ki:

  • Şahid olun ki, Xədicə binti Huvəylidi, Muhamməd əleyhissalama xatunluğa verdim.

Beləcə nikah əqdi tamam oldu.

Hamısı sizə aiddir

Bir rəvayətə görə mehr, dörd yüz misqal qızıl, bir rəvayətə görə beş yüz dirhəm gümüş, başqa bir rəvayətə görə də 20 dəvə idi.

Əbu Talib toy ziyafəti üçün bir dəvə kəsib, o günə qədər görünməmiş bir yemək verdi. Evlilik vaqe oldu. Həzrəti Xədicə anamız bütün varlığını Peyğəmbər əfəndimizə hədiyyə etdi və dedi ki:

  • Bu malların hamısı uca şəxsinizə aiddir. Mən də sənə möhtacam və minnətin altındayam.

Həzrəti Xədicə anamız evlilik həyatı boyunca Peyğəmbərimiz Muhamməd əleyhissalama daim xidmət edib, köməkçisi oldu. Peyğəmbər əfəndimizin bu evliliyi Xədicə anamızın vəfatına qədər iyirmi beş il davam etdi. Bunun on beş ili bisətdən əvvəl, on ili bisətdən sonra idi.

Həzrəti Xədicənin Peyğəmbər əfəndimizlə olan bu evliliyindən dörd qız və iki oğlan olmaqla altı uşağı oldu. Qızlarının adları Zeynəb, Ruqayyə, Ümmi-Gülsüm, Fatimə, oğullarının isə, Qasım və Abdullah idi. Qasıma görə Rəsulullaha “Əbül- Qasım” deyildi.

Qasım nübüvvətdən əvvəl Məkkədə dünyaya gəldi. On yeddi aylıq ikən vəfat etdi. Xədicə-tül-Kübradan olan son uşaq Abdullahdır. Nübüvvətdən sonra doğulub məmədə ikən vəfat etdi. Tayyib və Tahir də deyilir.

Abdullah vəfat edəndə As ibn Vail, “Muhamməd əbtər oldu, yəni nəsli kəsildi” dedi. Kövsər surəsi gələrək, As kafirinə Allahu təala cavab verdi.

Rəsuli-əkrəm əfəndimiz, Həzrəti Xədicə anamızla evləndikdən sonra da ticarətlə məşğul oldu. Qazanclarıyla qonaqların ehtiyaclarını təmin edər, yetimlərə və kasıblara kömək edərdilər.

Məni örtün! Məni örtün!

Cəbrayıl əleyhissalamın Hira dağında ilk vəhyi gətirib Peyğəmbər olduğunu bildirdikdən sonra oradan ayrılıb Xanəyi-səadətlərinə doğru hərəkət etdilər. Bu sırada, yanından keçdiyi hər daşın, hər ağacın, “Əssəlamü əleykə, ya Rəsulallah” dediyini eşitdi. Evinə gəlib buyurdu ki:

  • Məni örtün! Məni örtün!

Ürpərməsi keçənə qədər istirahət etdilər.

Sonra gördüklərini Həzrəti Xədicə anamıza anlatdılar və buyurdular ki:

  • Cəbrayıl (əleyhissalam) gözümdən qeyb oldu. Fəqət onun heybət, şiddət və qorxusu üzərimdən getmədi. Mənə məcnun deyəcəklərindən və dil uzadıb pisləyəcəklərindən qorxdum.

Peyğəmbər əfəndimizin ilk vəhyin gəlişini anlatmasından sonra bu halları, bu günləri gözləyən və buna hazır olan Həzrəti Xədicə dedi ki:

  • Haqq təala sənə xeyir ehsan edər və sənin üçün xeyirdən başqa bir şey diləməz. Allahu təalanın haqqı üçün bu ümmətin Peyğəmbəri olacağına inanıram. Çünki sən qonağı sevərsən.
  • Doğru söyləyərsən və əminsən. Acizlərə kömək edər, yetimləri qoruyar, qəriblərə kömək edərsən. Yaxşı xasiyyətlisən. Bu xüsusiyyətlərin sahibində bəhs etdiyin qorxu olmaz.

Son peyğəmbərsən

Sonra, bu vəziyyəti soruşmaq üzrə Varaqa ibn Növfələ getdilər. Varaqa Rəsulullah əfəndimizin anlatdıqlarını dinlədikdən sonra dedi ki:

  • Müjdə ey Muhamməd əleyhissalam! Allahu təalaya and içirəm ki, sən, Həzrəti İsanın xəbər verdiyi son Peyğəmbərsən. Sənə görünən mələk, səndən əvvəl Musa əleyhissalama gələn Cəbrayıl əleyhissalamdır. Ah! Kaş ki, gənc olsaydım. Səni Məkkədən çıxartdıqları zamana   çatsaydım da, köməyinə qaçsaydım. Çox yaxın bir vaxtda təbliğlə əmr olunarsa

Həzrəti Xədicə, Peyğəmbər əfəndimiz dəvətə başlayanda, Onun bildirdiklərinə heç tərəddüd etmədən dərhal iman edərək inanan ilk azad qadın oldu. Peyğəmbərimiz, Həzrəti Xədicə anamıza, Cəbrayıl əleyhissalamın öyrətdiyi kimi dəstəmaz almasını öyrətdi. Sonra, Peyğəmbər əfəndimiz imam oldu, birlikdə iki rükət namaz qıldılar.

Həzrəti Xədicə anamız sevgili Peyğəmbərimizin hər sözünə, hər əmrinə, ən mükəmməl şəkildə itaət etdi. Beləcə, Allahu təalanın qatında çox yüksək dərəcələrə qovuşdu. Rəsulullah əfəndimiz kədərlənsə, inkar edənlərin lağ etməsiylə əzab çəksə, Onu təsəlli edər, kədərini alardı. Deyərdi ki:

  • Ya Rəsulallah! Heç kədərlənmə, qəm çəkmə! Sonunda dinimiz qüvvət tapıb, müşriklər həlak olarlar. Qövmün sənə itaət edər.

Həzrəti Xədicə anamızın bu  köməklərindən dolayı bir gün Cəbrayıl əleyhissalam gəlib, “Ya Rəsulallah! Xədicəyə, Allahu təalanın salamını bildir” dedi. Peyğəmbər əfəndimiz Ey Xədicə! Bax, Cəbrayıl (əleyhissalam), Allahu təalanın sənə salamını bildirirbuyurdu.

Peyğəmbər əfəndimiz bir dəfə də buyurdu ki:

  • Allahu təala mənə Cənnətdə incidən bir ev ilə Xədicəyə müjdə verməyimi əmr etdi. Artıq xəstəlik, üzüntü və baş ağrısı yoxdur.

Hüzn ili

Rəsulullah əfəndimizin dərd ortağı, iyirmi beş illik həyat yoldaşı olan mübarək Həzrəti Xədicə  anamız da dərd və kədərlərlə keçən üç illik müddətdən sonra, Hicrətdən üç il əvvəl, Ramazan ayının əvvəlində, 65 yaşında vəfat etdi. Rəsulullah əfəndimiz onun ayrılığından çox kədərləndilər. Çünki Həzrəti Xədicə anamız ən əvvəl imana gələn və Rəsulullah əfəndimizi təsdiq edən idi. Hər kəs düşmən ikən, o, bütün qəlbini açmış və Peyğəmbərimizin məhəbbətiylə dolmuş idi. Bütün malını, sərvətini, nəyi varsa İslamiyyət uğrunda xərcləmiş, sevgili Peyğəmbərimizin xidmətini görmək üçün gecəsini gündüzünə qatmışdı.

Eyni il içində Həzrəti Xədicə anamızın və əmisi Əbu Talibin vəfatı Peyğəmbər əfəndimizi kədərə boğmuşdu. Buna görə də bu ilə Sənət-ül-hüzn, yəni hüzn ili deyildi.

