* Təkəbbürdən çəkinin. Torpaqdan yaradılıb, yenə torpağa qayıdacaq olan bir varlığın təkəbbürlənməsi, bu gün var, sabah yox olan bir varlığın özünü bəyənməsi nə qədər anlamsızdır.
* Təvazö göstərməklə, təvazö sahibi olmaq çox fərqlidir. Təvazö sahibi təriflənmiş, təvazö göstərməyə çalışan isə pislənmişdir. Cüneyd Bağdadi həzrətləri, “Təvazökar görünməyə çalışmaq da təkəbbürdir. Çünki özündə bir varlıq hiss edən təvazökar görünməyə çalışır. Həqiqi təvazö əhli, özündə bir varlıq hiss etməz ki, təvazökar görünməyə çalışsın. Onun təvazüsü təbiidir, saxta deyildir” buyurur. Bəzisi də, “Bu günahkar, bu fağır” deyərək özünün təvazö əhli olduğunu göstərməyə çalışır. Bir günahını söylədikdə dərhal qəzəblənir. O zaman sözündə saxta olduğu aydın olur. Din böyükləri də “bu fağır” deyə danışırlar, ancaq onlar belə sözlərində səmimidirlər. Təkəbbürlənmək, təkəbbürli görünmək, təvazö fərqlidir. Təkəbbürə qarşı, təkəbbürlü görünmək sədəqə vermək kimi savabdır.
* Təkəbbür sahibinə qarşı təvazö edən kimsə, özünə zülm etmiş sayılır. Bidət sahiblərinə və zənginlərə qarşı da təkəbbürlü görünmək caizdir. Bu təkəbbür özünü yüksək göstərmək üçün deyildir. Onlara dərs vermək, qəflətdən oyandırmaq üçündür. Müharibədə və bidət əhli ilə münazirə edərkən onlara qarşı təkəbbürlü görünmək də savabdır. Sədəqə verərkən də sevinclə qarışıq təkəbbürlü görünmək, malı, pulu zibilliyə atar kimi vermək lazımdır. Sədəqə verənin təkəbbürlü görünməsi, kasıba qarşı deyildir. Verdiyi malı alçaltmaq, mala dəyər vermədiyini göstərir. Şan-şöhrət göstərən riyakarlara qarşı da təkəbbürlü görünmək caizdir.
Özündən aşağı olanlara qarşı təvazökar olmaq yaxşıdırsa da, bu həddindən artıq olmamalıdır. Həddindən artıq olan təvazöyə yaltaqlanmaq deyilir ki, bu ancaq ustada və alimə qarşı caizdir. Başqalarına qarşı caiz deyildir.
* Yanına başqasının oturmağını istəməmək və xəstələrlə birlikdə oturmamaq, evinə lazım olan əşyaları alıb evinə aparmamaq və köhnə paltarını təkrar geyinməkdən xoşlanmamaq, iş başında iş paltarı geyinmək istəməmək, kasıbların dəvətinə getmək istəməyib zənginlərinkinə getmək, qohumlarının və uşaqlarının ehtiyaclarını təmin etməmək, doğru sözü, haqlı tənqidləri qəbul etməyib münaqişə etmək, səhvini, qəbahətini bildirənlərə təşəkkür etməmək, içəri girdikdə, oradakıların ayağa qalxmalarının xoşuna gəlməsi kimi şeylər təkəbbür əlamətidir. Başqasının tənqidindən xoşlanmır, onun məndən nə fərqi var, o da bir insandır deyirsə, haqqı onun ağzından eşitmək çətin gəlirsə, bilsin ki, bu da təkəbbürdəndir.
* Təkəbbür, insanı Allahü təalanın bütün əmrlərinə müxalifətə sövq edər. Çünki təkəbbürlü insan, başqa birindən haqq və həqiqəti eşidəndə, onu qəbul etmək istəməz, dərhal qarşı çıxar. Dini mövzularda belə diskussiya edilsə, dərhal inkara cəhd edər. Hətta haqqı qarşısındakının dilindən eşidəndə dərhal müxtəlif yollardan, doğru olduğunu bilə-bilə onu çürütməyə çalışar.
