* Ən yaxşı insan özünü ən pis biləndir. Ən pis insan, yanına yaxınlaşılmayandır.
* Övliyanın sevilməsi; nəfsini aradan çəkdiyi, şəxsi mənfəətini güdmədiyinə görədir.
* Ən yaxşı iş, yaxşı insanlarla birlikdə olmaq, ən pis iş, pis insanlarla birlikdə olmaqdır.
* Möminin bayramı günahlarının bağışlandığı gündür, imanla öldüyü gündür.
* Əlini harama uzadan, atəşə əlini uzadır. Ayağıyla harama gedən, atəşə gedir. Haramı yeyən atəşi yeyir. Harama baxan atəşə baxır, atəş isə onu yandırar. Dəyər mi... bir az səbr et!
* Möminə gələn hər şey xeyirlidir.
* Müvəffəqiyyətin sirri verməkdir.
* Qurtuluşun tək çarəsi var, o da qurtulanlarla birlikdə olmaqdır. Əhli-sünnət etiqadında olmayan qurtula bilməz.
* Sinəsini qiblədən çevirənin namazının pozulduğu kimi, üzünü İslamiyyətdən çevirənin həm dünyası, həm axirəti pozular.
* Təəccüb edilir o kəsə ki, dünyaya tamahla sarılır, amma ölüm onu axtarmaqdadır. Unutmuş, amma unudulmamışdır. Gülür, amma bilmir ki, Rəbbi ondan razıdırmı, yoxsa deyildir?
* Üç şey məni təəccübləndirir. Bunlar; ölüm onları yaxalamaq üzrə olduğu halda, dünyalıq arxasınca olan kəslərin halı, özü qəflətə dalıb, özünü unutduğu halda unudulmamış olub, hesaba çəkiləcək olan kəslər və Rəbbinin ondan razı olub-olmadığını bilmədiyi halda, ağız dolusu gülən kəslərin halıdır.
* Allahü təala hamımızı dünya və axirətin əfəndisi və bütün insanların hər cəhətdən ən yüksəyi və ən yaxşısı olan Rəsulullaha tabe olmaq səadətilə şərəfləndirsin! Çünki cənabı Haqq Ona tabe olmağı, Ona itaət etməyi çox sevir. Ona itaətin cüzi bir zərrəsi bütün dünya ləzzətlərindən və bütün axirət nemətlərindən daha üstündür. Həqiqi üstünlük Onun sünnəti-səniyyəsinə tabe olmaqdır.
* Qəlbin qaralmış olmasının əlaməti günahlardan kədər duymamaq, günahda israr etməkdir. İşlədiyi günahlara görə qəlbi o qədər qaralır ki, artıq nəsihət təsir etməz, qəflətdən oyanmaz.
* Bu dörd şeyə diqqət et: Günahlardan çəkin, namazını camaatla qıl, səxavətli ol, Allahü təalanın yaratdıqlarına şəfqət göstər.
* İnsanın yaradılışında məqsəd qulluq etməsidir. Qulluqdan məqsəd isə, hər bir halda Allahü təalanı unutmamaqdır. Allahü təala üçün etdiyin hər şey ixlasdır. Xalq üçün etdiyin hər şey də riyadır.
* Dost-tanışın könlünü almaq üçün günah işləmək, özünü oda atmaq, axmaqlıqdır.
* Dünyanı məqsəd etmək lazım deyil. Dünya nəfsin arzularına köməkçidir. Dünya və axirət bir yerdə olmamalıdır. Dünyaya düşkün olmaq günahların başıdır. Dünyaya düşkün olanlar axirətdə zərər görəcək. Dünyaya düşkün olmamağın əlacı İslamiyyətə tabe olmaqdır.
* Bu dövrdə dünyanı tərk etmək çox çətindir. Dünyanı tərk etmək lazımdır. Həqiqətən tərk edə bilməyən, hökmən tərk etməlidir ki, axirətdə qurtula bilsin. Hökmən tərk etmək də böyük nemətdir. Bu da, yeməkdə, içməkdə, geyinməkdə, məskəndə dinin hüdudundan kənara çıxmamaqla olur.
* Vaxt çox qiymətlidir. Qiymətli şeylər üçün istifadə etmək lazımdır. İşlərin ən dəyərlisi sahibinə xidmət etməkdir. Yəni Allahü təalaya ibadət və taət etməkdir.
* Ananın balasına faydası olmadığı (ananın balasından qaçacağı) qiyamət günü üçün hazırlıq etməyənə heyfslər olsun!
В корзине: 0 шт.
на сумму: 0