Bir gün Həzrəti Xədicə Peyğəmbərimiz çöldəykən Onu axtarmaq üçün çıxmışdı. Cəbrayıl əleyhissalam insan paltarında Həzrəti Xədicəyə göründü. Xədicə anamız ona, Peyğəmbər əfəndimizi soruşmaq istədi isə də, düşmənlərdən olma ehtimalını düşünərək qayıtdı. Sevgili Peyğəmbərimizi evdə görəndə hadisəni anlatdı. Fəxri-kainat Peyğəmbərimiz buyurdu ki:

  • Sənin gördüyün və məni soruşmaq istədiyin o şəxsin kim olduğunu bilirsənmi? O, Cəbrayıl (əleyhissalam) Salamını sənə bildirməyimi söylədi. Bunu da sənə bildirməyimi söylədi ki, Cənnətdə sənin üçün incilərdən düzəldilmiş bir bina hazırlanmışdır. Təbii ki, orada belə kədərli, çətinlikli, zəhmətli və ağır şeylər olmayacaqdır.

Ev işlərini tənzimləyən xatun

Həzrəti Xədicə Peyğəmbər əfəndimizə övladına, Müsəlmanlara və insanlara çox şəfqətliydi. Ev işlərini yaxşı bilir, mükəmməl iş görərdi. Peyğəmbərimiz bu barədə onun üçün, Həm uşaq anası, həm də evin işini tənzim edən xatun buyurdu.

Peyğəmbərimizə qarşı çox hörmətli idi. Nə buyurulursa etiraz etmədən qəbul edərdi. Bu hər vaxt belə oldu. Rəsulullah əfəndimiz də onu hər vaxt mədh edərdi. Hətta bir gün yenə onu mədh edərkən Həzrəti Aişə dözə bilməyib dedi ki:

  • Cənabı Haqq sizə daha yaxşısını verdi.

Rəsulullah əfəndimiz buyurdu ki:

  • Hər kəs mənə yalançı dediyi günlərdə, o mənə iman gətirdi. Hər kəs mənə əziyyət verərkən, o mənə yar oldu. Məni kədərdən azad etdi.

Peyğəmbərimiz buyurdu ki:

  • Bu dörd xanımın fəzilətləri, bütün dünya xanımlarının fəzilətlərindən üstündür. Məryəm binti İmran, Fironun iman etmiş xanımı Asiyə, Xədicə binti Hüvəylid və Fatimə binti Muhamməd.

Həzrəti Aişə buyurdu ki: Rəsulullahın zövcələri arasında Həzrəti Xədicəyə qeyrət etdiyim kimi, başqasına qeyrət etmədim. Halbuki, onu görməmişdim. Çünki, vəfat etmiş olduğu halda, ondan çox bəhs edərdi. Nə vaxt bir qoyun kəsib paylasa, mütləq bir parçasını da Xədicənin qohumuna göndərərdi. Bunu görüncə, bir dəfə, “Allahu təala sənə, sanki, Xədicədən başqa qadın vermədimi, həmişə onun yaxşılıqlarından bəhs edirsən” dedim. Yenə Xədicənin bir çox fəzilətini saydı. Ondan uşaqlarının olduğunu da söylədi.

Əhdə vəfa

Peyğəmbər əfəndimiz qoca bir qadına ikram etdi. Səbəbini soruşanlara buyurdu ki:

  • Bu qadın, Xədicə həyatda ikən bizə gələr gedərdi. Əhdə vəfa dindəndir.

Peyğəmbər əfəndimiz Həzrəti Xədicə ilə əlaqədar olaraq buyurdu ki:

  • Mənə, Xədicəni Cənnətdə incidən bir sarayla müjdələməyim əmr edildi. Orada nə səs-küy vardır, nə də yorğunluq və məşəqqət.

Həzrəti Xədicənin atasının adı Hüvəylid, anasınınkı Fatimədir. Nəsli Peyğəmbər əfəndimiz ilə ata tərəfindən Qusay, ana tərəfindən Lüey qohumuyla birləşir. Cahiliyyə dövründə ləqəbi Tahirə idi. Doğum tarixi qəti olaraq bilinməməkdədir. Ancaq miladi 555-ci il ola biləcəyi bildirilməkdədir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину