Facebook Twitter WhatsApp

Ölənlər daim qocalardımı?

* Dünən öldü, bu gün can çəkişir, sabah varmı? 
Gənc olan ölməzmi, ölənlər daim qocalardımı? 

* Qəlblər içi boş qablara bənzəyir, xeyirli olan xeyirlə dolu olandır.
* Şükür edilən nemət bakiləşir (qalıcı olur).

* Bir kimsə günahını mən etmədim deyə gizləyərsə, yalan söyləmiş sayılmaz, tövbə yerinə keçər.

* Sevgi daim yuxarıdan aşağı gəlir. Bir nəfər, bir böyük şəxsdən, “Allahü təala məni sevirmi?” deyə soruşub. O da, “Sən Allahü təalanı sevirsənmi?, deyib. Bəli, sevirəm dedikdə, Allahü təala səni sevir, buyurub. Çünki sevgi yuxarıdan aşağı gəlir. Əgər O səni sevməsəydi, sən Onu sevə bilməzdin.

Ər sevməzsə xanım necə sevsin. Müəllim sevməzsə tələbə necə sevsin. Ona görə hər kəsi sevin. Siz sevsəniz, onlar da sizi sevər. Niyə məni sevmirlər deyə şikayət etməyin. Siz sevsəniz, onlar  sevməsə belə, bir gün sevməyə başlayarlar. 

* Şiddətli sel qarşısına çıxanı götürüb aparır. Ancaq bir çinarın gövdəsinə girmiş saman çöpünü apara bilməz. O saman çöpü, çinarın gövdəsində ilişib qalar, sel ona bir şey edə bilməz. Axır zamanda da, küfür şiddətli sel kimi axar. Qarşısına çıxanı götürüb aparar. Ancaq imam Rəbbani həzrətləri kimi bir əhli-sünnət böyüyünün, belə uca bir çinarın gövdəsindən tutanları apara bilməz, onlara heç nə edə bilməz. Bu böyüklərin gövdəsinə tutunanlar, yəni onları sevip yollarında olanlar seçilmiş, mübarək insanlardır. Bu kimsələr, soyları mütləq ki, ya Peyğəmbər əfəndimizə, ya da Əshabı-kirama gedib çıxır.

* Allahü təala bir quluna üç şəkildə hidayət verir, müsəlman edir:
1- Əzəldə sevmiş, nəsib etmişdir.
2- Bir qul, Allahü təalaya qovuşmaq üçün araşdırarsa, Allahü təala ona bütün yolları açar, İslamla nəsiblənər.
3- Bir insana, hətta səmimi olaraq Allah üçün bir heyvana yaxşılıq etsə, şəfqət göstərsə, Allahü təala, Mənim yaratdığıma şəfqət göstərənə mən də şəfqət göstərərəm deyib, iman nəsib edər. Allahü təala səxavətli olanları sevir... Kafir, amma səxavətli olana son nəfəsdə iman nəsib ola bilər.

* Dünya, dünyanın deyil, axirətin tarlasıdır. Bu elə bir tarladır ki, əkirsən, birə on, birə 700 verir. Bu ən azıdır, çoxunun sərhədi yoxdur. Ancaq bu tarlaya dünyalıq əksən, böyük bir heç alacaqsan. Ağlı olan heçlə məşğul olarmı? Buna görə bu tarlaya hər kəs nə isə əkməlidir. Bu tarlada insanların dünya və axirət səadətlərinə qovuşmaları, yəni müsəlman olmaları üçün, bunu etmək hər kəsə fərzdir: Bədən ilə çalışacaqsan. Bu mümkün deyildirsə, bədən ilə çalışanlara dəstək olub, yardım edəcəksən. Bu da mümkün deyildirsə, onlara dua edəcəksən.

* İnsan ruh və bədəndən yaradılmışdır. Necə ki, insan bədənin xəstələnməməsı üçün ona yaxşı qulluq edirsə ruhuna da qulluq etməli, bəsləməlidir. Ruhun qidası dini elmdir. Bu elmin mənbəyi də əhli-sünnət alimləri, yəni onların qiymətli kitablarıdır. İmam Rəbbani həzrətləri buyurur ki:
“Bir hökmün doğru və ya səhv olduğu Əhli-sünnət alimlərinin bildirdiklərinə uyğun olub-olmamaqla aydın olur. Çünki Əhli-sünnət alimlərinin bildirdiklərinə uyğun olmayan hər məna, hər kəşf qiymətsizdir, səhvdir. Çünki hər azğın Quran və sünnətə uyduğunu zənn edir, azğınlığının doğru olduğunu iddia edir. Yarım ağlı, dar dünyagörüşü ilə, bu qaynaqlardan səhv mənalar çıxarır. Doğru yoldan azıb, fəlakətə gedir. Əhli-sünnət alimlərinin bildirdikləri mənalar doğrudur, bunlara uymayan səhvdir”. 

* Əhli-sünnət alimlərinin kitablarını oxumayan və paylamayanların imanlarında bir nöqsanlıq vardır.

* Qul haqqından çəkinin, hər şeyin çarəsi var, amma qul haqqından halallaşmadığınız müddətdə qurtulmaq mümkün deyildir. Axirətə saxlamayın, kim haqlı, kim haqsız orada bilinəcək. Bir də baxarsınız ki, mən haqlıyam deyib haqsız çıxarsınız. Yüz faiz haqlı olsanız belə, “Yaxşı, oldu, mən haqqımı halal etdim” deyərək münaqişəni tərk edənə Cənnətdə saray vəd edilir. Bunu Peyğəmbər əfəndimiz vəd edir. Bu səbəbdən, münaqişə etməyin, haqlı olsanız da münaqişədən imtina edin, yaxşı qardaşım, sən düz deyirsən, sən haqlısan, deyin.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину