İmam Qazali həzrətlərinin Səlçuqlu sultanı Sultan Səncərə nəsihətinin xülasəsi belədir:
“Cənabı Haqqın, axirətdə bir insana ehsan edəcəyi şeylərin yanında, bütün yer üzü bir kərpic boyda qalar. Yer üzünün bütün əraziləri, vilayətləri, o kərpicin tozu-torpağı kimidir. Kərpicin və toz-torpağının nə qiyməti var ki? Əbədi sultanlıq və səadətin yanında, yüz illik ömrün nə qiyməti vardır ki, insan onunla sevinib, məğrur olsun? Yüksəklikləri axtar, Allahü təalanın verəcəyi hakimiyyətdən başqasına aldanma!
Bu əbədi hakimiyyətə qovuşmaq hər kəs üçün çətin olsa da, sənin üçün asandır. Çünki Rəsulullah əfəndimiz, “Bir gün ədalətlə hökm etmək, altmış illik ibadətdən əfdaldır (yüksəkdir)” buyurdu. Madam ki, Allahü təala sənə başqalarının altmış ildə qazanacağı şeyi bir gündə qazanma səbəbini ehsan etmişdir, bundan daha çox müvəffəqiyyətə fürsət ola bilməz! Dövrümüzdə isə iş o yerə gəlmişdir ki, deyil bir gün, bir saat ədalətlə iş görmək, altmış il ibadətdən üstün olacaq dərəcəyə çatmışdır.
Dünyanın qiymətsizliyi açıq və aşkardır. Böyüklər buyurdular ki: “Dünya qırılmayan bir qızıl tas, axirət də qırılan bir gil tas olsa, ağıllı adam, müvəqqəti olan və yox olacaq olan qızıl tası qoyub, əbədi olan gil tası alarmı? O ki qaldı, dünya, müvəqqəti və qırılan gil tas kimidir. Axirət isə heç vaxt qırılmayan əbədiyyən baki qalacaq olan qızıl tas kimidir. Elə isə, buna baxmayaraq dünyaya sarılan adama necə ağıllı demək olar? Bu misalı yaxşı düşünün və daima göz önündə tutun!
В корзине: 0 шт.
на сумму: 0