Facebook Twitter WhatsApp

İnsan sevdiyi ilə birlikdədir

* Allahü təala, övliyamı göy qübbəm altında gizləyirəm, buyurur. Burada göy qübbədən məqsəd, sifəti-bəşərdir. Yəni Allahü təala övliyasını insan sifətləri ilə gizləyir.

* Saatlarla yatmaq, xəstəlik yoxdursa miskinlikdir. Yatmaqla zamanı boşa keçirməkdir. Vaxtı axirətdə peşman olmayacaq şəkildə dəyərləndirmək lazımdır. 

* Hər axşam iman duasını oxuyub, günahlara tövbə etmək lazımdır. Bir günaha tövbə etməmək, o günahı işləməkdən daha böyük günahdır.

* Hubbi fillah və buğdi fillahı yaxşı öyrənmək lazımdır. Nəsibi olana hər şey bunun içində vardır.
* İnsan sevdiyi ilə birlikdədir hədisi-şərifinə görə, hər kəs bu dünyada kimi sevərsə, axirətdə onunla birlikdə olacaqdır. Hər hədisi-şərif bir ayəti-kərimənin izahıdır. Bu hədisi-şərif də Maidə surəsindəki Xristianları və yəhudiləri özünüzə dost etməyin. Onları sevsəniz onlardan olarsınız məalindəki 51-ci ayəti-kərimənin izahıdır. 

* Bizim dinimizin iki əsası, iki dirəyi vardır. Biri öyrənmək, digəri öyrətməkdir. Ancaq öyrənmədən öyrətmək olmaz. Öyrəniləcək şey əhli-sünnət etiqadıdır. Öyrətmək isə bunu dəyişdirmədən insanlara çatdırmaqdır. 

* Həddini bil, qənaətkar ol, çox danışma, rahat ol.

* Saleh müsəlman bu dörd şeyə üstünlük verməlidir:

1-Əhli-sünnət alimlərinin kitablarını oxumalı.

2-Oxuduqlarını doğru anlamalı.

3-Yaşamalı.

4-Yaymalı.

* Elm dini bəsləmək, yəni müsəlmanlara, insanlara yaxşılıq etmək, faydalı olmaq üçündür, yoxsa dünya nemətlərinə sahib olmaq üçün deyil.

* Günah işləməkdən çəkinməyən alim, əlində lampa tutan kora bənzəyir. Başqalarına yol göstərir, ancaq özü görmür!..

* Düşmənin belini qıracaq zərbəni endirməsən, vuracağın hər zərbə onu gücləndirəcək.

“Allahümmağfirli vəlivəlidəyyə, vəli üstaziyyə, vəlil mümininə vəl müminat, vəl müsliminə vəl müslimat, əl ahya-i minhüm vəl əmvat. Birahmətikə ya ərhamərrahimin.” 

Bu istiğfar, günahların bağışlanmasına, günahı olmayanların isə gələcəkdə günah işləməkdən qorunmasına, günah işləməyəcək hala gəlməsinə səbəb olur. 

* Qul haqqından çox qorxun, hər müsəlmana qarşı dərin məhəbbət və hörmət içində olun. Heç bir müsəlmanı incitməyin. Böyüklərinizə qarşı mütləq hörmətkar olun. Əmriniz altında olan ailəniz və ya uşaqlarınıza qarşı şəfqətli olun, onları dindar böyütməyə diqqət edin, çünki ölüm ani gəlir. Hər kəs peşman olacaq. O peşmanlıq günü gəlmədən tövbə etmək ağla gəlməyə bilər. Bu gün fürsət var ikən istiğfar edək.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину