Gözəl İslam / Rəhbərlərə nəsihətlər

Rəhbərlərə nəsihətlər

Həzrəti Əli buyurur ki:
1-  Daim daxilinizdə xalqa qarşı sevgi və nəzakət hisləri bəsləyin. Uğurunuzun onları danlayıb sərt davranmaqda olduğunu düşünməyin.

2- Hər kəsə adil davranın.

3- Tərəf tutmayın, bəzi insanlara ayrıseçkilik etməyin. Bu cür davranışlar sizi zülmə və despotluğa çəkər.

4- Məmurlarınızı seçərkən keçmişdə zalım başçılara xidmət etməmiş, dövlətə qarşı cinayətlərə, məzlumlara qarşı zülümlərə qarışmamış olmalarına diqqət edin.

5- Doğru, dürüst, nəzakətli insanları seçin və şəxsi mənfəətləri olmayanları seçin.

6- Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri üçün məmurlarınıza kifayət qədər maaş ödəyin.

7- Məmurları mütəmadi yoxlayın, bunun üçün güvəndiyiniz səmimi insanlarla istişarə (məsləhətləşin) edin.

8- Xalqın güvənini qazanın və onların yaxşılığına çalışdığınızı onları inandırın, amma gördüyünüz işlərlə insanı minnətli qoymayın.

9- Heç vaxt vədinizdən dönməyin. İcrasına gücünüz çatmayacağı işləri də vəd etməyin.

10- Qəzəbinizə qalib gəlin. Qəzəbli vəziyyətdə cəza verməyin. Hirsiniz sakitləşsin ki, müsbət qərarlar verə biləsiniz.

9-12-2022, 09:24
Geri