Həzrəti Əli buyurur ki:
1- Daim daxilinizdə xalqa qarşı sevgi və nəzakət hisləri bəsləyin. Uğurunuzun onları danlayıb sərt davranmaqda olduğunu düşünməyin.
2- Hər kəsə adil davranın.
3- Tərəf tutmayın, bəzi insanlara ayrıseçkilik etməyin. Bu cür davranışlar sizi zülmə və despotluğa çəkər.
4- Məmurlarınızı seçərkən keçmişdə zalım başçılara xidmət etməmiş, dövlətə qarşı cinayətlərə, məzlumlara qarşı zülümlərə qarışmamış olmalarına diqqət edin.
5- Doğru, dürüst, nəzakətli insanları seçin və şəxsi mənfəətləri olmayanları seçin.
6- Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri üçün məmurlarınıza kifayət qədər maaş ödəyin.
7- Məmurları mütəmadi yoxlayın, bunun üçün güvəndiyiniz səmimi insanlarla istişarə (məsləhətləşin) edin.
8- Xalqın güvənini qazanın və onların yaxşılığına çalışdığınızı onları inandırın, amma gördüyünüz işlərlə insanı minnətli qoymayın.
9- Heç vaxt vədinizdən dönməyin. İcrasına gücünüz çatmayacağı işləri də vəd etməyin.
10- Qəzəbinizə qalib gəlin. Qəzəbli vəziyyətdə cəza verməyin. Hirsiniz sakitləşsin ki, müsbət qərarlar verə biləsiniz.
В корзине: 0 шт.
на сумму: 0