Facebook Twitter WhatsApp

Allahü təala səni bilirmi?

Hikmət əhli buyurur ki:
* Veysəl Qarani həzrətlərinə uzaq yoldan bir nəfər gəlib nəsihət istəyib. O da “Allahü təalanı bilirsənmi?” deyib. Əlbəttə bilirəm deyə cavab verib. “Başqa bir şeyi bilməyinə gərək yoxdur” deyib. Yolçu, uzaqdan gəldiyini söyləyib, yenə nəsihət istəyib, o da “Allahü təala səni bilirmi?” soruşub. Əlbəttə bilir deyə cavab verib. Veysəl Qarani həzrətləri də “Başqasının bilməsinə gərək yoxdur o zaman” deyib və çıxıb gedib.

* Ruhdan başqa, insan və heyvanın arasındakı fərq Allah sevgisidir. 

* Əhli-sünnət etiqadını öyrənib, İslam alimlərini, Övliya-yı kiramı və onların kitablarını tanıdıqdan sonra, ehtiyacdan artıq dünyalıqlarla məşğul olmaq zəngin bir adamın zibillikdə olması kimidir.

* Göz başqalarını görür, amma özünü görə bilmir. İnsan böyüklərin kitablarını oxuyarsa, özünü görər və tanıyar. O zaman güzgünün qarşısına keçib və öz halına tüpürər.

* Tövbə üç şəkildə olur - dil ilə, qəlb ilə və hal ilə (əzalar ilə). Qüsursuz insan olmaz, ona görə də qüsurunu bilmək tövbədir.

* İmam Əbu Yusif həzrətləri yazdığı o qədər kitabın xülasəsini də barmağındakı üzüyə yazmış: “Öz ağlına tabe olan peşman olar”.

* İçi boş olanlar zahirə baxır, böyüklər isə qəlbə baxırlar.

* Həzrəti Ömərin üzüyündə “Nəsihət olaraq ölüm sənə kifayətdir” yazılı idi. Həzrəti Əli də üzüyünə “Əl mülki lillah - Mülk Allahındır” yazdırmışdı. 

Bədən, mal bizim deyil əmanətdir. Onu xeyirli yerlərdə sərf etməliyik.

* Allahü təala hər şeyin şəfasını yaratmışdır. Qəlbin şəfası da zikrullahdır. Nəfsin təzkiyəsi və iman üçün kəlmeyi-təvhid “La ilahə illallah Muhammədün rəsulullah” demək, qəlbin təmizlənib, günahların əfvi üçün tövbə istiğfar etmək, “Əstəğfirullah” demək lazımdır.

* Möminin kəlamı, təamı, siması şəfadır. Yəni möminin üzünə məhəbbətlə baxmaq insanın qəlbinə şəfa verir. Mömin, Allahü təalanın vəli quludur. Onun sevdiyi quludur. Ona məhəbbətlə baxmaq, ona məhəbbətlə dua etmək, ona məhəbbətlə yardım etmək Cənabı Haqqın rızasını qazandırır. Hamımız bu dünyada bir qayə üçün yaradıldıq. O da Allahü təalanın rızasını qazanmaqdır. Onun rızasını qazanmaq da onun qullarına yaxşılıq etməkdən, Onun qullarına verməkdən keçir. Onun qullarının duasını almaqdan keçir. Onun qullarını razı edən Cənabı Haqqı razı etmiş olur. Allahü təalanın razı olması üçün əvvəlcə qulların razı olması lazımdır. Məsələn kim? Əvvəlcə ana, ata, müəllim, yoldaş… Yəni kimin haqqı varsa, əvvəlcə onların razı olması lazımdır. 

* Qəbir həyatı var. Həyatda ruhun cəsədə dəstəyi yüz faizdir. Ruh cəsədi dəstəklədiyi üçün danışırıq. İnsan vəfat etdikdə ruhun dəstəyi əlli faiz azalır. Həyat davam edir, yəni hiss var, hərəkət yoxdur. Qəbir həyatı, axirət həyatına daxildir.

* Böyük şəxslərə zərrə qədər bənzəmək bütün dünya nemətlərindən, ləzzətlərindən daha qiymətlidir. 

* Hədiyyə vermək də sünnətdir, almaq da sünnətdir.

*Özü oturarkən, qarşısındakıları ayaq üstə gözlədəni Allahü təala sevməz.

 

Nəfsin qədər zərərli ola bilməz

Hikmət əhli buyurur ki;
* Bir iş görəcəyin zaman mütləq əhli ilə, yəni, o işin biləni ilə məsləhətləş, bir din qardaşınla məsləhətləş. Əsla öz başına iş görmə. Öz başına iş görsən nəfsindən soruşmuş olarsan ki, nəfs isə kafirdir. Soruşduğun din qardaşın nə qədər səhv cavab verirsə versin, nəfsin qədər səhv qərar verə bilməz, nəfsin qədər zərərli ola bilməz.

* Nemət nə qədər çox olarsa, düşməni də  bir o qədər çox olar. Ümumiyyətlə Müsəlmanın düşməni çoxdur. Çünki əlimizdəki nemət çox böyükdür. Şeytan, daxilimizdə damarlarımızda dolaşır. Kafir nəfs bir an tək qoymur. Elə bu düşmənlər işə tənqidlə başlayır, əvvəlcə aranı vurmağa çalışır, əgər ara açılarsa araya məsafə qoyarlar, bu məsafəni bağlaya bilməzsiz. Amandır, amandır çox uzaq durun. Əsla bir müsəlmanı tənqid etməyin, çünki başlanğıc nöqtəsi buradır.

* Hər şey yazılıb, izah edilmişdir. Kitablarda hamısı var. Xəstəyə diaqnoz qoyulubsa bu xəstə resepti alıb, dərmanları alıb deməkdir. İstifadə etmirsə bu dərmanların ona faydası olmaz. İçmək şərtdir, ondan sonra şəfanı Allahü təaladan gözləmək lazımdır. Bu kitablarda da hər şey yazılıdır. Oxuyub tətbiq etmək lazımdır. Oxunmazsa, tətbiq olunmazsa sabah axirətdə kimə nə bəhanə tapmaq olar ki? Ruhun müalicəsi üçün Allah adamı gərəklidir. Bədənin müalicəsi üçün də doktora getmək lazımdır. Evdə, təsadüfi kitablar deyil, İmam Rəbbani həzrətləri kimi böyüklərin kitabları, nəqli əsas alan kitablar olmalıdır. O kitablarda yüzlərlə Allah adamının sözləri var. 

* Allahü təala Qurani-kərimin çox yerində, namazla zəkatı birlikdə buyurur. Zəkat mütləq veriləcəkdir. Verilməzsə, ya oğru götürüb aparacaq, ya da bir şəkildə əlindən çıxıb gedəcək. İnsan üsyan edər, amma mal üsyan etməz. 

* Cami divarını çirkləndirən, camiyə bir şey edə bilməz. Etsə də özünə edər. 

* Pul kisəsi cibdən çıxdığı zaman, eşq-məhəbbət zirvəyə çıxır. Pul kisəsi cibə girdiyi zaman eşq-məhəbbət gizlənir, kənara çəkilir.

* Böyüklər bir dəfə söyləyir, o söz qiyamətə qədər dəyişməz.

* İmam Qəzali həzrətləri dünya və axirət adamını tərif edir, deyir ki, bir məmləkətdə çox məşhur bir saat ustası olsa, bu bir başqa məmləkətə getsə, mən çox məşhur bir saat ustasıyam deməz, desə belə kim inanar ki? Orada kim tanıyır ki, tanınmadıqda da geriyə öz ölkəsinə qayıdar. Yenə bir ölkədə çox məşhur bir saat ustası olsa, başqa bir ölkəyə getsə, bəzəkli paltarlar geyinib yanında beş-on nəfərlə çıxsa, xalq soruşar ki, bu kimdir? Filan yerdəki çox məşhur saat ustasıymış desələr, hər kəs onu tanıyar. Budur, bu dünya adamıdır, digəri də axirət adamıdır. Axirət adamı özünü unutdurmağa, dünya adamı özünü tanıtdırmağa çalışır. 

* Üç “zadə”dən çəkinmək lazımdır: 
1- Şahzadə. Çünki atası padşahdır. 

2- Seyidzadə. Babası Rəsulullahdır “əleyhissalatü vəssəlam”. Övlada edilən ataya edilmiş sayılır. Övladı- rəsulun qəlbini qıran yanar. 

3- Pirzadə. Atası müəllimindir, ustadındır. Ona etdiyin ustadına gedəcək. Artıq aqibəti necə olacaq, onu heç kim bilə bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину