* Mömin, başına xeyir və şər gəldiyi zaman, mən bunu gözləyirdim deyəndir. Allahü təalanın qəza və qədərinə iman edən kədərdən qurtular.
* Rahatlıq məkanda deyil, qəlbdədir. Qəlbin huzuru, insanın xoşbəxtliyi pulla deyil, Allahü təalanın zikri ilədir.
Zikir bir neçə çeşitdir. Qurani-kərim oxumaq zikirdir, doğru yazılmış dini kitab oxumaq zikirdir, söhbət zikirdir, namaz zikirdir. Yəni zikir Allahı anmaq, xatırlamaqdır. Bu və ya başqa şəkildə xatırlamaqdır. Rahatlıq, huzur zikirlədir.
* İslam alimində iki xüsusiyyət vardır:
Birincisi, təvazökarlıq. Allahü təalanı tanıyan, bilən başını qaldıra bilməz. İnsan nə qədər Allahü təalanı tanıyarsa, o qədər qorxar. Həqiqi alimlər Allahü təaladan ən çox qorxan insanlardır.
İkincisi, nəqldir. Dinimiz nəql etmək dinidir.
* İxlas olmayan yerə mənfəət girər, dünya girər. İxlas demək, axirət demək Allah üçün deməkdir.
* Xəstəliklər bədənin zəkatıdır.
* Böyükləri davamlı düşünən davamlı feyz alar.
* Hər kamalın bir zəvalı vardır. Qırxından sonra zəval gəlir.
* Bu dünya deyil, bu dünyanı sevmək pisdir. Bir qəlbdə iki qorxu olmaz. Dünyadan qorxan, axirətdən qorxmaz. Dünya həyatında iki yol var:
1- Havasız uzun bir tünel,
2- Havalı, zövqü-səfalarla dolu bir tünel.
Havasız tüneldən keçənlər, sıxıntılı yolun sonunda rahatlığa çıxarlar, sıxıntılardan qurtularlar. Havalı, zövqü-səfa dolu tüneldən keçənlər isə Cəhənnəm çuxuruna düşəcəklər, narahat olacaqlar.
* Əhli sünnət etiqadına sahibsinizsə, böyüklərin yolundasınızsa, qırx min dünya versələr, qovuşduğunuz nemət qarşısında zir-zibil qalar.
* Yas haram, böyük günahdır.
* Ağlı olan az zamanda çox iş görər.
* Salamatlıq istəyən dünyaya dəyər verməsin, kəramət istəyən, sonsuz olanı uca tutmalıdır.
* Allahü təalaya üsyan edildiyi üçün dünya pislənir. Yoxsa ki, daşı-torpağı niyə pislənsin ki.
* Əhli sünnət Müsəlman seçilmiş insan deməkdir. Kimdə bu nemət varsa, deməli Allahü təala onu ən böyük nemətlə şərəfləndirmişdir. Bunun qədrini bilmək lazımdır. Qəlbdə iman çox mühümdür. İnsan bir kəlməylə hidayətə gələ bilir, bir kəlməylə Allah qorusun imandan çıxır. İmanı mühafizə etməyə çalışmaq lazımdır. İnsanın dünya adlanan bu minalı sahədə minalara basmadan irəli gətməsi lazımdır, bunun üçün bir rəhbərə, bir yolgöstərənə ehtiyac vardır. Rəhbər onun minaya basmaması və zərər görməməsi üçün çalışır. Əgər iman gedərsə, insan parçalanar. Bu təhlükədən qurtulmağın çarəsini İmam Rəbbani həzrətləri bildirir: “Dünyada ən mühüm iş, görüləcək ən xeyirli iş, Allah dostlarıyla birlikdə olmaqdır.”
* Vəkil əsl kimidir. Vəkili incitmək əsli incitmək kimidir. Vəkilə etiraz, əslə etirazdır.
* Vermək çox önəmlidir. Həmişə verici olun, alıcı olmayın. Çünki bu din vermək dinidir, verməklə böyüdü. Verdikdə verirlər. Vermədən almaq olmur.
* Quş yuvası boyda bir məscid tikdirənə, Allahü təala böyük bir imarət verəcəkdir.
В корзине: 0 шт.
на сумму: 0