* Təkəbbürün ən pisi Allahü təalaya qarşı təkəbbürdir. Nəmrud, Firon belə idilər. İlahlıq iddiasında oldular. Bəzi dinsizlər də imanı, ibadəti, namaz qılmağı alçaqlıq, mürtəcelik zənn edərək təkəbbürlənirlər. Allahü təala buyurur ki:
“Böyüklənərək Mənə ibadət etməyənlər alçalmış olaraq Cəhənnəmə girəcəklər”. [Mömin 60]
Bundan sonra təkəbbürün pisi, Peyğəmbərlərə qarşı təkəbbürdür. Bəziləri, Peyğəmbərləri özləri kimi bir insan gördükləri üçün, təkəbbürlənərək onlara tabe olmağı qəbul etmədilər. Məsələn, Peyğəmbər əfəndimiz üçün dediler ki:
“”. [Möminun 33, 34]
Bundan sonra da İnsanlara qarşı təkəbbür gəlir. Hər hansı bir xüsusda özünü başqasından üstün görən təkəbbürlüdür. Təkkəbürün səbəbləri bunlardır: Elm, ibadət, soy, gözəllik, qüvvət, sərvət, vəzifə, ətrafının çoxluğu.
* Elm silah kimidir. Düşmən əlində zərəri, dostun əlində faydalı olur. Yəni elm təkəbbürlünün təkəbbürünü, təvazö əhlinin təvazösünü artırır. Elmi ilə təkəbbürlənmək böyük fəlakətdir. İbadəti səbəbilə təkəbbürlənmək də böyük fəlakətdir. Buna görə “Çox ibadət edənin təkəbbürdən qurtulması çətin olur” buyurulmuşdur. Soyu ilə öyünmək axmaqlıqdır. Qabil Həzrəti Adəmin oğlu idi. Atasının Peyğəmbər olması onu küfrdən qurtara bilmədi. Gözəlliyinə görə təkəbbürə düşmək daha çox qadınlarda görülür. Başqalarını eyibləməyə, alçaltmağa və qeybətə vəsilə olur. Halbuki gözəllik, insanda qalıcı deyildir, geç-tez gedir. Müvəqqəti olan şeylə təkəbbürlənmək axmaqlıqdır. Təkəbbür edənin gözəlliyi, gübrəlikdə bitən gül kimidir.
Gücü, qüvvəsi ilə təkəbbür etmək də cahillikdir. Çünki heyvanların qüvvələri insanlardan çoxdur. Məsələn, bir insan fil qədər qüvvəli ola bilməz. Pələng kimi qaça bilməz. Quş kimi uça bilməz. Heyvanlar bir cəhətdən insandan üstündür. Heyvanlarda da olan üstünlüklərlə təkəbbürlənmək əlbəttə uyğun olmaz. Çox zəngin olmaq da üstün olmağı gərəkdirməz. Karunun çox malı var idi. Malı ilə birlikdə məhv olub getdi.
Müvəqqəti olaraq sahib olunan sərvətlə, malla təkəbbürlənmək çox çirkindir. Gəlib keçici olan vəzifə, mövqe də üstünlük səbəbi deyildir. Bir çox krallar, dərəbəyilər, Fironlar mövqe sahibi idilər. Hamısı getdilər. Ancaq yaxşıların yaxşılığından, pislərin pisliyindən hələ də bəhs edilməkdədir. Pis birinin vəzifəsi, məqamı ilə öyünməsi nəyə yarayır? Qohum və tanışların çoxluğu ilə üstünlük göstərmək da səhvdir. Bir kimsənin özü yaxşı deyildirsə, bütün dünya onun qohumu olsa nə çıxar?
В корзине: 0 шт.
на сумму: 0