Böyüklərdən bir şəxsin yanına bir nəfər gəlir, “Əfəndim, izn versəniz sabah Bağdada getmək istəyirəm” deyir. O şəxs də, “Əlbəttə ki, gülə-gülə gedin qardaşım” buyurur. Adam getdikdən sonra, tələbələrinin, dərhal izn verməsinə təəccübləndiyini gördükdə buyurur ki:
“Karvanla danışıb, pulunu cibinə qoyub, lazım olan hazırlıqları görüb, bizə də təsdiq etmək düşdü. Soruşmaqda məqsəd, arzu edilənə qovuşmaq deyildir.”
Bir gün, İmam Rəbbani həzrətlərinin bir xəlifəsi “Məni Mankpura göndərsəniz, orada xidmət etsəm uyğun olarmı” deyə soruşmuş. “Əlbəttə ki olar” buyurmuşlar. Getmiş, bir müddət sonra məktub yazmış. “Burada Qadiri, Çeşdi təkkələri var. Bizə heç kim gəlmir. Xanımla mən təkbaşına otururuq. Görəsən başqa yerə göndərsəniz uyğun olarmı?” demiş. İmam Rəbbani həzrətləri də “Orada qalın” buyurmuşlar. Bir müddət sonra bir məktub daha gəlmiş. “Əfəndim burada Qadiri, Çeşdi təkkələri hamısı bağlandı, şeyxləri müridimiz (tələbəmiz) oldu. Hər kəs bizim təkkəyə doldu” deyə məktub yazdı. Budur, qardaşım, tələb, izn və təslimiyyət olarsa belə olur.
Mal və şöhrət tamahı, girdiyi qəlbi xarab edir. Bundan onu ancaq böyüklərin sevgisi xilas edə bilər. Sevgi bəli deməkdir, itaət deməkdir. Çünki itaət sevgidən əmələ gəlir. Kim itaət etmirsə, sevirəm deməsi yalandır. İtaət olmadıqca, onun sevgisinin ağaca, quşa, təbiətə olan sevgidən fərqi olmaz.
Bir tacir, mədhini eşidib, qiyabında sevdiyi Nəcməddin Kübra həzrətlərinin söhbətində iştirak etmək üçün hüzuruna çıxdı. Nəcməddin Kübra həzrətləri heç danışmırdı. Tacir hər halda bu təkkənin üsulu belədir deyə düşündü. Uzun bir sükutdan sonra Nəcməddin Kübra, kağız və qələm istədi, bir şeylər yazdı və taciri çağıraraq yazdığı kağızı uzatdı. “Al, səni xilafəti-mütləq ilə vəzifələndirdim. Get, məmləkətində insanları irşad et!” dedi. Tacir, “Baş üstə!” deyərək getdi. Təkkədəkilər təəccübləndilər və tacirin arxasından gedərək, “Əfəndi, sənin nə əməlin var ki, ustadımız səni heç danışmadan bir anda xilafət ilə vəzifələndirdi?” deyə soruşdular. Tacir də, “Mən buraya gələrkən çox zəngin bir adam idim, amma kasıb kimi çıkdım. Bütün dünya sevgisi qəlbimdən çıxdı. Mallarıma olan məhəbbətim qalmadı” dedi. Daha sonra Nəcməddin Kübra həzrətləri ətrafındakılara buyurdu ki: “Bizim irşadımızın məqsədi insanların qəlbindən dünya məhəbbətinin çıxmasıdır. Məqsəd hasil oldu.”
Allahü təala hər kəsə istədiyi yolu açar. Cənnətə getmək istəyənə Cənnətə aparan əməlləri asanlaşdırır. Cəhənnəmə getmək istəyənə də Cəhənnəmə aparan əməlləri asanlaşdırır.
Bir vaxtlar insanlar Cənnətə getmək istəyirdilər, Allahü təala hər tərəfdə qum kimi övliya yaradırdı. Axır zamanda Cəhənnəmə getmək istəyəcəklər, hər yerdə fəlakətlər, zəlzələlər, ölümlər olacaq, əmin-amanlıq pozulacaq, rahatlıq qalmayacaq. Əmri-məruf olunan yerlərə Allahü təala əzab göndərməz.
Əvvəlcə namazı qılmaq lazımdır, çünki “Namaza mane olan işdə xeyir yoxdur” buyurulur. Namazın gecikməsinə səbəb olan işdə də xeyir yoxdur. Bir imza atmaq belə olsa…
Axır zamanda namazını qılan, haramdan uzaq duran, qurtulmuşdur.
Ədalət qarşısında çobanla sultan bərabərdir. Bir müdir öz övladı ilə işçisi arasında, bir xoca, müəllim də övladı ilə tələbəsi arasında fərq qoyursa, orada ədalətin bəhsi belə olmaz.
В корзине: 0 шт.
на сумму: 0