Fərasət iki cürdür:
1- Mərifət sahiblərinin fərasəti olub, tələbənin istedadını kəşf etmək, Allahü təalanın övliyasını tanımaqdır.
2- Riyazət çəkən, aclıqla nəfslərini parıldadanların fərasəti olub, məxluqlara aid gizli şeyləri bilməkdir.
İnsanların çoxu Allahü təalanı xatırlamayıb, gecə-gündüz dünyanı düşündüyünə görə, dünya işlərindən, ələ keçirmək istədikləri şeylərdən xəbər verənləri axtarırlar. Onları böyük bilir, hətta onları övliya, Allahü təalaya yaxın sanırlar. Övliyanın mərifətinə, doğru biliklərinə heç dönüb baxmırlar. Bəlkə, onlara dil uzadıb, “Onlar Allahın sevgili qulu olsaydılar, itən əşyalarımızı, gizli düşüncələrimizi bilərdilər. Bizim halımızdan xəbəri olmayan bir kimsə, məxluqların üstündəki incə bilikləri heç anlaya bilməz” deyərək, övliyanın fərasətinə, Zatı-ilahiyəsi və sifətlərinə olan biliklərinə inanmırlar. Belə yalnış ölçüləri səbəbilə o böyüklərin doğru elm və mərifətindən məhrum qalırlar. Allahü təalanın, o böyükləri, cahillərin gözündən gizləyib, Özünə məxsus qıldığını bilmirlər. O, övliyasını dünya işlərilə məşğul etməyib, Özü ilə məşğul etmişdir. Övliya şəxslər insanların hallarına, işlərinə bağlansaydılar, Allahü təalanın hüzuruna layıq olmazdılar.
Mürşidi-kamilin, yəni yetişmiş və yetişdirə bilən rəhbərin, mübarək camalını görmək və söhbətinə qovuşmaq, ən böyük qənimətlərdəndir. Onların gözəl camalı və söhbəti həmişə ələ keçməz. Onu əldən qaçırmamaq lazımdır. Bunu tapa bilən bu böyük qəniməti layiqilə dəyərləndirməli, nemətin dəyərini bilməlidir.
Allahü təalanın dəyərli bir qulu vəfat edəcəyi zaman Əzrail əleyhissalam gəlib deyər ki:
Qorxma! Ərhamürrahiminə gedirsən. Əsl vətəninə qovuşursan. Böyük dövlətə, böyük nemətə çatırsan.
Nə böyük bayramdır bu... Bu dünya bir evdir. Bu ev möminin zindanıdır. Borc olaraq sənə verilən bu varlıq bir bəhanədir. Bu səbəbdən bu bəhanə gedəcək və uzaqlaşacaq. Həqiqət meydana çıxaraq, insan Allaha qovuşacaq. O qul üçün dünyada bundan daha şirin, daha xoş və daha rahat bir gün ola bilməz.
Allahü təalanın bir qulunu sevmədiyinin əlaməti, o qulun, özünə faydası olmayan boş şeylərlə məşğul olmasıdır.
Arif - qəlbini Allahü təalayı düşünmək, unutmamaq, bədənini də, insanların rəhməti-ilahiyyəyə qovuşmaları üçün səfərbər edən şəxsdir.
Hər dənizin kənarı, sonu, hər günün gecəsi vardır. Arxasından gecə gəlməyəcək gün qiyamət günüdür. Ucu-bucağı olmayan dəniz Allahü təalanın rəhmət dəryasıdır.
Böyüklərin yolu səxavət və daima vermək üzərinədir.
В корзине: 0 шт.
на сумму: 0