Facebook Twitter WhatsApp

Yaradılış qayəsinə riayət etmək lazımdır

İnsanlar, Allahü təalaya qulluq, ibadət etmək üçün yaradılmışlar. Sonsuz səadətə qovuşmaq üçün yaradılış qayəsinə diqqət etmək lazımdır. Dünya nemətləri müvəqqətidir. Dünya əbədi qalacaq bir yer deyildir, axirətə getmək üçün bir minik vasitəsi kimidir. Sevinc yeri deyil, ayrılıq yeridir. Ağıllı olan bu fani dünyaya düşkün olmaz, qulluq vəzifəsini haqqıyla yerinə yetirər.

*
 Bu üç kimsənin halına təəccüb edilir:

1- Ölüm onu yaxalamaq üzrə olduğu halda, o dünyalıq arxasınca qaçır. 
2- Qəflətə dalıb, özünü unutduğu halda, unudulmamışdır, hesaba çəkiləcəkdir. 
3- Rəbbinin ondan razı olub-olmadığını bilmədiyi halda, rahatlıqla gülür.

*
 Ölümdən şübhən varsa, uzanıb yatma. Yatmaq məcburiyyətində olduğun kimi, ölümə də məhkumsan. Dirilməkdən də şübhən varsa, heç vaxt oyanma. Yuxudan oyandığın kimi öldükdən sonra da diriləcəksən.


*
 Dünya dəniz kimidir. Çox adam boğulmuşdur. Gəmin təqva, yükün iman, halın təvəkkül olarsa qurtularsan.


*
 Nəsihət edərkən özünü unutma! Şama bənzəmə. Şam ətrafı aydınladarkən özünü yandırıb əridir. 


*
 Xoruz səndən daha ağıllı olmasın! O hər səhər zikr edərkən, sən yuxuda olma.


* Allahü təalanın bir qulunu sevmədiyinin əlaməti də onun malayani ilə (nə dininə, nə də dünyasına faydalı olmayan işlərlə) vaxt keçirməsidir. Allahü təalanın bir qulunu sevdiyinin əlaməti isə, onun fiqh elmi ilə məşğul olmasıdır.

*
 Elm çoxdur, ancaq ömür qısadır. O halda əvvəlcə dində zəruri lazım olan elmləri öyrən!


*
 Allahü təala yaxşılıq murad etdiyi qullarını yaxşılıqda, fəlakət murad etdiyi qullarını fəlakətdə istifadə edir. Müsəlman üçün ən böyük fəlakət, nemətin qiymətini bilməməkdir.


*
 Həmişə kədərli olma, qəlbini dərdli qılma. İnsanların əlində olana tamah etməkdən çəkin. Qəzaya razı ol və Allahü təalanın sənə verdiyi ruziyə qənaət et.


*
 Dünya heçdir, heç ilə məşğul olan da heçdir. Tövbəni sabaha saxlama, ölüm qəflətən gəlib yaxalayar.


Allah bir quluna iman veribsə, nə verməyib? İman verməyibsə, nə verib? 


Hər namazı “bu son namazım” deyə qıl.

Bu üç şeyə sarıl, bunlara mane olan hər şeyi tərk et. 1- Namazları vaxtında qıl, 2- Haramlardan çəkin 3- Halal qazan.


Allahü təalanın qadağan etdiyi şeylərdə zərrə qədər yaxşılıq yoxdur.


Dünya həyatı xəyaldır. İnsanların çoğu xəyal arxasınca qaçır. Xəyal arxasınca qaçmaq necə də axmaqlıqdır … Dünya müvəqqəti və qısadır. Dünya həyatı isə azın azıdır. Onun da çoxu getdi, azı qaldı.


Allahü təaladan ümid kəsmək küfürdür. Ona görə də Rəbbimizin məğfirətindən daima ümidli olacağıq. Hamımızın günahı çoxdur, tövbəmiz pozulubdur, tövbə şərtlərinə uyğun olmalıdır. Tövbəmizi unuduruq. Yüz dəfə tövbəni pozsan, yenə də ümidini kəsmə buyurulur. Bu bizim üçün böyük müjdədir. 


Xəstəliklər möminlərə, imanı olanlara Allahü təalanın bir ehsanıdır. Cənabı Haqdan gələn hər şey xeyirlidir. Hər nə gəlirsə yaxşıdır (gözəldir). Allahü təala qullarına pislik etməz, zülüm etməz. İnsanlar özləri özlərinin qazdığı quyuya düşürlər. Allahü təala rəhimdir, amma eyni zamanda əzabı da çox şiddətlidir. Rəhmət qarşılıqsızdır, əzab isə üsyanın qarşılığıdır, cəzasıdır. Əzaba məruz qalmamaq üçün itaət şərtdir. İtaət etdinmi, qorxma. Sevgi isə itaət deməkdir. Sevginin dərəcəsi də itaətdəki sürət ilə ölçülür.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину