Seyid Əmir Gilal həzrətləri ölüm xəstəliyində tələbələrinə bunları vəsiyyət etdi:
“Elm öyrənərək Muhamməd əleyhissalamın yoluna tabe olmaqdan əsla ayrılmayın. Bu, mömin üçün bütün səadətlərin vasitəsidir. Hər Müsəlman kişi və qadının, özünə lazım olan din biliklərini öyrənməsi fərzdir. İxlaslı olun. Hər işinizi Allah rızası üçün edin, qurtularsınız. İxlassız görülən əməl, üzərində padşahın möhrü olmayan saxta pul kimidir. Üzərində padşahın damğası olmayan pulu heç kim götürməz. Üzərinə möhür vurulanı isə hamı götürər. İxlasla görülən az əməl, Allahü təala qatında çox əməl kimidir. İxlassız görülən çox əməlin isə Haqq qatında qiyməti yoxdur. Etdiyiniz hər ibadəti və işi ixlasla edin. Beləcə Allahü təalanın rızasını qazananlardan olarsınız.
İşlərin düzənli olması namazdan asılıdır
Tahir ibn Hüseyn Abbasilər dövründə Xorasan valisi olarkən, Raqqa valiliyinə təyin olunan oğlu Abdullah ibn Tahirə bəzi nəsihətlər etmişdir. Nəsihətləri ixtisarla belə idi:
-Allahü təaladan qorx. Daima Onun qorxusu içində ol. Hər an Onu nəzərində saxla! Həmişə Onu düşün. Onun qəzəbindən çəkin.
-Bunu yaxşı bil ki, Allahü təala əmr etdiyi şeylərdən səni hesaba çəkəcək və etdiyin işlərin, mükafat və ya cəza olaraq qarşılığını verəcəkdir. O halda ağlınla, zehninlə, bəsirətinlə, hər şeyinlə Haqq təalaya verəcəyin hesaba hazırlanmağa yönəl. Heç bir məşğuliyyət bu mühüm fərzi tərk etməyinə və boşluq göstərməyinə səbəb olmasın. Çünki bu hər şeyin başıdır.
-Üzərində ən çox diqqət və həssaslıq göstərəcəyin, əhəmiyyətlə duracağın ən mühüm şey-Allahü təalanın sənə fərz qıldığı beş vaxt namaza davam etməkdir. Həmçinin, namazlarını Haqq təalanı xatırlayaraq, gözəl dəstəmaz alaraq, müstəhəb olan vaxtlarında, bütün ədəb və ərkanına riayət edərək camaatla qılmaqdır. Bundan başqa, namazda oxuduğun ayəti-kərimələri tələsmədən, ədəblə oxu. Namazın rüku, səcdə və digər ərkanını tam bir səmimiyyət, ixlas və təslimiyyətlə ifa et. Gördüyün bütün yaxşı işlərin, hətta digər bütün ibadətlərin namazı gözəl və düzgün qıla bilmək üçün olduğunu unutma. Bu xüsusda ən cüzi bir boşluq, təmbəllik göstərmə və əsla səhlənkar davranma. Bil ki, bütün işlərin düzənli olması namazdan asılıdır. Namaza bu şəkildə davam edən hər pislikdən uzaqlaşır. Çünki Allahü təala məalən; “Doğru qılınan namaz, insanı fahşədən və münkərdən mütləq ki, uzaqlaşdırır” buyurdu. (Ənkəbut 45) Birlikdə olduğun insanları da namaza təşviq et!
В корзине: 0 шт.
на сумму: 0