Facebook Twitter WhatsApp

Xəyalın idealı olmaz

* Güzgüyə baxdığınız zaman özünüzü görürsünüz. Siz o güzgünün harasındasınız? İçindəsinizmi, yoxsa xaricindəmi? Güzgünün içində desəniz yalan olar, içində deyilsiniz. Yox desəniz olmaz, baxdıqda görürsünüz. Görülən özünüzsünüzmü, o görüntü nədir? Bir ipə daş bağlayın və sürətlə fırladın, daş fırlanarkən bir dairə görəcəksiniz. Bu nöqtəyi-cəvvalə adlanan dairə vardırmı, yoxdurmu? Var desəniz daş fırlanmadıqda dairə yox olur. Yox desəniz daş fırlanarkən dairə görülür. Lakin əslində dairə yoxdur. Bu görünən dairə nədir, haradadır? İmam Rabbani həzrətləri buyurur ki; Bunların hər ikisi də əslində olmayıb bizim xəyalımızda əmələ gələn vəhmdir, təsvirlərdir. Elə dünya da həqiqətdə olmayan, yox olacaq bir təsvirdir. Dünya həyatı xəyaldır. Həqiqət isə axirət həyatıdır. Dünya həyatı həqiqət olan axirət həyatının güzgüdəki görüntüsü kimidir. Necə ki, güzgüdəki görüntü bir müddət durur və qarşısındakı həqiqət çəkildikdə görüntü itirsə, daş fırlanmadıqda dairənin görüntüsü itirsə, dünya da bir gün itəcək görüntüdür. Vəhmin arxasından qaçan xəyalpərəstdir. Xəyalın idealı olmaz. İnsanın idealı, xəyal olan bu dünya olmamalıdır. 

* Ana-ata haqqı çox mühümdür. Çünki Allahü təala belə bildirir. Bundan sonra xoca haqqı gəlir (zaman olaraq). Çünki insanı atəşdən xilas edən, dinini öyrədən odur. Müdür haqqı da çox önəmlidir. Çünki Allahü təala onun əliylə ruzini verir. Bütün bu haqlar Allahü təala bildirdiyi üçün vardır. Yoxsa Allah haqqının yanında sıfırdır. Çünki səni sən edən, yaradan, hər an varlıqda durduran, hər şeyini verən Odur. Nədir Allah haqqı? Birincisi Onu tanımaqdır, yəni inanmaqdır. Necə tanıyıb inanacaqsan? Öz-özünə tanıyıb inanmaq olmaz. Onun bildirdiyi şəkildə tanıyıb inanacaqsan. Bu necə olmalıdır? Bu, Onun Rəsulu, Həbibi Muhamməd əleyhissalamın bildirdiyinə inanmaqla, hamısını bəyənməklə, lazım olanları yerinə yetirməklə olur. 

* Biri Muhyiddini Arabi həzrətlərini yuxuda görmüş, dərəcəsi çox yüksəkmiş və böyük şəxslərə nəsihət verirmiş. Bundan sonra, əfəndim, biz sizin dərəcənizin belə yüksək olduğunu bilmirdik dedikdə, deyil deyil buyurmuş, insanlar mənə o qədər iftira edirlər ki, onlar iftira etdikcə yüksəlirəm, bu dərəcəyə elə gəldim buyurmuş.

* Bu din, insanın özünə olan itaətini aradan qaldıran, soruşmağı, soruşduğu insana itaəti əmr edən bir dindir.

* Kim öz ağlına görə qərar verib iş görərsə peşman olar. 

* İnsanın nəfsi, “Mən haqlıyam, mən bilirəm, heç kimə ehtiyacım yoxdur” deyir. Halbuki, Allahü təala Rəsuluna, “Sən bir şeyə qərar vermədən əvvəl əshabınla məsləhətləş” buyurur.

* İslamiyyətin təməli insanın öz nəfsinə qarşı gəlmək, təkəbbürünü qırmaqdır. İnsanın nəfsini qıran ən vacib xüsus, birindən bir şey soruşmaqdır. Nə üçün? Çünki nəfs soruşmağı sevməz və istəməz. “O da mənim kimi bir adamdır” deyər. 

* Bir şeyə sahiblənən sahibsiz qalar. Sahiblənməyənə hər kəs sahib çıxar. 


* Qəlbin şəfası dini elmdir. 

* Əgər biri sizə yaxşılıq edərsə, siz də ona pislik etsəniz küfranı-nemət etmiş olarsınız. Belə edən insana nankor deyilir. 


* İxlassız əməl saxta pula, içi boş çəyirdəyə bənzəyir.

* Hər kəs öz yüksəkliyindən görür. Dağın təpəsində olan isə hər kəsdən çox görür.

* Bu mənə lazımdır deyən heç bir zaman xoşbəxt ola bilməz. Bu mənə lazım deyil deyən xoşbəxt olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину